SOS!!! SOS!!! ZAQATALADA MİSLİ GÖRÜNMƏMİŞ CİNAYƏT: Meşələr vandalcasına məhv edilir
Gundem / Bolge
Oxunub: 4 823
29 mar 2017 | 05:21
SOS!!! SOS!!! ZAQATALADA MİSLİ GÖRÜNMƏMİŞ CİNAYƏT: Meşələr vandalcasına məhv edilir











SƏS YAZISI



Təbiəti qorumaq, onun qayğısına qalmaq, yeri gəldikdə müəyyən problemlərini aradan qaldırmaq və s. hər zaman hər kəsin əsas vətəndaş borcu olmalıdır. Çünki, təbiətin varlığı olmadan, onun bəxş etdiyi sərvətlərdən lazımınca istifadə etmədən, nə ümumi ictimai həyatımızın inkisafinı təmin edərik, nə də bir çox məqsədlərimizin həllinə nail ola bilərik. EIə bu səbəbdən də, Allah-Təalanın bəxş etdiyi sərvətlərdən düzgün istifadə etməklə həm yaşayışımızı təmin etməliyik, həm də onun yaşadılmasına çalışmalıyq.

SOS!!! SOS!!! ZAQATALADA MİSLİ GÖRÜNMƏMİŞ CİNAYƏT: Meşələr vandalcasına məhv edilir






Adicə bir faktı da qeyd edək ki, bu gün respublikamızın ərazilərinin xeyli hissəsi dağlıq ərazilərdən ibarətdir. Dağ yamaclarının, çökəkliklərin, çay vadilərinin, hətta düzənlik sahələrinin də meşə zolaqları ilə əhatə olunması, həmin ərazilərə xüsusi gözəllik və hansısa formada rəngarənlik də bəxş edir. Bundan əlavə, meşə zolaqlarının varlığı zaman-zaman insan həyatında müstəsna rola malik olmuş və onlardan lazımi məqsədlər üçün istifadəolunma, məhz ictimai həyatımızın əsasını da təşkil etmişdir.



Bugünkü günümüzdə də, meşə zolaqlarının varlığı öz əhəmiyyətini qoruyub saxlamaqdadır. Məsələn, son illər dünyada baş verən iqlim dəyişikliyi nəticəsində müxtəlif ərazilərdə güclü çay daşqınlarının baş verməsi, dağ yamaclarının yuyulması və s. kimi hallar təkrarlanır ki, bu da xoşagəlməz olayların əmələ gəlməsi ilə nəticələnir. Bu zaman meşə zolaqlarının olduğu ərazilərdə baş verən fəsadların izi çox da hiss olunmur. Əksər canlılar üçün, xususilə də insan həyatının davamlılığını təmin etmək üçün oksigen qazının əldə olunmasında və digər təminatlarının ödənilməsində meşə zolaqlarının oynadığı rol, bu gün də hər kəsə bəlli olan həqiqətlərdir. Məhz, bu cür misalları sadalamaqla meşə zolaqlarının insan həyatında oynadığı rolun əhəmiyyətini qiymətləndirmək istəyirik.

SOS!!! SOS!!! ZAQATALADA MİSLİ GÖRÜNMƏMİŞ CİNAYƏT: Meşələr vandalcasına məhv edilir



















Zaqatalada “yaşıl soyqırım” davam etdirilir

Bu belə olduğu halda, görəsən Zaqatala meşələrində nələr baş verir ki, hər kəs əmələ gələnləri “yaşıl soyqrım” adlandırmaqdan da belə çəkinmir. Çünki, hələ bir müddət bundan əvvəl adı çəkilən rayonun Car meşəbəyliyinin Axakdərə kəndi ərazisində meşə gözətçisi işləmiş Məhəmməd adlı şəxsin danışdıqlarını dinlədikcə, sanki dəhşətə gəldik. O, bizimlə söhbətində bildirdi ki, “Vaxtilə Zaqatalanın meşə təsərrüfatına rəhbərlik etmiş Xəlil müəllim, bir müddət bundan əvvəl ETSN-nin meşələrin inkişafı departamentinə rəhbər təyin olunduqdan sonra, çox keçmədi ki, adı çəkilən rayonun meşə zolaqlarında yoxlamalar aparılmağa başlandı. Belə ki, departament rəhbərinin verdiyi tapşırığa əsasən yalnız mənim nəzarət etdiyim ərazilərə baxış keçirildi və 65 ədəd kəsilmiş ağac müəyyən edilərək, mənə üstüstə 1967 manat cərimə də yazıldı. Onu da vurğulayım ki, kəsilmiş ağaclar ZİL-131 markalı maşınla meşəlik ərazilərin dərinliklərindən münasib yerlərə daşınaraq “Kamaz”lara yükləndi və bir “reys”i Car meşəbəyliyinin əvvəlki meşəbəyisi olmuş Həmzə bəyə, bir “reys”i isə, Həmzə bəyin köməkçisi olmuş Həbib Vüsalova çatdırıldı. Bir faktı da unutmaq olmaz ki, Həbib Vüsalova verilən bir “Kamaz” odun, Zaqatala rayon meşə mühafizəsi və bərpası müəssisəsinin direktoru vəzifəsini daşıyan Vaqif müəllimin tapşırığı əsasında çatdırıldı."

