Rəcəb Babaşovdan prezident İLHAM ƏLİYEVƏ ŞİKAYƏT
Gundem / Bolge
Oxunub: 1 341
8 may 2017 | 13:17
Rəcəb Babaşovdan prezident İLHAM ƏLİYEVƏ ŞİKAYƏT













Azərbaycan Respublikasının Prezidenti

İlham Əliyev Cənablarına

və 1-ci Vitse Prezident

Mehriban xanım Əliyevaya

1959-cu il təvəllüd, YAP-ın üzvü

Məhərrəmova Tərlan İsəxan qızı tərəfindən


Ərizə


Hörmətli cənab Prezident, hörmətli 1-ci Vitse Prezident!

Xahiş edirəm məni və qızım Samirəni Rəcəb Babaşovun əlindən xilas edin. Rəcəb Babaşov bizimlə düşmənçilik aparır. Bizdən nə istəyir bilmirik. Bizə kömək edin Cənab Prezident!

Biz qaçqın ailəsiyik. Əslimiz kökümüz Qazaxın Bağanıs Ayrım kəndindəndir. Oğlum Məhərrəmov Sərxan Vaqif oğlunu hərbiçi kimi vətənə vermişəm. Qazaxın Cəfərli kəndində düşmənin qaynar təmas xəttində ölkəmizi qoruyur. Mənim atamda Böyük Vətən müharibəsinin veteranı olub. Özüm doğum evində işləyirəm. Yoldaşım Məhərrəmov Vaqif yataq xəstəsidir.

Qızım Məhərrəmova Samirə Vaqif qızının himayəsində 3 oğlan uşağı var. Cəbhədə olan oğlumun uşağınıda qızım Samirə saxlayır. Mənim qızım dövlətimizə və Ali Baş Komandanımız Hörmətli İlham Əliyev cənablarına 3 əsgər böyüdür. Qızım Samirə 5 aydır ki Qazaxda yerləşən müəssisələrin birində işləyirdi. Bir neçə gün bundan əvvəl İcra Başcısı Babaşov Rəcəb qızımın iş yerinə gedib və orada qızımı başqa şəxslərin yanında (ifadəmə görə üzr istəyirəm) əxlaqsız adlandırıb sonrada həmin obyekti mənim qızıma görə bağladıram deyib. Bunu mən eşidəndə təzyiqim qalxdı huşumu itirdim özümdən getdim. Təcili yardım çağırtdırıb mənə ilkin tibbi yardım göstərildi. Hələdə özümdə deyiləm. Rəcəb Babaşov nəyə görə məni və qızımı bütün rayonda təhqir etməlidir? Ona bu ixtiyarı bu səlahiyyəti kim verib? Mənim 58 yaşım var bizim rayona hələ belə rəhbər gəlməyib. Rayonda onun təhqir etmədiyi adam qalmayıb. Hər kəs bu başcının əməllərindən danışır.

Bu gün bizə icra hakimiyyətindən məktub gəlib ki 3 günə artırma söküləcək. Halbu ki həmin artırmaya Rəcəb Babaşov şəxsən özü icazə vermişdi. Hətta biz buna görə Rəcəb Babaşova minnətdarlıq məktubuda yazmışıq. İndi isə ondan Adminstrasiya şikayət etdiyimiz üçün həmin artırmanı sökdürmək istəyir.

Hörmətli cənab Prezident, hörmətli 1-ci Vitse Prezident!

Xahiş edirəm Rəcəb Babaşovun əməllərinə son qoyun. Onu durdurun. Qazaxlılara kömək edin. Siz həmişə məmurlara tapşırıq verirsiniz ki əhalini dolandırın nəzakətlə davranın. Amma Rəcəb Babaşov kimiləri Sizin dediklərinizin əksinə gedir. Rayon rəhbəridə qadına belə ağır söz deyərmi Cənab Prezident? Mənim bu çağırışımı bir ananın və bir Azərbaycan qadınının fəryadı kimi qəbul edin. Mənim qızım uşaqlarını nəylə dolandırsın? İşlək bir müəssisəni bağlatmağın hansı məntiqə sığışdırmaq olar. Onsuz da bir əsgər ailəsi kimi narahatcılıq icində yaşayırıq. Cünki övladımız düsmənlə üz- üzə dayanıb.

