20 noyabr 1991-ci il...
Gundem
Oxunub: 3 716
20 noy 2014 | 13:53
20 noyabr 1991-ci il..."20 noyabr 1991-ci il.... Həmin gün respublikamızı acı bir xəbər sarsıtdı. Hərbi vertolyot qəzaya uğrarıb, şəxsi heyətin və sərnişinlərin hamısı Dövlət katibi T. İsmayılov, Baş prokuror İ. Qayıbov, dövlət müşaviri M. Əsədov, baş nazirin müavini Z. Hacıyev, deputatlar V. Məmmədov və V. Cəfərov, nazir müavini Q. Namazəliyev, Prezident Aparatında şöbə müdiri O. Mirzəyev, dövlət katibinin köməkçisi R. Məmmədov , telejurnalist A. Mustafayev, operator F. Şahbazov, işıqçı A. Hüseynzadə, DQMV prokuroru İ. Plavski, generallar R. Jinkin və V. Kovalyov, Dağlıq Qarabağ üzrə milli təhlükəsizlik şöbəsinin rəisi S. İvanov, Rusiya və Qazaxıstan müşahidəciləri M. Lukaşov, V. Koçerov, S. Serikov və heyət üzvləri V. Kotov, G. Domov, D. Yarovenko həlak olublar. Hamı eşitdiyi acı xəbərin sarsıdıcı təsiri altında oldugu bir vaxtda, hər kəsin əsəblərini biraz da gərginləşdirən daha bir xəbər: "Hərbi vertolyot dumanda dağa dəyib." Halbuki qəza baş verən yerdə nə dağ var, nə də qayalıq...Noyabrın 20-də həmin ərazinin nə dağında, nə aranında duman-çən olmayıb. Ağdam təyyarə vağzalının rəisi M. Məmmədov o vaxt müxbirlərlə söhbətində deyib:
-Noyabrın 20-də iki təyyarə qəbul etmişik. Deməli, havanın uçuş üçün əlverişsiz olması fikri tamamilə əsassızdır.
Ağdamın Mərzilli kəndi, Martuni rayonundakı Qarakənd kəndi ilə qonşuluqda yerləşir. Həmin gün "Bir May" kolxozunun çobanı Şəfa Babayev burada qoyun otarırmış. O, qəzanın necə baş verdiyini görən, bəlkə də yeganə şahiddir.
-Günortaüstüydü. Bir vertolyot Ağdamdan Martuni tərəfə uçurdu. Qəfildən güllə səsi eşitdim. İkinci güllədən sonra vertolyotun səsi dəyişdi, az sonra isə dəhşətli gurultu qopdu. Ara sıra güllə atılırdı.Çox kecmədən göyə qalxan alov dilləri göründü. Axırıncı güllə səsindən az sonra hadisə yerinin lap yaxınlığında bir maşın peyda oldu. O yerlərə yaxşı bələdəm. Vertolyot partlayan yerdən Qarakəndə torpaq yol uzanır. Yük maşını həmin yolla sürətlə kəndə tərəf gedirdi.
Hadisə olan yerdə nə hündür dağlar var, nə də sıldırım qayalar. Adicə təpəlikdir. Daha bir cəhət: hadisə əvvəllər deyildiyi kimi 16-30-da deyil, günorta radələrində baş verib. Respublika prokurorluğu xüsusi istintaq qrupunun rəyi belədir.
Bir neçə gün idi ki, Martuni rayonunun Xocavənd kəndi erməni quldurları tərəfindən dağıdılmış, əhali kənddən qaçmaga məcbur olmuşdur. Azərbaycan Respublikasının dövlət katibi T. İsmayılov, dövlət müşaviri M. Əsədov, Prezident Aparatının şöbə müdiri O. Mirzəyev, jurnalist A. Mustafayev, deputatlar B. Məmmədov, B. Cəfərov və başqa rəsmi şəxslər də elə həmin gün, yəni noyabrın 20-də Bakıdan Ağdama gəlib, qaçqınlarla görüşüb, vəziyyətlə daha yaxından tanış olmaq məqsədilə Xocavəndə getməyi qərara alıblar. Fövqəladə vəziyyət rayonunun komendantı N. Jinkin, vilayət prokuroru İ. Plavski, DQMV Daxili İşlər İdarəsinin rəisi V. Kovalyov, Dağlıq Qarabağ üzrə milli təhlükəsizlik şöbəsinin rəisi S. İvanov da elə bu məqsədlə Stepanakertdən (Xankəndi) Ağdama gəliblər. Baş prokuror İ. Qayıbov, nazir müavini Q. Namazəliyev isə artıq bir necə gün idi ki, Ağdamda idilər. Beləliklə, "Necə olub ki, bu qədər məsul adam eyni vaxtda, eyni vertolyotda olub?" Respublikanın və fövqəladə vəziyyət rayonunun məsul işçiləri, Rusiyanın və Qazaxıstanın müşahidəcilər qrupunun üzvləri Xocavəndə getmək, dağılmış, yandırılmış evləri öz gözləriylə görmək, müvafiq tədbirlər müəyyənləşdirmək istəyirdilər.