SOS!!! SOS!!! ZAQATALADA MİSLİ GÖRÜNMƏMİŞ CİNAYƏT: Meşələr vandalcasına məhv edilir













Vaqif müəllimin kəsişən maraqları...

Şikayətci bildirir ki, baxmayaraq ki, Vaqif müəllim meşə təsərrüfatı sahəsində heç vaxt hansısa vəzifəni daşımamış və onun sahib olduğu ixtisas da, onun bu sahədə işləməsinə heç cür əsas vermir. Daha təəccüf doğuran hal o oldu ki, Zaqatala meşələrində yoxlamalar aparılarkən nə Ramazan adlı şəxsin gözətçi işlədiyi Qəbizdərə kəndi ərazisində, nə Zalban kəndi ərazisində, nə də ki, digər ərazilərdə yoxlamalar aparılmadı. Bunun da müəyyən səbəbləri oldu. Belə ki, meşələrin inkişafı departamentinin rəisi vəzifəsini daşıyan Xəlil müəllimin kürəkəni olan Rəşad adlı şəxs, bu gün Zaqatalanın meşə təsərrüfatında “inspektor” vəzifəsini daşımaqdadır. Yoxlamalar aparılan zaman Tala meşəbəyliyinin meşəbəyisi olan İlqarın qardaşı Vüqar və Ramazan, Rəşada 10 min manat “haqq-hesab”ı verirlər və o da, həmin “haq-hesab”ı Xəlil müəllimə çatdırır. Belə bir yolla da aparılan yoxlamalardan “sovuşa” bilirlər.

SOS!!! SOS!!! ZAQATALADA MİSLİ GÖRÜNMƏMİŞ CİNAYƏT: Meşələr vandalcasına məhv edilir




















Məqsədli yoxlamalar və əldə olunan “haqq-hesab”lar

Şikayətci deyir: "Hər kəsdə maraq oyadan hal odur ki, mənə yazılmış 1967 manat cərimə son anda 675 manata endirildi və onun yalnız 50 manatını mən ödəməli oldum. Çünki, kəsilmiş ağacların əsas baiskarı olmuş Həmzə bəy, yazılmış cəriməni Balakənli müştərisinə ödətdirdi və bunun qarşılığında müştərisinə yeni material verəcəyi vədini öhdəsinə də götürdü.

Bütün bunlar azmış kimi, Vaqif müəllimdən heç bir halda ehtiyat etməyən və vaxtilə vəzifə səlahiyyətindən sui-istifadə edən Həmzə bəy, əslən Zaqatala rayonundan olan İbadulla adlı şəxsə də iki maşın odunun verilməsi üçün tapşırıqlarını verdi. Belə bir tapşırıqdan sonra İbadulla odun əvəzinə yeşik hazırlanması üçün nəzərdə tutulan 62sm-lik fıstıq ağaclarını doğratdırdı və az sonra onları satışa da çıxartdı. Həmin vaxtlarda hər kəsi o məqam da düşündürdü ki, görəsən Həmzə bəylə İbadulla adlı şəxsi hansı tellər bağlayır? Bəli, belə bir bağlılığın varlığı bu gün də müəyyən şübhələrin əmələ gəlməsinə səbəb olmaqdadır”.

SOS!!! SOS!!! ZAQATALADA MİSLİ GÖRÜNMƏMİŞ CİNAYƏT: Meşələr vandalcasına məhv edilir



















ÜMUMİYYƏTLƏ, bir xəbər portalı olaraq biz daim meşə təsərrüfatı ilə bağlı duruma olduqca diqqət yetiririk və problemlərinin ictimailəşdirilməsinə çalışırıq. Tərəfimizdən apardığımız araşdırmalar zamanı bəzi məqamları da müəyyən edə bildik ki, Həmzə bəylə İbadulla adlı şəxsi bir-birinə bağlayan müəyyən tellər var. Çünki, hər ikisi yaşadıqları ərazilərdə “meşə cəlladı” adı ilə tanınırlar. Amma, İbadullanı ondan fərqləndirən digər cəhətlər də var.

