Sumqayıtda 23 saylı məktəbdə pul yığımı-direktor təqvimdəki bayramları sayır
Gundem / Sosial
Oxunub: 1 265
16 yan 2018 | 11:37
Sumqayıtda 23 saylı məktəbdə pul yığımı-direktor təqvimdəki bayramları sayır














Məktəblərdə pul yığımlarının davam etməsini ekspertlər əsasən müəllimlərin iqtisadi durumunun aşağı olması ilə əlaqələndirir və əlavə edirlər ki, "valideyn və ictimaiyyət dirəniş göstərməyənə qədər bu proses davam edəcək".

Azerrinfo.az-a müraciət edən Sumqayıt sakinləri bildirir ki, hər bayram qabağı “qara günlər” başlayır. 23 saylı məktəbdən isə şikayət daha çoxdur. Burada yeni il şənliklərindən qabaq yuxarı siniflərdən 20, aşağı siniflərdən 10 manat pul yığılıb.

Həm də tək bayramlarda deyil, təmir və sair bəhanələrlə də mütamadi olaraq valideynlər soyulur.

Valideynlərdən biri deyir ki, məktəb direktorunun əsas vəzifəsi; məktəb daxilindəki problemləri həll etmək, Təhsil Nazirliyinin verdiyi qərarları məktəbdə tanıtmaq və bunları icra etmək, məktəb büdcəsini uyğun formada şagirdlərin daha keyfiyyətli təhsil ala bilməsi üçün məktəbdə çatışmayan kitab, texnoloji avadanlıq kimi təhsil vasitələrinin alınmasına xərcləmək, dərs ili başlamazdan əvvəl müəllim kolleqaları ilə birlikdə toplantı keçirib uyğun illik dərs planı hazırlamaq və bunun kimi daha bir çox şeydir. Lakin çox təəssüflə qeyd etməliyəm ki, direktor Fikrət müəllim illik plan hazırlamaq yerinə təqvimdən bayramları sayıb bu il nə qədər pul çıxaracağını, bunu haralara xərcləyəcəyini hesablayır. Şagirdləri və müəllimləri qanuna uyğun olmayan tərzdə təhqir edir və şəxsiyyətlərini alçaldır ki, əslində bunlar onun səlahiyyətləri daxilində deyil. Bəlkə də o səlahiyyətlərindən və öhdəliklərindən bixəbərdir.

Azad Müəllimlər Birliyinin sədri Məlahət Mürşüdova bu halları "sovet dönəmindən qalmış mənfi stereotip" adlandırır və prosesdə "valideynləri günahlandırır".

Onun fikrinə görə, görülən sərt tədbirlərə baxmayaraq pul yığımlarının davam etməsi "valideynlər arasında həmrəyliyin olmaması nəticəsində" baş verir.

"Türkiyədə olsa bütün valideynlər ayağa qalxar o müəllimə qarşı, amma bizdə nə baş verir? Əksinə, o valideyni qınayırlar və deyirlər ki, bir yerdən tapıb gətirərdin də ya da bir kilo ətin puludur, onu yemə nə olar. Axı sən bir kilo ətin pulundan da çox istəyirsən", birlik sədri əlavə edir.

Məlahət Mürşüdova qeyd edir ki, bu cür hallarla bağlı birliyə müraciət edənlər var, "amma kütləvi halda deyil".

P.S. Redaksiya olaraq işi araşdırmaq üçün 23 saylı məktəbin drektoru ilə əlaqə saxladıq. Drektor bildirdi ki, mənim bu işdən xəbərim yoxdur,
müəllimlər özləri uşaqlardan pul yığıb.

Araşdırmamız davam edir.

Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq
Dünən, 16:00
Fars-molla rejiminin növbəti QARINAĞRISI... - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 15:30
Siyasi alətə çevrilən keşişin ifşası və əsl məqsəd - Ermənilər marionetə qarşı
Dünən, 14:22
Minsk qrupunun fəaliyyətini dayandırması öz yanlışlıqlarına görə baş tutdu - FAKT BUDUR!
Dünən, 14:01
Azərbaycan məktəblərində rus bölməsi üzrə sinif sayı artırıla bilər - RƏSMİ
Dünən, 14:00
Paşinyana daxili təzyiqləri dəstəkləyən Rusiyadır - NƏ BAŞ VERİR?
Dünən, 13:44
Natiq Mehdinin qətlinə görə saxlanılan direktor müavini ilə bağlı RƏSMİ AÇIQLAMA
Dünən, 12:48
Blinkenin Kiyevdəki istirahəti: gecə klubu, musiqi əyləncəsi... - VİDEO
Dünən, 12:41
Baxçalı gündəmi silkələdi: Türkiydə gecə yarısı toplantı - TƏCİLİ
Dünən, 11:42
Bakıya gəlmiş Qarabağ ermənisi də tutuldu - VİDEO
Dünən, 11:17
Bakıda qəbiristanlığa kameralar quraşdırılacaq - VİDEO
Dünən, 11:05
Çin avtomobillərindən 100% rüsum tutulacaq - ABŞ-dən yeni qərar
Dünən, 10:56
Bu gün İrəvanın Bakıya verdiyi sözün son günüdür - Nələr ola bilər?!...
Dünən, 10:15
Bu gün Əfv Komissiyasının növbəti iclası keçiriləcək
Dünən, 10:10
Biləsuvarda ağır qəza, ölən və yaralılar var
Dünən, 10:06
Müəmma: Ermənistan "görüntüləri yaymayın" çağırışı edir - VİDEO
Dünən, 09:47
Rusiya, Azərbaycan və İrana qarşı cəbhə alıblar - Mixail Qaluzin
Dünən, 09:20
Diqqət: bu yollarda tıxac var
Dünən, 09:12
Hitlerin səhvini Rusiya edir - Feldman
Dünən, 09:08
“Real Madrid” Modriçə deyil, Gülərə üstünlük verir
Dünən, 09:03
Rusiyalı deputat: “Ermənistan Aİ-yə qəbul edilməyəcək”
14-05-2024, 19:08
Bakcell-in yeni məhsulu – “F1 Star” artıq satışda
14-05-2024, 16:00
Bakı artıq Parisi də `əhilləşdirmək` üzərədir... - YENİ REALLIQ...
14-05-2024, 15:30
Qafqazı silkələyən savaşı: Kim ağır basır? - İNCƏLƏMƏ
14-05-2024, 14:22
Ruslar Zəngəzurdan çıxır
14-05-2024, 13:18
Azərbaycanda birmənalı qarşılanmadı, xaricdə rekord vurdu - VİDEO
14-05-2024, 13:06
Vəzifəli şəxslərə cinayət işi açıldı - Meşə torpaqlarını satıblar
14-05-2024, 12:20
Prezident Şen Yueyueni qəbul etdi