ERMƏNİ GÜLLƏSİNDƏN QORXMAYAN HÜSEYNQULU BAĞIROV ADİL VƏLİYEVİ QINAMAQDAN ÇƏKİNİR
Gundem / Bolge
Oxunub: 3 787
24 apr 2017 | 12:47
ERMƏNİ GÜLLƏSİNDƏN QORXMAYAN HÜSEYNQULU BAĞIROV ADİL VƏLİYEVİ QINAMAQDAN ÇƏKİNİR














CƏBHƏ BÖLGƏSİNİ DİQQƏT MƏRKƏZİNDƏ SAXLAYAN EKOLOGİYA NAZİRİ SABUNÇU RAYONUNA NƏZARƏT ETMİR
Bu gün - 22 aprel Beynəlxalq Yer Günüdür. Bununla əlaqədar təsdioq olunmuş plana uyğun olaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyi müxtəlif tədbirlər keçirmiş, ətraf mühitin mühafizəsi sahəsində ictimaiyyət arasında təbliğat işləri aparmışdır.Tədbirlər həm də görkəmli akademik Həsən Əliyevin 110 illik yubileyi ərəfəsinə təsadüf etdiyindən keçirilən görüşlərdə dünya şöhrətli alimin qələminin məhsulu olan çoxsaylı əsərlərdə təbiətşünaslıq elminə verdiyi mühüm töhfələrdən, müəllifi olduğu "Həyəcan təbili", "Təbiətin keşiyində" kitablarının bu günümüz üçün də aktual olmasından söz açılıb.
Bildiyimiz kimi, akademik Həsən Əliyevin qardaşı, Ümummilli lider Heydər Əliyev də təbiətin böyük qayğıkeşi idi. Ulu Öndərimiz dediyi bu sözlər ETSN-nin rəsmi saytında şüar kimi sərgilənir: "İnsan təbiətdən öyrənir, onun havası ilə pərvəriş tapır, ağıla dolur, zənginləşir, təzələnir, təmizlənir". Ekologiya məsələlərini dam diqqət mərkəzində saxlayan Prezident İlham Əliyev keçən ay ETSN-nin Əsasnaməsində mütərəqqi dəyişikliklər edilməsi ilə bağlı Fərman imzalamışdır.Nəzərdə tutulan dəyişikliklərdə Əsnamənin əvvəlki variantında bəzi maddələrdə və yarımbəndlərdə yer alan "atmosfer havasının", "meşələrin" sözlərindən sonra "və yaşıllıqların" sözünün əlavə olunması, eləcə də yaşıllıqların uçotu, kadastrı və monitorinqi haqqında məlumatların toplanılmasının və həmin məlumatların Nazirliyin rəsmi internet səhifəsində yerləşdirilməsi tapşırılmışdır.
Amma yazıqlar olsun ki, Sabunçu rayonunun icra başçısı kimi mühüm dövlət qulluqçusu vəzifəsi daşıyan Adil Vəliyev nə ağıla dolmaq, nə zənginləşmək, nə təzələnmək, nə də təmizlənmək istəyir. Onun rayonda yaşıllığa qənim kəsilməsi, ağacların kök üstündən qoparılaraq yerinin qanunsuz satılmasına rəvac verməsi bu məntiqi doğurur.
Redaksiyamıza daxil olmuş səhih məlumata görə, paytaxtın Sabunçu rayonunun Bakıxanov qəsəbəsinin Habil Balakişiyev küçəsində hektardan artıq yaşıllıq ərazi hasarlanaraq yüzlərlə çoxillik ağaclar kök üstündən kəsilmiş, onların yeri hamarlanaraq sotlara bölünüb satılmaqdadır. Həm də açıq-aşkar surətdə. Adil Vəliyevin maklerləri satışa çıxardıqları ərazilərdə öz telefon nömrələrini gözəçarpan yerdə asmaqdan belə çəkinmirlər. Rayonda özbaşınalıq o həddə çatıb ki, qəsəbələrdə qəbiristanlıq yerləri belə ucdantutma fərdi ev tikmək istəyənlərə satılmaqdadır. İnsanların həyat təhlükəsizliyi gözlənilmədən, infrastruktur nəzərə alınmadan yüksək gərginlikli elektrik xətlərinin altındakı, iri diametrli su və qaz kəmərlərinin üstündəki ərazilər də satılmaqdadır.