Zaqatalada və digər ərazilərdə İbadulla hansı adla tanınır?

Belə ki, apardığımız araşdırmalar zamanı əldə etdiyimiz ilginc məlumatlara görə İbadulla adlı şəxs, kimlərisə şantaj etməklə, kimlərəsə “pul atmaq”la, daha çox isə bir ünvandan digərinə əsaslı-əsassız “danos”lar ötürməklə də məşğul olur. Məlumatlı şəxsin bildirdiyinə görə Həmzə bəyin onunla işbirliyinə girməsinə səbəb də, məhz İbadulladan ehtiyat etməsi olub. Çünki, bu şəxs vaxtilə meşə zolaqlarından oğurluq yolu ilə həyətinə gətirdiyi kəsilmiş ağacların şəkillərini çəkərək, bəzi media qurumlarına çatdırırmış ki, pərdəarxası maraqlarını təmin edə bilsin. Hələ bu azmış kimi, İbadullanın Zaqatalanın səhiyyə müəssisələrində yaşananlarla, yol polislərinin atdıqları addımlarla, hətta yaxın-uzaq qonşuları əməllər və s.haqda Azerinfo.az saytına çatdırdığı məlumatlar da, hal-hazırda müzakirə olunan mövzulardandır.

SOS!!! SOS!!! ZAQATALADA MİSLİ GÖRÜNMƏMİŞ CİNAYƏT: Meşələr vandalcasına məhv edilir














İbadullanın “işverənliyi” nələrə səbəb olub?

Bəli, bu gün İbadulla Zaqatalada sanki “toxunulmaz şəxs” hesab olunur. Yuxarıda qeyd etdiyimiz kimi, bunun da müəyyən səbəbləri var. Adı çəkilən şəxsin rayonun baytarlıq idarəsində sürücü “işlədiyi” bildirilsə də, əslində onun işə getmədiyini əksəriyyət də təsdiqləyə bilər. Çünki çalışdığı qurumun rəhbəri də az-çox məlumatlıdır ki, İbadulla baytarlıq idarəsində qol qoyulan qanunsuzluqları, yəni dövlətin verdiyi dərmanların “levı” yollarla satıldığını, kəsim məntəqələrindən hər ay “haqq-hesab” ın yığılması haqda məlumatları, quruma verilən yanacağın, müəyyən avadanlıqların, bəzi detalların və s. satılması haqda məlumatları ora-bura, xüsusilə də media qurumlarına ötürür ki, belə bir yollarla qəpik-quruşa da sahib ola bilsin. Onun qol qoyduğu ən iyrənc addımlardan biri də, qızını gəlin köçürərkən, yaxud da həyat yoldaşına geyim paltarı alarkən dost-tanışından borc şəklində aldığı pulları geri qaytarmamasıdır.

“Meşə cəlladı” adı ilə tanınan İbadullanın məlumatları, bəzən təsdiqini tapmır

İbadullanın müxtəlif qurumlarda yaşananlarla bağlı çatdırdığı məlumatlar bəzən təsdiqini tapmadığından, elə hallar da olub ki, dərc olunan açıqlamalarla bağlı çox keçmədən təkzib də yazılıb. Məsələn, bu şəxs vaxtilə Azerinfo.az saytının əməkdaşına bildirir ki, “Vaqif müəllim 50 min manat rüşvətin qarşılığında rayonun torpaq şöbəsinin müdiri vəsifəsinə sahib olsa da, çox keçmədi ki, bu sahədə aparılan sturuktur islahatları onun işsiz qalması ilə nəticələndi. Belə olan halda çıxılmaz vəziyyətdə qalan icra başçısı çox keçmədi ki, qardaşı Əhməd Əhmədzadənin dəstəyindən yararlanaraq, onu meşə təsərrüfatına rəhbər təyin etdirə bilir. Düzdür, İbadullanın verdiyi belə bir məlumat apardığımız araşdırmalar nəticəsində təsdiqini tapmadığından, hələ bir müddət bundan əvvəl bununla bağlı təkzib də yazmalı olmuşduq.

SOS!!! SOS!!! ZAQATALADA MİSLİ GÖRÜNMƏMİŞ CİNAYƏT: Meşələr vandalcasına məhv edilir



















Səbəb nədir ki, rayonun Tala, Muğanlı, Car-Qəbizdərə meşəbəyliklərində daha çox “yaşıl soyqrım” davam etdirilir?

