Xankəndinin ermənilər tərəfindən işğalından 23 il ötür
Bu gün Xankəndinin işğalından Azərbaycanın Xankəndi şəhəri və ətraf ərazilər üçün mühüm strateji əhəmiyyətə malik ola Kərkicahan qəsəbəsinin ermənilər tərəfindən işğalından 23 il keçir. 1988-ci ildə Ermənistan SSR-dən gəlmiş erməni millətçi emissarlarının təşkilatçılığı ilə Xankəndində ermənilər Dağlıq Qarabağın Azərbaycandan qoparılaraq Ermənistana verilməsi tələbi ilə icazəsiz mitinqlərə başladılar. İlk mitinq 13 fevral 1988-ci ildə Xankəndinin mərkəzi meydanında təşkil olundu. Bundan bir həftə sonra, 20 fevralda Dağlıq Qarabağ Ali Sovetindəki erməni deputatlar qanunsuz olaraq vilayətin Azərbaycanın tərkibindən ayrılaraq Ermənistan SSR-ə birləşdirilməsi məsələsini qaldırdı. Bu, Dağlıq Qarabağın azərbaycanlı icmasının haqlı narazılığına səbəb oldu. Bundan sonra Sovet rəhbərliyi vəziyyəti stabilləşdirmək üçün Xankəndinə Daxili Qoşunların batalyonunu göndərdi. Həmin aylardan etibarən ermənilərin azərbaycanlılara qarşı terror hərəkatı başlandı. Xankəndi erməniləri Şuşaya gələn su kəmərini zəhərləməyə cəhd etdilər. 20 fevralda Xankəndi mərkəzi xəstəxanasında praktika keçən iki azərbaycanlı tələbə qız ermənilər tərəfindən zorlandı. 2 gün sonra isə Ağdamdan yüzlərlə azərbaycanlı gənc bunu qisasını almaq üçün Xankəndinə yürüş etdilər. Onların qarşısı Əsgəranda silahlı ermənilər və rus əsgərləri tərəfindən kəsildi. Baş verən qarşıdurmada iki azərbaycanlı qətlə yetirildi, çoxlu sayda insan isə yaralandı. Bu gənclər sonradan illərlə davam edəcək Dağlıq Qarabağ münaqişəsinin ilk qurbanları oldular.
May ayının 25-dən etibarən isə Vilayət Partiya Komitəsində məsul vəzifədə çalışan azərbaycanlılar işdən çıxarıldı. İlk olaraq ermənilər 1988-ci ilin 18 sentyabrında Xocalıya hücum etdilər. Güclü müqavimətlə rastlaşdıqdan sonra onlar Xankəndində olan azərbaycanlıların evlərinə basqınlar təşkil etdilər. Mayor Şahbazyanın başçılığı altında həm yerli milis idarəsində, həm də Ermənistanda çalışan milis işçilərindən ibarət dəstələr yaradıldı. Azərbaycanlıların yaşadıqları evləri yandırmaq məqsədilə bu dəstələrdən hər biri bir küçəyə nəzarət edirdi. Zavodskoy küçəsi, Puşkin küçəsi, Ü.Hacıbəyov küçəsi, Özbəkistan küçəsi, Bazarnaya küçəsi, DQMV-50 küçəsində evlərə hücum edərək müxtəlif vasitələrlə onları yandırmağa başladılar. Sabir və Lesnoy küçələrinə də hücum edən ermənilər orada müqavimətlə rastlaşdıqlarından geri çəkilməyə məcbur oldular. Daha sonra M.Paşayev, Timiryazev, Magilyevski və Admiral İsakov küçələrində də yanğınlar törətdilər. Ümumilikdə isə 59 ev yandırıldı. Sentyabr ayının 18-də 20-nə kimi ermənilər talan və qarətlərinin davam etdirdilər. Beləliklə, 1988-ci ilin sentyabr ayında ermənilər Xankəndi şəhərində yaşayan bütün etnik azərbaycanlıların hamısını zorla şəhərdən qovurlar. Xankəndində Azərbaycanın büdcəsinin pulu ilə tikilmiş bütün sənaye müəssisələrinin başçıları ermənilər idi. Həmin müəssisələr gizlin olaraq atıcı silahlar və minalar istehsal edərək bunları erməni silahlı dəstələrinə paylayırdılar. 