Ziya Məmmədovun kadrı Yardımlıda narazılıq yaradır
Gundem / Bolge
Oxunub: 1 486
1 may 2017 | 11:44
Ziya Məmmədovun kadrı Yardımlıda narazılıq yaradır














Bəlkə də adi bir haldır, amma araşdırmalar göstərir ki, müstəqil inzibati ərazi vahidi kimi tanındığı vaxtdan ötən uzun onilliklər ərzində Yardımlı rayonunun mənəvi tarixində bu qədər çətin, bu qədər acınacaqlı dövr olmayıb.

Hər şey Ayaz Əsgərovun başçı təyin olunması ilə başlayıb.

“Vodka” söhbəti

Qeyd edək ki, bu təyinatdan əvvəl Ayaz Əsgərov Qazaxda icra başçısı olub. Həmin vaxtda yerli camaat deyirmiş ki, Ayaz Əsgərovdan sonra kim başçı gələcəksə- daha ona satmağa torpaq yeri qalmayacaq.

Mediada başçının Qazaxda fəaliyyəti haqda maraqlı yazılar var. Onların birində qeyd olunur ki, Qazaxda Ayaz Əsgərova "Hacıya "vodka" içirən başçı" deyirlər. Vaxtı ilə Əsəd Orucovun dövründə ümümi şöbə müdiri işləmiş, həmin dövrdə Həccə getmiş, indi isə Quşçu Ayrım kəndində icra nümayəndəsi vəzifəsində çalışan Elman Nəsibov sabiq başçının oğlunun nişan mərasimində ona xoş gəlmək üçün "vodka" içib. Bu isə Mirzə Cəlilin məşhur "Qurbanəli bəy" əsərini xatırladır. Siz də xatırladınızmı? Qurbanəli bəy rus xanımlarını görüb özündən çıxır və nökərinə "vodka" içirdir. Burda isə məsələ fərqlidir. Yəni aradan onillər keçib və azərbaycanlı bəylərin inzibati idarəçiliyi o həddə çatıb ki, nökərə "vodka" içirtmirlər. Nökər özü xoş gəlmək üçün "vodka" içir, "həci" olsa belə.”( mənbə-http://azerinews.tv/flash/7130-yardmllar-ayaz-sgrovdan-i-ci-vtse-prezdent-ikayti-dd-bizi-icra-basnn-zlmndn-kayt.html)

Fevral qalmaqalı

Ayaz Əsgərovun fəaliyyəti ilə bağlı ən iri qalmaqal bu ilin fefralında qopdu.

Mediada Yardımlıda fındıqçılığın inkişafı adı altında yerli idarə çalışanlarından pul yığılması ilə bağlı göstərişin verildiyi haqda informasiya verildi. Narazı sakinlər bildirirdilər ki, hər bir yerli idarə işçisindən icra hakimiyyəti tərəfindən 43 manatdan, idarələrdən isə 4000 manat tələb olunur :

"Yardımlı rayon icra hakimiyyətinin başçısı Ayaz Əsgərov tapşırıb ki, yerli idarələrdə çalışan işçilər 1 aylıq vəzifə maaşlarını, ya da bayramlarda verilen "premya"larını icra hakimiyyətinə versin. Və fındıq tingləri alınmaq üçün bu addım atılıb. Yardımlıda fındıqcılıq inkişaf edirilsin.

Axı bu gun gözunu 1 aylıq maaşına dikən yazıq vətəndaş nə etsin. Belə bir şərt də qoyublar: ya əməkhaqqının 1 ayı veriləcək, ya da ki işdən azad olunaqcaqlar.

Təhsil sahəsində çalışanların hər birindən 43 manat, Səhiyyə işçilərindən hər bir işçidən 43 manat, Mədəniyyət işçilərinin hər birindən 43 manat... İnzibati Ərazi Dairələrinə tapşırıb ki, 90 nəfər kənd sakinləriylə birlikdə 43 manat yığılmalıdır. Tapşırılıb ki, əgər pulu yığa bilməsə, ərazi nümayəndəliyi öz cibindən 4000 manat pulu verməlidir.

Xahiş edirik, heç bir rayonda belə bir şey yoxdur. Yardımlı rayonunda niyə belə bir tələb qoyulub. İnanırıq ki, bir həlli yolu tapılacaqdır".

Məsələ mediada gündəmə gələndən sonra tələb olunan məbləğ 10 dəfə azaldıldı və başçı pul yığımını daha ehtiyyatla həyata keçirməyi tapşırdı.

Hazırda rayon əhli idarəçilikdən çox narazıdır. İş o həddə çatıb ki, burada Quba hadisələri təkrarlana bilər.

Azerinfo.az-a verilən məlumata görə Prezdent Aparatına ünvanlanan şikayətlərin sayı-hesabı yoxdur. Ayaz Əskərovla yanaşı onun sadiq müavini Azər Xamıyev də vəziyyətin gərginləşməsində rol oynayır.

