Ramil İsmayılovun məhkəmə prosesi hansı gizlinləri ortaya çıxarır?-ŞOK FAKTLAR
Gundem / Sosial / Dunya
Oxunub: 2 557
7 sen 2018 | 11:01
Ramil İsmayılovun məhkəmə prosesi hansı gizlinləri ortaya çıxarır?-ŞOK FAKTLAR














Bir neçə gün bundan əvvəl xəbər portalımızda “Ramil İsmayılov məhkəmədə polis əməkdaşlarını fakt qarşısında qoyur” başlıqlı məqalə dərc etmişdik. Məqalədə qeyd etmişdik ki, 28 mart 2018-ci il tarixdə bəzi televiziya kanallarında Bakı şəhəri, Nəsimi rayonu, Azər Əliyev küçəsi-24 ünvanda müvəqqəti qeydiyyatda olan məcburi köçkün İsmayılov Ramil Rəhbər oğlunun külli miqdarda narkotik maddə olan heroini satarkən, Səbail rayon Polis İdarəsinin əməkdaşları tərəfindən adı çəkilən rayonun “20-ci Sahə” adlanan ərazisində saxlanılması barədə xəbərlər yayılmışdı. Yayılan ilkin xəbərlərdə Ramil İsmayılovun ümumi çəkisi 2 kq 200 qram çəkidə, dəyəri isə 11 min manat olan narkotik maddələri, əvvəllər tanımadığı İran İslam Respublikasının vətəndaşından Biləsuvar rayonu ərazisində aldığı bildirilirdi. Məsələnin maraqlı tərəfi odur ki, yaşanan olayla bağlı bəzi televiziya kanallarında, ayrı-ayrı media qurumlarında yayılan ilkin xəbərlər çox keçmədi ki, öz təsdiqini tapmadı və Səbail rayon Polis İdarəsinin əməkdaşları tərəfindən dövriyyəyə ötürülən bəzi məlumatlar, yəni Ramil İsmayılovun ümumi çəkisi 2 kq 200 qram çəkidə, dəyəri isə 11 min manat olan narkotik maddələri, əvvəllər tanımadığı İran İslam Respublikasının vətəndaşından Biləsuvar rayon ərazisində alması faktı az sonra iş materiallarından çıxarılır. Saxlanılan şəxslə bağlı toplanmış iş materialları məhkəməyə göndərildiyindən, hal-hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində Ramil İsmayılovun həbsi ilə bağlı məhkəmə araşdırmaları davam etməkdədir.

04 sentyabr 2018-ci il tarixdə keçirilən məhkəmə prosesi zamanı, əslən Şəki rayonundan olan və saxlanılan şəxsgilin qonşuluğunda yaşayan Rəhman adlı şəxs verdiyi ifadəsində həm hadisənin ilk əvvəl necə baş verdiyini, həm də Ramil İsmayılovun həbsindən sonra, Səbail rayon Polis İdarəsinin müstəntiqi Hənifə müəllimin ona ciddi təzyiqlər göstərdiyini bildirir. Adı çəkilən şəxs qeyd edir ki, “Hənifə müəllim mənə Ramil İsmayılovun üzünə durmağı təkid edir”. O, “əgər sən mənim dedikləriə əməl etməzsən, o halda sənə 11 il, Ramil İsmayılova isə 5 il müddətinə azadlıqdan məhrumetmə cəzası verdirəcəyəm” deyir. Məhkəməyə dəvət olunan digər hal şahidi isə, ümumi çəkisi 2 kq 200 qram çəkidə olan narkotik maddənin Ramil İsmayılovun “20-ci Sahə” adlanan əraziyə satmaq məqsədilə gətirdiyini, əlində tutulduğunu bildirir. O halda saxlanılan şəxsin məhkəmədə hüquqlarını müdafiə edən vəkil hal şahidinə “Sən belə işlərlə çox məşğul olursan?” deyə sual ünvanlayır. Hətta ona “Sən narkotik maddə istifadəçisi olduğundan dispanserdə qeydiyyata alınmısan. Bununla bağlı məndə təsdiq olunmuş arayış var, inşallah növbəti proses zamanı həmin arayışı məhkəməyə təqdim edərəm” deyir.



