İcra başçısı milyonluq obyekti məcburi ələ keçirib – Gəncədəki narazılıq pik həddə
Gundem / Bolge
Oxunub: 1 732
22 noy 2016 | 18:25
İcra başçısı milyonluq obyekti məcburi ələ keçirib – Gəncədəki narazılıq pik həddə






Gəncə şəhərinin icra başçısı Elmar Vəliyevlə bu şəhərin sakinləri arasında ciddi narazılıqlar yaranıb.

Reyting.az-ın əldə etdiyi məlumata görə, narazılıqlar təkcə icra başçısı ilə sadə sakinlər arasında deyil, eyni zamanda yerli məmurlar, din adamları və sahibkarlarla da barışmaz həddə çatıb.

İcra başçısının məmurlarla qarşıdurması

Unikal.org saytının iddiasına görə, Elmar Vəliyev 2011-ci ildə hazırki postuna təyin ediləndən şəhərdə ən müxtəlif vəzifəli şəxslərdən özünə sözsüz itaət tələb edib, bu mümkün olmadıqda isə həmin şəxslərlə açıq konfliktə girib və onların müxtəlif yollarla – hətta buna əsası olmadan – vəzifələrindən kənarlaşdırıb. Məsələn, şəhər polis idarəsinin sabiq rəisi mərhum Rasim Musayevlə icra başçısı arasında dəfələrlə ixtilaf yaşanması, nəticədə Musayevin Gəncədəki postundan uzaqlaşmağa qərar verməsi və Bakıya gəlməsi barədə məlumatlar vaxtilə KİV səhifələrindən düşmür, əksər vaxtlarda isə təkzib edilmirdi.

Elmar Vəliyevin Gəncə Dövlət Universitetinin sabiq rektoru Yadigar Əliyevlə də münasibətlərinin qısa vaxtda pisləşdiyi, nəticədə onun da tutduğu vəzifədən kənarlaşdırıldığı bildirilirdi.

Elmar Vəliyevin ixtilafda olduğu və karyera baxımından sonuna çıxdığı şəxslərdən biri də Ramiz Məmmədov olub. Ləğv edilmiş Müəllimlər İnstitutunun Gəncə filialının direktoru postunu tutan Məmmədov bir müddət Vəliyevə müqavimət göstərsə də, 2013-cü ilin dekabrında «ağ bayraq» qaldırmalı oldu. Təhsil nazirinin əmri ilə vəzifəsindən kənarlaşdırılan keçmiş filial direktorunun sərvətinin böyük hissəsinə “əl qoyulduğuna” dair məlumatlar da var.

Saytın iddiasına görə, yuxarıda sadalananlar Gəncənin icra başçısının hazırkı postu tutduğu beş il müddətində münaqişə yaşadığı və yaşamağa davam etdiyi vəzifəli şəxslərin bir qismidir. Onun ölkənin ikinci böyük şəhərinin bir çox tanınmış simaları ilə «soyuq savaşı», onlara əsassız hücumları artıq adiləşib.

E.Vəliyevin fəaliyyətindəki neqativ məqamlar yalnız bunlarla kifayətlənmir. Şəhər əhalisi də icra başçısının fəaliyyətindən kəskin narazıdır.Yerli rəhbərlik Gəncəni zahiri abadlaşdırmaqdan başqa demək olar, heç bir ciddi işlə məşğul olmur. Elə bu səbəbdəndir ki, gəncəlilərin əksəriyyəti işsizlikdən, ikinci böyük şəhərin adına və potensialına layiq müəssisələrin, iş yerlərinin açılmamasından əziyyət çəkirlər.

Bundan başqa, Gəncədə biznes mühiti də ürəkaçan deyil.Yerli iş adamları hər an bizneslərinin əllərindən alınacağından narahatdırlar. Bundan başqa, Gəncədə sahibkarlıq fəaliyyətinə başlamaq üçün ciddi və süni əngəllər mövcuddur ki, bu əngəlləriElmar Vəliyevə yaxın olmaqla aşmaq mümkündür.

Vəliyev Gəncədə biznes imperiyası qurub

İcra başçısı və yaxınları son beş ildə Gəncədə inanılmaz dərəcədə böyük biznes imperiyası qurublar. Sözügedən müddətdə hətta bir çox vəzifəli şəxslərin obyektlərinə dəyərindən qat-qat aşağı qiymətə “əl qoyulması” da adiləşib. Məsələn, Vəliyevlə konfliktdə olmuş ləğv edilən Müəllimlər İnstitutunun Gəncə filialının sabiq direktorunun 1,5 milyon manatlıq obyekti real qiymətindən xeyli ucuz – deyilənə görə, 100 min manata məcburi şəkildə əlindən alınıb. Bütün baş verənlər isə artıq Gəncədə yerli rəhbərlikdən narazılığı son həddə çatdırıb.

