Qazaxda təhsilimiz məhvə sürüklənir
Artıq neçə illərdir ki, rəhbərlik etdiyi təhsil şöbəsini rüşvətxorluq girdabına sürükləyən cənab Əhməd müəllimi, yaxın vaxtlarda nələr gözləyə bilər?
Dərgahquliyev soyadı ilə tanınan Qazax rayon təhsil şöbəsinin müdiri cənab Əhməd Dərgahquliyevin adı, artıq respublika ictimaiyyətinə bəlli bir addır. Xoşbəxt o şəxsdir ki, onu geniş ictimai auditoriya daşıdığı vəzifəsinin öhdəsindən layiqincə gəlmək bacarığına, xeyirxah əməllərinə, ziyalılığına, yaradıcılıq qabiliyyətinin göstəricilərinə və.s-yə görə tanıyıb hüsnü-rəğbət bəsləsinlər. Amma, Dərgahquliyev soyadı ilə tanınan Qazax rayon təhsil şöbəsinin müdiri Əhməd Dərgahquliyevin adı çəkiləndə isə, hər kəs bir anlığa olsa da, onu təhsilimizin qənimi hesab etməkdən belə çəkinmirlər.
Belə bir yanaşma hardan qaynaqlanır, niyə təhsil şöbəsinin şefinə qarşı belə bir ictimai münasibət formalaşıb? Belə bir sualın əmələ gəlməsinə səbəb olan amillər nələrdir? Odur ki, bu haqda lazımi məlumatları əldə etmək üçün, heç də vaxt itirməyə dəyməz. Sadəcə olaraq, rayonun bir neçə təhsil ocaqlarına baş çəkmək kifayət edər ki, cənab Əhməd müəllimi nədən təhsilimizin qənimi hesab edirlər yanaşmasına aydınlıq gətirə bilək. Çünki, informasiya mərkəzimizi məlumatlandıran mənbə bildirir ki, Ə.Dərgahquliyev neçə illərdir ki, daşıdığı vəzifəsinə sahib olub və ötən illər ərzində Qazax təhsilinə o, elə bir zərbələr vurub ki, bu zərbələrin izini hələ uzun müddət silmək mümkün olmayacaq.
Cənab Əhməd müəllimin həyata keçirdiyi idarəçiliyin mahiyyəti haqda məlumatları informasiya mərkəzimizə təqdim edən mənbə bildirir ki, o, hər il dərs günü başlamazdan əvvəl, məktəb direktorlarının iştirakı ilə “məşvərəti-məclis” keçirir və onlara lazımi tapşırıqlarını da verir. Keçirilən görüşdə təhsilə dair bir sıra məsələlər müzakirəyə çıxarılsa da, əsas müzakirə mövzusu şöbə müdirinin maraqlarının təmin olunmasına yönəldilir. Məsələn, o, keçirilən “məşvərəti-məclis”də məktəb direktorlarına tapşırıqlarını verir ki, yeni dərs ili başladı, məktəblilər dərsə məktəbli formasında getməlidirlər. Verilmiş tapşırıqların mahiyyətini anlayan kəs, həm də gözəl bilir ki, verilən tapşırıqlar heç də elə-belə verilmir. Çünki, rayon mərkəzinin yerləşdiyi ərazidə və ətraf bölgələrdə məktəbli formasını tikən bir neçə sexlər var ki, həmin sexlər də, bu və ya digər yollarla Əhməd müəllimə bağlı olan sexlər olur. Dərs günü başlamazdan əvvəl, elə ki, həmin sexlərdə məktəbli formaları tikilib hazır olur, bu zaman şöbə müdiri məktəb direktorlarından konkret siyahını tələb edib və məktəbli formalarını onlara siyahı ilə paylatdırır. Ümumi satışdan əldə olunan gəlirin bir hissəsi həmin sexlərə çatsa da, gəlirin daha çox hissəsi şöbə müdiri ilə məktəb direktorları arasında “pay-püş” edilir.
