Nəsimi rayon Sukanal idarəsi məcburi köçkünü “topa tutdu”-ŞOK OLAY
Gundem / Bolge
Oxunub: 3 050
8 avq 2017 | 14:39
Nəsimi rayon Sukanal idarəsi məcburi köçkünü “topa tutdu”-ŞOK OLAY












Həmin vaxt 31 saylı MİS-in rəisi Həsənov Vidadi Həmzə oğlu İbrahim Hümbətova fiziki zor tətbiq etməklə bərabər, ona bədən xəsarətləri də yetirir

Bir neçə gün bundan öncə Azerinfo.az saytının baş redaktoru, Ağdam rayonundan məcburi köçkün, 2-ci qrup əlil, Bakı şəhəri, Nəsimi rayonu 5-ci mikrorayon, 20 Yanvar küçəsi bina-40, mənzil-17 ünvanda yaşayan Hümbətov İbrahim Qubad oğlu, Nəsimi rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin 31 saylı Mənzil İsrismar Sahəsinə gedir ki, yaşadıqları ünvanda üz-üzə qaldıqları su problemi ilə bağlı daha bir arayış əldə edə bilsin. Həmin vaxt 31 saylı MİS-in rəisi Həsənov Vidadi Həmzə oğlu İbrahim Hümbətova fiziki zor tətbiq etməklə bərabər, ona bədən xəsarətləri də yetirir. Hətta adı çəkilən şəxsi təhqir etməkdən də çəkinmir. Onun bədən xəsarətləri alması haqda həkim tərəfindən təsdiq olunmuş arayış da var.

Ümumiyyətlə problemin mahiyyəti nədir və onun əmələ gəlməsini zəruri edən səbəblər nə olub? Odur ki, bu yöndə bir qədər araşdırmalar aparmağa başladıq və lazımi məlumatları da əldə edə bildik. Apardığımız araşdırmalar zamanı məlum olan o oldu ki, İbrahim Hümbətov Ağdam rayonundan məcburi köçkün düşdüyü üçün, hər il yaşadıqları ərazidə yerləşən 31 saylı MİS-dən arayış alıb Nəsimi rayon Sukanal idarəsinə, Nəsimi rayon Enerji Təchizatı və Satışı İdarəsinə, həmçinin Nəsimi rayon Qaz İstismarı İdarəsinə verirmiş ki, komunnal xidmətlərdən istifadəyə görə borcu əmələ gəlməsin. Bir neçə gün bundan əvvəl adı çəkilən şəxs ezamiyyətdə olarkən ona xəbər verirlər ki, Nəsimi rayon Sukanal idarəsinin əməkdaşları yaşadıqları mənzildə su təhcizatını dayandırıblar. Elə ki, İbrahim Hümbətov Bakıya qayıdır və problemin araşdırılması üçün ləngimədən Nəsimi rayon Sukanal idarəsinə gedir, o halda ona adı çəkilən qurumdan “yaşadığınız mənzilin 2014-cü ildən “Azərsu” ASC-nə 450 manat bocu var, siz həmin borcu ödəməlisiniz, əks halda su təchizatınız bərpa olunmayacaq” deyirlər. O, Nəsimi rayon Sukanal idarəsinin əməkdaşlarına, “axı məcburi köçkünlərin 01 yanvar 2017-ci il tarixə kimi müəyyən limitləri olub, dediyiniz rəqəm şişirdilmiş rəqəmdir və heç bir halda həqiqəti əks etdirmir” desə də, qarşı tərəf onun dediklərinə məhəl qoymur.

