Zaqatalada 100 ağac birdən kəsilib – kimdir günahkar?
Gundem / Bolge
Oxunub: 3 742
10 avq 2017 | 11:05
Zaqatalada 100 ağac birdən kəsilib – kimdir günahkar?















Az müddət əvvəl Zaqataladakı bir olaya görə Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə müstəqil media arasında “müharibə” yaşandı. Hadisə ondan başladı ki, Zaqatala-Balakən ərazisində “hörmət” müqabilində ağac kəsməsinə şərait yaradılan şəxslər nadir növdən sayılan, “Qırmızı kitab”a düşmüş Piton ilanı öldürərək, bu anı “əbədiləşdiriblər”. Həmçnin, qeyd olunurdu ki, bir müddət əvvəl ETSN-nin 9 saylı Regional İdarəsindən Əfqan və Kənan adlı işçilər Zaqatala qoruğu ərazisində 3 çətənə plantasiyası aşkarlayıblar, lakin onlardan ancaq ikisinin yandırılması bu əməkdaşların da narazılığına səbəb olub. Məlumatda əlavə olunub ki, nadir heyvanların öldürülməsi və meşənin məhv edilməsiylə bağlı, Katex kənd sakinlərindən biri Heydər Əliyev Fonduna şikayət yazıb. “Lakin qoruq rəisi, vaxtilə 9 saylı Regional İdarənin rəisi olan Ramazan Çuxullayevin işini yoxlamağa onun sabiq işçiləri göndərilib. Onlar da öz keçmiş rəislərinin xətrinə dəyməyərək, Katex kənd icra nümayəndəliyindən “qondarma” bir arayış alıblar ki, guya həmin şəxs neçə ildir Rusiyadadır. Və bununla da məsələ bağlanıb”, – deyə mənbələr bildirirlər. Mənbələr qeyd edib ki, o, 9 saylı Regional İdarədə rəis olarkən, ətrafına “kadr”lar toplayıb. Maraqlıdır ki, sözügedən mövzuda araşdırma zamanı özündən də açıqlama alınan Ramazan Çuxullayev sonradan keçmiş işçisi Taliyə Muradovadan da açıqlama alındığını öyrənib və qəzəblənərək, jurnalisti təhqir və təhdid edib. Axşam saatlarında isə redaksiyamıza məlumat daxil oldu ki, jurnalist Rüfət Əhmədzadəni söydüyünə görə, Ramazan Çuxullayev sabah saat 9-da ETSN-ə çağırılıb. Məlumatda qeyd olunur ki, o, bu xəbərdən sonra tələm-tələsik Şəkiyə gedərək, 9 saylı Regional İdarənin əməkdaşı (R.Çuxullayev bir il əvvəl bu idarənin rəisi olub – red.) Taliyə Muradovaya dil-ağız edib və tələm-tələsik onun dilindən izahat alıb ki, rəis olduğu vaxtda heç bir qanun pozuntusuna yol verməyib.( http://bakunews.az/gundem/28785-jurnalisti-soyen-qoruq-reisi-tecili-nazirliye-chagirildi-son-deqqe.html. 30-06-2017)

Azerinfo.az saytının ünvanına Zaqataladan yeni məlumatlar daxil olub. Görünür diqqət mərkəzində olmaq, yoxlamalar belə ağac kəsilməsinin qarşısını qısa müddətə də olsa ala bilmir.

Məlumatı verən mənbə qeyd edir ki, bu dəfə ağacları soyqırıma məruz qoyan şəxs Ramazan Çuxullayevin işçisi, Romulli ləqəbli sahə rəisidir. Katex kəndində, “Katex” restoranının üst tərəfindəki meşə zolağında son günlər yüzdən çox ağac kəsilib.

Xatırladaq ki, 27 iyulda paytaxtın Nizami rayonu ərazisində “Karvan-K” İstehsalat Kommersiya şirkəti tərəfindən əsaslı tikinti işlərinin aparılması zamanı müxtəlif növlü (şam, sərv və qarağac) 9 ədəd ağacın məhv edilməsi nəticəsində təbiətə 7.920 manat məbləğində ziyan vurulması ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyindən daxil olmuş material Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb. Həyata keçirilmiş təxirəsalınmaz tədbirlər nəticəsində şirkətin direktoru Şirinov Vüqar İbiş oğlunun xidməti vəzifələrinin icrası ilə əlaqədar öz qulluq mövqeyindən sui-istifadə edərək üzərində hər hansı hüquqları olmayan torpaq sahəsindəki yaşıllıqların məhv edilməsi hesabına həmin şirkətin balansında olan “Planet” şadlıq sarayının arxa hissəsində yenidənqurma işləri aparmaqla qabaqcadan əlbir olduğu fərdi əmək fəaliyyəti ilə məşğul olan Bakı şəhər sakinləri Salmanov Vasif Telman oğlu və Əhmədov Sadiq Rza oğluna verdiyi tapşırığa əsasən sonuncuların həmin ərazidə 9 ədəd ağacı qanunsuz olaraq kəsmələrində əsaslı şübhələr müəyyən edildiyindən faktla bağlı cinayət işi başlanıb.