Bundan əlavə, rayonun təhsil ocaqlarında direktor vəzifəsini daşıyanların tam əksəriyyəti, Əhməd müəllimə bağlı məktəb direktorlarıdırlar. O, belə bir addımlarını atarkən yüz ölçüb bir də biçib. Yəni, əvvəlcədən götür-qoy edib ki, hər təhsil ocağına rəhbər təyin olunan şəxs, mütləq ona bağlı şəxs olmalıdır. Çünki, müəyyən maxinasiyaları, saysız-hesabsız qanunsuzluq əməllərini və.s ört-basdır etmək üçün, o, zamanında məsləhətli addımlarını atıb. Bu gün də nəticə göz önündədir. Məsələn, rayondakı mənbəmiz informasiya mərkəzimizi məlumatlandıraraq bildirir ki, dərs günü başlamazdan əvvəl, Qazağın bütün təhsil ocaqlarında dərs saatları rəhbərliyin maraqları çərçivəsində bölünür. Elə ki, dərs gününün başlamasından bir qədər vaxt keçir, bu zaman rayonun əksər məktəblərinin yuxarı sinif şagirdlərində təhsil almalı olan şagirdlərin əksəriyyətini siniflərdə görmək mümkün olmur. Çünki, onların valideyinləri əvvəlcədən məktəb direktorları ilə anlaşa bilirlər və müəyyən “haqq-hesab”ın müqabilində, övladlarının repititor yanına getmələri üçün ümumi razılıq da əldə edə bilirlər. Əldə etdiyimiz məlumatlara görə belə bir razılaşma, hər valideyinə il ərzində min manata başa gəlir. Sözsüz ki, əldə olunan gəlirlər məktəb direktorları ilə şöbə müdiri arasında, əvvəlcədən razılaşdırılmış şərtlər əsasında bölünür.
Qazax təhsilində yaşanan belə bir ab-havanın varlığı onu söyləməyə əsas verir ki, bəli rəhbərliyin yarıtmaz idarəçiliyi, ümumi vəziyyətin bu həddə gəlib çatmasına səbəb olan əsas amildir. Diqqəti cəlb edən digər hal da odur ki, rayon icra hakimiyyəti başçısının da, əmələ gələn vəziyyət haqda kifayət qədər məlumatlı olması və vaxtında qabaqlayıcı tədbirlər görməməsidir.
Artıq dövr dəyişib, zaman yeniləşib. Yəni, sabiq nazirin idarəçiliyi, bu gün yeni təfəkkürə, yeni idarəçilik üslubuna söykənən cənab Mikayil Cabbarovun idarəçiliyi ilə əvəzlənib. Rəhbərliyin dəyişdiyi ilk vaxtlarda, əmələ gələn ab-hava əksəriyyətdə belə bir fikir formalaşdırmışdı ki, Qazax təhsilində şöbə müdirliyi vəzifəsi, heç də Əhməd müəllimə düşərli olmayacaq. Bizlərdə də belə bir cür düşüncə tərzinin formalaşmasına səbəb o idi ki, Azərbaycanın təhsil sistemində sanki qara ləkə hesab olunan belə bir faktorun varlığı, Qazax təhsilinə artıq neçə illərdir ki, bədbəxtçilik və üzqaraldan əməllərdən başqa nəsə nəsib etməyib.
Sevindirici hal o oldu ki, cənab M.Cabbarov təyinatının ilk günlərindən müəyyən addımlarını atmağa başladı. Yerlərdən ünvanlanan şikayətlərin araşdırılması, baş verən neqativ amillərin müəyyən olunması, işinin öhdəsindən gələ bilməyən rəhbər şəxslərin dəqiqləşdirilməsi və vəzifələri ilə vidalaşmaları istiqamətində lazımi addımların atılması, hər kəsə ümid verdi. Belə olan halda inanırıq ki, yaxın vaxtlarda “yola salınacaq” vəzifə sahiblərindən biri də, cənab Əhməd Dərgahquliyev olacaq. Həmin günün reallaşacağını tək biz yox, Qazax təhsilində əvəzsiz xidməti olanlar da səbirsizliklə gözləyirlər. İnanırıq ki, Əhməd müəllimin şöbə müdirliyindən “yola salınması” Qazax təhsilinə yeni bir nəfəs verəcək. Bu hər kəsin istəyi, həm də zamanın tələbidir.
