Zaqatalada “yaşıl soyqrım” faciələrə yol açır-ŞOK İDDİA
Gundem / Bolge
Oxunub: 467
12 mar 2017 | 06:01
Zaqatalada “yaşıl soyqrım” faciələrə yol açır-ŞOK İDDİA













Ibadullanın rayonun baytarlıq idarəsində sürücü “işlədiyi” bildirilsə də, əslində onun işə getmədiyini əksəriyyət də təsdiqləyə bilər

Təbiəti qorumaq, onun qayğısına qalmaq, yeri gəldikdə müəyyən problemlərini aradan qaldırmaq və s. hər kəsin əsas vətəndaş borcu olmalıdır. Çünki, təbiətin varlığı olmadan, onun bəxş etdiyi sərvətlərdən lazımınca istifadə etmədən, nə ümumi həyatımızın inkisafinı təmin edərik, nə də bir çox məqsədlərimizin həllinə nail ola bilərik. EIə bu səbəbdən də, Allah-Təalanın bizlərə bəxş etdiyi sərvətlərdən düzgün istifadə etməklə, həm yaşayışımızı təmin etməliyik, həm də onun yaşadılmasına çalışmalıyq.

Adicə bir faktı da qeyd edək ki, bu gün respublikamızın ərazisinin xeyli hissəsi dağlıq ərazilərdən ibarətdir. Dağ yamaclarının, çökəkliklərin, çay vadilərinin, hətta düzənlik sahələrinin də meşə zolaqları ilə əhatə olunması, həmin ərazilərə xüsusi gözəllik və hansısa formada rəngarənlik də bəxş edir. Bundan əlavə, meşə zolaqlarının varlığı zaman-zaman insan həyatında müstəsna rola malik olmuş və onlardan lazımi məqsədlər üçün istifadəolunma, məhz ictimai həyatımızın əsasını da təşkil etmişdir.

Bugünkü günümüzdə də meşə zolaqlarının varlığı öz əhəmiyyətini qoruyub saxlamaqdadır. Məsələn, son illər dünyada baş verən iqlim dəyişikliyi nəticəsində müxtəlif ərazilərdə güclü çay daşqınlarının baş verməsi, dağ yamaclarının yuyulması halları təkrarlanır ki, bu da xoşagəlməz olayların əmələ gəlməsi ilə nəticələnir. Bu zaman meşə zolaqlarının olduğu ərazilərdə baş verən fəsadların izi çox da hiss olunmur. Əksər canlılar üçün, xususilə də insan həyatının davamlılığını təmin etmək üçün oksigen qazının əldə olunmasında və digər təminatlarının ödənilməsində meşə zolaqlarının oynadığı rol, bu gün də hər kəsə bəlli olan həqiqətlərdir. Məhz, bu cür misalları sadalamaqla meşə zolaqlarının insan həyatında oynadığı rolun əhəmiyyətini qiymətləndirmək istəyirik.

Zaqatalada “yaşıl soyqırım” davam etdirilir

Bu belə olduğu halda, görəsən Zaqatala meşələrində nələr baş verir ki, hər kəs əmələ gələnləri “yaşıl soyqrım” adlandırmaqdan da belə çəkinmir. Çünki, bir müddət bundan əvvəl adı çəkilən rayonun Car meşəbəyliyinin Axakdərə kəndi ərazisində meşə gözətçi-si işləyən Məhəmməd adlı şəxsin danışdıqlarını dinlədikcə, sanki dəhşətə gəldik. O, bizimlə söhbətində bildirdi ki, “Zaqatalanın meşə təsərrüfatının rəhbəri vəzifəsini daşımış Xəlil müəllim, bir müddət bundan əvvəl meşələrin inkişafı departamentinə rəhbər təyin olunduqdan sonra, çox keçmədi ki, adı çəkilən rayonun meşə zolaqlarında yoxlamalar aparılmağa başlandı. Belə ki, departament rəhbərinin verdiyi tapşırığa əsasən yalnız mənim nəzarət etdiyim ərazilərə baxış keçirildi və 65 ədəd kəsilmiş ağac müəyyən edilərək, mənə üstüstə 1967 manat cərimə də yazıldı. Onu da vurğulayım ki, kəsilmiş ağaclar ZİL-131 markalı maşınla meşəlik ərazilərin dərinliklərindən münasib yerlərə daşınaraq “Kamaz”lara yükləndi və bir “reys”i Car meşəbəyliyinin əvvəlki meşəbəyisi olmuş Həmzə bəyə, bir “reys”i isə, Həmzə bəyin köməkçisi Həbib Vüsalova çatdırıldı. Bir faktı da unutmaq olmaz ki, Həbib Vüsalova verilən bir “Kamaz” odun, Zaqatala rayon meşə mühafizəsi və bərpası müəssisəsinin direktoru vəzifəsini daşıyan Vaqif müəllimin tapşırığı əsasında çatdırıldı.

