Söhrab Abbasovun kadrları Oğuzda və Qəbələdə “kor atı minib köndələn çapırlar”—ŞOK İTTİHAMLAR
Verilən məlumatlara görə Əlövsət müəllimlə bağlı təyinatın verilməsində Söhrab Abbasovun müstəsna xidmətləri olub
Son vaxtlar bəzi vəzifə sahiblərinin istehfaya göndərilmələri və bu yöndə davamlı addımların atılması bir daha onu sübut edir ki, ölkə rəhbərinin etimadını doğrultmayan, öz mənafeyini dövlət-xalq mənafeyindən üstün tutan bəzi vəzifə sahiblərinin cəzalandırılmaları, sanki zamanın tələbidir. Azərinfo.az-a daxil olan ilginc məlumatlara görə, çox yaxın vaxtlarda “yola salınacaq” vəzifə sahiblərindən biri də Hüseyn Bağırov olacaq. Bunu zəruri edən səbəblər işərisində ən əsası, adı çəkilən vəzifə sahibinin rəhbərlik etdiyi sahədə korrupsiya hallarının tüğyan etməsi, səriştəsiz kadr təyinatlarının həyata keçirilməsidir. Məlumatlı mənbənin verdiyi məlumata görə, artıq ETSN-də yaşanan acınacaqlı durumun varlığı hakimiyyətin ən yuxarı eşalonunda nəzarətə götürülüb, yəqin ki, yaxın vaxtlarda müvafiq qərar da veriləcək.
Onu da vurğulamaq yerinə düşər ki, bu gün sosial mediada daha çox “topa tutulan” qurumlardan biri də, ETSN-dir ki, bu da adı çəkilən nazirliyə rəhbərlik edən şəxsin gələcək karyerasına ciddi təsir edəcək. Belə bir səbəb üzündəndir ki, sosial mediada bu yöndə informasiyalar yayılan kimi nazirliyin bəzi əməkdaşları dərhal hərəkətə keçirlər və həmin məlumatların xəbər portallarından yığışdırılmasına da çalışırlar. Açıqlamaların dərcinə, yuxarıda qeyd etdiyimiz kimi adı çəkilən qurumda hökm sürən “bezpredel” mühitin varlığı səbəb olur. Bütün bunların əmələ gəlməsinə də, məhz Hüseyn Bağırovun üzərinə düşən vəzifəni lazımınca yerinə yetirə bilməməsidir ki, bu gün Oğuzda, Qəbələdə, Qubada, Gədəbəydə, Qazaxda, Qusarda, Lənkəranda və diğər rayonların meşə zolaqlarında bənzəri olmayan “qətliam”lar həyata keçirilir. Açıq-aydın şəkildə təbii sərvətlərimiz məhv edilir ki, bu da ciddi ekoloji problemlərin əmələ gəlməsi ilə nəticələnir. Maraqlı hal odur ki, rəhbərlik vəziyyətdən çıxış yolu olaraq elə rayon var ki, həmin rayonun meşə təsərrüfatında rəhbərliyi tez-tez dəyişdirir. Amma, atılan addımların varlığına baxmayaraq vəziyyət düzəlmir ki, düzəlmir. Buna da səbəb olan amillərdən ən əsası, rəhbərliyin yarıtmaz kadr siyasəti olur. Məsələn, hələ bir müddət bundan əvvəl nazirlkdə ən böyük departamentlərdən olan--Meşələrin İnkişafı Departamentinin direktoru vəzifəsindən uzaqlaşdırıldı və onun yerinə Milli Hidrometeorologiya Departamentinin direktor əvəzi Xəlil Ramazanov təyin olundu. Belə bir təyinatın varlığına axmayaraq, Xəlil Ramazanov da lazımınca etimadı doğrulda bilmədi. Çox keçmədi ki, vaxtilə Şamaxıda, Qubada meşə təsərrüfatına rəhbərlik edən Söhrab Abbasov ETSN Meşələrin İnkişafı Departamentinin direktor əvəzi və departamentin Meşəbərpa və meşəsalma sektorunun müdiri vəzifəsinə təyin olundu.
Söhrab Abbasovun belə bir vəzifəyə təyinatı, sanki meşə zolaqlarının məhv edilməsinə “yaşıl işıq” yandırdı. Çünki, bu şəxs vəzifə səlahiyyətindən sui-istifadə edərək yaxın təmasda olduğu, ixtisas profili heç bir halda uyğun gəlməyən bir çox dost-tanışlarını vəzifəyə təyin etdirdi. Məsələn, bu gün Oğuz rayon Meşə Mühafizəsi və Bərpası Müəssisəsinə rəhbərlik edən Əlövsət müəllim uzun müddət hüquq-mühafizə orqanında, son olaraq Quba RPŞ-də cinayət axtarış şöbəsinin rəisi vəzifəsini daşıyıb. Əldə etdiyimiz məlumatlara görə bu şəxs qeyd olunan vəzifəni daşıdığı illər ərzində, onun əsas işi-gücü odun satışı ilə məşğul olmaq olub. Təqaüdə çıxdıqdan sonra təcrübə qazandığı sahə üzrə işə düzəlib. İndi sual oluna bilər ki, polisdə vəzifə daşımaq hara, meşə təsərrüfatına rəhbərlik etmək hara? Görəsən bu şəxsə kim dayaq olub ki, təqaüdə çıxdıqdan sonra Oğuzun meşə təsərrüfatına direktor təyinatı ala bilib? Verilən məlumatlara görə Əlövsət müəllimlə bağlı təyinatın verilməsində Söhrab Abbasovun müstəsna xidmətləri olub. Ona görə ki, Söhrab Abbasov Qubada meşə təsərrüfatına rəhbərlik edərkən Əlövsət müəllimlə sıx işbirliyi olur və belə bir bağlılığın varlığı da, bu cür təyinatların verilməsində əsas rol oynayır.