V.Salmanov və S.Əhmədova Cinayət Məcəlləsinin 259.3-cü (qabaqcadan əlbir olan bir qrup şəxstərəfindən qanunsuz ağac kəsmə küllli miqdarda ziyan vurmaqla törədildikdə), V.Şirinova isə həmin məcəllənin 259.3-cü maddəsi ilə yanaşı, 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddəsi ilə ittiham elan olunmaqla barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Yaxşı, 9 ağaca görə Bakıda cinayət işi açılırsa, necə olur ki, Zaqatalada 100 ağac birdən kəsilir, bir qurumun tükü tərpənmir.

Mövzuya qayıdacağıq.

Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.
Zaqatalada 100 ağac birdən kəsilib – kimdir günahkar?
Zaqatalada 100 ağac birdən kəsilib – kimdir günahkar?
Zaqatalada 100 ağac birdən kəsilib – kimdir günahkar?
Zaqatalada 100 ağac birdən kəsilib – kimdir günahkar?
Zaqatalada 100 ağac birdən kəsilib – kimdir günahkar?
Zaqatalada 100 ağac birdən kəsilib – kimdir günahkar?
Zaqatalada 100 ağac birdən kəsilib – kimdir günahkar?
Zaqatalada 100 ağac birdən kəsilib – kimdir günahkar?
Zaqatalada 100 ağac birdən kəsilib – kimdir günahkar?
Zaqatalada 100 ağac birdən kəsilib – kimdir günahkar?
Zaqatalada 100 ağac birdən kəsilib – kimdir günahkar?
Zaqatalada 100 ağac birdən kəsilib – kimdir günahkar?
Zaqatalada 100 ağac birdən kəsilib – kimdir günahkar?
Bu gün, 12:32
Prezidentlərin iştirakı ilə açılış mərasimi keçirilir - FOTOLAR - YENİLƏNİB
Dünən, 10:44
Daha bir “Prius” qəzası - Ölən və yaralananlar var - Foto
Dünən, 10:39
Könülün qətlindən sonra nənəsi də öldü
Dünən, 10:24
Ana oğlunun şəhid olduğu yeri ilk dəfə gördü - VİDEO
Dünən, 10:19
DİN xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ etdi - FOTO
Dünən, 10:13
Müdafiə Nazirliyinin rəhbər heyəti hərbi vəzifəlilərlə görüşüb
Dünən, 09:18
Blinkenin “gecə konserti” qorxunc sirri ifşa etdi: Ukrayna ABŞ-a daha lazım deyil
Dünən, 09:00
Paşinyan istefaya hazırlaşır? - Xandanyan açıqladı
17-05-2024, 16:00
Ermənilər Xocalı aeroportunu niyə bu formada tikiblər? – Sirr açıldı
17-05-2024, 15:30
Ermənilərin sərhəd TƏLAŞI... - Daha çox ərazi...
17-05-2024, 14:22
Sülhməramlıları xatırlayarkən: separatçılığa dəstək, terrora yardım... - "Həmişə Azərbaycana qarşı qərəzli mövqedə dayandılar"
17-05-2024, 14:04
Lukaşenkodan Şuşada traktor hədiyyəsi - FOTOLAR
17-05-2024, 13:58
İlham Əliyev və Aleksandr Lukaşenko Şuşa şəhərinə səfər ediblər
17-05-2024, 12:51
Azərbaycan XİN: Fransa tərəfi üzr istəməlidir
17-05-2024, 12:00
Prezidentlər Füzulinin Baş planı ilə tanış oldu
17-05-2024, 11:53
Əliyev Lukaşenkonu Füzulidə qarşıladı - FOTOLAR
17-05-2024, 11:46
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - AÇIQLAMA
17-05-2024, 11:41
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri yenidən görüşüblər
17-05-2024, 11:05
Rövşən Nəcəf UEFA prezidenti ilə görüşüb
17-05-2024, 11:01
Misir İsrailin təklifini rədd edib - "Reuters"
17-05-2024, 10:56
Pedofillərlə bağlı qanunda dəyişiklik edildi - RƏSMİ
17-05-2024, 10:51
Türkiyə Xarici İşlər Nazirliyində ciddi dəyişiklik
17-05-2024, 10:33
Füsunkar təbiəti ilə seçilən Kəlbəcərdən yeni görüntülər - VİDEO
17-05-2024, 10:28
Azərbaycanın İrandakı səfirliyinin yeri dəyişdirilib
17-05-2024, 10:21
Azərbaycanla proses uğurlu keçdi - Qriqoryan
17-05-2024, 09:26
"Kurtlar vadisi"nin aktyoru Azərbaycan vətəndaşı olmaq istəyir
17-05-2024, 09:21
ABŞ ruslara qarşı sanksiyalar tətbiq etdi