Adı çəkilən rayonun meşə təsərrüfatında bir neçə meşəbəylik var ki, bunlardan biri və ən böyüyü Tala meşəbəyliyidir. Bu meşəbəyliyə İlqar adlı şəxs rəhbərlik etsə də, yerli sakinlərin iddialarına görə o, meşəbəyliyin gözətçiləri ilə əlbir olaraq bu gün də meşə zolaqlarına divan tutmaqdadır. Meşəbəyliyin 1 saylı dolayında gözətçi işləyən Nəbi adlı şəxsin meşələrə divan tutması isə, məhz onun adının dillər əzbəri olmasına da səbəb olub. Tala meşəbəyliyinin Pirpan və Pərzivam dolaylarının gözətçisinin də adı İlqardır. Bu şəxs də, meşə zolaqlarına sanki gəlir mənbəyi kimi baxır. Rayonun meşə təsərrüfatına aid meşəbəyliklərindən biri də, Muğanlı meşəbəyliyidir ki, bu meşəbəyliyə də Elman adlı şəxs rəhbərlik edir. Meşəbəyliyin ərazi gözətçiləri Hacı, Məhəmməd və Əmirulla Rəcəbov, 6 saylı dolayın gözətçisi Fazil Laçınov, 7 saylı dolayın gözətçisi isə Vaqif Məhərrəmovdur. Yerli sakinlərdən bəzilərinin verdikləri məlumatlara görə, hər üç meşəbəyliyin ərazisindən Balakənin Qazbinə kəndində fəaliyyət göstərən və Aydın, Eldar adlı şəxslərə məxsus olduğu bildirilən taxta sexlərinə, həmçinin Zaqatala rayon Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin yaxınlığındakı sexə mütəmadi olaraq palıd ağacları, kəsilməsi qadağan olunan fıstıq, cökə, göyrüş, qoz və digər ağac növləri kəsilərək daşınır. Adı çəkilən şəxslərin uzun illərdir ki, bu işlə məşğul olduqları bildirilir və onların bir neçə dəfə aidiyyəti qurumların əməkdaşları tərəfindən saxlandığı da qeyd olunur. Bütün bunlara baxmayaraq, adı çəkilən şəxslər bütün zamanlarda “sudan quru çıxmağı” da bacarıblar.



Rayonun meşə təsərrüfatına aid meşəbəyliklərdən biri də, Car-Qəbizdərə meşəbəyliyidir. Bu meşəbəyliyin 9 dolayı var və bunlardan 6-sı şəhər ətrafı əraziləri, 3-ü isə Qəbizdərə-Mazıx ərazisini əhatə edir. Car kəndi ətrafı ərazilərin meşə zolaqlarına Zelxo Hacı ləqəbi ilə tanınan şəxs gözətçi işləyir. O, gözətçi işlədiyi vaxtlarda o qədər dağıntılara, çoxsaylı qanunsuzluqlara yol verir ki, rəhbərlik onu daşıdığı vəzifəsindən uzaqlaşdırmaq məcburiyyətində qalır və onun yerinə qardaşını təyin edir. Bir müddətdən sonra rəhbərlik onun qardaşını da işindən uzaqlaşdırır və Zelxo Hacı ləqəbi ilə tanınan şəxsi təkrar gözətçi təyin edir. Belə bir təyinatların da özəl səbəbləri olur.

SOS!!! SOS!!! ZAQATALADA MİSLİ GÖRÜNMƏMİŞ CİNAYƏT: Meşələr vandalcasına məhv edilir


















Car meşəbəyliyində aşkarlanan narkotiklər, kimlərin məhbəsə göndərilməsinə səbəb olur?

Car kəndi ətrafında olan meşə zolaqlarının gözətçisi Zelxo Hacıdır. Bu adam da bölgədə “at oynadan” cəlladlarından sayılır. Zelxo Hacı vaxtiylə meşə gözətçisi işlədiyi vaxt daha çox dağıntılara yol verdiyindən, meşə təsərrüfatının rəhbəri olmuş Razimin vaxtında işdən çıxarılır və onun yerinə qardaşı təyin olunur. Bir müddətdən sonra onun qardaşı da meşə gözətçiliyindən çıxarılır və həmin vəzifəyə yenidən Zelxo Hacı təkrar təyin olunur. Bu təyinatların yalnız bir səbəbi olur ki, hər iki qardaş yaşadıqları ərazidə “demaqoq” adı ilə tanınırlar. Bundan ehtiyat edən rəhbərlik hər zaman məcbur olur ki, onları iş başında saxlasın. Əgər belə bir addım atılmazsa, hər iki qardaş rəhbərliyin əməllərindən yuxarı təşkilatlara xəbər verib, hər bir problemin ictimailəşməsinə nail ola bilirlər.