Dini kəsimlə qarşıdura təhlükəli həddə çatıb

Ən təhlükəlisi isə, ölkənin Qərb bölgəsindəki dini kəsimlə Elmar Vəliyev arasında yaranmış qarşıdurmadır.

E.Vəliyevin təqsiri – təhqir və təhdidləri ucbatından yaranmış ciddi qarşıdurma hələlik zahirdə özünü “İmamzadə” ziyarətgahının rəhbəri, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Gəncə bölgəsi üzrə səlahiyyətli nümayəndəsi (De-fakto QMİ sədrinin Qərb bölgəsi üzrə müavini) Hacı Tahir Abbaszadə ilə göstərsə də, bu, daha geniş çevrəni əhatə edə bilər.

Amma deyəsən, E.Vəliyev Azərbaycanın İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi etməyə hazırlaşdığını, dövlətimizin və onun başçısının dini dözümlülüyə hansı dəyəri verdiklərini unudaraq inanclı insanlarla böyük qarşıdurma yaratmaqdan çəkinmir.

Bir müddət əvvəl verilən məlumatda bildirilirdi ki, Elmar Vəliyevin tapşırığı ilə Gəncə Şəhər Polis İdarəsinin rəis müavini İlqar Balakişiyevin rəhbərlik etdiyi qrup “İmamzadə” ziyarətgahında əməliyyat keçirib. Əməliyyat zamanı “İmamzadə”nin əməkdaşları İlham Abbasovla Elbrus Məmmədovu həbs edən polislər, bəzi din adamlarının da axtarışına çıxıblar.

Hətta xural.com-un əməkdaşı məsələyə aydınlıq gətirmək üçün Gəncə Şəhər Polis İdarəsinin rəis müavini İlqar Balakişiyevlə əlaqə də saxlamışdı. İ.Balakişiyev “Mənə bu haqda heç nə məlum deyil”,-cavabını versə də, “İmamzadə” ziyarətgahının axundu Hacı Tahir Abbaszadə icra başçısı Elmar Vəliyev tərəfindən hədəf seçildiyini və icra başçısının onu həbs etdirmək istədiyini bildirmişdi.

Hacı Tahirartıq kəfən geyindiyini də sözlərinə əlavə edərək Elmar Vəliyevin onu şəhər ictimaiyyəti qarşısında təhqir etdiyini diqqətə çatdırıraq deyib ki, Aşura günündə “İmamzadə”də prezident İlham Əliyevə etdiyi dualara və təşəkkürə görə icra başçısı onu “bütpərəst” adlandırıb.

“Bundan sonra məni hədəfə götürdü. “İmamzadə”yə Natiq Həsən oğlu Allahverdiyev adlı bir qohumunu təyin etdi və mənim adamlarımı – idarənin əməkdaşlarını iş görə bilməyəcək hala gətirdi. Dindar ovuna başlayıb şəhərdə. Heç bir səbəb olmadan iki əməkdaşımızı həbs etdirib. Bir neçəsini də axtarışa verdirib. Məni isə həbs etdirəcəyi ilə hədələyir”,-deyən QMİ-nin səlahiyyətli nümayəndəsi “Əynimdə kəfən var. Kəfənimi geydimsə, bu yolda sona qədər varam. Haqsızlığa son qoyulmasa və məni həbs etməyə çalışsalar, intihar edəcəyəm!”-deyib.

Gəncədən Reyting.az-a verilən məlumatda isə bildirilir ki, icra başçısının göstərişi ilə Hacı Tahir Abbaszadənin evi polislər tərəfindən gizli nəzarətə götürülüb, hətta onun ailə üzvlərinə və digər qohumlarına da təhlükə yaranıb.

Adlarının çəkilməsini istəməyən dindarlar bildiriblər ki, E.Vəliyevin bu hərəkəti şəhər ictimaiyyətinin və dindarların haqlı narazılığına səbəb olub:

“İcra başşısının özbaşınalığı gəncəliləri bezdirib. Dindarlar və şəhər ictimaiyyəti Hacı Tahir Abbaszadənin razılığını gözləyirlər. O, baş verənləri yuxarı təşkilatların diqqətinə çatdırıb, əgər tədbir görülməsə, kütləvi aksiyalara başlayacağıq. Hələlik bizim bu istəyimizə Hacı Tahir imkan vermir”.

