Reportyor.orq-un rəhbəri “quş buraxır” - ŞOK SƏSYAZISI - Yenilənib
Gundem
Oxunub: 4 301
22 dek 2016 | 09:24
Reportyor.orq-un rəhbəri “quş buraxır” - ŞOK SƏSYAZISI - Yenilənib





Reportyor.org-la bağlı səs yazısını təqdim edirik!


Qadınları cinsi istismara sövq edən, əxlaqımızı, milli-mənəvi dəyərlərimizi tapdaqlar altına atan bir kimsəni sahibkar adlandırmaq olarmı? Əsla yox! Amma, həmin şəxsi Reportyor.orq-un rəhbəri Arifə Əliyeva sahibkar adlandırır. Çox təəssüf ki,...



Bir neçə gün bundan öncə Azerinfo.az saytında Bakı şəhəri, Binəqədi rayonunun “Baksol yolu” adlanan ərazisində fəaliyyət göstərən və yaş həddindən asılı olmayaraq qadınların cinsi istismarına şərait yaradılan “Dağlar” əxlaqsızlıq ünvanı haqda dərc etdiyimiz ilginc açıqlamalar, çox keçmədi ki, müəyyən söz-söhbətlərə səbəb oldu. Onu da vurğulayaq ki, açıqlamaların dərc olunduğu günlərdə, adı çəkilən obyektə sahiblik edən İlqar adlı şəxs Azerinfo.az saytının rəhbərini hədələdi, hətta onun başına minbir oyun açdıracağını da dilə gətirdi. Dərc olunan açıqlamalarda “Dağlar” adı ilə tanınan ünvanda qol qoyulan hoqqalardan bəhs olunur və həmin ünvanın əsl sahibinin, Oğuz rayon Polis Şöbəsinin rəisi cənab Tahir Quliyevin olduğu da bildirilirdi. Məhz, belə bir səbəb üzündən də, həmin ünvanın toxunulmazlığı təmin olunur, İlqar adlı şəxs hansı iyrənc əməllərə qol qoysa da, bir kimsə ona “qaşın üstə qara var” deyə bilmir. Xəbər portalımıza belə bir məlumatlar daxil olduqdan sonra, Azerinfo.az saytı olaraq KİV haqqında Qanunun tələblərini əsas tutub, “Dağlar” adı ilə tanınan obyektdə yaşananları ictimailəşdirməyə qərar verdik. Çünki, bu bizim həm peşə borcumuz, həm də vətəndaş təəssübkeşliyimizdən irəli gələn addımlarımız oldu.

Yaşanan belə bir olaylardan sonra Reportyor.orq saytının rəhbəri, hansı ki, uzun illərdən bəri media aləmində fəaliyyət göstərdiyini dilə gətirsə də, adı və soyadı ictimaiyyətə bəlli olmayan Arifə Əliyeva adlı birisinin, adı çəkilən ünvanı birbaşa müdafiə etməsi, olduqca təəssüf doğuran hal oldu. Baxmayaraq ki, həmin ünvanda yaş həddindən asılı olmayaraq qadınlar cinsi istismara məruz qalırlar, əxlaqımız, milli-mənəvi dəyərlərimiz tapdaqlar altına atılır və digər xoşagəlməz olaylar baş verir. Özünü “media nümayəndəsi” elan edən bu şəxsin atdığı addımlar, söylədiyi açıqlamalar və s. sanki bizi şoka da saldı. Hələ bu azmış kimi, onun təqribən dörd il bundan əvvəl Xaçmaz rayonu ərazisindəki “Alpançay” əxlaqsızlıq yuvasında baş verən olayı, yəni Azerinfo.az saytının rəhbəri və digər media nümayəndələri ilə bağlı həyata keçirilmiş video çəklişi yenidən qabartması da, diqqəti cəlb edən məsələlərdən biri oldu. Arifə Əliyeva atdığı belə bir addımları ilə həm naşılığını, həm də savadsızlığını ortaya qoydu və Azərbaycanda fəaliyyət göstərən hakimlərin səhv addımlar atdığını da dilə gətirdi. Amma, o, dərk etmir ki, məhkəmə hakimləri çxarmış olduqları qərarlarını öz adlarından deyil, dövlətin adından elan edirlər.