Əslən Zaqatala rayonundan olan İbadulla adlı şəxsin verdiyi məlumatlara və yerli sakinlərdən bəzilərinin iddialarına görə, Zelxo Hacı ləqəbi ilə tanınan şəxsin gözətçi işlədiyi meşə zolaqlarında vaxtilə narkotik bitkilər yetişdirilir. Bu haqda hüquq-mühafizə orqanı əməkdaşları məlumat əldə etdikdən sonra, həmin ərazilərdə müəyyən əməliyyatlar keçirilir və sonda bir neçə şəxs məhbəsə də göndərilir. Məlumatlı şəxslərin iddialarına görə, “Kamaz” markalı maşının sürücüsü olan Tahir adlı şəxsin iki oğlu Əhməd və İslam, Zelxo Hacı ləqəbi ilə tanınan şəxslə zamanında işbirliyinə girirlər. Elə ki, narkotik bitkilərlə bağlı əməliyyat keçirilir, həmin vaxt Zelxo Hacı yüngül xərclə həbs olunmaqdan xilas olmağı bacarsa da, Tahir adlı şəxsin hər iki oğlu həbsə göndərilir. Bunun da başlıca səbəblərindən biri, Zelxo Hacının oğlunun polisdə işləməsi olur.

SOS!!! SOS!!! ZAQATALADA MİSLİ GÖRÜNMƏMİŞ CİNAYƏT: Meşələr vandalcasına məhv edilir




















Məhəmmədin gözətçi işi, görəsən hansı maraqlara qurban verilib?

Zaqatala meşələrində baş verən hoqqaların nəticəsi olaraq, Car meşəbəyliyinin Axakdərə kəndi ərazisində gözətçi işləyən Məhəmməd adlı şəxs, çox keçmir ki, daşıdığı işinə “əlvida” deməli olur. Baxmayaraq ki, bu şəxs xeyli müddət meşə təsərrüfatı sahəsində çalışıb kifayət qədər iş təcrübəsi toplasa da, çox keçmir ki, kəsişən maraqlar ona işini “qurban” verdirir. Onu da unutmaq olmaz ki, hələ bir neçə il bundan əvvəl Zaqatala meşələrində “Meşə qardaşları” adlı qruplaşma “firon”luq edərkən, Məhəmmədin atası Yusif kişi onların zərərsizləşdirilməsində mühüm rol oynayır. Bu da onu söyləməyə əsas verir ki, istər Məhəmməddə, istərsə də Yusif kişidə dövlətinə məhəbbət, xalqına bağlılıq hissi var ki, o da, zamanında bu cür addımlarını atıb.

Bu gün isə belə bir şəxsin övladının işsiz qalması, heç cür yolverilməz haldır. Amma, Zaqatala meşələrinə zaman-zaman “qənim kəsilən”, rayon ərazisizdə “meşə cəlladı” adı ilə tanınan Həmzə bəy, qol qoyduğu çoxsaylı qanunsuzluqlara görə daşıdığı vəzifəsindən uzaqlaşdırılsa da, o, bir müddət bundan əvvəl Tala meşəbəyliyinin meşəbəyisi olan İlqar adlı şəxsə köməkçi təyin olunur. Bu haqda məlumatları xəbər portalımıza çatdıran şəxslər onu da bildirirlər ki, Zaqatalanın Tala kəndindən olan və ETSN-də mühüm vəzifə sahibi olan şəxs hər zaman Həmzə bəyə arxa-dayaq olduğundan, o, hər zaman hansısa işlə də təmin olunub.

