Ramil Usubovun nəzərinə: Qusar polisi 1370 AZN rüşvət tələb edir... – (SƏS YAZILARI)
Gundem / Bolge
Oxunub: 9 586
5 mar 2017 | 16:12
Ramil Usubovun nəzərinə: Qusar polisi 1370 AZN rüşvət tələb edir... – (SƏS YAZILARI)















Son zamanlar Azərbaycanda qanun pozuntularına yol vermələri səbəbindən müxtəlif sahələrdən olan məmurlar barəsində müvafiq tədbirlər görülməsi, bəzilərinin işdən azad olunması barədə məlumatlara çox rast gəlinir. Bu kimi hallar da məhz dövlət başçısı, möhtərəm prezident İlham Əliyev cənablarının Respublikada korrupsiyaya qarşı barışmaz mövqe tutmasının, korrupsiya və rüşvətxorluğa qarşı hüquq-mühafizə orqanlarının müvafiq operativ işinin nəticəsidir. Lakin bütün görülən tədbirlərə, göstərilən cəhdlərə baxmayaraq yenə də məmurların rüşvət alması halları mövcuddur. Məhz bu hallardan biri barədə Qusar rayon sakini İsmayılov Fərrux Zabur oğlunun redaksiyamıza etdiyi müraciətdə ətraflı bəhs olunur.
F.İsmayılovun redaksiyamıza ünvanladığı müraciətdə həmyerlisi, uzun müddət və yaxından tanıdığı Aqaxanov Amiq Ramazan oğlu ilə aralarında pul borcu ətrafında olan söhbətlərinin anlaşılmazlıq nəticəsində şikayətə çevrilməsinə görə polisin ondan müəmmalı əsasla rüşvət tələb etməsindən danışılır. Belə ki, o, A.Aqaxanovun Dağıstan Respublikasından qayıtdığını eşidib, onunla görüşüb və köhnə borc barədə söhbət edib. Özünün də maddi vəziyyətinin yaxşı olmadığını bildirib, A.Aqaxanovdan ona olan borcu qaytarmağını xahiş edib. Sonuncu sabahı gün qaytaracağını deyib və F.İsmayılov evinə qayıdıb. Görüşərkən belə artıq içkili olan A.Aqaxanov sonrada bir qədər də alkoqollu içki qəbul etdikdən sonra Samur PB-nə gedərək, guya F.İsmayılovun əlavə kimlərləsə evinə gələrək onu hədələdiyini, ona olan borcu zor tətbiq etməklə istədiyini bildirərək şikayət edib. Ondan şikayət edildiyi barədə polisin müraciətindən sonra xəbər tutan F.İsmayılov A.Aqaxanovla görüşərək niyə belə etdiyini soruşanda, o, sadəcə içkili olduğunu və bunu düşünmədən etdiyini, həmçinin polis bölməsinə gedərək şikayətini geri götürəcəyini bildirib və belə də edib. Polis bölməsində isə təhqiqatçı şikayətin geri götürülməsinin yalnız 2500 AZN “şirinlik” istəyib və sonda 2000 AZN-ə razılaşıblar. Sonra bölməyə dəvət olunan F.İsmayılovdan da eyni məbləğ tələb olunub. Səhəri gün bölməyə gələn F.İsmayılov yalnız 1370 AZN məbləğə gücü çatdığını bildirib. Sonda – Yaxşı, gedib rəisə yalvar-yaxar edib razı salaram – deyən təhqiqatçı məbləğlə razılaşıb. Bütün bu söhbətləri isə F.İsmayılov tərəfindən qeydə alınıb.

F.İsmayılovla Xəqani adlı polis təhqiqatçısının danışığının səs yazısını təqdim edirik:



F.İsmayılovun müraciəti ilə əlaqədar qeyd olunan PB-nin təhqiqatçısı Xəqani adlı şəxslə telefon əlaqəsi yaratdıq. Müraciət barədə məlumat verib, münasibət bildirməyini xahiş etdik. Adı çəkilən şəxs F.İsmayılov və A.Aqaxanov barəsində müvafiq araşdırma aparıldığını bildirdi. Samur PB-də onun tərəfindən F.İsmayılovdan rüşvət tələb olunması barədə sualımız isə onu özündən çıxardı və - Nə səs yazısı?! Mənim arxamda rəhbərliyim dayanıb. Vaxtımı almayın! – deyərək dəstəyi asdı.

