Qənirə Paşayevadan Qarabağ müharibəsində şəhid və əlil olmuş hərbi qulluqçularla bağlı çağırış..
Millət vəkili Qənirə Paşayeva Parlamentdəki çıxışında Qarabağ müharibəsində şəhid və əlil olmuş hərbi qulluqçulara dövlət, icbari sığorta ödənişlərinin verilməsindəki problemin həllinə çağırıb.Millət vəkili Qənirə Paşayeva Milli Məclisdə 2015-ci il büdcəsinin Hökumət üzvlərinin iştirakı ilə müzakirələri zamanı çıxışında bir qrup şəhid ailələri və müharibə əlilləri ilə bağlı təşkilatların müraciətini səsləndirərək Parlament və Hökumətdən 2015-ci ildə həmin məsələnin öz həllini tapmasını xahiş edib.
O, bildirib: "Azərbaycanın ərazi bütövlüyü zamanı şəhid olmuş və aldıqları xəsarətlərdən qalan ömürlərini əlilliklə keçirən Qarabağ müharibəsi əlilləri, onlara qanunla hərbi qulluqçu olduqlarına görə ödənilməli olan dövlət, icbari sığorta ödənişlərini ala bilməmişlər. Bir qrup şəhid ailələri və Qarabağ müharibəsi əlillərinin məhkəmələrə bu istiqamətdə müraciətləri əsasında məhkəmələr Qarabağ müharibəsi əlillərinin iddialarını haqlı sayaraq qanunla ödənilməli olan dövlət, icbari sığorta ödənişinin verilməsi vəzifəsini cavabdeh Dövlət Sığorta Şirkətinin "Azərsığorta"nın üzərinə qoyub. 2012-ci ildən bəri bu kateqoriyalı 42 məhkəmə qərarı "Azərsığorta" tərəfindən icra olunub.
Amma sonradan bu kimi tələblərin çoxluğunu nəzərə alaraq Azərbaycan Respublikasının Ali Məhkəməsinin sorğusuna əsasən Konstitusiya Məhkəməsi Plenumu qərarı ilə "Hərbi qulluqçuların dövlət, icbari şəxsi sığortası haqqında" 1997-ci il tarixli Qanunu qüvvəyə minənədək həlak olmuş, itkin düşmüş, xəsarət almış, lakin hal-hazıradək sığorta məbləğini almamış hərbi qulluqçulara qanunvericiliklə nəzərdə tutulmuş sığorta məbləği ödənilməlidir qərarını qəbul etmişdir və bu məbləğin ödənilməsi qaydasının və şərtlərinin qısa vaxtda müəyyən edilməsi Milli Məclisə tövsiyə edilmişdir. Amma indiyənədək bu məbləğin ödənilməsi qaydaları və şərtləri müəyyən edilmədiyindən o insanlar dövlət icbari sığorta ödənişlərini ala bilmirlər və bu istiqamətdə hətta məhkəmə qərarları belə icra olunmur. Cənab Prezidentin hər zaman şəhid ailələrinə və müharibə əlillərinə diqqət və qayğısını, onların həyat şəraitini yaxşılaşdırmaq üçün həyata keçirdiyi önəmli layihələri əsas tutaraq xahiş edirəm ki, qısa bir zamanda bu insanlara ödənilməli olan dövlət, icbari sığorta ödənişlərinin ödənilməsi şərtləri və qaydaları müəyyənləşsin və bu insanlara verilməyə başlansın. Əks halda ortaya bir paradoks çıxır ki, atəşkəs dövründə bu qrupa aid olan insanlara bu ödənişlər verilsə də, Qarabağ müharibəsi şəhid və əlillərinə verilmir. Biz hər iki qrupa hansı dövrdə olmasından asılı olmayaraq, ərazi bütövlüyümüz uğrunda şəhid olmuş və ya sağlamlığını itirərək əlil olmuş hərbi qulluqçulara dövlət icbari sığorta ödənişlərinin verilməsini təmin etməliyik. İnanıram ki, bu problemlə üzləşən insanlarımızın müraciətinə Milli Məclis və hökumətimiz qısa zamanda müsbət cavab verəcək və problem öz həllini tapacaq".
http://musavat.com
Bu gün, 16:00
Türkiyə yenidən "bölünür" – Ölkə xəritəsini dəyişdirəcək yeni plan!
Bu gün, 15:30
Noyabrda 11 gün iş olmayacaq - Tarixlər
Bu gün, 14:22
Rusiya və Ukraynada dəhşətli zarafat: Əhaliyə yalançı nüvə xəbərdarlığı göndərildi
Bu gün, 13:44
İsrail prezidenti partiyaları toplayır: Yeni hökumət formalaşacaqmı?
Bu gün, 13:16
Avropada "SSRİ kabusu" – Rusiya tərəfdarı, tv müxbiri prezident seçkilərində qalib gəlir!
Bu gün, 13:07
“Stop”un “toxta” ilə əvəzlənməsini təklif edən deputat: “Dur” tam yerinə düşmür”
Bu gün, 13:01
İrandan Azərbaycan istiqamətində PUA-lar göndərildi
Bu gün, 12:56
Ərdoğan Zəfər Günü münasibətilə İlham Əliyevi Azərbaycan səmasından təbrik etdi
Bu gün, 12:26
Vahid geyim qaydaları özəl məktəblərə şamil olunacaq? - RƏSMİ AÇIQLAMA
Bu gün, 12:21
Media və Yayım Şurası: Bunlar ictimaiyyəti yanıltmağa xidmət edən kobud dezinformasiyadır
Bu gün, 12:05
Bakının bu ərazisində EVLƏR SÖKÜLÜR - Ağaclara da pul verilir
Bu gün, 10:57
Azərbaycan generalı ABŞ-yə getdi - Mühüm görüşlər keçirdi
Bu gün, 10:53
İran-Azərbaycan sərhədində silahlı insident: ÖLƏN VAR - FOTO
Bu gün, 09:47
Narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanıldı
Bu gün, 09:43
Almaniyada iğtişaşlardan sonra 54 nəfər saxlanıldı
Bu gün, 09:39
“Qələbə qaçışı” 2000-dən çox insanı bir araya gətirdi - Fotolar
Bu gün, 09:35
“Müəyyən məqamda onlara ağır zərbə vurmalı olacağıq”
Bu gün, 09:31
“28 May”dakı tunellərdə işlərin gedişi açıqlandı - 70 metri qazılıb
Bu gün, 09:11
Göygöldə bələdiyyənin mühasibi iş otağında ölü tapıldı
Bu gün, 09:00
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb - Video
31-10-2026, 12:00
Avropada qaz qiymətləri kəllə-çarxa qalxdı: Bazarda böyük təlaş yaranıb
31-10-2026, 11:17
Beynəlxalq axtarışla tutulan gömrükçü həbsdən buraxıldı - Bunları etiraf etdi
31-10-2026, 11:00
Usta işlədiyi evdən 18 minlik qızıl oğurladı
31-10-2026, 10:55
Anbardar iş adamını aldatdı - 1 milyonluq dələduzluq
31-10-2026, 09:59
"Biri qalxıb demədi ki, ay əziz Sahibə xanım..."- Xoşqədəm Aqil Abbası müdafiə etdi
31-10-2026, 09:42
Seçkilərə günlər qalmış Tramp administrasiyasına ağır zərbə
31-10-2026, 09:37
Polşada gərginlik pik həddə çatdı - Onlar vəzifədən uzaqlaşdırıldı