Maraqlıdır ki, hörmətli nazir Hüseynqulu Bağırov düşmənlə üzbəüz cəbhə bölgəsində vətəndaşlarla görüşlər keçirib müraciətlərini dinləyir, orada ətraf mühitin və ekoloji tarazlığın mühafizəsi ilə qayğılana bilir, amma paytaxtda, Nazirliyin necə deyərlər, "burnunun ucunda" Adil Vəliyevin apardığı "yaşıl genosid"i görmür. Atəşkəsi tez-tez pozan təcavüzkar ermənidən qorxmayan cənab nazir icra başçısını qınamaqdan belə ehtiyatlanır.Edilən bütün şikayətlərə, yazılan və səslənən bütün tənqidlərə baxmayaraq, Sabunçuda baş verən ekoloji vandalizm nəzarətə götürülmür, təqsirkarlara qarşı heç bir təsirli tədbir görülmür
Bu gün, 12:32
Prezidentlərin iştirakı ilə açılış mərasimi keçirilir - FOTOLAR - YENİLƏNİB
Dünən, 10:44
Daha bir “Prius” qəzası - Ölən və yaralananlar var - Foto
Dünən, 10:39
Könülün qətlindən sonra nənəsi də öldü
Dünən, 10:24
Ana oğlunun şəhid olduğu yeri ilk dəfə gördü - VİDEO
Dünən, 10:19
DİN xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ etdi - FOTO
Dünən, 10:13
Müdafiə Nazirliyinin rəhbər heyəti hərbi vəzifəlilərlə görüşüb
Dünən, 09:18
Blinkenin “gecə konserti” qorxunc sirri ifşa etdi: Ukrayna ABŞ-a daha lazım deyil
Dünən, 09:00
Paşinyan istefaya hazırlaşır? - Xandanyan açıqladı
17-05-2024, 16:00
Ermənilər Xocalı aeroportunu niyə bu formada tikiblər? – Sirr açıldı
17-05-2024, 15:30
Ermənilərin sərhəd TƏLAŞI... - Daha çox ərazi...
17-05-2024, 14:22
Sülhməramlıları xatırlayarkən: separatçılığa dəstək, terrora yardım... - "Həmişə Azərbaycana qarşı qərəzli mövqedə dayandılar"
17-05-2024, 14:04
Lukaşenkodan Şuşada traktor hədiyyəsi - FOTOLAR
17-05-2024, 13:58
İlham Əliyev və Aleksandr Lukaşenko Şuşa şəhərinə səfər ediblər
17-05-2024, 12:51
Azərbaycan XİN: Fransa tərəfi üzr istəməlidir
17-05-2024, 12:00
Prezidentlər Füzulinin Baş planı ilə tanış oldu
17-05-2024, 11:53
Əliyev Lukaşenkonu Füzulidə qarşıladı - FOTOLAR
17-05-2024, 11:46
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - AÇIQLAMA
17-05-2024, 11:41
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri yenidən görüşüblər
17-05-2024, 11:05
Rövşən Nəcəf UEFA prezidenti ilə görüşüb
17-05-2024, 11:01
Misir İsrailin təklifini rədd edib - "Reuters"
17-05-2024, 10:56
Pedofillərlə bağlı qanunda dəyişiklik edildi - RƏSMİ
17-05-2024, 10:51
Türkiyə Xarici İşlər Nazirliyində ciddi dəyişiklik
17-05-2024, 10:33
Füsunkar təbiəti ilə seçilən Kəlbəcərdən yeni görüntülər - VİDEO
17-05-2024, 10:28
Azərbaycanın İrandakı səfirliyinin yeri dəyişdirilib
17-05-2024, 10:21
Azərbaycanla proses uğurlu keçdi - Qriqoryan
17-05-2024, 09:26
"Kurtlar vadisi"nin aktyoru Azərbaycan vətəndaşı olmaq istəyir
17-05-2024, 09:21
ABŞ ruslara qarşı sanksiyalar tətbiq etdi