Mənim dərdim onsuz da özumə bəsdi digər tərəfdən də rayon rəhbəri tərəfindən qızımın təhqir olunması və cörəyinin kəsilməsi.

Rəcəb Babaşov niyə qadınlarla prinsip aparıb düşmənçilik edir? Biz kimə müraciət edək haraya gedək? Rəcəb Babaşov görünür heç Prezidentdən və 1-ci Vitse Prezidentdəndən və Adminstrasiyadan belə çəkinmir qorxmur. Biz nə edək bilmirik? Bizə xahiş edirik kömək edin. Xahiş edirik.

Hörmətlə Məhərrəmova Tərlan İsəxan qızı. Tarix 06.05.2017. Tel 055 318 63 41
Bu gün, 12:32
Prezidentlərin iştirakı ilə açılış mərasimi keçirilir - FOTOLAR - YENİLƏNİB
Dünən, 10:44
Daha bir “Prius” qəzası - Ölən və yaralananlar var - Foto
Dünən, 10:39
Könülün qətlindən sonra nənəsi də öldü
Dünən, 10:24
Ana oğlunun şəhid olduğu yeri ilk dəfə gördü - VİDEO
Dünən, 10:19
DİN xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ etdi - FOTO
Dünən, 10:13
Müdafiə Nazirliyinin rəhbər heyəti hərbi vəzifəlilərlə görüşüb
Dünən, 09:18
Blinkenin “gecə konserti” qorxunc sirri ifşa etdi: Ukrayna ABŞ-a daha lazım deyil
Dünən, 09:00
Paşinyan istefaya hazırlaşır? - Xandanyan açıqladı
17-05-2024, 16:00
Ermənilər Xocalı aeroportunu niyə bu formada tikiblər? – Sirr açıldı
17-05-2024, 15:30
Ermənilərin sərhəd TƏLAŞI... - Daha çox ərazi...
17-05-2024, 14:22
Sülhməramlıları xatırlayarkən: separatçılığa dəstək, terrora yardım... - "Həmişə Azərbaycana qarşı qərəzli mövqedə dayandılar"
17-05-2024, 14:04
Lukaşenkodan Şuşada traktor hədiyyəsi - FOTOLAR
17-05-2024, 13:58
İlham Əliyev və Aleksandr Lukaşenko Şuşa şəhərinə səfər ediblər
17-05-2024, 12:51
Azərbaycan XİN: Fransa tərəfi üzr istəməlidir
17-05-2024, 12:00
Prezidentlər Füzulinin Baş planı ilə tanış oldu
17-05-2024, 11:53
Əliyev Lukaşenkonu Füzulidə qarşıladı - FOTOLAR
17-05-2024, 11:46
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - AÇIQLAMA
17-05-2024, 11:41
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri yenidən görüşüblər
17-05-2024, 11:05
Rövşən Nəcəf UEFA prezidenti ilə görüşüb
17-05-2024, 11:01
Misir İsrailin təklifini rədd edib - "Reuters"
17-05-2024, 10:56
Pedofillərlə bağlı qanunda dəyişiklik edildi - RƏSMİ
17-05-2024, 10:51
Türkiyə Xarici İşlər Nazirliyində ciddi dəyişiklik
17-05-2024, 10:33
Füsunkar təbiəti ilə seçilən Kəlbəcərdən yeni görüntülər - VİDEO
17-05-2024, 10:28
Azərbaycanın İrandakı səfirliyinin yeri dəyişdirilib
17-05-2024, 10:21
Azərbaycanla proses uğurlu keçdi - Qriqoryan
17-05-2024, 09:26
"Kurtlar vadisi"nin aktyoru Azərbaycan vətəndaşı olmaq istəyir
17-05-2024, 09:21
ABŞ ruslara qarşı sanksiyalar tətbiq etdi