Bundan əlavə, Söhrab Abbasovla bağlı onu da vurğulayaq ki, bu şəxs hələ Quba rayon Meşə Mühafizəsi və Bərpası Müəssisəsinə rəhbərlik edən zamanlarda, rəhbərlik Xəlil Ramazanovu adı çəkilən rayonun meşə zolaqlarını yoxlamağa göndərir. Elə ki, Qubanın meşə zolaqlarında yoxlamalar aparılır, o halda kəsilməsi qanunla qadağan edilmiş ağacların kütləvi qırğını aşkarlanır və bununla bağlı akt da tərtib olunur. Çox keçmir ki, aparılan yoxlamanın nəticəsi olaraq o, daşıdığı vəzifəsindən uzaqlaşdırılır. Təqribən 10-12 il ərzində digər sahələrdə əmək fəaliyyəti ilə məşğul olan bu şəxs, elə ki, Xəlil Ramazanov departamentə rəis təyin olunur, o halda o, facebook səhifələrində onun iş fəaliyyəti ilə bağlı tənqidi açıqlamalar yaymağa başlayır. Maraqlı və təəccüb doğuran hal odur ki, bu şəxs vaxtilə qüsurlu iş fəaliyyətinə görə daşıdığı vəzifəsindən uzaqlaşdırılır və təqribən 10-12 il müddətində meşə təsərrüfatı sahəsində çalışmır, amma bu gün nazirlikdə aparıcı departamentlərdən birinə rəhbərlik edir. Hal-hazırda isə o, özünə yaxın bildiyi şəxsləri müəyyən vəzifələrə təyin etdirir.
Söhrab Abbasovun “sağ əli” hesab olunan kadrlardan biri də, Qəbələ rayon Meşə Mühafizəsi və Bərpası Müəssisəsinə rəhbərlik Raqif müəllimin olduğu bildirilir. Hər iki şəxs Oğuzda və Qəbələdə meşələrimizi məhv etməklə məşğul olurlar. Əldə etdiyimiz məlumatlara görə, Qəbələnin meşə zolaqlarında kəsilən qiymətli ağac növləri daha çox rayondakı parket sexlərinə daşınır. Bəli, yaşananlara diqqət yetirdikdə belə bir qənaətə gəlmək olur ki, meşə zolaqlarının kütləvi məhvi əslində əsl həyacan təbili çalmağa tam əsas verir.
İndi Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Meşələrin inkişafı departamentinin sektor müdiri vəzifəsini daşıyan Sadiq Salmanovun söylədiyi aşıqlamalara diqqət yetirək. Bu şəxs qeyd edir ki, “qanunsuz olaraq 11 min kubmetr həcmində ağac kəsilib ki, bunun qarşılığında 122 nəfər hüquqi və fiziki şəxs haqqında akt və protokol tərtib olunub. Meşə fonduna üstüstə 68 min manat ziyan dəyib. Son 15 il ərzində qanunsuz ağackəsmə halları 5 dəfə azalıb. Respublikaya idxal olunan ağac və ağac məhsullarının miqdarı isə 7 dəfə artıb”. Əslində belə bir açıqlama həqiqəti ifadə etməyən açıqlamalardır. Çünki, təkcə bir ilin qış fəslində nəinki 11 min, bəlkə də 111 min kubmetrdən çox ağac kəsilir.
Digər tərəfdən, yanacaq məqsədilə odun kəsən şəxsə cərimə, protokol yazılmalı, meşə zolaqlarını kütləvi surətdə məhv edib yeşik və parket sexlərinə daşıyanlar haqda isə cinayət işi qaldırılmalı olduğu halda, çox zaman nazirlik əməkdaşları belə bir addımlarını atmırlar. Bu da növbəti cinayətlərə qol qoyulmasına imkanlar açır. Fakt budur ki, hazırda ağackəsmə halları dəfələrlə artıb, nazirliyin rəsmi açıqlamalarında saxta məlumatlar dövriyyəyə ötürülür ki, bu da əsl həqiqətlərin gizlədilməsidir. Axı belə bir yolla, əsl həqiqətləri gizlətmək olmur. Əgər nazirliyin səlahiyətliləri üzərinə düşən vəzifələrinin öhdəsindən müəyyən mənada gələ bilirlərsə, o halda niyə
təkcə 6 ay ərzində 56 məmur işdən çıxarılır, 111 nəfərə töhmət verilir, 58 nəfərə isə xəbərdarlıq olunur.
