İdmançılarımıza qarşı növbəti erməni həyasızlığı
Gundem
Oxunub: 2 025
10 dek 2014 | 14:07
İdmançılarımıza qarşı növbəti erməni həyasızlığı




















“Qoy cavab görüşü olsun və qoy güclü qalib gəlsin!”.

Ötən şənbə Dağıstanda qaydasız döyüş (MMA) üzrə “Ulduzların döyüşü 3” adlı böyük turnir baş tutub.

Azerinfo.az xəbər verir ki, tədbir çərçivəsində 12 peşəkar döyüş baş tutub – 11-i MMA, 1-i isə K-1 üzrə.

Azərbaycan uğrunda “Azerbaijan Fight Club”u təmsil edən Elnar İbrahimov (57 kq), Hüseyn Əliyev (77) və Hikmət Abdullayev (70 kq) çıxış ediblər.

Yarışda həmçinin Braziliya, Ukrayna, Latviya, Belarus, Almaniya, Türkiyə, Moldovadan olan idmançılar çıxış ediblər.

Turnirin nəticələrinə görə, idmançımız Elnar İbrahimov S.Bulatova qalib gəlib.

Digər idmançımız – 77 kq çəki dərəcəsində çıxış edən Hüseyn Əliyev ilk raundda rəqibinə məğlub olub.

Digər döyüşçümüz Hikmət Abdullayevlə bağl isə xoşagəlməz hadisə yaşanıb.

Bir çox KİV həmin hadisə barədə dəqiq məlumat əldə etməyərək, yalan xəbər yayıblar.

“Azerbaijan Fight Club”un prezidenti Şəhriyar Abbasov məsələyə aydınlıq gətirib.

Ş.Abbasov Oxu.Az-a açıqlamasında bildirib ki, Hikmət Abdullayev dağıstanlı döyüşçü R.Xaybullayevlə görüşüb və ilk raund uğurlu keçib, Abdullayev döyüşü öz üstünlüyü ilə başa vurub. İkinci raundda rəqibi Abdullayevdən üstün olub.

Lakin Xaybullayev qayda pozuntusuna yol verib və buna görə, ona sarı vərəqə verilməli, ikinci raundun xalları ləğv olunmalı idi.

Lakin hakim erməni milliyyətindən olduğu üçün bu qərara etinasız yanaşıb və döyüşü davam etdirməyə hazırlaşıb. Hikmət Abdullayev onun qərarından etiraz edərək, Xaybullayevə sarı vərəqənin verilməsini tələb edib.

Xaybullayev isə Hikmətin onu təhqir etdiyini düşünüb və Abdullayevin üzərinə hücum çəkərək, ona zərbələr endirib, bununla da, daha bir qayda pozuntusuna yol verib, çünki hadisə hakimin döyüşü dayandırmasından sonra baş verib.

Bu qayda pozuntusuna görə dağıstanlı döyüşçü yarışdan kənarlaşdırılmalı idi. Lakin hakim Xaybullayevə qarşı heç bir tədbir görmür. “Azerbaijan Fight Club”un döyüşçüləri öz yoldaşlarını qorumaq üçün rinqə çıxırlar.

Dağıstanda MMA idmanı federasiyasının prezidenti və məşhur “Dağlı” (“Qorets”) MMA klubunun baş məşqçisi Şamil Alabatırov hər kəsdən rinqi tərk etmələrini xahiş edərək, “Azerbaijan Fight Club”un prezidenti Şəhriyar Abbasova problemi rinqdən kənarda həll etməyi təklif edib.

Şamil Alabatırov dağıstanlı döyüşçünün idmançıya yaraşmayan hərəkətinə görə üzr istəyib. Daha sonra Xaybullayev də öz hərəkətinə görə birbaşa efirdə üzr istəyib və qərara alınıb ki, döyüş heç-heçə hesabı ilə başa çatsın, cavab görüşü üçün vaxt təyin edilsin.

Dağıstanın bütün tanınmış döyüşçüləri və MMA promouterləri idmançımız Hikmət Abdullayevi dəstəkləyiblər.

Şəhriyar Abbasov isə bu sözləri səsləndirib:

“Qoy cavab görüşü olsun və qoy güclü qalib gəlsin!”.
Bu gün, 16:00
Türkiyə yenidən "bölünür" – Ölkə xəritəsini dəyişdirəcək yeni plan!
Bu gün, 15:30
Noyabrda 11 gün iş olmayacaq - Tarixlər
Bu gün, 14:22
Rusiya və Ukraynada dəhşətli zarafat: Əhaliyə yalançı nüvə xəbərdarlığı göndərildi
Bu gün, 13:44
İsrail prezidenti partiyaları toplayır: Yeni hökumət formalaşacaqmı?
Bu gün, 13:16
Avropada "SSRİ kabusu" – Rusiya tərəfdarı, tv müxbiri prezident seçkilərində qalib gəlir!
Bu gün, 13:07
“Stop”un “toxta” ilə əvəzlənməsini təklif edən deputat: “Dur” tam yerinə düşmür”
Bu gün, 13:01
İrandan Azərbaycan istiqamətində PUA-lar göndərildi
Bu gün, 12:56
Ərdoğan Zəfər Günü münasibətilə İlham Əliyevi Azərbaycan səmasından təbrik etdi
Bu gün, 12:26
Vahid geyim qaydaları özəl məktəblərə şamil olunacaq? - RƏSMİ AÇIQLAMA
Bu gün, 12:21
Media və Yayım Şurası: Bunlar ictimaiyyəti yanıltmağa xidmət edən kobud dezinformasiyadır
Bu gün, 12:05
Bakının bu ərazisində EVLƏR SÖKÜLÜR - Ağaclara da pul verilir
Bu gün, 10:57
Azərbaycan generalı ABŞ-yə getdi - Mühüm görüşlər keçirdi
Bu gün, 10:53
İran-Azərbaycan sərhədində silahlı insident: ÖLƏN VAR - FOTO
Bu gün, 09:47
Narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanıldı
Bu gün, 09:43
Almaniyada iğtişaşlardan sonra 54 nəfər saxlanıldı
Bu gün, 09:39
“Qələbə qaçışı” 2000-dən çox insanı bir araya gətirdi - Fotolar
Bu gün, 09:35
“Müəyyən məqamda onlara ağır zərbə vurmalı olacağıq”
Bu gün, 09:31
“28 May”dakı tunellərdə işlərin gedişi açıqlandı - 70 metri qazılıb
Bu gün, 09:11
Göygöldə bələdiyyənin mühasibi iş otağında ölü tapıldı
Bu gün, 09:00
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb - Video
31-10-2026, 12:00
Avropada qaz qiymətləri kəllə-çarxa qalxdı: Bazarda böyük təlaş yaranıb
31-10-2026, 11:17
Beynəlxalq axtarışla tutulan gömrükçü həbsdən buraxıldı - Bunları etiraf etdi
31-10-2026, 11:00
Usta işlədiyi evdən 18 minlik qızıl oğurladı
31-10-2026, 10:55
Anbardar iş adamını aldatdı - 1 milyonluq dələduzluq
31-10-2026, 09:59
"Biri qalxıb demədi ki, ay əziz Sahibə xanım..."- Xoşqədəm Aqil Abbası müdafiə etdi
31-10-2026, 09:42
Seçkilərə günlər qalmış Tramp administrasiyasına ağır zərbə
31-10-2026, 09:37
Polşada gərginlik pik həddə çatdı - Onlar vəzifədən uzaqlaşdırıldı