Dindarlar bildiriblər ki, E.Vəliyev gəncəlilərin digər hüquqlarını pozmaqla yanaşı, onların sərbəst ibadətlərinə də mane olur, din adamlarını aşağılayır, şəhərdə anarxiya yaradıb, özünü padşah kimi aparır.

Dindarlar qeyd ediblər ki, Hacı Tahir Abbaszadənin vətən və din qarşısında böyük xidmətləri var:

“Məhz onun müraciəti və xidmətləri sayəsində dövlət başçısı “İmamzadə” kompleksinin yenidən qurulmasına böyük vəsait ayırdı və bu iş uğurla sona çatdırıldı. Bu ziyarətgah müsəlmanların inanc yeri olsa da, Elmar Vəliyev inanclı insanların bu haqqını da tanımaq istəmir. Eyni zamanda Elmar Vəliyev həm də unudur ki, Hacı Tahir Azərbaycanın müstəqilliyi uğrunda “KQB”nin Moskvadakı zindanında yatmış şəxsdir. “Lefertov” məhbəsinin ağır sınağına baş əyməyən bir şəxsə Elmar Vəliyevin təzyiqləri təsir edə biməz”.

Sonda dindarlar ölkə başçısından xahiş ediblər ki, Gəncədə baş verən özbaşınalığa müdaxilə etsin.
Bu gün, 14:22
Dövlət Komissiyası: Natiq Qasımovun qalıqlarının tapılması asan olmayacaq
Bu gün, 13:25
İlham Əliyev fərman imzaladı
Bu gün, 13:22
30 ildən sonra Türkiyə-İraq sərhədində ilk – Razılıq əldə olundu
Bu gün, 13:18
Prezident icra başçısını vəzifəsindən azad etdi - SƏRƏNCAM
Bu gün, 11:42
Azərbaycanlı deputatdan Paşinyanı sevindirən çıxış: bu ərazini verməyi təklif etdi - QALMAQAL
Bu gün, 11:38
Vətən müharibəsində itkin düşən 6 hərbçiyə şəhid statusu verilib - FOTO
Bu gün, 11:34
İlham Əliyev Datuk Mutanq Taqalı qəbul edib
Bu gün, 11:30
Blinken və MOSSAD təyyarəsi Səudiyyə Ərəbistanına uçub – Bəzi detallar
Bu gün, 10:01
Bir həftədə Rusiyanın 6620 hərbçisi məhv edilib - Pavlyuk
Bu gün, 10:00
Ermənistanda hərbi qiyam və çevriliş ssenarisi önə çıxır: Qarabağ klanı ordunu İrəvanın "işğal"ına çağırır
Bu gün, 09:46
Çin niyə Türkiyənin hərəkətlərindən narahatdır? - Artan təsir
Bu gün, 09:41
Azərbaycan Ukraynada daha 4 obyekti bərpa edəcək
Bu gün, 09:36
Füzuli şəhərinə növbəti köç karvanı yola salınıb - FOTOLAR
Bu gün, 09:28
Sədərəkdə partlayışda həlak olan şəxslərlə bağlı YENİ DETALLAR - VİDEO
Bu gün, 09:25
Ramzan Kadırovun 16 yaşlı oğluna növbəti vəzifə verildi
Bu gün, 09:21
Prezident: "Azərbaycan-Ermənistan sərhədində demarkasiyanın başlanması müsbət addımdır"
Bu gün, 09:18
Əliyev - Putin görüşməsinə dair yeni və heyrətamiz görüntülər - Rusiya mediası İNDİ YAYDI - VİDEO
Bu gün, 09:00
Entoni Blinken Prezident İlham Əliyevə zəng edib
Dünən, 09:58
Bu gün görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın doğum günüdür
27-04-2024, 18:03
"Nar"dan sərfəli smartfon təklifi
27-04-2024, 12:38
Azərbaycan hərbçiləri İtaliyada - FOTO
27-04-2024, 12:33
Bazar günü 31 dərəcə isti olacaq
27-04-2024, 10:28
Azərbaycan Ordusunda komanda-qərargah təlimləri başa çatıb
27-04-2024, 09:47
Azərbaycanlılarla taciklər arasında KÜTLƏVİ DAVA: 1 həmyerlimiz öldü
27-04-2024, 09:43
Bakı “soyuq müharibə”dən çəkinmir: Azərbaycanı hədəf alan dövlətlərə sərt xəbərdarlıq edilib
27-04-2024, 09:38
F-16-ları məhv edəcəyik - Juravlyov
27-04-2024, 09:32
Arda Gülər "Real"da növbəti qolunu vurdu - VİDEO