SOS!!! SOS!!! ZAQATALADA MİSLİ GÖRÜNMƏMİŞ CİNAYƏT: Meşələr vandalcasına məhv edilir
















İcra başçısının ögey münasibəti, “qətliamlar”a yol açır

Ümumiyyətlə, bu gün Zaqatalanın meşə zolaqlarında yaşananlar onu söyləməyə əsas verir ki, bir qrup vəzifə sahibinin bu cür davranışları birbaşa ekologiyamızın məhvinə yönəlik addımlardır. O halda sual oluna bilər ki, görəsən Zaqatala RİH-nin başçısı Mübariz Əhmədzadənin həyata keçirilən “soyqrım”lara münasibəti necədir? Sözsüz ki, adı çəkilən rayonun icra başçısı olaraq bu şəxsin indiyə kimi baş verənlərlə bağlı əməli addımlar atmaması, günahkarların cəzalandırılmaması və s. bir daha onu söyləməyə əsas verir ki, Zaqatala meşələrində həyata keçirilən “qətliamlar”a bu gün də “yaşıl işıq” yandırılmaqdadır. Hətta, yerli sakinlərdən bəzilərinin iddialarına, eyni zamanda İbadulla adlı şəxsin verdiyi məlumatlara görə, Zaqatalanın meşə zolaqlarında “qətliam”lar həyata keçirilərkən, adı çəkilən rayonun SSİ-nin balansında olan texnikalardan da istifadə olunur. Buna səbəb olan amillərdən biri də, Zaqatala rayon SSİ-nin Əhməd Əhmədzadəyə tabe olması, adı çəkilən şəxsin isə icra başçısı Mübariz Əhmədzadənin qardaşı olmasıdır. Bütün bunlar da onu söyləməyə əsas verir ki, Zaqatalanın meşə zolaqlarında atılan addımların kökündə, məhz adı çəkilən rayonun bir qrup vəzifə sahibləri tərəfindən təsir dairəsində saxlanmasıdır.

Qeyd edək ki, rayon camaatı Zaqatala Meşələrin Mühafizəsi və Bərpası müəssisəsində baş verən ciddi qanunsuzluqlar barədə müvafiq instansiyalara çoxsaylı müraciətlər edib, amma ağacları məhv edənlərə qarşı mübarizə yox dərəcəsindədir. Vaqif Şabanov rayon Meşə Mühafizəsi və Bərpası müəssisəsinə müdür vəzifəsinə keçəndən az bir müddət ərzində bu sahədə vəziyyət daha da ağırlaşıb. Bu gedişlə Zaqatala meşələrində ağac qalmayacaq. Özü də meşələrin kütləvi şəkildə qırılmasının səbəbkarları sıravi adamlar deyillər. Zaqatala meşələrinin kütləvi şəkildə qırılmasının səbəbi bu ağaclardan mebel sənayesində total şəkildə istifadə olunmasıdır. Həmin mebel sənayesi isə rayonda fəaliyyət göstərən sexlərdən ibarətdir. Lakin, dəfələrlə bu mövzuda çıxış etsək də bu günə kimi Ekologiya və Təbii Sərvətlər Nazirliyi hər hansı bir reaksiya verməyib. Bu isə belə deməyə əsas yaradır ki, Zaqatala meşələrinin məhvində elə nazirliyin özü də maraqlı tərəfdir.



Qaynağımızın iddiasına əsasən, Zaqatala meşələrinin hesabına fəaliyyət göstərən mebel sexləri mafiyanın əlindədir.
“Həmin mebel sexlərində istehsal olunan məhsulların bir qismi Bakıya satışa göndərilsə də, bir qismi rayonda keçirilən tenderlərdə işə yarayır. Belə ki, həmin tenderlərdə yumşaq və bərk mebellər olan maddə üzrə bütün alqı-satqı işləri həmin sexlərin məhsulları hesabına reallaşdırılır. Bundan başqa, meşələri məhv edən şəxslər odunları rayon camaatına satırlar. Çünki Zaqatalanın əksər kəndlərində vətəndaşların mavi yanacaqla təminatı olduqca bərbad vəziyyətdədir. Əhali qışda soyuqdan donmamaqdan ötrü əsasən odundan istifadə edir. Odun isə meşə massivlərinin qırılması hesabına əldə olunur. Rayonda bir maşın odunun 600-800 manat arasında satılır.

SOS!!! SOS!!! ZAQATALADA MİSLİ GÖRÜNMƏMİŞ CİNAYƏT: Meşələr vandalcasına məhv edilir














Rayon icra başçısının, rayon polis şöbəsinin icazəsi olmadan heç kim ağacları məhv edə bilməz. Meşə massivlərinin məhvində xüsusilə rayon Meşə Mühafizəsi və Bərpası Müəssisəsi rəhbərliyinin əli olması danılmazdır. Mənbəmiz bildirdi ki, müəssisənin işçiləri üzərlərinə düşən vəzifəni demək olar ki, yerinə yetirmirlər:“MUĞANLI” MEŞƏBƏYLİYİ, “MUXAX” MEŞƏBƏYLİYİ, “TALA” MEŞBƏYLİYİ, “CAR” MEŞƏBƏYLİYİ deyilən ərazilərdə acınacaqlı vəziyyət yaşanır.
Müəssisə rəhbərliyinin “xeyir-duası” ilə burdakı yaşıllıqlar məhv edilir. Təəssüf ki, aidiyyəti dövlət qurumlarının əməkdaşları “yaşıl soyqırım”ın qarşısını almırlar”.