Bir məqamı da vurğulayaq ki, Arifə Əliyeva “Alpançay” əxlaqsızlıq ünvanındakı video çəklişin Reportyor.orq saytında olması ilə bağlı, ilk öncə gedişlər edir. Belə ki, o, Azerinfo.az saytı rəhbərininin zəng etməsini, Kanal-13 internet televiziyasının əməkdaşının vasitəçiliyi ilə ona çatdırır. Əsas da götürülür ki, guya Arifə Əliyevaya məxsus mobil telefonda kontur yoxdur. Elə ki, Azerinfo.az saytının rəhbəri, daim əməllərində və danışıqlarında “quş buraxan”, eyni zamanda naşılığını və savadsızlığını ortaya qoyan Reportyor.orq-un rəhbərinə zəng edir, o halda qarşı tərəfin cavabı o olur ki, “bizim saytda sizinlə və digər bir neçə nəfərlə bağlı, Xaçmaz rayonu ərazisində həyata keçirilmiş video çəkiliş var” deyərkən, ona bildirilir və izah olunur ki, həmin çəkilişlə əlaqədar məhkəmə qərarı var. Yəni, 15 aprel 2015-ci il tarixdə Xaçmaz rayon Məhkəməsində keçirilən proses zamanı, iş №-si 2(067)201/2015 saylı qətnamə ilə, iddia tələbi iddiaçının xeyrinə həll olunmuşdur. Hətta, çıxarılmış məhkəmə hökmü Bakı Apeliyasiya Məhkəməsi tərəfindən də qüvvədə saxlanmışdır deyə, ona ətraflı izahat verilir. Yəni, keçirilən prosesdə məhkəmənin hökmü ilə, həmin media nümayəndələri ilə bağlı youtube.com saytında yerləşdirilmiş videoçəklişdəki məlumatların həqiqətə uyğun olmadığı, eyni zamanda həmin videoçəklişin aparılması və yayılmasına cavabdehlik daşıyanların iddiaçı tərəfdən yazılı üzr istəmələri haqda məhkəmə hökmünün elan edildiyi bir daha bildirilsə də, Arifə Əliyeva ona izah olunanlara məhəl qoymur. Yalnız o, onu bildirir ki, “çəklişin yenidən araşdırılmasını istəyirəm, məhkəmələr səhv edir” deməkə, israrından dönmür. Hələ bu azmış kimi, rəhbərlik etdiyi xəbər portalında yeni bir açıqlama yerləşdirməsi isə, bir daha onun naşılığını ortaya qoyur. Atdığı belə bir addımlar onu söyləməyə əsas verir ki, Reportyor.orq-un rəhbəri “ağa”larından verilmiş sifarişləri yerinə yerinə yetirmək məcburiyyətində qalır. Yoxsa o, ...

Faciə odur ki, Arifə Əliyeva dərc etdiyi və yaxud da dərc etdirdiyi sərsəm açıqlamasında Azerinfo.az saytının rəhbərini, sahibkardan pul tələb etməkdə ittiham edir və “Alpançay” əxlaqsızlıq yuvasına rəhbərlik edən Zabil adlı şəxsi, hətta sahibkar da adlandırır. Bir anlığa olub-keçənlərə diqqət yetirək. Qadınları cinsi istismara sövq edən, əxlaqımızın, milli-mənəvi dəyərlərimizi tapdaqlar altına atan bir kimsəni sahibkar adlandırmaq olarmı? Əsla yox! Amma, həmin şəxsi Arifə Əliyeva sahibkar adlandırır. Bu da onun sahibkar və yaxud sahibkarlıq fəaliyyəti haqda elementar təsəvvürünün olmadığını isbat edir. Görünür əməlində və danışıqlarında daim “quş buraxan” Reportyor.orq saytının rəhbəri, belə bir ünvanlara oluqca bağlı bir şəxsdir. Odur ki, o, istər Xaçmaz rayonu ərazisindəki “Alpançay”ı, istərsə də Bakı şəhəri, Binəqədi rayonunun “Baksol yolu” adlanan ərazisində fəaliyyət göstərən və yaş həddindən asılı olmayaraq qadınların cinsi istismarına şərait yaradılan “Dağlar” əxlaqsızlıq ünvanını canfəşanlıqla müdafiə edir. Hətta, xəbər portalımıza sızan ilginc məlumatlara görə o, həmin ünvanlara üz tutan müştərilərə “sərasər xidmət”lər də göstərir. Bu haqda müəyyən informasiyalar daxil olsa da, hələlik həmin məlumatları mütləq şəkildə təsdiq etmirik və bununla bağlı, müəyyən araşdırmalarımızın davam etdirilməsinə qərarlıyıq.

