Ölümlə hədələnən baş redaktor Baş Prokurorluğa müraciət edəcək
Gundem / Bolge
Oxunub: 1 585
5 in 2017 | 13:26
Ölümlə hədələnən baş redaktor Baş Prokurorluğa müraciət edəcək














Maddə 134. Öldürməklə və ya sağlamlığa ağır zərər vurmaqla hədələmə

Öldürməklə və ya sağlamlığa ağır zərər vurmaqla hədələmə, hədənin icra ediləcəyi üçün real əsaslar olduqda—

— iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.


Xatırlayırsınızsa jurnalist Rasim Əliyevin döyülərək ölümcül hala salınmasından sonra, bu məsələ ölkə rəhbərliyi səviyyəsində nəzarətə götürülmüş və hadisədə iştirakı olan bütün şəxslər həbs olunmuşdu.

Həmin hadisədən sonra, Azərbaycanda jurnalistlərə qarşı təhdidlər xeyli azalsa da, lakin bəzi insanlar şəxsi emosiyalarına qatılaraq, ictimai dəyər daşıyan jurnalist təhlükəsizliyinə yenidən zərbə vurmağa çalışırlar. Onlar üçün bu məsələnin mahiyyəti, insan həyatının önəmi və ölkəmizin beynəlxalq təşkilatlar qarşısında imici isə artıq ikinci plana keçir.

Azerinfo.az saytının baş redaktoru İbrahim Qubadoğlu da bir müdət əvvəl ölüqmlə təhdid edilmişdi. Bu məsələni ictimailəşdirəndən sonra onu hədələyən şəxs
- Zaqatala Meşə Təsərrüfatı və Bərpası Müəssisəsinin sabiq rəhbəri Şabanov Vaqif Cuma oğlu tərəfindən xüsusi ittihamla məhkəməyə verilib.

Məsələ ondadır ki, Azerinfo.az saytında bu şəxsin vəzifə səlahiyyətlərini aşması və korrupsiya əməlləri baradə silsilə yazılar gedib. Nəticədə həmin faktlar Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən araşdırılmış, nəticədə Vaqif Şabanov vəzifəsindən azad olunmuşdur. Onunla bərabər korrupsiya əməllərində adı hallanan daha 6 nəfər işdən qovulub.

Beləliklə Vaqif Şabanovun baş redaktordan qisas almaq, əvəz çıxmaq üçün motivinin olmasını sübut etməyə ehtiyac yoxdur.

Düşünürük ki, yazılardakı faktlar sübut olunubsa bu şəxsləri təkcə işdən çıxarmaq yox, cinayət məsuliyyətinə cəlb etmək lazımdır.

Gəlin faktlara nəzər salaq.


Şahid Məhəmmədin dedikləri

Car meşəbəyliyinin Axakdərə kəndi ərazisində meşə gözətçisi işləmiş Məhəmməd adlı bizimlə söhbətində bildirmişdi ki, “Vaxtilə Zaqatalanın meşə təsərrüfatına rəhbərlik etmiş Xəlil müəllim, bir müddət bundan əvvəl ETSN-nin meşələrin inkişafı departamentinə rəhbər təyin olunduqdan sonra, çox keçmədi ki, adı çəkilən rayonun meşə zolaqlarında yoxlamalar aparılmağa başlandı. Belə ki, departament rəhbərinin verdiyi tapşırığa əsasən yalnız mənim nəzarət etdiyim ərazilərə baxış keçirildi və 65 ədəd kəsilmiş ağac müəyyən edilərək, mənə üstüstə 1967 manat cərimə də yazıldı. Onu da vurğulayım ki, kəsilmiş ağaclar ZİL-131 markalı maşınla meşəlik ərazilərin dərinliklərindən münasib yerlərə daşınaraq “Kamaz”lara yükləndi və bir “reys”i Car meşəbəyliyinin əvvəlki meşəbəyisi olmuş Həmzə bəyə, bir “reys”i isə, Həmzə bəyin köməkçisi olmuş Həbib Vüsalova çatdırıldı. Bir faktı da unutmaq olmaz ki, Həbib Vüsalova verilən bir “Kamaz” odun, Zaqatala rayon meşə mühafizəsi və bərpası müəssisəsinin direktoru vəzifəsini daşıyan Vaqif müəllimin tapşırığı əsasında çatdırıldı."

