Kommunal Müəssisələri Kombinatında çoxmilyonluq korrupsiya
Gundem / Bolge
Oxunub: 1 150
17 in 2017 | 13:07
Kommunal Müəssisələri Kombinatında çoxmilyonluq korrupsiya












Bir neçə il əvvəl ölkənin kommunal təsərrüfatının maddi-texniki bazasının yaxşılaşdırılması məqsədi ilə Azərbaycan Prezidenti İlham Əliyevin bilavasitə tapşırığına əsasən respublikamıza xeyli sayda kommunal təyinatlı yeni texnika və avadanlıq gətirildi.

Həmin texnikalar respublikanın ayrı-ayrı rayonlarına paylandı. 2008-ci il ,sentyabrın 4-də Zaqatalada şəhərə gətirilmiş kommunal təyinatlı yeni texnikanın təqdimatı oldu.

Təqdimatda qeyd edildi ki, Zaqatalanın müasir şəhərsalma prinsipləri əsasında sürətlə inkişaf edir və yeni texnika Kommunal müəssisələri kombinatının işini yüngülləşdirəcək, daha da səmərəli edəcək, məişət tullantılarının yığılması və daşınması sahəsində mövcud problemləri aradan qaldıracaq, həmişə təmizliyi ilə seçilən şəhərin daha da gözəl görkəmdə olmasına müsbət təsir göstərəcəkdir.

Ancaq olmadı. Azinfo.tv-yə Zaqataladan verilən məlumata görə üstündən 9 il keçməmiş texnikaların çoxu yararsız vəziyyətə düşüb. Düzdür, kağız üzərində onların hamısı işləyir, hətta öhdəlikləri belə yerinə yetiriblər. İşləməyən texnika ilə hansı məişət tullantısını yığmaq olur bunu anlamırıq.

Qeyd edək ki, Zaqatala Kommunal Müəssisələri Kombinatının saxtakarlığını 2014-2015-ci illərdə və 2016-cı ilin yanvar-iyun aylarında Zaqatala Rayon İcra Hakimiyyəti və onun tabeliyində olan idarə, müəssisə və təşkilatlar tərəfindən dövlət büdcəsindən ayrılan vəsaitlərin proqnozlaşdırılması və istifadəsi vəziyyəti ilə bağlı həyata keçirilmiş auditin nəticələri üzrə hesabatı üzrə Hesablama Palatasının məruzəsində əksini tapmışdı.

Auditlə müəyyən edilib ki, Zaqatala rayon İcra Hakimiyyəti və tabeliyində olan idarə, müəssisə və təşkilatlar tərəfindən proqnozların tərtibi bir sıra hallarda iqtisadi əsaslandırmalar və hesablamalar aparılmadan, həmçinin real tələbatlar müəyyən edilmədən aparılıb, mənzil fondunun maliyyə təsərrüfat planı tərtib edilməyib, mənzil fondunun hər m²-ə düşən xərclər araşdırılmayıb, mənzil fondunun gəlirləri, o cümlədən mənzil haqqı az hesablanıb. Küçələrin süpürülməsi, işıqlandırılması, yaşıllıq sahəsinə qulluq edilməsi xərcləri üzrə təqdim olunmuş proqnoz bu sahəni tənzimləyən müvafiq normalara uyğun müəyyən edilməyib, müntəzəm süpürülən sahələrin dislokasiyası təsdiq edilməyib və müvafiq illər üzrə “Abadlaşdırma xidmətləri haqqının ödənilməsi” paraqrafı üzrə xərclər tam araşdırılmadan proqnozlar tərtib edilərək təsdiq edilib.

“Yolların əsaslı təmiri” və “Mənzil fondunun əsaslı təmiri” xərc maddələri üzrə vəsaitlərin istifadəsi zamanı iş vahidlərinin qiymətinin artırılması hesabına büdcə vəsaiti podratçılara artıq ödənilib, 2014-cü ildə sanitar təmizlik, yaşıllıqlara qulluq və küçələrin işıqlandırılması işlərinə xidmət göstərilməsi məqsədilə ödənilmiş vəsaitin bir hissəsinin təyinatı dəyişdirilib, şəxsi həyətyanı və kommunal evlərin sahibləri ilə bərk məişət tullantılarının yığılması, daşınması və zərərsizləşdirilməsi məqsədi ilə bağlanmış müqavilələr üzrə vəsaitin alınması barədə müvafiq tədbirlər görülməyib.

Hesablama Palatasının kollegiyası Zaqatala Rayon İcra Hakimiyyəti və onun tabeliyində olan idarə, müəssisə və təşkilatlar tərəfindən yol verilmiş nöqsanların müəyyən hissəsinin audit dövründə aradan

qaldırıldığını nəzərə almaqla bu istiqamətdə fəaliyyətin daha da gücləndirilməsi, həmçinin nöqsanlara yol vermiş vəzifəli şəxslərin Azərbaycan qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilməsi barədə qərar qəbul edib, icra olunması və həyata keçirilmiş tədbirlər barədə Hesablama Palatasına məlumat verilməsi məqsədilə kollegiya qərarının surəti İcra Hakimiyyətinə göndərilib.