Vaqif müəllimin kəsişən maraqları...

Baxmayaraq ki, Vaqif müəllim bu sahədə heç vaxt hansısa vəzifəni daşımamış və onun sahib olduğu ixtisas da, meşə təsərrüfatı sahəsində işləməyə heç cür imkan vermir. Daha təəccüb doğuran hal o oldu ki, Zaqatala meşələrində yoxlamalar aparılarkən nə Ramazan adlı şəxsin gözətçi işlədiyi Qəbizdərə kəndi ərazisində, nə Zalban kəndi ərazisində, nə də ki, digər ərazilərdə yoxlamalar aparılmadı. Bunun da müəyyən səbəbləri oldu. Belə ki, meşələrin inkişafı departamentinin rəisi vəzifəsini daşıyan Xəlil müəllimin kürəkəni olan Rəşad adlı şəxs, bu gün rayonun meşə təsərrüfatında “inspektor” vəzifəsini daşımaqdadır. Yoxlamalar aparılan zaman Tala meşəbəyliyinin meşəbəyisi olan İlqarın qardaşı Vüqar və Ramazan adlı şəxslər, Rəşada 10 min manat “haqq-hesab”ı verirlər və o da, Xəlil müəllimə çatdırır. Belə bir yolla da aparılan yoxlamalardan “sovuşa” bilirlər.

Məqsədli yoxlamalar və əldə olunan “haqq-hesab”lar

Hər kəsdə maraq oyadan hal odur ki, mənə yazılmış 1967 manat cərimə son anda 675 manata endirildi və onun yalnız 50 manatını mən ödəməli oldum. Çünki, kəsilmiş ağacların əsas baiskarı olmuş Həmzə bəy, yazılmış cəriməni Balakənli müştərisinə ödətdirdi və bunun qarşılığında ona yeni material verəcəyi vədini öhdəsinə də götürdü.

Bütün bunlar azmış kimi, Vaqif müəllimdən heç bir halda ehtiyat etməyən və vəzifə səlahiyyətindən sui-istifadə edən Həmzə bəy, əslən Zaqatala rayonundan olan İbadulla adlı şəxsə də iki maşın odunun verilməsi üçün tapşırıqlarını verdi. Belə bir tapşırıqdan sonra İbadulla odun əvəzinə yeşik hazırlanması üçün nəzərdə tutulan 62sm-lik fıstıq ağaclarını doğratdırdı və az sonra onları satışa da çıxartdı. Həmin vaxtlarda hər kəsi o məqam da düşündürdük ki, görəsən Həmzə bəylə İbadulla adlı şəxsi hansı tellər bağlayır? Bəli, belə bir bağlılığın varlığı bu gün də müəyyən şübhələrin əmələ gəlməsinə səbəb olmaqdadır”.

Ümumiyyətlə, meşə təsərrüfatı ilə bağlı duruma olduqca diqqət yetiririk və problemlərinin ictimailəşdirilməsinə də çalışırıq. Tərəfimizdən apardığımız araşdırmalar zamanı bəzi məqamları da müəyyən edə bildik ki, Həmzə bəylə İbadulla adlı şəxsi bir-birinə bağlayan müəyyən tellər var. Çünki, hər ikisi yaşadıqları ərazilərdə “meşə cəlladı” adı ilə tanınırlar. Amma, İbadullanı ondan fərqləndirən digər cəhətlər də var.

Zaqatalada və digər ərazilərdə İbadulla hansı adla tanınır?

Belə ki, əldə etdiyimiz ilginc məlumatlara görə, adı çəkilən bu şəxs kimlərisə şantaj etməklə, kimlərə “pul atmaq”la, daha çox isə bir ünvandan digərinə əsaslı-əsassız “danos”lar ötürməklə də məşğul olur. Məlumatlı şəxsin bildirdiyinə görə Həmzə bəyin onunla işbirliyinə girməsinə səbəb, məhz İbadulladan ehtiyat etməsidir. Çünki, bu şəxs vaxtilə meşə zolaqlarından oğurluq yolu ilə həyətinə gətirdiyi kəsilmiş ağacların şəkillərini çəkərək, bəzi media qurumlarına çatdırırmış ki, pərdəarxası maraqlarını təmin edə bilsin. Hələ bu azmış kimi, İbadullanın Zaqatalanın səhiyyə müəssisələrində yaşananlarla, yol polislərinin atdıqları addımlarla, hətta yaxın-uzaq qonşularının əməlləri və s. ilə bağlı Azerinfo.az saytına çatdırdığı məlumatlar, bu gün də müzakirə olunmaqdadır.