Hörmətli oxucular! Növbəti açıqlamamızda rayonun Daşsalahlı, Kosalar, Birinci Şıxlı, İkinci Şıxlı, Cəfərli, Qaymaqlı və Qarapapaq kənd orta məktəblərində yaşanan problemlərdən, əmələ gələn qanunsuzluqlardan ətraflı bəhs edəcəyik. Odur ki, bizi izləməyi unutmayın.
Sadalanan problemlərin varlığı ilə əlaqədar, qarşı tərəfin də mövqeyini öyrənməyə və dərc etməyə hazırıq.
Elmar Nuruoğlu
Bölgə müxbiri
Bu gün, 16:00
Türkiyə yenidən "bölünür" – Ölkə xəritəsini dəyişdirəcək yeni plan!
Bu gün, 15:30
Noyabrda 11 gün iş olmayacaq - Tarixlər
Bu gün, 14:22
Rusiya və Ukraynada dəhşətli zarafat: Əhaliyə yalançı nüvə xəbərdarlığı göndərildi
Bu gün, 13:44
İsrail prezidenti partiyaları toplayır: Yeni hökumət formalaşacaqmı?
Bu gün, 13:16
Avropada "SSRİ kabusu" – Rusiya tərəfdarı, tv müxbiri prezident seçkilərində qalib gəlir!
Bu gün, 13:07
“Stop”un “toxta” ilə əvəzlənməsini təklif edən deputat: “Dur” tam yerinə düşmür”
Bu gün, 13:01
İrandan Azərbaycan istiqamətində PUA-lar göndərildi
Bu gün, 12:56
Ərdoğan Zəfər Günü münasibətilə İlham Əliyevi Azərbaycan səmasından təbrik etdi
Bu gün, 12:26
Vahid geyim qaydaları özəl məktəblərə şamil olunacaq? - RƏSMİ AÇIQLAMA
Bu gün, 12:21
Media və Yayım Şurası: Bunlar ictimaiyyəti yanıltmağa xidmət edən kobud dezinformasiyadır
Bu gün, 12:05
Bakının bu ərazisində EVLƏR SÖKÜLÜR - Ağaclara da pul verilir
Bu gün, 10:57
Azərbaycan generalı ABŞ-yə getdi - Mühüm görüşlər keçirdi
Bu gün, 10:53
İran-Azərbaycan sərhədində silahlı insident: ÖLƏN VAR - FOTO
Bu gün, 09:47
Narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanıldı
Bu gün, 09:43
Almaniyada iğtişaşlardan sonra 54 nəfər saxlanıldı
Bu gün, 09:39
“Qələbə qaçışı” 2000-dən çox insanı bir araya gətirdi - Fotolar
Bu gün, 09:35
“Müəyyən məqamda onlara ağır zərbə vurmalı olacağıq”
Bu gün, 09:31
“28 May”dakı tunellərdə işlərin gedişi açıqlandı - 70 metri qazılıb
Bu gün, 09:11
Göygöldə bələdiyyənin mühasibi iş otağında ölü tapıldı
Bu gün, 09:00
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb - Video
31-10-2026, 12:00
Avropada qaz qiymətləri kəllə-çarxa qalxdı: Bazarda böyük təlaş yaranıb
31-10-2026, 11:17
Beynəlxalq axtarışla tutulan gömrükçü həbsdən buraxıldı - Bunları etiraf etdi
31-10-2026, 11:00
Usta işlədiyi evdən 18 minlik qızıl oğurladı
31-10-2026, 10:55
Anbardar iş adamını aldatdı - 1 milyonluq dələduzluq
31-10-2026, 09:59
"Biri qalxıb demədi ki, ay əziz Sahibə xanım..."- Xoşqədəm Aqil Abbası müdafiə etdi
31-10-2026, 09:42
Seçkilərə günlər qalmış Tramp administrasiyasına ağır zərbə
31-10-2026, 09:37
Polşada gərginlik pik həddə çatdı - Onlar vəzifədən uzaqlaşdırıldı