Hərbi qulluq və narkomaniya
Bu iki ifadəni birlikdə səsləndirmək belə yolverilməzdir, amma...
Hərbi qulluq və narkomaniya. Bu iki ifadəni birlikdə səsləndirmək belə yolverilməzdir. ANS PRESS-in məlumatına görə, sabiq təhlükəsizlik zabiti Arzu Nağıyev narkomanların hərbi qulluğa göndərilməsinin olduqca pis nəticələr verdiyini deyir.
Onun fikrincə narkotik aludəçilərinin orduda xidmət etməsinə imkan verilməməlidir: "Statistikaya nəzər salsaq görərik ki, narkoman kişilərin sayı qadınlardan dəfələrlə çoxdur və bunlar əsasən cavanlardır. Yəni gələcəyin ataları, valideynləri və ya əsgərləridir. Belə ki, bu gənclər orduda xidmət etməli və vətənə borclarını verməlidirlər. Digər tərəfdən belə gənclərin valideynləri və yaxınları elə fikirləşir ki, orduda narkoman övladları düz yol seçəcək, narkotiklərdən imtina edəcəklər. Demək, ordu və narkotika mövzusuna ayrıca nəzər salmağa dəyər. Bununla bağlı müxtəlif təkliflər var, əsas nəticə isə bu şəxslərin orduda xidmət etməsinə qadağa qoymaqdır".
Arzu Nağıyev fikrini belə əsaslandırır: "Məlumdur ki, ordu nə qədər müasirləşsə də, bizim ata - babalarımızın gördüyü ordudan kökündən fərqlənir. Çünki cəmiyyət dəyişib. Ordu isə bu cəmiyyətin ayrılmaz bir hissəsidir. Orada xidmət edən şəxslər ətrafımızdakı səxslərin bir hissəsini təmsil edirlər. Buna görə də cinayətkarlıq və narkomaniya orduya da yol tapır. Məhz buna görə də hər hansı bir gəncin orduda narkotikdən təcrid ediləcəyi tamamilə yanlış fikirdir. Təcrübə göstərir ki, bir çox hərbi hissələrdə az da olsa, aktiv narkomanlar var və onlar bir-birini tezliklə və asanlıqla tapırlar. Ordu qapalı bir yerdir və onların yaş həddi, cinsi və maraqları təqribən eyni olur. Buna görə də narkotik vasitələri orduda yaymaq daha asanlaşır.
Gənc hərbçilər niyə narkotikə daha meyilli olurlar:
- məişət şəraiti kəskin surətdə dəyişir,
- sosial status da tam fərqli olur,
- fiziki və emosional gərginlik artır -
bunlar isə narkoman üçün narkotikin qəbuluna zəmin yaradan faktorlardır. Məlumdur ki,orduda əsgər və zabitlərə qulluq etmək o qədər də asan deyil, narkoman isə ümumiyyətlə əzab çəkir- üstünə qışqırırlar, ağır və çirkli iş yerinə yetirməyə məcburdur, arabir təhqir edilir və s. Narkoman isə belə şeylərə öyrəşməyib, orduda isə kiçiklərin böyüklərə cavab qaytarması qəbul edilmir. Buna görə də narkomanlar özlərini həmişə daha alçalmış sayırlar , bu isə narkotik qəbul etmək üçün əlavə bir bəhanə olur".
Sabiq təhlükəsizlik zabiti orduda narkotik maddə necə əldə edildiyindən də danışdı: "Elə fikirləşmək lazım deyil ki, hərbi hissə qorunduğu üçün oraya narkotik vasitə aparmaq olmur. Unutmaq lazım deyil ki, tək əsgərlər narkoman olmur, zabit, gizir və s. də bu bəlaya mübtəla ola bilər. Demək, hər vaxt ora narkotik gətirmək mümkündür. Narkotiklər şəhərdə yerləşən hərbi hissələrə, bölgələrdən, xüsusi hərbi hisələrdən, hərbi əməliyyat aparılan yerlərdən daha asan keçirilir. Belə hərbi hissələrdə isə narkomanlar əsasən qulluq etmirlər. Narkomanlar cüssə və fiziki sağlamlıqda zəif olduqları üçün əsasən köməkçi hissələrdə qulluq edirlər".