1991-ci ilin dekabr ayında SSRİ öz mövcudluğuna son verdi. Xankəndindəki ermənilər bunu fürsət kimi bilib dərhal şəhərdə yerləşən hərbi bazaya hücum edərək oradakı bütün silahları ələ keçirdilər. Döyüş zamanı bir neçə erməni silahlısı və bir rus əsgəri öldürüldü. Bazada olan rus əsgərlərinin bir hissəsi ermənilərlə vuruşmağa razılıq verdi, buna razı olmayanlar isə Qarabağdan qovuldular. Lakin bundan daha əvvəl Xankəndində yerləşən 366-cı moto-atıcı alayın rus əsgərləri öz silahlarını ermənilərə satmağa başlamışdılar. 1991-ci ildə Qarabağda olan amerikalı hüquq müdafiəçisi Skot Harton bu barədə yazaraq bildirir ki, hərbi bazada xidmət edən rus zabiti onu yerli biznesmen kimi təsəvvür edərək ona tankı 3000 ABŞ dollarına almağı təklif edib. Bəzi şahidlər isə rusların öz silahlarını araq əvəzinə ermənilərə verdiyini deyir. Müharibə boyunca Azərbaycan Ordusunun bölmələri bir neçə dəfə Xankəndinə yaxınlaşsa da, şəhəri işğaldan azad etmək mümkün olmayıb.
Şəhərdə terror, sui-qəsd və hücum aktları
1988-ci ilin yayında Xankəndi Uşaq Xəstəxanasında həkim-rentgenoloq işləyən əslən ağdamlı şəxs ermənilər tərəfindən xəstəxananın həyətində döyülərək, qətlə yetirilib.
28.06.1989-cu il tarixində ermənilər tərəfindən Badara qəsəbəsindən Meşəliyə gedən şosse yoluna qoyulmuş partlayıcı qurğunun işə düşməsi nəticəsində maşındakı 6 nəfər mülki azərbaycanlı ağır yaralanmışdır.
20 sentyabr 1991-ci ildə şəhərdə Şuşa-Ağdam yolunu birləşdirən Xəlifəliçay üzərindəki körpü partladılmışdır. Cinayəti törətmiş Artur Amramyan həbs olunmuş və 15 il müddətində azadlıqdan məhrum olmuşdur.
1990-cı il may ayında Bakı-Xankəndi qatarı və Xankəndi-Ağdam avtobusu partladılır.
1990-cı ilin iyununda Xankəndili Əşrəf və Ələmşah adlı iki qardaş 336-cı moto-atıcı alayın qarşısında diri-diri yandırılır.
15 sentyabr 1991-ci ildə Xankəndidəki radio-televiziya stansiyası partladılmışdır. Bu günə kimi bu hadisədə əli olanların adları məlum deyil.
1991-ci il yanvarın 5-də Kərkicahan ərazisinə ermənilər tərəfindən hücumlar olunur. Beləcə qəsəbə 3 nəfəri itirir. Lakin erməni tərəfindən də, çoxlu itkilər olur.
1991-ci il 9 yanvar tarixində Baqmanyan Akop Qavruşoviç və Antonyan Artuşa Qriqoroviç tərəfindən DQMV-nin Daxili İşlər İdarəsinin rəisi general mayor V.Kovalyovun həyatına sui-qəsd edilmişdir. Buna səbəb kimi onun azərbaycanlıları müdafiə etməsi və sui-qəsdin yuxarı dairələrdən sifariş olunması göstərilmişdir.
1989-cu ilin oktyabr ayında evinə qayıdan iki nəfər Kərkicahan sakini güllələnmişdir.