P.S: Sizə təqdim etdiyimiz bu fotoşəkillər və səs yazısı yuxarıda bir hissəsini dərc etdiyimiz araşdırmalarımız nəticəsində ortaya çıxmış faktlardır. Və həmin şəkillər və səs yazısından da məlum olur ki, Zaqatala meşələrində vəziyyət dəhşətlidir. Bütün bu faktları araşdırıb tədbir görmək üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyinə göndərsək də nazirlik gözdən pərdə asmaq istəyir. Aldığımız son məlumata görə nazirliyin aidiyyatı qurumları - xüsusilə deportament rəhbəri Xəlil Ramazanov həmin faktları nazirdən gizlədir, rəhbəri oldugu kecmiş müəssisəsində aparılmış yoxlamanin sənədlərıni "yüngülləşdirməklə" cinayət xarakterli faktları departamentdə bir növ "it-bata"! salır. Yoxsa, bir jurnalistin asanlıqla araşdıra bilib üzə çıxardığı bu faktlardan Xəlil Ramazanovun xəbərdar olmaması sadəcə mümkün deyil.



Nəzərinizə çatdıraq ki, Car meşəbəyisi Həmzə Əliyevi və bu şəbəkəni deportamentdə yüksək vəzufə tutan Mehdi (əslən rayonun Tala kəndindəndir) adlı şəxs himayə edir. İndi cənab Xəlil Ramazanov, bu adam kimdir, hansı vəzifədə çalışır ki, Zaqatala meşələrinə belə açıq surətdə qənim kəsilənlərə havadarlıq edir?
Verəcəyiniz açıqlamanı səbirsizliklə və böyük maraqla gözləyirik.

P.S.S: SONDA BİLDİRİRİK Kİ, BU ARAŞDIRMA YAZINI TƏDBİR GÖRÜLMƏK ÜCÜN AİDİYYATI QURUMLARA GÖNDƏRƏCƏYİK. YAZIDA QEYD OLUNAN FAKTLARI KİFAYƏT QƏDƏR SÜBUT EDƏN SƏNƏLƏRİ - DƏRC EDİLMƏMİŞ SƏS YAZILARİNI VƏ VİDEO MATERİALLARI TƏQDİM ETMƏYƏ HAZIRIQ.

Dəyərli oxucular!

Ümumiyyətlə, ətraf mühit və onun problemlərinin varlığı, hər zaman diqqət mərkəzində duran məsələlərdən biri olub. Odur ki, Zaqatalanın meşə zolaqlarında baş verən olayları, əmələ gələn fəsadları biz bundan sonra da diqqət mərkəzində saxlamağa çalışacağıq.
Bir daha qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.