Belə hissələrə düşən normal gənclərin isə oradan narkoman kimi qayıtma ehtimalı daha yüksək olduğunu deyən Arzu bəy həyacan təbili çaldı: "Maraqlıdır ki, orduda müalicə olunmuş bir nəfər də narkomana rast gəlmək mümkün deyil. Hətta orduda narkomanlar müxtəlif cinayətlər törədir, fərarilik, oğurluq edir, silah - sursat alveri ilə də məşğul olurlar. Narkoman hərbçilər arasında özünəqəsd hadisələri daha çox baş verir. Narkomanlar əsasən ordudan psixi xəstəlik diaqnozu və ya cinayət işi qaldırıldığı üçün təxris olunurlar. Narkomanın əsgəri qulluğundan nə dövlət, nə ailəsi, nə də onun özü xeyir görmür.
Narkomanları əsgəri xidmətə aparmaq yox, narkoloji və ya psixoloji qeydiyyata almaq lazımdır. Belə olanda o, orduya xidmətə getməyəcək, müalicəsini davam etdirəcək. Ola bilsin ki, orduda olmadığı üçün onu müəyyən yerlərdə işə götürməyəcəklər. Valideynlər bundan qorxmasınlar, övladlarının gələcək taleyi hər şeydən üstün olmalıdır".
Qeyd edək ki, Arzu Nağıyevin bu fikirləri müəllifi olduğu "Qara kabus" kitabında yer alıb.

Dünən, 16:00
Zəngəzur dəhlizinin qadağan olunmuş yükləri – İrəvan Bakı ilə ortaq mövqeyi açıqladı
Dünən, 15:30
İran İsraildəki seçkilərə müdaxilə etməyə hazırlaşır - Netanyahu
Dünən, 14:22
İranda nə baş verir? - Daha böyük qarşıdurma qaçılmazdır
Dünən, 13:39
Paşinyandan yeni bəyanat: “Təhdidlər var”
Dünən, 12:55
Elmir Nuriyev Almaniyada tutuldu - Azərbaycana gətirilir
Dünən, 12:50
Prezidentin xüsusi nümayəndəsi vəzifəsindən azad edildi
Dünən, 12:46
"Texnologiyalar parkı haqqında Nümunəvi Əsasnamə" dəyişib
Dünən, 12:43
İlham Əliyev startapla bağlı bir sıra qanunlarda dəyişiklikləri imzaladı
Dünən, 12:40
Prezident yeni icra başçısı TƏYİN ETDİ
Dünən, 11:26
Azərbaycanda bu kənd köçürülür - Hazırlıqlar başladı
Dünən, 10:38
Qadın sərnişinə hədə-qorxu gələn sürücü saxlanıldı
Dünən, 10:25
Diplomatlarını bu ölkədən çıxarırlar
Dünən, 10:20
Ermənistan azan çobanı Azərbaycana qaytarır - Kimliyi açıqlandı
Dünən, 10:00
Arda Güler üçün əla xəbər: müqavilə imzalasa, sərvətini daha da artıracaq
Dünən, 09:48
Məktəblilərə şad xəbər: 7 gün...
Dünən, 09:44
Sahibkarın bir milyonunu ələ keçirdi, qumarda uduzdu - DETALLAR
Dünən, 09:41
Cəbrayılda avtomobil aşıb, sürücü ölüb
Dünən, 09:36
“ABŞ və İsrail seçkidən sonra İrana hücum planlaşdırır” - NYT
Dünən, 09:31
İran Hörmüzdəki internet kabellərini məhv etməklə hədələdi
Dünən, 09:28
Kibertəhlükəyə görə Fransanın dövlət saytları bağlandı
Dünən, 09:14
"Məkkə paktı"ndan sonra "Bədr sazişi" - 4 müsəlman ölkəsi memorandum imzaladı
Dünən, 09:00
Rəsmi İrəvanın sülhü niyə ləngitdiyinin səbəbi məlum oldu – sensasiyalı açıqlamalar
21-10-2026, 16:00
44 günlük müharibədən sonra işə yarayan taktika gündəmdə – "Paşinyan yenidən hazırlayır"
21-10-2026, 15:30
Orban getdi, Macar gəldi, Macarıstanın Ukraynaya badalaq vurması bitmədi
21-10-2026, 14:22
Əhalinin DİQQƏTİNƏ! Onlayn ticarətdə bizi belə aldadırlar – MÜHÜM dəyişiklik gəlir
21-10-2026, 13:29
ABŞ prezidenti dünyanı yenidən bölmək istəyir - ŞOK İDDİA
21-10-2026, 13:03
Azərbaycan vətəndaşı Ermənistan ərazisinə keçdi - SAXLANILDI