Baş verənlərlə bağlı İbrahim Hümbətovla görüşüb müəyyən məsələlərə aydınlıq gətirmək istədikdə o, vurğuladı ki, “2015-2017-ci illər ərzində yaşadığımız mənzildə müvəqqəti olaraq köçkün qohumlarım da yaşayıblar. Bu barədə Qaçqın və Məcburi Köçkünlərin İşi Üzrə Dövlət Komitəsinin Nəsimi rayon Şöbəsində müvafiq qeydiyyatlar da aparılıb. Məsələ ondadır ki, qohumlarım bizim mənzildə qaldıqları zaman elektrik enerjisindən, mavi qazdan, sudan istifadə ediblər və heç vaxt da müəyyən edilmiş limiti keçməyiblər. Yəni, onlar komitədə qeydiyyata alındıqlarından, kommunal xərcləri də dövlət tərəfindən ödənilib. Bu gün isə həmin mənzildə 1-ci qrup əlil bacım Ayulduz Hümbətova ilə birlikdə yaşayıram. 31 saylı MİS-dən almaq istədiyim arayış da, elə buna görə lazım idi. Mən MİS-in rəisindən arayış almaq istəyərkən o, “arayışı bir şərtlə verərəm ki, sizin mənzildə qohumların qaldıqları zaman yaranmış kommunal borcu ödəyəsən” dedi. Həmin vaxt MİS-nin rəisinə 01 yanvar 2017-ci il tarixə kimi məcburi köçkünlər kommunal xərclərdən azad idilər desəm də, atılan addımlarla bağlı onu heç cür başa sala bilmədim. O, onu da dərk etmir ki, bu gün də məcburi köçkünlər elektrik enerjisi, mavi qaz və içməli su istisna olmaqla digər ödənişlərdən, yəni mənzil puluna görə edilən ödənişdən də azaddırlar. MİS rəisinin israr edib vurğuladığı o oldu ki, “əvvəllər qohumlarınız sizin mənzildə yaşayıblar, ona görə də borc əmələ gəlib, onu ödəməlisiniz” desə də, mən onu heç cür başa sala bilmədim. Elə problemimiz də, MİS rəisinin günahı ucbatından əmələ gəldi.

Baş verənlərlə bağlı daha bir araşdırmalar apardıqda o da bəlli oldu ki, hər bir məcburi köçkün ailəsi 2014-cü ildən və ondan əvvəlki illərdən 01 yanvar 2017-ci il tarixə kimi, müəyyən limit daxilində dövlət təminatında olublar. Bu belə olduğu halda, görəsən bu gün Hümbətovlara yazılmış 450 manat borc pul hardan və hansı yollarla “peyda olub”. O halda meydana belə bir sual da çıxar ki, əgər 31 saylı MİS-in rəisi ilə birlikdə Nəsimi rayon Sukanal idarəsinin əməkdaşları İbrahim Hümbətovdan mənzil pulu ilə bərabər 450 manat borcun ödənilməsini də tələb edirlərsə, bəs qarşı tərəf ötən illər ərzində dövlət tərəfindən kommunal xidmətlərə görə ödənilmiş, amma istifadə olunmamış pullarını niyə tələb etməməlidirlər? Əgər komunnal xidmətlərə görə dövlət tərəfindən ödənilmiş vəsaitin miqdarından az istifadə olunubsa, yerdə qalan vəsait məcburi köçkün ailəsinə qaytarılmalıdır. Bəs bu gün nələr baş verir? Görəsən üstüstə toplanan vəsaitlər məcburi köçkünlərə qaytarılırmı, yaxud da onlar həmin vəsaitlərdən hansısa formada istifadə edirlərmi, yoxsa kimlərinsə ciblərinəmi girir? Bax, problemin kökü bundadır. Çünki, o haqda da məlumatlıyıq ki, 01 yanvar 2017-ci il tarixə kimi məcburi köçkünlər kommunal xidmətlərdən istifadəyə görə dövlət tərəfindən ödənilmiş vəsaitlərin müəyyən hissəsindən istifadə etsələr də, müəyyən hissəsi isə vəsait ayrılan qurumun balansında qalır. Bu da zaman-zaman həmin qurumun səlahiyyət sahibləri tərəfindən mənimsənilir.