Xamıyevin taktikası

Qeyd edək ki, Sevindir Hətəmovun Salyan RİH başçısı təyin olunmasından sonra Yardımlı rayonunun idarəçiliyi müvəqqəti olaraq RİH başçısının birinci müavini Azər Xamıyevə həvalə olunmuşdu. Qısa müddət kəsiyində Azər Xamiyev Yardımlıda narazılardan ibarət böyük ordu formalaşdırmağa müvəffəq olmuşdu. Sakinləri qəbul etməyən, onları müxtəlif bəhanələrlə başından edən birinci müavin həmin taktikanı indi də davam etdirməkdədir.

Üstəlik Xamıyev diğər müavini- Mahir Mirzəvi “vurdurmaq” üçün hərəkətə keçib. Guya mətbuata başçı haqda kompromat ötürən Mahir Mirzəyeüvdir.

Əlbətdə, bu ağ yalandır. Məsəılə ondadır ki, Ayaz Əsgərov vəı Xamıyevdən fərqli olaraq Mahir Mirzəyevin kobineti vətəndaşların üzünə daim açıqdır. O şikayətləri dinləyir, həll etməyə çalışır. Bir sözlə işləyir. Xamıyev isə elə təsəvvür yaradır ki, guya Mirzəyev özü başçı olmağa hazırlaşır.

Məsələ ondadır ki, Ayaz Əsgərov onsuz da gedəcək. Qeyd edək ki, o “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin keçmiş sədri, Nəqliyyat nazirinin müavini Arif Əsgərovun qardaşıdır.

Əsgərovlar və onların himayədarları olan Ziya Məmmədova etimad limiti artıq itib.

Yardımnlıdakı korrupsiya halları ilə bağlı araşdırmanı yaxın günlərdə təqdim edəcəyik.
Bu gün, 12:32
Prezidentlərin iştirakı ilə açılış mərasimi keçirilir - FOTOLAR - YENİLƏNİB
Dünən, 10:44
Daha bir “Prius” qəzası - Ölən və yaralananlar var - Foto
Dünən, 10:39
Könülün qətlindən sonra nənəsi də öldü
Dünən, 10:24
Ana oğlunun şəhid olduğu yeri ilk dəfə gördü - VİDEO
Dünən, 10:19
DİN xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ etdi - FOTO
Dünən, 10:13
Müdafiə Nazirliyinin rəhbər heyəti hərbi vəzifəlilərlə görüşüb
Dünən, 09:18
Blinkenin “gecə konserti” qorxunc sirri ifşa etdi: Ukrayna ABŞ-a daha lazım deyil
Dünən, 09:00
Paşinyan istefaya hazırlaşır? - Xandanyan açıqladı
17-05-2024, 16:00
Ermənilər Xocalı aeroportunu niyə bu formada tikiblər? – Sirr açıldı
17-05-2024, 15:30
Ermənilərin sərhəd TƏLAŞI... - Daha çox ərazi...
17-05-2024, 14:22
Sülhməramlıları xatırlayarkən: separatçılığa dəstək, terrora yardım... - "Həmişə Azərbaycana qarşı qərəzli mövqedə dayandılar"
17-05-2024, 14:04
Lukaşenkodan Şuşada traktor hədiyyəsi - FOTOLAR
17-05-2024, 13:58
İlham Əliyev və Aleksandr Lukaşenko Şuşa şəhərinə səfər ediblər
17-05-2024, 12:51
Azərbaycan XİN: Fransa tərəfi üzr istəməlidir
17-05-2024, 12:00
Prezidentlər Füzulinin Baş planı ilə tanış oldu
17-05-2024, 11:53
Əliyev Lukaşenkonu Füzulidə qarşıladı - FOTOLAR
17-05-2024, 11:46
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - AÇIQLAMA
17-05-2024, 11:41
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri yenidən görüşüblər
17-05-2024, 11:05
Rövşən Nəcəf UEFA prezidenti ilə görüşüb
17-05-2024, 11:01
Misir İsrailin təklifini rədd edib - "Reuters"
17-05-2024, 10:56
Pedofillərlə bağlı qanunda dəyişiklik edildi - RƏSMİ
17-05-2024, 10:51
Türkiyə Xarici İşlər Nazirliyində ciddi dəyişiklik
17-05-2024, 10:33
Füsunkar təbiəti ilə seçilən Kəlbəcərdən yeni görüntülər - VİDEO
17-05-2024, 10:28
Azərbaycanın İrandakı səfirliyinin yeri dəyişdirilib
17-05-2024, 10:21
Azərbaycanla proses uğurlu keçdi - Qriqoryan
17-05-2024, 09:26
"Kurtlar vadisi"nin aktyoru Azərbaycan vətəndaşı olmaq istəyir
17-05-2024, 09:21
ABŞ ruslara qarşı sanksiyalar tətbiq etdi