İbadullanın “işverənliyi” nələrə səbəb olub?

Bəli, bu gün İbadulla Zaqatalada sanki “toxunulmaz şəxs” şəxs hesab olunur. Yuxarıda qeyd etdiyimiz kimi, bunun da müəyyən özəl səbəbləri var. Bu şəxsin rayonun baytarlıq idarəsində sürücü “işlədiyi” bildirilsə də, əslində onun işə getmədiyini əksəriyyət də təsdiqləyə bilər. Çünki çalışdığı qurumun rəhbəri də az-çox məlumatlıdır ki, İbadulla baytarlıq idarəsində qol qoyulan qanunsuzluqları, yəni dövlətin verdiyi dərmanların “levı” yollarla satıldığını, kəsim məntəqələrindən hər ay “haqq-hesab” ın yığılması haqda məlumatları, quruma verilən yanacağın, müəyyən avadanlıqların, bəzi detalların və s. satılması haqda məlumatları ora-bura, xüsusilə də media qurumlarına ötürür ki, belə bir yollarla qəpik-quruşa sahib ola bilsin. Onun qol qoyduğu ən iyrənc addımlardan biri də, qızını gəlin köçürərkən, yaxud da həyat yoldaşına geyim paltarı alarkən dost-tanışından borc şəklində aldığı pulları geri qaytarmamasıdır.

“Meşə cəlladı” adı ilə tanınan İbadullanın məlumatları, bəzən təsdiqini tapmır

İbadullanın müxtəlif qurumlarda yaşananlarla bağlı çatdırdığı məlumatlar bəzən təsdiqini tapmadığından, elə hallar da olur ki, dərc olunan açıqlamalarla bağlı çox keçmir ki, təkzib də yazılır. Məsələn, bu şəxs vaxtilə Azerinfo.az saytının əməkdaşına bildirir ki, “Vaqif müəllim 50 min manat rüşvətin qarşılığında rayonun torpaq şöbəsinin müdiri vəsifəsinə sahib olsa da, çox keçmədi ki, bu sahədə aparılan sturuktur islahatları onun işsiz qalması ilə nəticələndi. Belə olan halda çıxılmaz vəziyyətdə qalan icra başçısı çox keçmədi ki, qardaşı Əhməd Əhmədzadənin dəstəyindən yararlanaraq, onu meşə təsərrüfatına rəhbər təyin etdirə bilir. Düzdür, İbadullanın verdiyi belə bir məlumat apardığımız araşdırmalar nəticəsində təsdiqini tapmadığından, hələ bir müddət bundan əvvəl bununla bağlı təkzib də verməli olmuşduq.

Məhəmmədin gözətçi işi, görəsən hansı maraqlara qurban verilib?

Zaqatala meşələrində baş verən hoqqaların nəticəsi olaraq, Car meşəbəyliyinin Axakdərə kəndi ərazisində gözətçi işləyən Məhəmməd adlı şəxs, çox keçmir ki, daşıdığı işinə “əlvida” deməli olur. Baxmayaraq ki, bu şəxs xeyli müddət meşə təsərrüfatı sahəsində çalışmış və kifayət qədər də iş təcrübəsi toplamışdı. Amma, kəsişən maraqlar ona işini “qurban” verdirir. Onu da unutmaq olmaz ki, hələ bir neçə il bundan əvvəl Zaqatala meşələrində “Meşə qardaşları” adlı qruplaşma “firon”luq edərkən, Məhəmmədin atası Yusif kişi onların zərərsizləşdirilməsində mühüm rol oynayır. Bu da onu söyləməyə əsas verir ki, istər Məhəmməddə, istərsə də Yusif kişidə bu dövlətə məhəbbət hissi, bu xalqa bağlılıq var ki, o, zamanında bu cür addımlarını atıb. Bu gün belə bir insanın övladının işsiz qalması, heç cür yolverilməz haldır. Odur ki, gəlin bir qədər düşünək, bir qədər də götür-qoy edək. Yoxsa...

Araşdırmamız davam edəcək.

