Direktoru intihara sürükləyən Baxış Nağıyevi Gədəbəydə kim himayə edir
Gundem / Bolge
Oxunub: 1 368
5 iy 2017 | 14:10
Direktoru intihara sürükləyən Baxış Nağıyevi Gədəbəydə kim himayə edir










Gədəbəy rayonunda 1 peşə təhsili, 84 ümumtəhsil (onlardan 55-i tam orta, 18-i ümumi orta və 11-i ibtidai), 3 məktəbdənkənar tədris və 8 məktəbəqədər tədris müəssisəsi fəaliyyət göstərir. Rayon Təhsil Şöbəsinin (RTŞ) müdiri isə Nağıyev Baxış Nağı oğludur. Əldə etdiyimiz məlumatlara görə, Baxış Nağıyev təhsil şöbəsinə müdir keçəndən sonra rayonda fəaliyyət göstərən təhsil müəssisələrində acınacaqlı durum yaranıb: “Gədəbəydə təhsilin vəziyyəti istənilən səviyyədə deyil. Bunu rayonun camaatı çox yaxşı bilir. Şagirdlərin tədris prosesinə marağı zəifdir. Çünki məktəblərin bir çoxunda normal dərs keçilmir. Müəllimlərin yetərli hissəsi repititorluq fəaliyyəti ilə məşğul olduğu üçün məktəbdəki dərslərə o qədər önəm vermirlər. Repititorluq edən müəllimlər direktorlara hər ay nəysə verib dərsə davamiyyətli şəkildə gəlmirlər. Belə olan təqdirdə şagirdlərin dərsə marağı azalır. Rayonun ucqar dağ kəndlərində vəziyyət daha dözülməzdir. Deyilənə görə dağ kəndlərində yerləşən məktəblərin adı yalnız sənəd üzərində mövcuddur. Həmin təhsil müəssisələrində şagird yoxdur. Şöbə müdiri bu məktəblərdə müəyyən maraqlarını həyata keçirir. Hər il dövlət büdcəsindən rayondakı təhsil müəssisələrinin cari təmir işlərinin həyata keçirilməsi üçün vəsait ayrılır. Amma heç bir təmir aparılmır. Rayon Təhsil Şöbəsinin rəhbərliyi büdcə vəsaitlərini təyinatdan yayındıraraq başqa məqsədləri üçün xərcləyir”. Verilən məlumata əsasən, geridə qalan qəbul imtahanlarında rayondan olan abituriyentlər zəif nəticə göstəriblər: “Ümumiyyətlə, son illər ali məktəblərə qəbul olan abituriyentlərin sayı azalıb. Ki, bunun başlıca səbəbi təhsil sisteminin düzgün idarə olunmaması ilə bağlıdır. Baxış Nağıyev vəzifədən çıxarılmayana qədər rayonun təhsil sistemi düzələn deyil. O da digər məmurlar kimi icra başçısı ilə yaxın münasibətlərə malikdir. Və bəzi məqamlarda rayonun rəhbərinə hansısa formada yardımlar edir. Aidiyyəti qurumların nümayəndələri gəlib təhsil şöbəsinin fəaliyyətini araşdırsalar, dəhşətli faktların üstü açılar”.

Qeyd edək ki, Baxış Nağıyevin yarıtmaz fəaliyyəti haqda çox yazılıb. Azerinfo.az-a rayondan veriən məlumata görə təhsil şöbəsinin müdiri yalnız icra başçısının dəstəyi ilə postunda qalıb. Medianın yazdığına görə korrupsiya əmməllərində onunla tam ortaqdırlar.

Təəcüblənəsi deyil ki, Gədəbəydə təhsilin səviyyəsi respublika üzrə ən aşağı göstəricilərlə siyahının dibində sürünür.

Hələ 2015-ci ildə “Gədəbəy rayonun buraxılış imtahanlarında ən aşağı nəticə göstərən rayonlar sırasında olması ilə bağlı Baxış Nağıyev danlanmışdı. Bununla bağlı mediaya açıqlamasında demişdi ki, buna səbəb həmin sahə üzrə müəllimlərin peşə savadlarının aşağı olmasıdır ki, bununla bağlı tədbir görüləcək.

Bu iki il ərzində nə tədbir görüldü. Demək olar ki, heç nə dəyişmədi. Korrupsiya olan yerdə hansı keyfiyyət dəyişikliyindən danışmaq olar.

