“Meridian” şadlıq sarayında kütləvi dava - İş adamı vəhşicəsinə döyüldü
Gundem
Oxunub: 1 696
3 avq 2017 | 13:53
“Meridian” şadlıq sarayında kütləvi dava - İş adamı vəhşicəsinə döyüldü













Bakıda şadlıq sarayında görünməmiş olay yaşanıb. Mənbədən Realliq.info – ya daxil olan məlumatda bildirilir ki, şəhərin Nizami rayonu, M.Əliyev küçəsi 17 ünvanında yerləşən “Meridian” şadlıq sarayında toy sahibi və onun qohumları vəhşicəsinə döyülüb.

Realliq.info – nun verdiyi məlumatda qeyd olunur ki, iyulun 29-da “Meridian” şadlıq sarayında Qazağıstanda yaşayan Mərdan adlı azərbaycanlı iş adamı oğluna toy məclisi düzəldib. Toy məclisinin başlamasından bir saat keçməmiş ara qarışıb. Belə ki, Mərdanın qardaşı oğlu ilə şadlıq sarayının sahibi arasında yaranmış mübahisə sonra kütləvi davaya çevrilib. “Meridian” şadlıq sarayının sahibi Ramizin göstərişi ilə Mərdan və onun qardaşı oğlu, eləcədə digər qohumları döyülüb. Ağır xəsarətlər alan toy sahibləri xəstəxanaya yerləşdirilib.
Realliq.info qeyd edir ki, toy məclisini dağıdan və toy sahibinə ağır xəsarətlər yetirən şəxslər Ramizin Rusiyadan gətirdiyi idmançılar olub. Saytın araşdırmalarına görə “Meridian” şadlıq sarayının sahibi Ramiz Rusiyadan gətirdiyi “qoçu”ları hazırda gizlədib.

Hadisə ilə bağlı Nizami rayon Polis şöbəsində araşdırmalar aparılır. Realliq.info – ya daxil olan məlumatda bildirilir ki, “Meridian” şadlıq sarayının sahibi Ramiz cinayəti ört-basdır etməyə çalışır. Hətta onun Rusiyadan gətirdiyi qoçular iş adamı Mərdanı hədələməkdədirlər. Ramizin onlara; “mənim qardaşım “Bos Həmid” sizi öldürər və sizə kimsə sahib çıxmaz, ərizələrinizi geri götürün” - kimi mesajlar göndərməsi qarşı tərəfi narahat etməkdədir. Baş verən cinayətin ört-basdır edilməsindən əndişələnən Mərdan və adamları aidiyyatı qurumlara müraciət ediblər.

Məsələ ilə bağlı “Meridian” şadlıq sarayının rəhbərliyi ilə əlaqə saxladıq. Şadlıq sarayının məsul şəxslərindən olan Ramin Realliq.info -ya bildirdi ki, hadisə baş verib və hazırda məsələni polis araşdırır; “İyulun 29-da baş tutan toy məclisində kütləvi davanın baş verdiyi doğrudur. Amma hadisə şadlıq sarayının həyətində olub”.
Mövzuya qayıdacağıq.
Bu gün, 12:32
Prezidentlərin iştirakı ilə açılış mərasimi keçirilir - FOTOLAR - YENİLƏNİB
Dünən, 10:44
Daha bir “Prius” qəzası - Ölən və yaralananlar var - Foto
Dünən, 10:39
Könülün qətlindən sonra nənəsi də öldü
Dünən, 10:24
Ana oğlunun şəhid olduğu yeri ilk dəfə gördü - VİDEO
Dünən, 10:19
DİN xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ etdi - FOTO
Dünən, 10:13
Müdafiə Nazirliyinin rəhbər heyəti hərbi vəzifəlilərlə görüşüb
Dünən, 09:18
Blinkenin “gecə konserti” qorxunc sirri ifşa etdi: Ukrayna ABŞ-a daha lazım deyil
Dünən, 09:00
Paşinyan istefaya hazırlaşır? - Xandanyan açıqladı
17-05-2024, 16:00
Ermənilər Xocalı aeroportunu niyə bu formada tikiblər? – Sirr açıldı
17-05-2024, 15:30
Ermənilərin sərhəd TƏLAŞI... - Daha çox ərazi...
17-05-2024, 14:22
Sülhməramlıları xatırlayarkən: separatçılığa dəstək, terrora yardım... - "Həmişə Azərbaycana qarşı qərəzli mövqedə dayandılar"
17-05-2024, 14:04
Lukaşenkodan Şuşada traktor hədiyyəsi - FOTOLAR
17-05-2024, 13:58
İlham Əliyev və Aleksandr Lukaşenko Şuşa şəhərinə səfər ediblər
17-05-2024, 12:51
Azərbaycan XİN: Fransa tərəfi üzr istəməlidir
17-05-2024, 12:00
Prezidentlər Füzulinin Baş planı ilə tanış oldu
17-05-2024, 11:53
Əliyev Lukaşenkonu Füzulidə qarşıladı - FOTOLAR
17-05-2024, 11:46
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - AÇIQLAMA
17-05-2024, 11:41
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri yenidən görüşüblər
17-05-2024, 11:05
Rövşən Nəcəf UEFA prezidenti ilə görüşüb
17-05-2024, 11:01
Misir İsrailin təklifini rədd edib - "Reuters"
17-05-2024, 10:56
Pedofillərlə bağlı qanunda dəyişiklik edildi - RƏSMİ
17-05-2024, 10:51
Türkiyə Xarici İşlər Nazirliyində ciddi dəyişiklik
17-05-2024, 10:33
Füsunkar təbiəti ilə seçilən Kəlbəcərdən yeni görüntülər - VİDEO
17-05-2024, 10:28
Azərbaycanın İrandakı səfirliyinin yeri dəyişdirilib
17-05-2024, 10:21
Azərbaycanla proses uğurlu keçdi - Qriqoryan
17-05-2024, 09:26
"Kurtlar vadisi"nin aktyoru Azərbaycan vətəndaşı olmaq istəyir
17-05-2024, 09:21
ABŞ ruslara qarşı sanksiyalar tətbiq etdi