3 saylı Doğum evi soyğunçuluq ünvanına çevirib.

Baş həkim vəzifəsini daşıyan hörmətli Nəzakət xanım, deyəsən bu gün həm özünə himayədar axtarışındadır, həm də mövqelərini gücləndirmək istəyindədir.
Son vaxtlar əksər mətbu orqanlarda, Suraxanı rayonu 3 saylı Doğum evində yaşanan qanunsuzluq əməlləri haqda geniş açıqlamalar dərc olunmaqdadır. Düzdür, ilk əvvələr elə düşünürdük ki, dərc olunan faktlar əsasında, doğum evində müəyyən müzakirələr aparılacaq, problemlərin aradan qaldırılması istiqamətində, rəhbərlik səviyyəsində lazımi addımlar da atılacaq. Amma, ümidlərimiz gözlədiklərimizin əksinə oldu. Yəni, nə qədər həyacan təbili çalınsa da, problemlər qabardılsa da, baş həkimin başçılığı altında, möhkəm “təməl” üzərində yazılmış “qayda-qanun” yenə də yaşadıldı və hal-hazırda da yaşadılmaqdadır.
Yerli mənbələrdən əldə etdiyimiz məlumatları, hələ bir müddət bundan əvvəl ictimaiyyətin diqqətinə çatdırsaq da, təəssüf doğuran hal o oldu ki, bizim xəbərdarlığımız elə xəbərdarlıq olaraq qaldı. Yəni, döğum evi rəhbərliyinin bizə və KİV nümayəndələrinə qarşı bəslədiyi münasibət bəlli olduqda, o halda lap dəhşətə gəldik. Yəni, baş həkimin əməkdaşımıza “gedin əlinizdən nə gəlir onu da edin” deməsı, bizi çox götür-qoy etməyə vadar etdi. Öz-özlüyümüzdə sual edib cavab axtarmağa çalışsaq da, hansısa cavabı əldə edə bilmədik. Axı, biz nə etmişik, günahımız nədir ki, bizə belə bir münasibət bəslənir? Yalnız yazıb bildirmişik ki, bu gün Suraxanı rayonu 3 saylı Doğum evində analoqu olmayan rüşvətxorluq halları günü-gündən çoxalır, pulu olmayan xəstələrə ögey münasibət bəslənir. Belə bir addımların qarşılığında isə, əsas məsuliyyət yükü sözsüz ki, baş həkimin üzərinə düşür.
Biz hələ ötən saylarımızın birində də yazmışdıq ki, kimsə həmin ünvana ayaq basarsa, mütləq “əli cibində” olmalı, gözü ısə “Hippokrat andı”na “sadiq” qalan həkimlərin gözünə baxmalıdır. Belə bir halın varlığı haqda açıqlama bildirdikdə, dərhal hörmətli Nəzakət xanım daş atıb başını tutur ki, “sız şər-böhtan yazırsınız, iftira danışırsınız. “Rəhbərlik etdiyim doğum evində sadaladığınız faktların heç biri yoxdur. Amalımız xalqa “xidmət” etməyə, ədaləti “qorumağa” yönəlib”.
Belə bir yanaşmadan sonra, yenidən jurnalist araşdırması aparmağı qərara aldıq ki, bəlkə hörmətli Nəzakət xanım düz deyir. Yerli mənbə məlumatları informasiya mərkəzimizə qərəzli şəkildə çatdırır. Apardığımız növbəti araşdırmalardan sonra sadalanan faktların varlığı bir daha isbat olundu və o hal da müəyyən olundu ki, 3 saylı Doğum evi rüşvətxorluq girdabında boğulmaqdadır. Yəni, imkanı olmayanlardan, imtiyazlı şəxslərdən, ümumiyyətlə doğum evinə ayaq basan hər kəsdən müəyyən olunmuş məbləğdə haqq-hesab almagı, baş həkim tabeçiliyində olan vəzifə sahiblərinə birmənalı şəkildə tapşırıb. Bir sözlə, Nəzakət xanım nəzakətli olmaq əvəzinə, nəzakətsizlik nümayiş etdirmək haqda mütləqi-qərarını verir.
Maraqlı haldır ki, hələ xeyli müddət bundan əvvəl ölkə rəhbəri, möhtərəm prezidentimiz İlham Əliyev cənabları, əksər vəzifə sahiblərinin rüşvətə, korrupsıyaya qurşanmaları barədə kəskin bəyanatla çıxış etmişdir. Hətta, ümumcəmiyyətin bu yöndə səfərbər olunması üçün lazımi tapşırıqlarını da vermişdi ki, bütün dövlət qurumları, xüsusilə də hüquq-mühafizə orqanlarında çalışanlar cəmiyyətimizi eybəcərləşdirən belə bir amillərə qarşı mübarizədə mübariz olmalıdırlar. Belə bir tapşığın verilməsinə, aiddiyyatı dövlət qurumlarının bu yöndə səfərbər olunmalarına baxmayaraq, səbəb nədir ki, bu gün də 3 saylı Doğum evində müdhiş olaylar baş verməkdədir. Yəni, həmin ünvanda hörmətli Nəzakət xanımın rəhbərliy ilə həm korrupsiyaya yol açılır, həm də verilmiş tapşırıqlar düşünülmüş şəkildə qulaqardına vurulur.