Şikayətci bildirirdi ki, baxmayaraq ki, Vaqif müəllim meşə təsərrüfatı sahəsində heç vaxt hansısa vəzifəni daşımamış və onun sahib olduğu ixtisas da, onun bu sahədə işləməsinə heç cür əsas vermir. Daha təəccüf doğuran hal o oldu ki, Zaqatala meşələrində yoxlamalar aparılarkən nə Ramazan adlı şəxsin gözətçi işlədiyi Qəbizdərə kəndi ərazisində, nə Zalban kəndi ərazisində, nə də ki, digər ərazilərdə yoxlamalar aparılmadı. Bunun da müəyyən səbəbləri oldu. Belə ki, meşələrin inkişafı departamentinin rəisi vəzifəsini daşıyan Xəlil müəllimin kürəkəni olan Rəşad adlı şəxs, bu gün Zaqatalanın meşə təsərrüfatında “inspektor” vəzifəsini daşımaqdadır. Yoxlamalar aparılan zaman Tala meşəbəyliyinin meşəbəyisi olan İlqarın qardaşı Vüqar və Ramazan, Rəşada 10 min manat “haqq-hesab”ı verirlər və o da, həmin “haq-hesab”ı Xəlil müəllimə çatdırır. Belə bir yolla da aparılan yoxlamalardan “sovuşa” bilirlər: "Hər kəsdə maraq oyadan hal odur ki, mənə yazılmış 1967 manat cərimə son anda 675 manata endirildi və onun yalnız 50 manatını mən ödəməli oldum. Çünki, kəsilmiş ağacların əsas baiskarı olmuş Həmzə bəy, yazılmış cəriməni Balakənli müştərisinə ödətdirdi və bunun qarşılığında müştərisinə yeni material verəcəyi vədini öhdəsinə də götürdü. Bütün bunlar azmış kimi, Vaqif müəllimdən heç bir halda ehtiyat etməyən və vaxtilə vəzifə səlahiyyətindən sui-istifadə edən Həmzə bəy, əslən Zaqatala rayonundan olan İbadulla adlı şəxsə də iki maşın odunun verilməsi üçün tapşırıqlarını verdi. Belə bir tapşırıqdan sonra İbadulla odun əvəzinə yeşik hazırlanması üçün nəzərdə tutulan 62sm-lik fıstıq ağaclarını doğratdırdı və az sonra onları satışa da çıxartdı. Həmin vaxtlarda hər kəsi o məqam da düşündürdü ki, görəsən Həmzə bəylə İbadulla adlı şəxsi hansı tellər bağlayır? Bəli, belə bir bağlılığın varlığı bu gün də müəyyən şübhələrin əmələ gəlməsinə səbəb olmaqdadır”.

Adı çəkilən rayonun meşə təsərrüfatında bir neçə meşəbəylik var ki, bunlardan biri və ən böyüyü Tala meşəbəyliyidir. Bu meşəbəyliyə İlqar adlı şəxs rəhbərlik etsə də, yerli sakinlərin iddialarına görə o, meşəbəyliyin gözətçiləri ilə əlbir olaraq bu gün də meşə zolaqlarına divan tutmaqdadır. Meşəbəyliyin 1 saylı dolayında gözətçi işləyən Nəbi adlı şəxsin meşələrə divan tutması isə, məhz onun adının dillər əzbəri olmasına da səbəb olub. Tala meşəbəyliyinin Pirpan və Pərzivam dolaylarının gözətçisinin də adı İlqardır. Bu şəxs də, meşə zolaqlarına sanki gəlir mənbəyi kimi baxır. Rayonun meşə təsərrüfatına aid meşəbəyliklərindən biri də, Muğanlı meşəbəyliyidir ki, bu meşəbəyliyə də Elman adlı şəxs rəhbərlik edir. Meşəbəyliyin ərazi gözətçiləri Hacı, Məhəmməd və Əmirulla Rəcəbov, 6 saylı dolayın gözətçisi Fazil Laçınov, 7 saylı dolayın gözətçisi isə Vaqif Məhərrəmovdur. Yerli sakinlərdən bəzilərinin verdikləri məlumatlara görə, hər üç meşəbəyliyin ərazisindən Balakənin Qazbinə kəndində fəaliyyət göstərən və Aydın, Eldar adlı şəxslərə məxsus olduğu bildirilən taxta sexlərinə, həmçinin Zaqatala rayon Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin yaxınlığındakı sexə mütəmadi olaraq palıd ağacları, kəsilməsi qadağan olunan fıstıq, cökə, göyrüş, qoz və digər ağac növləri kəsilərək daşınır. Adı çəkilən şəxslərin uzun illərdir ki, bu işlə məşğul olduqları bildirilir və onların bir neçə dəfə aidiyyəti qurumların əməkdaşları tərəfindən saxlandığı da qeyd olunur. Bütün bunlara baxmayaraq, adı çəkilən şəxslər bütün zamanlarda “sudan quru çıxmağı” da bacarıblar.