İndi isə keçək əsas mətləbə. Görəsən özünü media nümayəndəsi hesab edən və atdığı addımları ilə daim “quş buraxan” Arifə Əliyevanı vadar edən nədir ki, o, belə bir iyrənc ünvanları canfəşanlıqla müdafiə edir? Görəsən onun “siz “Dağlar”la bağl yazdıqlarınızı çıxarın, mən də “Alpançay”la bağlı çəkilişi çıxarım” deməklə, Azerinfo.az saytı rəhbərliyinin qarşısına şərt qoymasının səbəbi nədir? Belə olan halda müxtəlif versiyalar üzərində də düşünmək olar. Ya o, sızan ilginc məlumatlara görə müştərisi olduğu ünvanların fəaliyyətinin dayandırılmasını istəmir, ya da ki, onun ünvan sahibləri ilə digər işbirlikləri var. (Söhbət müəyyən təmin olunmalardan da gedə bilər)

Digər bir məqama da toxunaq. Əməllərində və danışıqlarında daim “quş buraxan” Reportyor.orq-un rəhbəri, “Alpançay”la bağlı video çəkilişi rəhbərlik etdiyi sayta yerləşdirərkən, yəqin ki, ümumi çəkilişə diqqət yetirib. Çəklişə baxarkən o yana bu yana hərəkət edən “qadınlar”ın hansı geyimdə olması, yəqin ki, nələrisə söyləməyə əsaslar da verir. Odur ki, rəhbərlik etdiyi obyektdə belə bir geyimdə, belə bir əxlaqda olan qadınları saxlayan, onları cinsi istismara vadar etməklə var-dövlət əldə edən bir kimsəni sahibkar adlandırmaq olmaz. Amma, yuxarıda qeyd etdiyimiz kimi, özünü media nümayəndəsi elan edən Arifə Əliyeva, Zabil adlı şəxsi sahibkar adlandırır və onun “pozulmuş hüquqları”nı da müdafiə edir. Bütün bunlar onu söyləməyə əsas verir ki, hal-hazırda Azərbaycan mətbuatına üzqaralığı gətirən, əxlaqsızlıq ünvanlarına himayədarlıq edən, danışığında və əməllərində daim “quş buraxan” Arifə Əliyavanı və onun kimi əqidə sahiblərini, bu gün mətbuatdan silməyin zamanı çatıb. Çünki, “sən “Dağlar”ı çıxart, mən də “Alpançay”ı çıxarım” deyə, bu cür yanaşmasını ortaya qoyan Reportyor.orq-un rəhbərinin əməllərinə nə ad vermək olar, hələlik onu müəyyən edə bilmirik.

Analoqu olmayan faciə odur ki, Arifə Əliyeva Azerinfo.az saytının rəhbəri ilə bağlı dərc etdiyi və yaxud da dərc etdirdiyi açıqlamasında, qarşı tərəfi reketçilik etməkdə ittiham edir və aidiyyəti qurumlardan, o cümlədən Mətbuat Şurasından bunlara qarşı mübarizə aparılmasını da xahiş edir. Amma, o, öz əməlləri və atdığı addımlarla bağlı heç cür düşünmür. Hətta, onu da dərk etmir ki, əxlaqsızlıq ünvanlarını müdafiə etməklə o, heç də uzağa gedə bilməyəcək. Çünki, belə bir ünvanları müdafiə edənlərin aqibəti Arifə Əliyevaya bəlli olmasa da, yəqin ki, hər kəsə bəllidir.