Azerinfo.az

Zaqatalada “yaşıl soyqrım” faciələrə yol açır-ŞOK İDDİA
Zaqatalada “yaşıl soyqrım” faciələrə yol açır-ŞOK İDDİA
Zaqatalada “yaşıl soyqrım” faciələrə yol açır-ŞOK İDDİA
Zaqatalada “yaşıl soyqrım” faciələrə yol açır-ŞOK İDDİA
Zaqatalada “yaşıl soyqrım” faciələrə yol açır-ŞOK İDDİA
Zaqatalada “yaşıl soyqrım” faciələrə yol açır-ŞOK İDDİA
Zaqatalada “yaşıl soyqrım” faciələrə yol açır-ŞOK İDDİA
Zaqatalada “yaşıl soyqrım” faciələrə yol açır-ŞOK İDDİA
Zaqatalada “yaşıl soyqrım” faciələrə yol açır-ŞOK İDDİA
Zaqatalada “yaşıl soyqrım” faciələrə yol açır-ŞOK İDDİA
Zaqatalada “yaşıl soyqrım” faciələrə yol açır-ŞOK İDDİA
Zaqatalada “yaşıl soyqrım” faciələrə yol açır-ŞOK İDDİA
Zaqatalada “yaşıl soyqrım” faciələrə yol açır-ŞOK İDDİA
Zaqatalada “yaşıl soyqrım” faciələrə yol açır-ŞOK İDDİA
Bu gün, 12:32
Prezidentlərin iştirakı ilə açılış mərasimi keçirilir - FOTOLAR - YENİLƏNİB
Dünən, 10:44
Daha bir “Prius” qəzası - Ölən və yaralananlar var - Foto
Dünən, 10:39
Könülün qətlindən sonra nənəsi də öldü
Dünən, 10:24
Ana oğlunun şəhid olduğu yeri ilk dəfə gördü - VİDEO
Dünən, 10:19
DİN xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ etdi - FOTO
Dünən, 10:13
Müdafiə Nazirliyinin rəhbər heyəti hərbi vəzifəlilərlə görüşüb
Dünən, 09:18
Blinkenin “gecə konserti” qorxunc sirri ifşa etdi: Ukrayna ABŞ-a daha lazım deyil
Dünən, 09:00
Paşinyan istefaya hazırlaşır? - Xandanyan açıqladı
17-05-2024, 16:00
Ermənilər Xocalı aeroportunu niyə bu formada tikiblər? – Sirr açıldı
17-05-2024, 15:30
Ermənilərin sərhəd TƏLAŞI... - Daha çox ərazi...
17-05-2024, 14:22
Sülhməramlıları xatırlayarkən: separatçılığa dəstək, terrora yardım... - "Həmişə Azərbaycana qarşı qərəzli mövqedə dayandılar"
17-05-2024, 14:04
Lukaşenkodan Şuşada traktor hədiyyəsi - FOTOLAR
17-05-2024, 13:58
İlham Əliyev və Aleksandr Lukaşenko Şuşa şəhərinə səfər ediblər
17-05-2024, 12:51
Azərbaycan XİN: Fransa tərəfi üzr istəməlidir
17-05-2024, 12:00
Prezidentlər Füzulinin Baş planı ilə tanış oldu
17-05-2024, 11:53
Əliyev Lukaşenkonu Füzulidə qarşıladı - FOTOLAR
17-05-2024, 11:46
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - AÇIQLAMA
17-05-2024, 11:41
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri yenidən görüşüblər
17-05-2024, 11:05
Rövşən Nəcəf UEFA prezidenti ilə görüşüb
17-05-2024, 11:01
Misir İsrailin təklifini rədd edib - "Reuters"
17-05-2024, 10:56
Pedofillərlə bağlı qanunda dəyişiklik edildi - RƏSMİ
17-05-2024, 10:51
Türkiyə Xarici İşlər Nazirliyində ciddi dəyişiklik
17-05-2024, 10:33
Füsunkar təbiəti ilə seçilən Kəlbəcərdən yeni görüntülər - VİDEO
17-05-2024, 10:28
Azərbaycanın İrandakı səfirliyinin yeri dəyişdirilib
17-05-2024, 10:21
Azərbaycanla proses uğurlu keçdi - Qriqoryan
17-05-2024, 09:26
"Kurtlar vadisi"nin aktyoru Azərbaycan vətəndaşı olmaq istəyir
17-05-2024, 09:21
ABŞ ruslara qarşı sanksiyalar tətbiq etdi