Rayonun meşə təsərrüfatına aid meşəbəyliklərdən biri də, Car-Qəbizdərə meşəbəyliyidir. Bu meşəbəyliyin 9 dolayı var və bunlardan 6-sı şəhər ətrafı əraziləri, 3-ü isə Qəbizdərə-Mazıx ərazisini əhatə edir. Car kəndi ətrafı ərazilərin meşə zolaqlarına Zelxo Hacı ləqəbi ilə tanınan şəxs gözətçi işləyir. O, gözətçi işlədiyi vaxtlarda o qədər dağıntılara, çoxsaylı qanunsuzluqlara yol verir ki, rəhbərlik onu daşıdığı vəzifəsindən uzaqlaşdırmaq məcburiyyətində qalır və onun yerinə qardaşını təyin edir. Bir müddətdən sonra rəhbərlik onun qardaşını da işindən uzaqlaşdırır və Zelxo Hacı ləqəbi ilə tanınan şəxsi təkrar gözətçi təyin edir. Belə bir təyinatların da özəl səbəbləri olur.


Car meşəbəyliyində aşkarlanan narkotiklər, kimlərin məhbəsə göndərilməsinə səbəb olur?

Car kəndi ətrafında olan meşə zolaqlarının gözətçisi Zelxo Hacıdır. Bu adam da bölgədə “at oynadan” cəlladlarından sayılır. Zelxo Hacı vaxtiylə meşə gözətçisi işlədiyi vaxt daha çox dağıntılara yol verdiyindən, meşə təsərrüfatının rəhbəri olmuş Razimin vaxtında işdən çıxarılır və onun yerinə qardaşı təyin olunur. Bir müddətdən sonra onun qardaşı da meşə gözətçiliyindən çıxarılır və həmin vəzifəyə yenidən Zelxo Hacı təkrar təyin olunur. Bu təyinatların yalnız bir səbəbi olur ki, hər iki qardaş yaşadıqları ərazidə “demaqoq” adı ilə tanınırlar. Bundan ehtiyat edən rəhbərlik hər zaman məcbur olur ki, onları iş başında saxlasın. Əgər belə bir addım atılmazsa, hər iki qardaş rəhbərliyin əməllərindən yuxarı təşkilatlara xəbər verib, hər bir problemin ictimailəşməsinə nail ola bilirlər. Əslən Zaqatala rayonundan olan İbadulla adlı şəxsin verdiyi məlumatlara və yerli sakinlərdən bəzilərinin iddialarına görə, Zelxo Hacı ləqəbi ilə tanınan şəxsin gözətçi işlədiyi meşə zolaqlarında vaxtilə narkotik bitkilər yetişdirilir. Bu haqda hüquq-mühafizə orqanı əməkdaşları məlumat əldə etdikdən sonra, həmin ərazilərdə müəyyən əməliyyatlar keçirilir və sonda bir neçə şəxs məhbəsə də göndərilir. Məlumatlı şəxslərin iddialarına görə, “Kamaz” markalı maşının sürücüsü olan Tahir adlı şəxsin iki oğlu Əhməd və İslam, Zelxo Hacı ləqəbi ilə tanınan şəxslə zamanında işbirliyinə girirlər. Elə ki, narkotik bitkilərlə bağlı əməliyyat keçirilir, həmin vaxt Zelxo Hacı yüngül xərclə həbs olunmaqdan xilas olmağı bacarsa da, Tahir adlı şəxsin hər iki oğlu həbsə göndərilir. Bunun da başlıca səbəblərindən biri, Zelxo Hacının oğlunun polisdə işləməsi olur.


Ümumiyyətlə saytımızın bu meşə cəlladlarının qanunsuz əməlləri haqda araşdırmalarını ətraflı olaraq bu linklərdə oxuya bilərsiniz- LİNKƏ DAXİL OLUN

“Meşə qardaşları”nın intiqamın alırlar?