Baş verənlər haqda konkret mövqeyini ortaya qoyan İbrahim Hümbətov onu da bildirdi ki, “mən hər il MİS-dən arayış alıb aidiyyəti üzrə vermişəm. Rayonun Enerji Təchizatı və Satışı İdarəsi, həmçinin Qaz İstismarı İdarəsi ilə problemim olmadığı halda, nədənsə Nəsimi rayon Sukanal idarəsi ilə problemim əmələ gəlir. Bu da onu söyləməyə əsas verir ki, təqdim etdiyim arayışları Sukanal idarəsinin əməkdaşları hansısa yollarla “itbata” salırlar. Deməli, onları “pərdəarxası” hansısa maraqları var ki, bu cür addımlarını atırlar. İndi isə istərdik ki, belə bir problemlərin varlığını “Azərsu”ASC-nin sədri cənab Qorxmaz Hüseynovla bərabər, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri cənab Əli Həsənov da diqqətdə saxlasın və konkret yanaşmalarını ortaya qoysunlar. Qarşı tərəfi də dinləyə bilərik. Araşdırmamız davam edəcək. Bizi izləməyi unutmayın.

Azerinfo.az
Bu gün, 12:32
Prezidentlərin iştirakı ilə açılış mərasimi keçirilir - FOTOLAR - YENİLƏNİB
Dünən, 10:44
Daha bir “Prius” qəzası - Ölən və yaralananlar var - Foto
Dünən, 10:39
Könülün qətlindən sonra nənəsi də öldü
Dünən, 10:24
Ana oğlunun şəhid olduğu yeri ilk dəfə gördü - VİDEO
Dünən, 10:19
DİN xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ etdi - FOTO
Dünən, 10:13
Müdafiə Nazirliyinin rəhbər heyəti hərbi vəzifəlilərlə görüşüb
Dünən, 09:18
Blinkenin “gecə konserti” qorxunc sirri ifşa etdi: Ukrayna ABŞ-a daha lazım deyil
Dünən, 09:00
Paşinyan istefaya hazırlaşır? - Xandanyan açıqladı
17-05-2024, 16:00
Ermənilər Xocalı aeroportunu niyə bu formada tikiblər? – Sirr açıldı
17-05-2024, 15:30
Ermənilərin sərhəd TƏLAŞI... - Daha çox ərazi...
17-05-2024, 14:22
Sülhməramlıları xatırlayarkən: separatçılığa dəstək, terrora yardım... - "Həmişə Azərbaycana qarşı qərəzli mövqedə dayandılar"
17-05-2024, 14:04
Lukaşenkodan Şuşada traktor hədiyyəsi - FOTOLAR
17-05-2024, 13:58
İlham Əliyev və Aleksandr Lukaşenko Şuşa şəhərinə səfər ediblər
17-05-2024, 12:51
Azərbaycan XİN: Fransa tərəfi üzr istəməlidir
17-05-2024, 12:00
Prezidentlər Füzulinin Baş planı ilə tanış oldu
17-05-2024, 11:53
Əliyev Lukaşenkonu Füzulidə qarşıladı - FOTOLAR
17-05-2024, 11:46
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - AÇIQLAMA
17-05-2024, 11:41
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri yenidən görüşüblər
17-05-2024, 11:05
Rövşən Nəcəf UEFA prezidenti ilə görüşüb
17-05-2024, 11:01
Misir İsrailin təklifini rədd edib - "Reuters"
17-05-2024, 10:56
Pedofillərlə bağlı qanunda dəyişiklik edildi - RƏSMİ
17-05-2024, 10:51
Türkiyə Xarici İşlər Nazirliyində ciddi dəyişiklik
17-05-2024, 10:33
Füsunkar təbiəti ilə seçilən Kəlbəcərdən yeni görüntülər - VİDEO
17-05-2024, 10:28
Azərbaycanın İrandakı səfirliyinin yeri dəyişdirilib
17-05-2024, 10:21
Azərbaycanla proses uğurlu keçdi - Qriqoryan
17-05-2024, 09:26
"Kurtlar vadisi"nin aktyoru Azərbaycan vətəndaşı olmaq istəyir
17-05-2024, 09:21
ABŞ ruslara qarşı sanksiyalar tətbiq etdi