Son olaraq onu da vurğulayaq ki, hər bir media nümayəndəsi KİV haqqında Qanunun müvafiq maddələrinə əsasən, ictimai həyatımızda baş verən sosial-iqtisadi, siyasi yönümlü məsələ və problemlər haqda lazımi məlumatlar əldə etmək, yaymaq hüququna malikdirlər. Eyni zamanda baş alıb gedən hər cür qanunsuzluğa, əmələ gələn xoşagəlməz olaylara qarşı mübarizə aparıb, onların ictimailəşməsinə də çalışmalıdırlar. Bəli, bütün bunlar KİV haqqında Qanundan irəli gələn tələblər olsa da, görəsən Reportyor.orq-a rəhbərlik edən Arifə Əliyevanın addımlarına hansı qiyməti vermək olar? Belə olan halda ümumi qənaətimiz ondan ibarətdir ki, bu cür əməl sahiblərini ifşa etmək tək media əməkdaşlarının işi olmamalıdır, bütövlükdə cəmiyyətimizin işi olmalıdır.

P.S. Hörmətli oxucular! Əxlaqsızlıq ünvanlarına himayədarlıq edən, Azərbaycan mətbuatına ləkə gətirən, əməllərində və danışığında daim “quş buraxan”, eyni zamanda heç bir əsas olmadan Azerinfo.az saytının rəhbərini, “sahibkar” adlandırdığı Zabil adlı şəxsdən pul tələb etməkdə və digər məsələlərdə ittiham edən Arifə Əliyeva ilə bağlı ətraflı açıqlamamamızı, yaxın günlərdə diqqətinizə çatdıracağıq. Odur ki, bizi izləməyi unutmayın.
Bu gün, 12:32
Prezidentlərin iştirakı ilə açılış mərasimi keçirilir - FOTOLAR - YENİLƏNİB
Dünən, 10:44
Daha bir “Prius” qəzası - Ölən və yaralananlar var - Foto
Dünən, 10:39
Könülün qətlindən sonra nənəsi də öldü
Dünən, 10:24
Ana oğlunun şəhid olduğu yeri ilk dəfə gördü - VİDEO
Dünən, 10:19
DİN xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ etdi - FOTO
Dünən, 10:13
Müdafiə Nazirliyinin rəhbər heyəti hərbi vəzifəlilərlə görüşüb
Dünən, 09:18
Blinkenin “gecə konserti” qorxunc sirri ifşa etdi: Ukrayna ABŞ-a daha lazım deyil
Dünən, 09:00
Paşinyan istefaya hazırlaşır? - Xandanyan açıqladı
17-05-2024, 16:00
Ermənilər Xocalı aeroportunu niyə bu formada tikiblər? – Sirr açıldı
17-05-2024, 15:30
Ermənilərin sərhəd TƏLAŞI... - Daha çox ərazi...
17-05-2024, 14:22
Sülhməramlıları xatırlayarkən: separatçılığa dəstək, terrora yardım... - "Həmişə Azərbaycana qarşı qərəzli mövqedə dayandılar"
17-05-2024, 14:04
Lukaşenkodan Şuşada traktor hədiyyəsi - FOTOLAR
17-05-2024, 13:58
İlham Əliyev və Aleksandr Lukaşenko Şuşa şəhərinə səfər ediblər
17-05-2024, 12:51
Azərbaycan XİN: Fransa tərəfi üzr istəməlidir
17-05-2024, 12:00
Prezidentlər Füzulinin Baş planı ilə tanış oldu
17-05-2024, 11:53
Əliyev Lukaşenkonu Füzulidə qarşıladı - FOTOLAR
17-05-2024, 11:46
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - AÇIQLAMA
17-05-2024, 11:41
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri yenidən görüşüblər
17-05-2024, 11:05
Rövşən Nəcəf UEFA prezidenti ilə görüşüb
17-05-2024, 11:01
Misir İsrailin təklifini rədd edib - "Reuters"
17-05-2024, 10:56
Pedofillərlə bağlı qanunda dəyişiklik edildi - RƏSMİ
17-05-2024, 10:51
Türkiyə Xarici İşlər Nazirliyində ciddi dəyişiklik
17-05-2024, 10:33
Füsunkar təbiəti ilə seçilən Kəlbəcərdən yeni görüntülər - VİDEO
17-05-2024, 10:28
Azərbaycanın İrandakı səfirliyinin yeri dəyişdirilib
17-05-2024, 10:21
Azərbaycanla proses uğurlu keçdi - Qriqoryan
17-05-2024, 09:26
"Kurtlar vadisi"nin aktyoru Azərbaycan vətəndaşı olmaq istəyir
17-05-2024, 09:21
ABŞ ruslara qarşı sanksiyalar tətbiq etdi