Əvvəldə qeyd etdiyimiz kimi araşdırma yazılardan sonra meşə mafiyasının əksər üzvləri vəzifələrindən kənarlaşdırılıblar. Biz sadəcə vəzifəmizi yerinə yetirdik. Vəzifəsin itirənlər isə sakitləşmir. Sual yaranır niyə? Baş redaktoru ölümlə təhdid etmək nəyə lazım idi. Bir maraqlı məqam, saytımıza cinayət faktlarını

təqdim edən Məhəmməd onları ifşa etsə də sonradan işdən ayrldı. Maraqlıdır ki, onun atası Yusif kişi bir vaxtlar Zaqatalada at oynadan “Meşə qardaşları” qruplaşmasının ləğv olunmasında aktiv rol oynayıb.

Hər halda belə bir təəsürat yaranır ki, “meşə cəlladları” “meşə qardaşları”nın heyifini alırlar. Hər halda bunu hüquq –mühafizə orqanları araşdırmalıdır. Ölümlə təhdid etmə ,şantaj, qorxutma-elə terrorçu taktiukasıdır.

Qaldı ki, Yasamal Rayon Məhkəməsindəki prosesə, hakim Azər Tağıyevin profesionallığına şübhəmiz yoxdur. İnanırıq ki, qərar ədaləti olacaq.
Bu gün, 12:32
Prezidentlərin iştirakı ilə açılış mərasimi keçirilir - FOTOLAR - YENİLƏNİB
Dünən, 10:44
Daha bir “Prius” qəzası - Ölən və yaralananlar var - Foto
Dünən, 10:39
Könülün qətlindən sonra nənəsi də öldü
Dünən, 10:24
Ana oğlunun şəhid olduğu yeri ilk dəfə gördü - VİDEO
Dünən, 10:19
DİN xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ etdi - FOTO
Dünən, 10:13
Müdafiə Nazirliyinin rəhbər heyəti hərbi vəzifəlilərlə görüşüb
Dünən, 09:18
Blinkenin “gecə konserti” qorxunc sirri ifşa etdi: Ukrayna ABŞ-a daha lazım deyil
Dünən, 09:00
Paşinyan istefaya hazırlaşır? - Xandanyan açıqladı
17-05-2024, 16:00
Ermənilər Xocalı aeroportunu niyə bu formada tikiblər? – Sirr açıldı
17-05-2024, 15:30
Ermənilərin sərhəd TƏLAŞI... - Daha çox ərazi...
17-05-2024, 14:22
Sülhməramlıları xatırlayarkən: separatçılığa dəstək, terrora yardım... - "Həmişə Azərbaycana qarşı qərəzli mövqedə dayandılar"
17-05-2024, 14:04
Lukaşenkodan Şuşada traktor hədiyyəsi - FOTOLAR
17-05-2024, 13:58
İlham Əliyev və Aleksandr Lukaşenko Şuşa şəhərinə səfər ediblər
17-05-2024, 12:51
Azərbaycan XİN: Fransa tərəfi üzr istəməlidir
17-05-2024, 12:00
Prezidentlər Füzulinin Baş planı ilə tanış oldu
17-05-2024, 11:53
Əliyev Lukaşenkonu Füzulidə qarşıladı - FOTOLAR
17-05-2024, 11:46
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - AÇIQLAMA
17-05-2024, 11:41
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri yenidən görüşüblər
17-05-2024, 11:05
Rövşən Nəcəf UEFA prezidenti ilə görüşüb
17-05-2024, 11:01
Misir İsrailin təklifini rədd edib - "Reuters"
17-05-2024, 10:56
Pedofillərlə bağlı qanunda dəyişiklik edildi - RƏSMİ
17-05-2024, 10:51
Türkiyə Xarici İşlər Nazirliyində ciddi dəyişiklik
17-05-2024, 10:33
Füsunkar təbiəti ilə seçilən Kəlbəcərdən yeni görüntülər - VİDEO
17-05-2024, 10:28
Azərbaycanın İrandakı səfirliyinin yeri dəyişdirilib
17-05-2024, 10:21
Azərbaycanla proses uğurlu keçdi - Qriqoryan
17-05-2024, 09:26
"Kurtlar vadisi"nin aktyoru Azərbaycan vətəndaşı olmaq istəyir
17-05-2024, 09:21
ABŞ ruslara qarşı sanksiyalar tətbiq etdi