Ağdam rayonu icra hakimiyyətinin başçısı, hərbi vertolyotun partlaması səbəblərini təhqiq edən dövlət komissiyasının üzvü S. Verdiyevin dediklərindən:
-Qəzadan təxminən yarım saat əvvəl bir yerdə idik. Operativ müşavirə keçirtdik. T. İsmayılov Qaradağlı, Umudlu, Sırxavənd kəndlərinə də getmək istəyirdi. O, fövqəladə vəziyyət rayonunun komendantlığından regionda tezliklə qayda-qanun yaradılmasını, vilayətin quldur dəstələrindən təmizlənməsini tələb edirdi.
Respublika prokurorluğu istintaq idarəsi rəisinin müavini A. Ağayevin rəhbərlik etdiyi xüsusi istintaq qrupu artıq bəzi məsələləri aydınlaşdırmışdılar.
-Vertolyotda güllə yerlərinin olması şəksizdir, - deyə Ağayev məlumat verir.- Hələlik istintaq gedir. Hər şey diqqətlə araşdırılır. Xəbər verildiyi kimi, hərbi qulluqçuların və hüquq mühafizə orqanları əməkdaşlarının üstündə 12 tapança olmuşdur. Qəzadan iki gün sonra onlardan 4-ü tapılmışdır.
Müşahidələrimizə aydınlıq gətirə biləcək daha bir məsələ budur ki, erməni quldurlarının vertolyota atəş açmaları birinci dəfə deyil. Hərbi vertolyota isə, bəlkədə ilk hücumdur. Bəlkə də, onlar hərbi vertolyotda kimlərin getdiyini bilirdilər? Araşdırılmalı, aydınlaşdırılmalı çox məsələ var. Yeri gəlmişkən deyək ki, "qara qutu"nun hansı əllərdə olması hələ də naməlumdur.
SSRİ xalq deputatı Qalina Staravoytova həmişəki kimi yenə də uydurdu: Vertolyot ağaca toxunub. Ermənistan Daxili İşlər naziri Aşot Manuçaryan isə necə deyərlər, "kəndirini itirdi": Siz özünüz də dediniz ki, vertolyot dumana düşüb, dağa dəyib.
Martuni rayonunun Qarakənd kəndi yaxınlığında partladılmış hərbi vertolyotun "qara qutu"su əvvəlcə Gəncəyə, oradan da Moskvaya aparılıb. Məsələ burasındadır ki, Gəncədə onu "danışdırmaq" mümkün olmayıb. Mütəxəssislər bunu qara qutunun güclü deformasiyaya uğraması ilə izah etdilər. Ona görə də "qara qutu" Moskvaya aparıldı. Ancaq aparıldı...
Qəzanın baş verməsini araşdırmaq üçün Xankəndində yerləşən rus hərbi qarnizonunun hərbi prokuroru, polkovniki İ.Lazukitin 248-ci maddə ilə (RF CM) (Uçuşunun düzgün idarə olunması və insan təlafatı") cinayyət işİ açdı. Polkovnik İ.Lazutkin ilkin istintaq materiallarını düzgün tərtib etmədiyindən heç nə anlamaq olmur. 1991-ci il noyabrın 24-də İrəvan televiziyasının xəbərlər proqramına müsahibə verən prokuror İ.Lazutikin iddia edir ki, həlak olan azərbaycanlılara ilkin yardımı guya "..ermənilər göstərib..." Polkovnik bu terror aktını adi bir qəza kimi soyuqqanlıqla şərh edirdi. Helikopterin "qara qutusu"nu da əlinə keçirən polkovnik oldu. Ona toxunmaq qadağan edildi bele bir məlumatda yaydıki "qara qutu" "istidən" və yanğından", "partlayışdan" (onun sozləridi)... sıradan çıxıb, əriyib. Azərbaycanlı mütəxəssislər yaxına buraxılmadı. Halbuki "qara qutu" Gəncədəki avia təmiri zavodunda aşkarlana bilərdi. Lakin prokuror İ.Lazutkin öz yalanlarına davam edirdi. Onun əzilməsi və sıradan çıxması üçün 3.800 dərəcə istilik lazım idi. Hadisədən bir neçə gün keçəndən sonra həqiqəti bilmək üçün helikopterdəki qara qutunu Rusiyaya göndərdilər. Ancaq sözügedən qara qutudan indinin özündə də heç bir səs-soraq yoxdur. Bütün bunları əlində əsas tutan erməni tərəfi, vertolyotun vurulduğunu yox, qəzaya uğradığını iddia etməkdədir".