Bu zaman bizi belə bir sual düşündürür ki, görəsən 3 saylı Doğum evində yaşanan ab-havadan, baş alıb gedən soyğunçuluq amilindən cənab Oqtay Şirəliyev məlumatlıdırmı? Məgər, hörmətli Nəzakət xanımın nəzakətsiz addımlarının ətrafa “şölə saçan” işartıları, hələ uzun müddətmi insanları “valeh” edəcək?
Diqqəti cəlb edən hal odur ki, təqribən 8-10 gün bundan əvvəll, doğum evinin həyətində giley-güzərını əməkdaşımıza bildirən Çimnaz xanım bildirir ki, “balam arzum budur ki, bura düşmənin də ayağı dəyməsin. Bu 3 saylı Doğum evi elə bir soyğunçuluq ünvanıdır ki, bura gəldin, o halda pulun olmadı deməli “ölməlisən”. Məsələn, qəbul şöbəsindən tutmuş, xəstənin evə çıxdığı ana qədər hər kəsə pul verməlisən. Elə ki, pulun olmadı, o halda xəstəyə gözucu baxılacaq, eyni zamanda həkimin, tibb bacısının, hətta sanitar işlərə baxanın da ögey münasibəti ilə üz-üzə qalmalı olacaqsan. Bax, budur buradakı vəziyyət”. Danışılan belə bir söz-söhbət, edilən giley-güzar adicə bir nəfərin danışdığı olur. Görün indi gün ərzində xəstəsi olan neçə-neçə nəfərlər, həkim soyğunçuluğu üz-üzə qalan xəstələr və.s, hansı mənzərə ilə üz-üzə qalırlar. Bax bu haqda düşünmək lazımdır ki, hörmətli Nəzakət xanımın həyata keçirdiyi idarəçiliyə qiymət vermək mümkün olsun.
Qeyd etdiyimiz olaylarla əlaqədar, qarşı tərəfində mövqeyini dinləməyə hazırıq.
Araşdırmamız davam edəcək
Elmar
Bu gün, 14:22
Paşinyan Rusiya və Avropa İttifaqı arasında SEÇİMİNİ ETDİ
Bu gün, 13:35
Rusiya erməniləri qovmağa hazırlaşır?
Bu gün, 13:06
Nura toylardakı “qapalı çevrə”ni ifşa etdi: “Hər kəs öz faizini alır”
Bu gün, 12:55
Azərbaycan ilə Özbəkistanın prezidentləri və birinci xanımları Buxarada İsmayıl Samani türbəsi ilə tanış olublar
Bu gün, 12:41
Ermənistan tezliklə referenduma hazırlıqlara başlaya bilər
Bu gün, 12:06
Prezidentlə xanımını alqışlarla qarşıladılar
Bu gün, 11:36
Əliyev Zelenskini təbrik etdi
Bu gün, 11:33
Prezidentin təyyarəsi Buxara aeroportuna endi - Video - Yenilənir
Bu gün, 10:59
Prezident bu gün Buxaraya gedəcək - Video
Bu gün, 10:54
Azərbaycan nümayəndə heyəti “Ark” qalasında - Video
Bu gün, 10:21
Azərbaycanda ilk dəfə kriptovalyuta dövlət nəfinə müsadirə edilib
Bu gün, 09:52
Türkiyənin qəzəbindən sonra yunan qorxusu– Afina "Patriot"ları adadan çıxardı
Bu gün, 09:48
Sərhəddə saatlarla gözləyən TIR-larla bağlı mühüm qərar – Gürcüstan qaydaları kökündən dəyişdi
Bu gün, 09:45
Aİ İsraili İordan çayının Qərb sahilində məskunlaşmanı dayandırmağa çağırdı
Bu gün, 09:32
Suriya və İsrail arasında danışıqlar başlayıb: Dəməşq mövqeyini açıqladı
Bu gün, 09:27
Tehranda su böhranı - Əhaliyə xəbərdarlıq edildi
Bu gün, 09:23
Mirziyoyev: Azərbaycan İlham Əliyevin rəhbərliyi ilə beynəlxalq arenada böyük uğurlar qazanır
Bu gün, 09:20
İlham Əliyev: Dünyada Qarabağın bərpasında Azərbaycana ilk kömək edən ölkə Özbəkistandır
Bu gün, 09:15
“Bu xəstəlik onu da apardı”
Bu gün, 09:11
Mədəniyyət Nazirliyindən Tofiq Bakıxanovun vəfatı ilə bağlı - Nekroloq
Bu gün, 09:00
Özbəkistan Prezidenti: Əbədi dostluq haqqında Müqavilə münasibətlərimizi yeni məzmunla zənginləşdirəcək
22-08-2026, 12:12
Almaniya sürətlə silahlanır: Uzaqmənzilli raketlərə 12 milyard
22-08-2026, 10:31
Cinayət törətməkdə şübhəli bilinən 41 nəfər saxlanılıb
22-08-2026, 10:27
Bakıya uçan təyyarələr drona görə havaya qalxa bilmədı
22-08-2026, 10:23
Ukrayna OZON-a keçdi: Samarada anbarlar və neft emalı zavodu YANIR, Putinin yerini bilən yoxdur
22-08-2026, 10:04
Bu gün dəniz havası var
22-08-2026, 09:59
Xəzərdə zəlzələ oldu