Bəs vəzifə cinayətinə yol vermiş şəxslərdən kimsə cəzalandımı? Yox. Məsələ ondadır ki, Zaqatala Kommunal Müəssisələri Kombinatı birbaşa icra başçısı Mübariz Əhmədzadənin göstərişlərini yerinə yetirir. İcra başçısı abadlıq işlərinə ayrılmış vəsaitləri mənimsəyir. Əvəzində bu işləri texnikası zay olmuş Kommunal Müəssisələri Kombinatına tapşırır. Texnika olmasa da, yaxud yararsız olsa da yanacaq əməlli-başlı silinir. Müəssisənin rəhbəri İlkin bəy söhbətlərində hər şeyi başçının əmri ilə etdiyini deyir. Ancaq müəssisədəki “ölü canlar” , yəni adı işdə olub ,özü olmayan işçilərin pulunu məhz bankomatdan onların kartı ilə İlkin bəy çıxarır. Bankomatların videolent yazısında ancaq onun siması həkk olunub.

Hesablama palatasının nəticələri və diğər faktlara əsasən dövlətin büdcəsini dağıdan Zaqatala Kommunal Müəssisələri Kombinatının vəzifəli şəxsləri barədə Respublika Prokurorluğu ölşü götürməlidir. Məsələni gündəmdə saxlayacağıq. Qarşı tərəf mövqeyini bildirə bilər.
Bu gün, 12:32
Prezidentlərin iştirakı ilə açılış mərasimi keçirilir - FOTOLAR - YENİLƏNİB
Dünən, 10:44
Daha bir “Prius” qəzası - Ölən və yaralananlar var - Foto
Dünən, 10:39
Könülün qətlindən sonra nənəsi də öldü
Dünən, 10:24
Ana oğlunun şəhid olduğu yeri ilk dəfə gördü - VİDEO
Dünən, 10:19
DİN xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ etdi - FOTO
Dünən, 10:13
Müdafiə Nazirliyinin rəhbər heyəti hərbi vəzifəlilərlə görüşüb
Dünən, 09:18
Blinkenin “gecə konserti” qorxunc sirri ifşa etdi: Ukrayna ABŞ-a daha lazım deyil
Dünən, 09:00
Paşinyan istefaya hazırlaşır? - Xandanyan açıqladı
17-05-2024, 16:00
Ermənilər Xocalı aeroportunu niyə bu formada tikiblər? – Sirr açıldı
17-05-2024, 15:30
Ermənilərin sərhəd TƏLAŞI... - Daha çox ərazi...
17-05-2024, 14:22
Sülhməramlıları xatırlayarkən: separatçılığa dəstək, terrora yardım... - "Həmişə Azərbaycana qarşı qərəzli mövqedə dayandılar"
17-05-2024, 14:04
Lukaşenkodan Şuşada traktor hədiyyəsi - FOTOLAR
17-05-2024, 13:58
İlham Əliyev və Aleksandr Lukaşenko Şuşa şəhərinə səfər ediblər
17-05-2024, 12:51
Azərbaycan XİN: Fransa tərəfi üzr istəməlidir
17-05-2024, 12:00
Prezidentlər Füzulinin Baş planı ilə tanış oldu
17-05-2024, 11:53
Əliyev Lukaşenkonu Füzulidə qarşıladı - FOTOLAR
17-05-2024, 11:46
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - AÇIQLAMA
17-05-2024, 11:41
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri yenidən görüşüblər
17-05-2024, 11:05
Rövşən Nəcəf UEFA prezidenti ilə görüşüb
17-05-2024, 11:01
Misir İsrailin təklifini rədd edib - "Reuters"
17-05-2024, 10:56
Pedofillərlə bağlı qanunda dəyişiklik edildi - RƏSMİ
17-05-2024, 10:51
Türkiyə Xarici İşlər Nazirliyində ciddi dəyişiklik
17-05-2024, 10:33
Füsunkar təbiəti ilə seçilən Kəlbəcərdən yeni görüntülər - VİDEO
17-05-2024, 10:28
Azərbaycanın İrandakı səfirliyinin yeri dəyişdirilib
17-05-2024, 10:21
Azərbaycanla proses uğurlu keçdi - Qriqoryan
17-05-2024, 09:26
"Kurtlar vadisi"nin aktyoru Azərbaycan vətəndaşı olmaq istəyir
17-05-2024, 09:21
ABŞ ruslara qarşı sanksiyalar tətbiq etdi