Tovuz çayının kənarında əcəb “seyrangah” var

Azərbaycan ədəbiyyatının tanınmış simaları çox zaman təbiət gözəlliyini təsvir edib, hansısa bir obrazı yaratmaq istəyəndə mütləq seyrəngah sözündən istifadə edərlərmiş
Düzdür, onların yaradıcıllıqlarında nəyinsə təsəvvür olunması və yaxud da hansısa bəddi obrazın yaradılması zamanı işlədilən seyrəngah sözü ilə, Tovuz çayının kənarındakı seyrəngah arasında yerdən göyə qədər fərq də var. Çünki, bu seyrəngahın müəllifi və yaxud da sahibi, uzaq Zaqataladan gələn Ülkər “xanım”dır.
Qərb zonası üzrə bölgə müxbirimizin verdiyi məlumatlara görə, o, bu gün Tovuz çayının kənarında elə bir “seyrəngah” yaradıb ki, gəl görəsən. Və, onun sahibi olduğu “seyrəngah” ümumi görkəminə görə, bu gün də hər kəsin nəzər-diqqətini cəlb etməkdədir. Onu da qeyd edək ki, Zaqatalada icad etdiyi əksər “ixtira”larını Tovuzda tətbiq etməyə qərar verən Ülkər “xanım”ın seyrəngahı qırmızı rəngdədir və onun başqa ünvanlarda fəaliyyət göstərən “seyrəngah”lara müəyyən qədər oxşarlığı da var. Məsələn, başqa “seyrangah”larda olduğu kimi Ülkər “xanım”ın “seyrəngah”ında da, yaş həddindən asılı olmayaraq qadınlar həm cinsi istismara, həm də cinsi zoraklığa məruz qalırlar. Onun “seyrəngah”ında da “qəbul otaqları”na giriş pulludur, yəni 15-20 manat həndəvərindədir. Və həmin “seyrəngah”da da lazımi şərait olmadığından, həmin ünvana üz tutan gənclərimizin daha çoxu, minbir xəstəliyin daşıyıcısına çevrilirlər. Bu “seyrəngah”da da baş verənlərdən, yeri hüquq-mühafizə orqanı əməkdaşları dəqiq xəbər tutsalar da, bəlli münasibətlərini, yenə də davam etdirməkdədirlər.
Əldə etdiyimiz səhih məlumatlara görə, Ülkər “xanım” sahiblik etdiyi “seyrəngah”da, bu gün “ərsəyə gətirdiyi” altı nəfər “xanım”la işləyir. İş fəaliyyətinə axşamçağlarından başlayan və hər dəqiqə “müştəri” gəlişini gözləyən “xanım”lara onun verdiyi bir tapşırıq var: “Gözü açıq olun, “qəbul otağı”na daxil oldunuz, əvvəlcə “müştəriniz”dən giriş pulunu, sonra da “zəhmət haqqınız”ı alın”. Bərəkallah! Bu cür idarəçilik, bu cür “qayğıkeşlik” görəsən dünyanın hansı guşəsində ola bilər? Yəqin ki, heç bir ünvanında da ola bilməz, yalnız Ülkər xanıma məxsus “seyrəngah”da ola bilər və bu gün də var. Belə bir idarəçiliyin tətbiqi üçün, gərək kiminsə peşəkarlıq tələb edən iş təcrübəsi, lazımi stajı və çevik bacarığı da olsun. Maşallah, bunlara qabil olan Ülkər “xanım”da hər şey öz qaydasındadır, hər iş öz axarındadır. Təki göz dəyməsin, bədnəzərdən uzaq olsun.
P.S Hörmətli oxucular! Yəqin indi bildiniz ki, Tovuz rayonu Tovuz çayının kənarında Ülkər “xanım”ın sahiblik etdiyi kafe niyə “seyrəngah” adlandırılır və həmin ünvanda gündəlik nələr baş verir? Biz bu haqda bir neçə dəfə açıqlamalarla çıxış etmişik və Ülkər “xanım”ın əməlləri barədə aidiyyəti qurumlara məlumatlar da vermişik.
Bütün bunlara baxmayaraq, növbəti açıqlamamızı yaxın bir-iki günə oxuya biləcəksiniz. Odur ki, bizi izləyin və izləməyi də unutmayın.
Elmar Nuruoğlu
Qərb zonası üzrə bölgə müxbiri
Bu gün, 16:00
Türkiyə yenidən "bölünür" – Ölkə xəritəsini dəyişdirəcək yeni plan!
Bu gün, 15:30
Noyabrda 11 gün iş olmayacaq - Tarixlər
Bu gün, 14:22
Rusiya və Ukraynada dəhşətli zarafat: Əhaliyə yalançı nüvə xəbərdarlığı göndərildi
Bu gün, 13:44
İsrail prezidenti partiyaları toplayır: Yeni hökumət formalaşacaqmı?
Bu gün, 13:16
Avropada "SSRİ kabusu" – Rusiya tərəfdarı, tv müxbiri prezident seçkilərində qalib gəlir!
Bu gün, 13:07
“Stop”un “toxta” ilə əvəzlənməsini təklif edən deputat: “Dur” tam yerinə düşmür”
Bu gün, 13:01
İrandan Azərbaycan istiqamətində PUA-lar göndərildi
Bu gün, 12:56
Ərdoğan Zəfər Günü münasibətilə İlham Əliyevi Azərbaycan səmasından təbrik etdi
Bu gün, 12:26
Vahid geyim qaydaları özəl məktəblərə şamil olunacaq? - RƏSMİ AÇIQLAMA
Bu gün, 12:21
Media və Yayım Şurası: Bunlar ictimaiyyəti yanıltmağa xidmət edən kobud dezinformasiyadır
Bu gün, 12:05
Bakının bu ərazisində EVLƏR SÖKÜLÜR - Ağaclara da pul verilir
Bu gün, 10:57
Azərbaycan generalı ABŞ-yə getdi - Mühüm görüşlər keçirdi
Bu gün, 10:53
İran-Azərbaycan sərhədində silahlı insident: ÖLƏN VAR - FOTO
Bu gün, 09:47
Narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanıldı
Bu gün, 09:43
Almaniyada iğtişaşlardan sonra 54 nəfər saxlanıldı
Bu gün, 09:39
“Qələbə qaçışı” 2000-dən çox insanı bir araya gətirdi - Fotolar
Bu gün, 09:35
“Müəyyən məqamda onlara ağır zərbə vurmalı olacağıq”
Bu gün, 09:31
“28 May”dakı tunellərdə işlərin gedişi açıqlandı - 70 metri qazılıb
Bu gün, 09:11
Göygöldə bələdiyyənin mühasibi iş otağında ölü tapıldı
Bu gün, 09:00
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb - Video
31-10-2026, 12:00
Avropada qaz qiymətləri kəllə-çarxa qalxdı: Bazarda böyük təlaş yaranıb
31-10-2026, 11:17
Beynəlxalq axtarışla tutulan gömrükçü həbsdən buraxıldı - Bunları etiraf etdi
31-10-2026, 11:00
Usta işlədiyi evdən 18 minlik qızıl oğurladı
31-10-2026, 10:55
Anbardar iş adamını aldatdı - 1 milyonluq dələduzluq
31-10-2026, 09:59
"Biri qalxıb demədi ki, ay əziz Sahibə xanım..."- Xoşqədəm Aqil Abbası müdafiə etdi
31-10-2026, 09:42
Seçkilərə günlər qalmış Tramp administrasiyasına ağır zərbə
31-10-2026, 09:37
Polşada gərginlik pik həddə çatdı - Onlar vəzifədən uzaqlaşdırıldı