1991-ci il fevralın 4-də ermənilər azərbaycanlılar yaşayan bir neçə binanı partladır, güllələyirdilər.
1991-ci ilin yayında Xankəndi-Şuşa avtomobil yolunda SSRİ DİN Daxili Qoşunlar mayoru L.Xomiç qətlə yetirilmişdir.
24 fevral 1991-ci ildə Şuşadan Ağdam rayonuna gedən "PAZ-3205" dövlət nömrə nişanlı avtobus şəhər ərazisində partladılmış, nəticədə 7 nəfər həlak olmuşdur.
Həmçinin ermənilər bu zaman ərzində oğurluq və talançılıq işlərinə də, əl atıblar. Belə ki, Kərkicahan, Cəmilli və Kosalar ərazisində xalqın mal-qarası, xırda buynuzlu heyvanları ya oğurlanır, ya da güllələnir.
1994-cü il 18 mart tarixində Xankəndi səmasında erməni terrorçuları tərəfindən İranın Hərbi Hava Qüvvələrinə məxsus Herkules tipli təyyarə vurulmuş, 36 nəfər həlak olmuşdur.
Dünən, 16:00
Kiçik torpaq sahələri ilə bağlı YENİLİK! Ekspert detalları açıqladı
Dünən, 15:33
Türkmənistan Prezidentinə Qarabağ atı hədiyyə edilib
Dünən, 15:30
Moskvadan qızışdırıcı MÖVQE – Paşinyan Rusiyaya buraxılmayacaq?
Dünən, 13:25
Prezidentin Şuşa səfərində uşaqlarla səmimi görüşü
Dünən, 13:16
Həmin ordeni Polşaya qaytardı
Dünən, 12:43
Onlayn qumarla bağlı cəzalar - Sərtləşdirilir
Dünən, 12:39
Daşaltı kəndinin fonunda - Fotolar
Dünən, 12:33
Füzulinin dağıdılmış yerlərinə baxdılar - Fotolar
Dünən, 11:46
Sürətli yolda uşağın həyatını təhlükəyə atdı - Araşdırma başladı
Dünən, 11:40
Bu qaydanı pozanlar cərimələnəcək - 2 min manatadək
Dünən, 11:15
Prezident həmkarını Füzulidə qarşıladı - Fotolar
Dünən, 11:09
Danışıqların yekununda dörd işçi qrupu yaratdılar
Dünən, 11:05
Ramil Quliyevin xanımı Olimpiya medalından məhrum edildi
Dünən, 10:59
Ərini öldürəndən sonra silahla arvadını da hədələyibmiş - Yevlaxdakı qətlin təfərrüatı
Dünən, 10:55
“Dörd ay keçib, küçələr hələ də su altındadır”
Dünən, 10:51
Daha bir gəncin meyiti kanaldan tapıldı
Dünən, 09:53
İtaliya mətbuatında Tramp haqqında gedən təhqiramiz ifadələr toplanır
Dünən, 09:47
ABŞ-İran texniki danışıqları da başa çatdı: Nəticə?
Dünən, 09:40
Xameneinin dəfninə görə uçuşları məhdudlaşdıracaqlar
Dünən, 09:36
Ölümcül istilər gözlənilir - Xəbərdarlıq edildi
Dünən, 09:31
Mərdəkanda dənizdə batan 4 gəncin - Fotosu
Dünən, 09:23
XİN: Ölkəmizin inkişafında dövlət qulluqçularının rolu əvəzsizdir
Dünən, 09:09
Metroda limitsiz abunə kartları nə vaxt tətbiq olunacaq? - RƏSMİ AÇIQLAMA
Dünən, 09:00
İran-ABŞ barışığı Azərbaycana da təsir göstərəcək
22-06-2026, 16:00
Bu yerlərdə qiymətlər 15% qalxacaq — VİDEO
22-06-2026, 15:30
Göyçə uğrunda əməliyyat: yüzlərlə tikili söküldü
22-06-2026, 13:58
Türkmənistan Prezidenti Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib