Poroşenko: “Minsk görüşü nəticə verməzsə, ölkədə hərbi vəziyyət elan edəcəyik”
Gundem / Siyaset
Oxunub: 1 696
13 fev 2015 | 18:27
Poroşenko: “Minsk görüşü nəticə verməzsə, ölkədə hərbi vəziyyət elan edəcəyik”“Federalizm toxumu Ukrayna torpağında cücərə bilməz”

“Minsk görüşü nəticə verməsə və ölkənin şərqində vəziyyət daha da gərginləşərsə, Ukrayna hakimiyyəti hərbi vəziyyət tətbiq etməyə hazırdır”. Apa-nın “censor.net” və “112.ua” saytlarına istinadən verdiyi məlumata görə, bunu Ukrayna prezidenti Pyotr Poroşenko Nazirlər Kabinetinin iclasında çıxış edərkən deyib. “Məhz Minsk sammitinin nəticələrindən asılı olacaq ki, biz təcavüzkarı diplomatik yolla dayandıra biləcəyik, yoxsa tamam başqa rejimə keçəcəyik. Mən, hökumət və Ali Rada bütün Ukrayna ərazisində hərbi vəziyyət tətbiq olunması barədə qərar qəbul etməyə hazırıq. Əgər təcavüzkarın məsuliyyətsiz hərəkətləri münaqişənin daha ciddi eskalasiyasına səbəb olarsa, mən bu qərarı qəbul etməkdə qətiyyən gecikməyəcəyəm”, - deyə o, söyləyib.

P. Poroşenko Minsk görüşündə Ukrayna və Avropa İttifaqının (Olland, Merkel) vahid mövqedən çıxış edəcəyini vurğulayıb: “Bu iclasa gecikməyim onunla bağlıdır ki, biz Minsk sammitinə son hazırlıqlarımızı və mövqelərimizi koordinasiya edirdik. Sizi əmin edirəm ki, Ukrayna və Aİ vahid mövqedən çıxış edəcək və tək səs olacaq. Bizim əsas israr etdiyimiz məsələ sözsüz ki, hər hansı ilkin şərt olmadan atəşin dayandırılmasıdır. Ukrayna bu heyvani və barbar aqressiya nəticəsində hər gün onlarla itki verir və zərər çəkənlərin çoxu dinc əhalidir”.

P. Poroşenko bəyan edib ki, federalizm toxumu Ukrayna torpağında cücərə bilməz. O, cəbhədəki son durum haqqında da məlumat verib və Ukrayna qoşunlarının Debaltsevo ətrafında iki yaşayış məntəqəsini azad etdiyini söyləyib. Dövlət başçısı “M” sektorunda (Mariupol) “Azov” alayının təmas xəttini Minsk razılaşmalarında nəzərdə tutulan həddə çatdırdığını, lakin bunun aktiv hücum əməliyyatı olmadığını deyib.
Dünən, 12:11
ABŞ və Ukraynadan TARİXİ SAZİŞ: 30 MİLYON DOLLAR yatırılır
Dünən, 11:40
“Onların hətta namaz qılmalarını da yəqin ki, yaşlı nəsil yaxşı xatırlayır” - Video
Dünən, 11:15
Qubanın Xınalıq kəndinə qar yağıb
Dünən, 11:10
İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini qəbul etdi
Dünən, 11:04
Rəsmi Bakı Almaniya, Koreya və İraqı Milli Gün münasibətilə təbrik etdi
Dünən, 10:48
ADY-dən yağışlı və küləkli hava ilə bağlı sərnişinlərə ÇAĞIRIŞ
Dünən, 10:41
İlham Əliyev onu təltif etdi - SƏRƏNCAM
Dünən, 10:02
Serbiyanın xilas planı Azərbaycandan gəldi – Dövlət şirkətimiz hərəkətə keçir
Dünən, 09:34
Fransadan Azərbaycana qarşı NATO həmləsi – Türkiyə dərhal hərəkətə keçdi
Dünən, 09:15
Paşinyan 44 günlük müharibədən sonra yaşananları açdı – “Məni Allah qorudu”
Dünən, 09:00
Suqovuşanın işğaldan azad edilməsindən 6 il ötür
2-10-2026, 16:00
Zəngəzur dəhlizində böyük qarşıdurmanın anonsu – Rusiya ilk "tonqal"ı yandırdı
2-10-2026, 15:30
Xəzərdə 48 ilin ən qorxulu göstəricisi – Dəniz sürətlə geri çəkilir
2-10-2026, 14:25
DSX: Ötən ay sərhəddə 593 kq narkotik tutulub
2-10-2026, 14:20
Naməlum şəxs şagirdlərə konfet paylayır? - DİN-dən AÇIQLAMA
2-10-2026, 14:15
Maaş, pensiya və sosial müavinətlər qaldırılacaq - Prezident elan etdi
2-10-2026, 12:26
Qaxda 7 kq narkotik vasitə aşkarlandı
2-10-2026, 12:20
Prezident xoş xəbəri ELAN ETDİ
2-10-2026, 12:01
Dövlət başçısı: Bu gün Azərbaycan beynəlxalq müstəvidə böyük hörmətə layiq olan ölkədir
2-10-2026, 11:57
Azərbaycan Prezidenti: Əsas vəzifələrdən biri hərbi gücümüzün artırılmasıdır
2-10-2026, 11:53
Prezident: Əminəm ki, hər bir vətənpərvər azərbaycanlı öz dövləti ilə fəxr edir
2-10-2026, 11:49
İlham Əliyev: İslam həmrəyliyinin gücləndirilməsi üçün birləşdirici rol oynayırıq
2-10-2026, 11:44
İlham Əliyev: Xarici siyasətimizi elə qurmalıyıq ki, heç kim bizim işimizə müdaxilə etməsin
2-10-2026, 11:37
Azərbaycan Prezidenti: Heç vaxt hansısa ölkəyə qarşı riyakarlıq göstərməmişik
2-10-2026, 11:21
Azərbaycan Prezidenti: Bir gün belə ara vermədik
2-10-2026, 11:13
Məktəbdə monitorinq keçirildi - Direktor işdən çıxarıldı
2-10-2026, 11:07
Prezident: Heydər Əliyev buna imkan verməzdi