Buda bizim 1991-ci ilin o dəhşətli günlərinə qısa baxışımız.
20 ildən artıq müddət kecsədə bu günə qədər də bu faciəli hadisənin bir çox məqamları qaranlıq qaldı. Hadisənin baş vermə səbəbləri ictimaiyətə tam olaraq çatdırılmadı. Allah səbrimizi versin.

Allah bu hadisənin qurbanlarına rəhmət etsin!

GÜNEL MƏMMƏDOVA
Bu gün, 16:00
Türkiyə yenidən "bölünür" – Ölkə xəritəsini dəyişdirəcək yeni plan!
Bu gün, 15:30
Noyabrda 11 gün iş olmayacaq - Tarixlər
Bu gün, 14:22
Rusiya və Ukraynada dəhşətli zarafat: Əhaliyə yalançı nüvə xəbərdarlığı göndərildi
Bu gün, 13:44
İsrail prezidenti partiyaları toplayır: Yeni hökumət formalaşacaqmı?
Bu gün, 13:16
Avropada "SSRİ kabusu" – Rusiya tərəfdarı, tv müxbiri prezident seçkilərində qalib gəlir!
Bu gün, 13:07
“Stop”un “toxta” ilə əvəzlənməsini təklif edən deputat: “Dur” tam yerinə düşmür”
Bu gün, 13:01
İrandan Azərbaycan istiqamətində PUA-lar göndərildi
Bu gün, 12:56
Ərdoğan Zəfər Günü münasibətilə İlham Əliyevi Azərbaycan səmasından təbrik etdi
Bu gün, 12:26
Vahid geyim qaydaları özəl məktəblərə şamil olunacaq? - RƏSMİ AÇIQLAMA
Bu gün, 12:21
Media və Yayım Şurası: Bunlar ictimaiyyəti yanıltmağa xidmət edən kobud dezinformasiyadır
Bu gün, 12:05
Bakının bu ərazisində EVLƏR SÖKÜLÜR - Ağaclara da pul verilir
Bu gün, 10:57
Azərbaycan generalı ABŞ-yə getdi - Mühüm görüşlər keçirdi
Bu gün, 10:53
İran-Azərbaycan sərhədində silahlı insident: ÖLƏN VAR - FOTO
Bu gün, 09:47
Narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanıldı
Bu gün, 09:43
Almaniyada iğtişaşlardan sonra 54 nəfər saxlanıldı
Bu gün, 09:39
“Qələbə qaçışı” 2000-dən çox insanı bir araya gətirdi - Fotolar
Bu gün, 09:35
“Müəyyən məqamda onlara ağır zərbə vurmalı olacağıq”
Bu gün, 09:31
“28 May”dakı tunellərdə işlərin gedişi açıqlandı - 70 metri qazılıb
Bu gün, 09:11
Göygöldə bələdiyyənin mühasibi iş otağında ölü tapıldı
Bu gün, 09:00
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb - Video
31-10-2026, 12:00
Avropada qaz qiymətləri kəllə-çarxa qalxdı: Bazarda böyük təlaş yaranıb
31-10-2026, 11:17
Beynəlxalq axtarışla tutulan gömrükçü həbsdən buraxıldı - Bunları etiraf etdi
31-10-2026, 11:00
Usta işlədiyi evdən 18 minlik qızıl oğurladı
31-10-2026, 10:55
Anbardar iş adamını aldatdı - 1 milyonluq dələduzluq
31-10-2026, 09:59
"Biri qalxıb demədi ki, ay əziz Sahibə xanım..."- Xoşqədəm Aqil Abbası müdafiə etdi
31-10-2026, 09:42
Seçkilərə günlər qalmış Tramp administrasiyasına ağır zərbə
31-10-2026, 09:37
Polşada gərginlik pik həddə çatdı - Onlar vəzifədən uzaqlaşdırıldı