Hər kəsin diqqətini bir məqama da yönəldək ki, hələ bir müddət bundan əvvəl xəbər portalı olaraq Zaqatala Dövlət Təbiət Qoruğu ərazisində ağacların kütləvi kəsimi ilə əlaqədar açıqlamalar dərc etmişdik. Dərc etdiyimiz açıqlamalarla bağlı nazirlik əməkdaşları qeyd olunan ərazidə yoxlamalar aparmış və cəmi 28 ədəd ağacın kəsilməsini də qeyd etmişlər. Bu da həqiqəti ifadə etməyən açıqlamadır. Çünki, biz qeyd olunan ərazidə 28 ədəd ağacın deyil, daha çox sayda ağacların kəsilməsi haqda müfəssəl məlumatlar əldə etmişdik. O halda sual oluna bilər ki, necə olur ki, biz Bakı şəhərində olaraq baş verənlərlə bağlı lazımi məlumatları əldə edə bilirik, amma nazirlikdə vəzifə sahibi olanlar bunları bilmirlər?
Bəli, biz bir media qurumu olaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Meşələrin inkişafı departamentinin direktor əvəzi vəzifəsini icra edən Söhrab Abbasovdan fərqli olaraq, ətraf mühitin inkişafı, problemlərinin həlli ilə bağlı xalqımızın ulu öndəri Heydər Əliyevin vaxtilə ortaya qoyduğu yanaşmasını, ölkə rəhbəri cənab İlham Əliyevin bu yöndə vermiş olduğu tapşırıqları əsas tutaraq, bundan sonra da problemlərin varlığına diqqət yetirəcəyik və meşə zolaqlarının qanunsuz yollarla məhv olunmasına qarşı mübarizə tədbirlərimizi davam etdirəcəyik.
Qarşı tərəfin də mövqeyini dinləyə bilərik.
Bizi izləməyi unutmayın!
Dünən, 16:00
Normal yaşamaq neçə manatdır? — Açıqlama
Dünən, 15:30
Camaat KƏNDdən NİYƏ qaçır ?
Dünən, 15:18
Arif Hacılının oğlu və gəlini HƏBS OLUNDU
Dünən, 14:22
“Artsax” deyən kimi qiyamət qopdu
Dünən, 14:00
Azərbaycanın yeraltı sərvətləri üçün yeni dövr: Prezidentdən böyük sənaye planı-minlərlə iş yer
Dünən, 13:18
İlham Əliyev Çin və İtaliya şirkətlərinin rəhbərlərini qəbul etdi
Dünən, 13:11
İrandan Azərbaycana 111 kq narkotik keçirilmək istədilər
Dünən, 12:44
Leysan, şimşək, dolu - SABAHIN HAVASI
Dünən, 11:53
22 motosikletçi saxlanıldı
Dünən, 11:48
Çingiz Mustafayevin çəkdiyi kadrlardakı Ləfxanım Xocalıya qayıtdı
Dünən, 11:16
Əli Nağıyev təhlükəsizlik mexanizmlərindən DANIŞDI
Dünən, 10:25
Azərbaycanda hərbçilərin MAAŞI ARTIRILIR
Dünən, 10:21
Azərbaycanda bu şəxslər pullarını dərhal ala biləcəklər - YENİ LAYİHƏ
Dünən, 10:18
Bakı metrosunun iş vaxtı uzadılır
Dünən, 09:50
"Kurtlar Vadisi"nin ssenaristi HƏBS EDİLDİ: 15 il əvvəlki şübhəli ölüm araşdırılır
Dünən, 09:47
Azərbaycanla bu ölkə arasında viza tələbi aradan qaldırılır
Dünən, 09:42
2027-ci ildə pensiyalar nə qədər arta bilər?
Dünən, 09:37
Bu gün Azərbaycan Qran-Prisi start götürür
Dünən, 09:30
Türk ordusu ərazidən çıxır, Bağdad PKK-nı Sincardan təmizləyir – Tarixi razılaşma
Dünən, 09:17
İlham Əliyevdən XƏBƏRDARLIQ – Birgə hərəkət etməsək...
Dünən, 09:00
Buğda bahalaşdı — Azərbaycanda un və çörək qiymətləri arta bilər?
23-09-2026, 22:28
“Nar” inklüziv mövzulu sənədli filmin nümayişinə dəstək göstərib
23-09-2026, 16:00
Paşinyanın qarşısında üç böyük məsələ: Bakı, Ankara və Moskva- İrəvan hansı yolu seçir?
23-09-2026, 15:30
Pulu inflyasiyadan qorumağın ən təsirli yolu hansıdır? — Ekspert açıqladı
23-09-2026, 14:22
Ukrayna Moskvaya çata bilən raket hazırlayır – İlk zərbə bu payız ola bilər
23-09-2026, 13:39
Yeni dövlət proqramı əhalinin rifahını yaxşılaşdıracaq - AÇIQLAMA
23-09-2026, 13:00
İlham Əliyev İsveçin yeni səfirini qəbul etdi