Əvəzində Baxış Nağıyev ötən il daha bir qalmaqalla ölkə gündəminə gəldi-Talakənd kənd orta məktəbinin direktoru Fəxrəddin Kamil oğlu Əliyevin asılmış vəziyyətdə tapıldı.

Mərhumun yaxınları F.Əliyevin ölümündə Gədəbəy Rayon Təhsil Şöbəsinin müdiri Baxış Nağıyevi ittiham edirlər. Bildirirlər ki, F.Əliyev ölümündən əvvəl B.Nağıyevin onu bezdirməsi haqda fikirlər söyləyirmiş. Rayondakı mənbələr isə bildirirdi ki, F.Əliyev yaşadığı rayonda təcrübəli pedaqoq kimi tanınır. O, işini bilən, idarəçilik qabiliyyəti olan şəxs kimi xarakterizə olunur. Rayon sakinləri deyir ki, F.Əliyevin həyatla bu şəkildə vidalaşması mərhumun çox ciddi problemlərlə üz-üzə qala bilməsi və bu səbəbdən intihara əl

atması ehtimalını yaradır. Bildirirlər ki, F.Əliyev həyatsevər insan olub, onun ölümündə əlbət ki, çox ciddi səbəblər var.

Görünən o ki, Baxış Nağıyev icra başçısının köməyi ilə bu dəfə də çətin vəziyyətdən qurtula bilib. Ancaq bunlar müvəqqətidir. Ardı var.
Bu gün, 12:32
Prezidentlərin iştirakı ilə açılış mərasimi keçirilir - FOTOLAR - YENİLƏNİB
Dünən, 10:44
Daha bir “Prius” qəzası - Ölən və yaralananlar var - Foto
Dünən, 10:39
Könülün qətlindən sonra nənəsi də öldü
Dünən, 10:24
Ana oğlunun şəhid olduğu yeri ilk dəfə gördü - VİDEO
Dünən, 10:19
DİN xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ etdi - FOTO
Dünən, 10:13
Müdafiə Nazirliyinin rəhbər heyəti hərbi vəzifəlilərlə görüşüb
Dünən, 09:18
Blinkenin “gecə konserti” qorxunc sirri ifşa etdi: Ukrayna ABŞ-a daha lazım deyil
Dünən, 09:00
Paşinyan istefaya hazırlaşır? - Xandanyan açıqladı
17-05-2024, 16:00
Ermənilər Xocalı aeroportunu niyə bu formada tikiblər? – Sirr açıldı
17-05-2024, 15:30
Ermənilərin sərhəd TƏLAŞI... - Daha çox ərazi...
17-05-2024, 14:22
Sülhməramlıları xatırlayarkən: separatçılığa dəstək, terrora yardım... - "Həmişə Azərbaycana qarşı qərəzli mövqedə dayandılar"
17-05-2024, 14:04
Lukaşenkodan Şuşada traktor hədiyyəsi - FOTOLAR
17-05-2024, 13:58
İlham Əliyev və Aleksandr Lukaşenko Şuşa şəhərinə səfər ediblər
17-05-2024, 12:51
Azərbaycan XİN: Fransa tərəfi üzr istəməlidir
17-05-2024, 12:00
Prezidentlər Füzulinin Baş planı ilə tanış oldu
17-05-2024, 11:53
Əliyev Lukaşenkonu Füzulidə qarşıladı - FOTOLAR
17-05-2024, 11:46
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - AÇIQLAMA
17-05-2024, 11:41
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri yenidən görüşüblər
17-05-2024, 11:05
Rövşən Nəcəf UEFA prezidenti ilə görüşüb
17-05-2024, 11:01
Misir İsrailin təklifini rədd edib - "Reuters"
17-05-2024, 10:56
Pedofillərlə bağlı qanunda dəyişiklik edildi - RƏSMİ
17-05-2024, 10:51
Türkiyə Xarici İşlər Nazirliyində ciddi dəyişiklik
17-05-2024, 10:33
Füsunkar təbiəti ilə seçilən Kəlbəcərdən yeni görüntülər - VİDEO
17-05-2024, 10:28
Azərbaycanın İrandakı səfirliyinin yeri dəyişdirilib
17-05-2024, 10:21
Azərbaycanla proses uğurlu keçdi - Qriqoryan
17-05-2024, 09:26
"Kurtlar vadisi"nin aktyoru Azərbaycan vətəndaşı olmaq istəyir
17-05-2024, 09:21
ABŞ ruslara qarşı sanksiyalar tətbiq etdi