ŞƏKİ YOXSULLARININ DÖVLƏTDƏN SOSİAL MÜDAFİƏ İSTƏKLƏRİ TƏHQİRLƏ QARŞILANIR
Gundem / Bolge
Oxunub: 1 294
28 apr 2017 | 12:58
ŞƏKİ YOXSULLARININ DÖVLƏTDƏN SOSİAL MÜDAFİƏ İSTƏKLƏRİ TƏHQİRLƏ QARŞILANIR













Şəki rayonunun Oxud kənd sakini Əhmədov Kənan Nemət oğlu redaksiyamıza müraciət edərək, Şəki rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin rəisi Elçin Səfərovdan şikayətlənib. Əhmədov bildirir ki, ciyəri xəstədir, şəkəri var. Ailəsi 14 nəfərdən ibarətdir, dolanışıqlarını təmin edə bilmirlər. Anasının 136 manat pensiyası banka olan borclarının ödənilməsinə çıxılır, özünün 55 manat pensiyası isə heç dərmanlarına belə çatmır. Ünvanlı sosial yardım təyin olunması üçün ƏSMM rəisinə müraciət edib. Əsassız olaraq ona yardım təyin olunmasından imtina ediblər. Bundan sonra Kənan yuxarı instansiyalara şikayət edib. Bu isə Mərkəzin rəisi Elçin Səfərovun xoşuna gəlməyib. Əhmədov qəbuluna gələndə onu təhqir edərək, hədələyib. Polis çağırtdırıb, Mərkəzin bir neçə işçisini öyrədərək onun üzünə durmağa səfərbər edib ki, guya Kənan özü insident yaradıb. Əhmədovun sözlərinə görə, məsələnin nə yerdə olduğunu araşdıran Şəki rayon Polis Şöbəsinin rəisi Əbülfət Rzayev məmura "ayıbdır, bu xəstə adamdır" deyərək, vətəndaşla barışmağı, probleminin çözülməsi üçün köməklik göstərməsini tövsiyə edib. Çifayda, Mərkəz rəisi öz insafsız mövqeyində qalıb.

Əlacsız qalan Əhmədov dövlət məmurunun onun ünvanına yağdırdığı təhqiramiz ifadələri (hansı ki, həmin ifadələri biz təkrarlamaq istəmədik. - red.) və daha yaşamaq üçün zəruri imkana malik olmaması səbəbindən intihar etmək qərarına gəldiyini internetdə yaydığı Prezidentə video-mürciətində dilə gətirib.

Əhmədov bildirir ki, Elçin Səfərovun yarıtmaz fəaliyyətindən tək o özü deyil, az qala Şəkinin bütün yoxsul camaatı narazıdır. Məsələn, bir müddət əvvəl Baş Göynük kənd sakini, I qrup əlil Rafiq Vəliyev də ondan şikayət etmiş, KİV tribunasından istifadə edərək, ictimai qınağa boğmağa çalışmışdı.

O da qeyd olunur ki, Səfərov hələ Mingəçevirdə eyni vəzifədə işlədiyi dönəmdə onun haqqında ictimai rəy müsbət olmayıb. Onun Mingəçevirdə çayın üzərində VİP restoranı və başqa bahalı daşnmaz əmlakı, gəlirli obyektlərinin olduğu deyilir ki, bu da yalnız maaşa qulluq etmədiyinin əyani sübutudur.

Bu və digər məsələlərlə bağlı Mərkəz rəisinə zəng açıb telefonla münasibətini öyrənməyə çalışdıq. İki-üç kəlmə ilə "o adam şantajistdir" deyərək, bizimlə söhbəti davam etdirməkdən yayındı. Bununla belə məqaləmizdə bəhs etdiyimiz məsələlərlə bağlı qarşı tərəf kimi mövqeyini bildirmək istəsə, dinləməyə hazırıq.




ŞƏKİ YOXSULLARININ DÖVLƏTDƏN SOSİAL MÜDAFİƏ İSTƏKLƏRİ TƏHQİRLƏ QARŞILANIR
ŞƏKİ YOXSULLARININ DÖVLƏTDƏN SOSİAL MÜDAFİƏ İSTƏKLƏRİ TƏHQİRLƏ QARŞILANIR
Bu gün, 12:32
Prezidentlərin iştirakı ilə açılış mərasimi keçirilir - FOTOLAR - YENİLƏNİB
Dünən, 10:44
Daha bir “Prius” qəzası - Ölən və yaralananlar var - Foto
Dünən, 10:39
Könülün qətlindən sonra nənəsi də öldü
Dünən, 10:24
Ana oğlunun şəhid olduğu yeri ilk dəfə gördü - VİDEO
Dünən, 10:19
DİN xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ etdi - FOTO
Dünən, 10:13
Müdafiə Nazirliyinin rəhbər heyəti hərbi vəzifəlilərlə görüşüb
Dünən, 09:18
Blinkenin “gecə konserti” qorxunc sirri ifşa etdi: Ukrayna ABŞ-a daha lazım deyil
Dünən, 09:00
Paşinyan istefaya hazırlaşır? - Xandanyan açıqladı
17-05-2024, 16:00
Ermənilər Xocalı aeroportunu niyə bu formada tikiblər? – Sirr açıldı
17-05-2024, 15:30
Ermənilərin sərhəd TƏLAŞI... - Daha çox ərazi...
17-05-2024, 14:22
Sülhməramlıları xatırlayarkən: separatçılığa dəstək, terrora yardım... - "Həmişə Azərbaycana qarşı qərəzli mövqedə dayandılar"
17-05-2024, 14:04
Lukaşenkodan Şuşada traktor hədiyyəsi - FOTOLAR
17-05-2024, 13:58
İlham Əliyev və Aleksandr Lukaşenko Şuşa şəhərinə səfər ediblər
17-05-2024, 12:51
Azərbaycan XİN: Fransa tərəfi üzr istəməlidir
17-05-2024, 12:00
Prezidentlər Füzulinin Baş planı ilə tanış oldu
17-05-2024, 11:53
Əliyev Lukaşenkonu Füzulidə qarşıladı - FOTOLAR
17-05-2024, 11:46
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - AÇIQLAMA
17-05-2024, 11:41
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri yenidən görüşüblər
17-05-2024, 11:05
Rövşən Nəcəf UEFA prezidenti ilə görüşüb
17-05-2024, 11:01
Misir İsrailin təklifini rədd edib - "Reuters"
17-05-2024, 10:56
Pedofillərlə bağlı qanunda dəyişiklik edildi - RƏSMİ
17-05-2024, 10:51
Türkiyə Xarici İşlər Nazirliyində ciddi dəyişiklik
17-05-2024, 10:33
Füsunkar təbiəti ilə seçilən Kəlbəcərdən yeni görüntülər - VİDEO
17-05-2024, 10:28
Azərbaycanın İrandakı səfirliyinin yeri dəyişdirilib
17-05-2024, 10:21
Azərbaycanla proses uğurlu keçdi - Qriqoryan
17-05-2024, 09:26
"Kurtlar vadisi"nin aktyoru Azərbaycan vətəndaşı olmaq istəyir
17-05-2024, 09:21
ABŞ ruslara qarşı sanksiyalar tətbiq etdi