Samur PB-nin təhqiqatçısı Xəqani adlı şəxslə telefon danışığının səs yazısını təqdim edirik:



Sonda yenə də Respublikamızda korrupsiya və rüşvətxorluqla mübarizə aparıldığı, möhtərəm prezident İlham Əliyev cənablarının bu hala qarşı barışmaz mövqe tutduğunu, Azərbaycan Respublikası Daxili İşlər naziri cənab Ramil Usubovun məqsədyönlü fəaliyyətini bir daha diqqətinizə çatdırmaq istərdik. Qeyd etmək yerinə düşərdi ki, məhz korrupsiya səbəbindən bu günlərdə Bakı şıhırində polis bəlmələrindən birinin rəisi işdən azad olunmuşdur. Respublika prezidenti və Daxili İşlər Nazirinin korrupsiya və rüşvətxorluğa qarşı qətiyyətli və barışmaz mübarizə apardığı bir vaxtda Qusar RPŞ Samur PB-nin rəhbərliyinin kimə arxayın olaraq bu cür açıq-aşkar qanunsuzluqlara yol verməsi təəccüb hissi doğurur. Belə ki, Azərbaycanda Prezidentdən, DİN sistemində isə Nazirdən daha yüksək vəzifəli şəxs yoxdur.
Əminik ki, qeyd olunan hal barədə ciddi ölçü götürüləcək və yerlərdə vətəndaşları dövlətdən narazı salmağa xidmət edən bu kimi hallara yol verən məmurlar layiq olduqları hüquqi cavablarını alacaqlar.

Azerinfo.az






Bu gün, 12:32
Prezidentlərin iştirakı ilə açılış mərasimi keçirilir - FOTOLAR - YENİLƏNİB
Dünən, 10:44
Daha bir “Prius” qəzası - Ölən və yaralananlar var - Foto
Dünən, 10:39
Könülün qətlindən sonra nənəsi də öldü
Dünən, 10:24
Ana oğlunun şəhid olduğu yeri ilk dəfə gördü - VİDEO
Dünən, 10:19
DİN xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ etdi - FOTO
Dünən, 10:13
Müdafiə Nazirliyinin rəhbər heyəti hərbi vəzifəlilərlə görüşüb
Dünən, 09:18
Blinkenin “gecə konserti” qorxunc sirri ifşa etdi: Ukrayna ABŞ-a daha lazım deyil
Dünən, 09:00
Paşinyan istefaya hazırlaşır? - Xandanyan açıqladı
17-05-2024, 16:00
Ermənilər Xocalı aeroportunu niyə bu formada tikiblər? – Sirr açıldı
17-05-2024, 15:30
Ermənilərin sərhəd TƏLAŞI... - Daha çox ərazi...
17-05-2024, 14:22
Sülhməramlıları xatırlayarkən: separatçılığa dəstək, terrora yardım... - "Həmişə Azərbaycana qarşı qərəzli mövqedə dayandılar"
17-05-2024, 14:04
Lukaşenkodan Şuşada traktor hədiyyəsi - FOTOLAR
17-05-2024, 13:58
İlham Əliyev və Aleksandr Lukaşenko Şuşa şəhərinə səfər ediblər
17-05-2024, 12:51
Azərbaycan XİN: Fransa tərəfi üzr istəməlidir
17-05-2024, 12:00
Prezidentlər Füzulinin Baş planı ilə tanış oldu
17-05-2024, 11:53
Əliyev Lukaşenkonu Füzulidə qarşıladı - FOTOLAR
17-05-2024, 11:46
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - AÇIQLAMA
17-05-2024, 11:41
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri yenidən görüşüblər
17-05-2024, 11:05
Rövşən Nəcəf UEFA prezidenti ilə görüşüb
17-05-2024, 11:01
Misir İsrailin təklifini rədd edib - "Reuters"
17-05-2024, 10:56
Pedofillərlə bağlı qanunda dəyişiklik edildi - RƏSMİ
17-05-2024, 10:51
Türkiyə Xarici İşlər Nazirliyində ciddi dəyişiklik
17-05-2024, 10:33
Füsunkar təbiəti ilə seçilən Kəlbəcərdən yeni görüntülər - VİDEO
17-05-2024, 10:28
Azərbaycanın İrandakı səfirliyinin yeri dəyişdirilib
17-05-2024, 10:21
Azərbaycanla proses uğurlu keçdi - Qriqoryan
17-05-2024, 09:26
"Kurtlar vadisi"nin aktyoru Azərbaycan vətəndaşı olmaq istəyir
17-05-2024, 09:21
ABŞ ruslara qarşı sanksiyalar tətbiq etdi