Azerinfo.az
SOS!!! SOS!!! ZAQATALADA MİSLİ GÖRÜNMƏMİŞ CİNAYƏT: Meşələr vandalcasına məhv edilir
SOS!!! SOS!!! ZAQATALADA MİSLİ GÖRÜNMƏMİŞ CİNAYƏT: Meşələr vandalcasına məhv edilir
SOS!!! SOS!!! ZAQATALADA MİSLİ GÖRÜNMƏMİŞ CİNAYƏT: Meşələr vandalcasına məhv edilir
SOS!!! SOS!!! ZAQATALADA MİSLİ GÖRÜNMƏMİŞ CİNAYƏT: Meşələr vandalcasına məhv edilir
SOS!!! SOS!!! ZAQATALADA MİSLİ GÖRÜNMƏMİŞ CİNAYƏT: Meşələr vandalcasına məhv edilir
SOS!!! SOS!!! ZAQATALADA MİSLİ GÖRÜNMƏMİŞ CİNAYƏT: Meşələr vandalcasına məhv edilir
SOS!!! SOS!!! ZAQATALADA MİSLİ GÖRÜNMƏMİŞ CİNAYƏT: Meşələr vandalcasına məhv edilir
SOS!!! SOS!!! ZAQATALADA MİSLİ GÖRÜNMƏMİŞ CİNAYƏT: Meşələr vandalcasına məhv edilir
SOS!!! SOS!!! ZAQATALADA MİSLİ GÖRÜNMƏMİŞ CİNAYƏT: Meşələr vandalcasına məhv edilir
SOS!!! SOS!!! ZAQATALADA MİSLİ GÖRÜNMƏMİŞ CİNAYƏT: Meşələr vandalcasına məhv edilir
SOS!!! SOS!!! ZAQATALADA MİSLİ GÖRÜNMƏMİŞ CİNAYƏT: Meşələr vandalcasına məhv edilir
SOS!!! SOS!!! ZAQATALADA MİSLİ GÖRÜNMƏMİŞ CİNAYƏT: Meşələr vandalcasına məhv edilir
SOS!!! SOS!!! ZAQATALADA MİSLİ GÖRÜNMƏMİŞ CİNAYƏT: Meşələr vandalcasına məhv edilir
SOS!!! SOS!!! ZAQATALADA MİSLİ GÖRÜNMƏMİŞ CİNAYƏT: Meşələr vandalcasına məhv edilir
SOS!!! SOS!!! ZAQATALADA MİSLİ GÖRÜNMƏMİŞ CİNAYƏT: Meşələr vandalcasına məhv edilir
SOS!!! SOS!!! ZAQATALADA MİSLİ GÖRÜNMƏMİŞ CİNAYƏT: Meşələr vandalcasına məhv edilir
SOS!!! SOS!!! ZAQATALADA MİSLİ GÖRÜNMƏMİŞ CİNAYƏT: Meşələr vandalcasına məhv edilir
Bu gün, 12:32
Prezidentlərin iştirakı ilə açılış mərasimi keçirilir - FOTOLAR - YENİLƏNİB
Dünən, 10:44
Daha bir “Prius” qəzası - Ölən və yaralananlar var - Foto
Dünən, 10:39
Könülün qətlindən sonra nənəsi də öldü
Dünən, 10:24
Ana oğlunun şəhid olduğu yeri ilk dəfə gördü - VİDEO
Dünən, 10:19
DİN xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ etdi - FOTO
Dünən, 10:13
Müdafiə Nazirliyinin rəhbər heyəti hərbi vəzifəlilərlə görüşüb
Dünən, 09:18
Blinkenin “gecə konserti” qorxunc sirri ifşa etdi: Ukrayna ABŞ-a daha lazım deyil
Dünən, 09:00
Paşinyan istefaya hazırlaşır? - Xandanyan açıqladı
17-05-2024, 16:00
Ermənilər Xocalı aeroportunu niyə bu formada tikiblər? – Sirr açıldı
17-05-2024, 15:30
Ermənilərin sərhəd TƏLAŞI... - Daha çox ərazi...
17-05-2024, 14:22
Sülhməramlıları xatırlayarkən: separatçılığa dəstək, terrora yardım... - "Həmişə Azərbaycana qarşı qərəzli mövqedə dayandılar"
17-05-2024, 14:04
Lukaşenkodan Şuşada traktor hədiyyəsi - FOTOLAR
17-05-2024, 13:58
İlham Əliyev və Aleksandr Lukaşenko Şuşa şəhərinə səfər ediblər
17-05-2024, 12:51
Azərbaycan XİN: Fransa tərəfi üzr istəməlidir
17-05-2024, 12:00
Prezidentlər Füzulinin Baş planı ilə tanış oldu
17-05-2024, 11:53
Əliyev Lukaşenkonu Füzulidə qarşıladı - FOTOLAR
17-05-2024, 11:46
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - AÇIQLAMA
17-05-2024, 11:41
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri yenidən görüşüblər
17-05-2024, 11:05
Rövşən Nəcəf UEFA prezidenti ilə görüşüb
17-05-2024, 11:01
Misir İsrailin təklifini rədd edib - "Reuters"
17-05-2024, 10:56
Pedofillərlə bağlı qanunda dəyişiklik edildi - RƏSMİ
17-05-2024, 10:51
Türkiyə Xarici İşlər Nazirliyində ciddi dəyişiklik
17-05-2024, 10:33
Füsunkar təbiəti ilə seçilən Kəlbəcərdən yeni görüntülər - VİDEO
17-05-2024, 10:28
Azərbaycanın İrandakı səfirliyinin yeri dəyişdirilib
17-05-2024, 10:21
Azərbaycanla proses uğurlu keçdi - Qriqoryan
17-05-2024, 09:26
"Kurtlar vadisi"nin aktyoru Azərbaycan vətəndaşı olmaq istəyir
17-05-2024, 09:21
ABŞ ruslara qarşı sanksiyalar tətbiq etdi