Onu da bildirək ki, vəziyyətin belə bir hal alması səbəbindən dünən günün günorta saatlarında Səbail rayon Polis İdarəsinin müstəntiqi Hənifə müəllim, Rəhmanın anasına zəng edir və oğlunun polis idarəsinə gəlməsinin vacibliyini də bildirir. “Əgər oğlun öz xoşuna gəlməzsə, o halda onu idarəyə məcburi qaydada gətirəcəyik” deyir. Müstəntiqin belə bir israrlı tələbindən sonra Rəhman məsələdən hali olur və ləngimədən ölkənin Baş Prokuroru cənab Zakir Qaralova, Daxili İşlər Naziri cənab Ramil Usubova, eyni zamanda Azerinfo.az xəbər portalının rəhbərliyinə teleqrammalar vurub, müstəntiq Hənifə müəllimin hərəkətindən hər kəsi xəbərdar etmək istəyir. Yəqin ki, ölkəmizin hüquq-mühafizə orqanı strukturlarına rəhbərlik edən şəxslər vəziyyətin ciddiliyini nəzərə alıb, müvafiq addımlarını atacaqlar.

Mövzunu diqqətdə saxlayacağıq.


Ramil İsmayılovun məhkəmə prosesi hansı gizlinləri ortaya çıxarır?-ŞOK FAKTLAR
Bu gün, 10:44
Daha bir “Prius” qəzası - Ölən və yaralananlar var - Foto
Bu gün, 10:39
Könülün qətlindən sonra nənəsi də öldü
Bu gün, 10:24
Ana oğlunun şəhid olduğu yeri ilk dəfə gördü - VİDEO
Bu gün, 10:19
DİN xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ etdi - FOTO
Bu gün, 10:13
Müdafiə Nazirliyinin rəhbər heyəti hərbi vəzifəlilərlə görüşüb
Bu gün, 09:18
Blinkenin “gecə konserti” qorxunc sirri ifşa etdi: Ukrayna ABŞ-a daha lazım deyil
Bu gün, 09:00
Paşinyan istefaya hazırlaşır? - Xandanyan açıqladı
Dünən, 16:00
Ermənilər Xocalı aeroportunu niyə bu formada tikiblər? – Sirr açıldı
Dünən, 15:30
Ermənilərin sərhəd TƏLAŞI... - Daha çox ərazi...
Dünən, 14:22
Sülhməramlıları xatırlayarkən: separatçılığa dəstək, terrora yardım... - "Həmişə Azərbaycana qarşı qərəzli mövqedə dayandılar"
Dünən, 14:04
Lukaşenkodan Şuşada traktor hədiyyəsi - FOTOLAR
Dünən, 13:58
İlham Əliyev və Aleksandr Lukaşenko Şuşa şəhərinə səfər ediblər
Dünən, 12:51
Azərbaycan XİN: Fransa tərəfi üzr istəməlidir
Dünən, 12:00
Prezidentlər Füzulinin Baş planı ilə tanış oldu
Dünən, 11:53
Əliyev Lukaşenkonu Füzulidə qarşıladı - FOTOLAR
Dünən, 11:46
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - AÇIQLAMA
Dünən, 11:41
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri yenidən görüşüblər
Dünən, 11:05
Rövşən Nəcəf UEFA prezidenti ilə görüşüb
Dünən, 11:01
Misir İsrailin təklifini rədd edib - "Reuters"
Dünən, 10:56
Pedofillərlə bağlı qanunda dəyişiklik edildi - RƏSMİ
Dünən, 10:51
Türkiyə Xarici İşlər Nazirliyində ciddi dəyişiklik
Dünən, 10:33
Füsunkar təbiəti ilə seçilən Kəlbəcərdən yeni görüntülər - VİDEO
Dünən, 10:28
Azərbaycanın İrandakı səfirliyinin yeri dəyişdirilib
Dünən, 10:21
Azərbaycanla proses uğurlu keçdi - Qriqoryan
Dünən, 09:26
"Kurtlar vadisi"nin aktyoru Azərbaycan vətəndaşı olmaq istəyir
Dünən, 09:21
ABŞ ruslara qarşı sanksiyalar tətbiq etdi
Dünən, 09:17
Polşa “Bayraktar”lara qovuşdu