Deputat Mirzəcan Xəlilovdan şok fırıldaqlıq
Gundem
Oxunub: 3 770
23 noy 2016 | 06:20
Deputat Mirzəcan Xəlilovdan şok fırıldaqlıq










Deputat bizə deyib ki, elə bil pulu qumarda uduzmusan, unut getsin

Usta millət vəkili Mirzəcan Xəlilovun ona 55 min manat borclu olduğunu deyir

“Deputatın villasında aylarla əziyyət çəkib işlədik, axırda pulumuzu vermədi. Çox get-gəldən sonra dedi ki, “elə bil pulu qumara qoyub uduzmusan, unut getsin”. Mən unudaram unutmasına, gətirdiyim fəhlələrə, ustalara nə deyim? Onlar mənim yaxamdan yapışıb pullarını istəyirlər axı”.

Bu sözləri Ağdamdan olan məcburi köçkün Zülfüqar Əliyev deyir. O, deputat Mirzəcan Xəlilovdan şikayətçidir.

“Bugünə qədər pulumuzu ala bilməmişik”

Zülfüqar Əliyev deyir ki, təkcə, işçilər deyil, tikinti materialları aldığı mağazalar da pulunu istəyir:

“Fəhlələrdən ibarət briqadam var. Fərdi evlərdən tikinti, təmir sifarişləri alıb işləyirik. 2013-cü ildən 2014-cü ilədək işçilərimlə birgə “Azərsutəchizattikinti” ASC-nin sədri Mirzəcan Xəlilovun Novxanıdakı villasında fasadın təbii daş örtüyü ilə üzlənməsi işini görmüşük. Ancaq bugünə qədər pulumuzu ala bilməmişik”.

“Deputat seçiləndən sonra, ümumiyyətlə, yaxın düşə bilmirik”


Deputat Mirzəcan Xəlilovdan şok fırıldaqlıq













Zülfüqar Əliyev münaqişənin yaranmasının səbəblərini belə izah etdi: “Materialların qiymətləri getdikcə bahalaşdığı və ortaya görüləsi əlavə işlər çıxdığından bəlli oldu ki, 185 min manata işi sona çatdırmağa bəs etməyəcək. Hesabladıq ki, 55 min manat da materiallar və işçilərin zəhmət haqqı üçün lazımdır. Villa elə-belə villa deyil, qiyməti bir neçə milyon olan böyük saraydır. Təkcə fasadının daşla üzlənməsinə bu qədər vəsaitin sərf olunduğu villanın necə olduğunu hər halda təsəvvür edirsiniz. Biz hesablayıb artımı Mirzəcan müəllimə deyəndə, çox sərt reaksiya verdi və bildirdi ki, bir manat da verməyəcək. Mirzəcan müəllim əvvəldən razılaşdığımız məbləği də tam olaraq ödəmədi. Əvvəldən razılaşdığımız 185 min manatın 25 min manatını vermədi. Biz də məcbur olduq işi dayandırdıq. Həm materialları aldığım adamlara, həm də usta və fəhlələrə borclu qaldım. Məcbur olub cibimdən, ordan-burdan borc alıb ustaların pulunu verməli oldum. İndi özüm qalmışam borclu. Üzlük daş və digər materiallar aldığımız bir neçə sexə də borc hələ qalır. Mirzəcan Xəlilovun villası üçün aldığım materialların pulunu vermir ki, aparıb ödəyim. Onun mənə ümumilikdə 55 min manat borcu var. Hələ də ödəməkdən imtina edir”.

Zülfüqar Əliyevin sözlərinə görə, Mirzəcan Xəlilovdan pulu tələb edəndə onu hədələyib: “Mənə dedi ki, 150 min manat xərc çəkib səni tutduracağam, başına oyun gətirdəcəyəm. Mən bundan sonra onun yanına üç dəfə ağsaqqal göndərdim ki, məsələ dinc yolla həllini tapsın. Ağsaqqal birinci dəfə gedəndə Mirzəcan Xəlilov demişdi ki, üzlük daşları aldıqları sexin pulunu verərəm. İkinci dəfə gedəndə isə bildirmişdi ki, Zülfüqar sexin pulunu cibindən verməyəydi, mən Zülfüqara pul verəsi deyiləm. Üçüncü dəfə isə demişdi ki, bir də qapıma bu məsələ ilə bağlı kim gəlsə, tutduracağam.

Bundan bir sıra yüksək dövlət orqanlarına rəsmi ərizə ilə müraciət etdim. Mirzəcan Xəlilov vəzifəsindən və maddi imkanından istifadə edir, hara ərizə yazıramsa baxılmasına mane olur. Mirzəcan Xəlilov borcunu ödəmək əvəzinə məni həbs etdirmək üçün 5 may 2016-cı ildə məhkəməyə də şikayət edib. Mən prezidentə şikayət ünvanlamışdım. Mirzəcan Xəlilov bundan qəzəblənib, Abşeron Rayon Məhkəməsinə həbs olunmağım tələbi ilə şikayət verib. Guya onun şərəf və ləyaqətini təhqir eləmişəm. Şikayətində məni ondan 35 min manat alıb işi yarımçıq qoyub qaçmaqda şərləyirdi və həbsimi tələb edirdi. Məhkəmə oldu və mən ondan iş üçün 160 min manat aldığımı və son qəpiyinə qədər işə xərcləndiyini sübuta yetirdim. Bildirdim ki, Mirzəcan müəllim mən işi dayandırdıqdan sonra işləyən ustaya 15 min manat veribsə, bu, mənlik deyil. Məhkəmə günahkar olmadığımdan xüsusi ittiham qaydasında şikayət üzrə icraata iyunun 29-da xitam verdi. Bundan sonra Mirzəcan Xəlilov Ağdam Rayon Məhkəməsinə şikayət verib. Bu dəfə də mənə qarşı eyni şərləmələr iddiada əksini tapır və bu dəfə həbsimi yox, 100 min manat təzminat ödəməyim barədə qərar çıxarılmasını istəyir. Hazırda iş Ağdam məhkəməsindədir. Əslində Mirzəcan Xəlilovun məqsədi odur ki, məni qorxutsun və ondan borcunu ödəməsini tələb etməyim.

Mən burdan Azərbaycanın baş prokuroruna, daxili işlər nazirinə müraciət edirəm ki, cibində deputat mandatı daşıyan Mirzəcan Xəlilovun mənə olan borcunu ödəməsi, məni hədələməkdən əl çəkməsi üçün qanun çərçivəsində tədbirlər görülsün. Mirzəcan Xəlilov deputat olduğunu və heç kimdən, heç nədən qorxmadığını deyir, məni yox elətdirməklə hədələyib. Həyatıma təhlükə var. Xahiş edirəm, təhlükəsizliyimi təmin edin".
“Yeni Müsavat” Mirzəcan Xəlilovla bağlı kiçik bir araşdırma aparıb. Nəticədə ortaya ilginc faktlar çıxıb.

1954-cü ildə Sabirabad rayonunun Kovlar kəndində anadan olan Mirzəcan Xəlilov 2005-ci ildə 63 saylı Sabirabad I Seçki Dairəsindən deputatlığa namizəd olub. Hakim Yeni Azərbaycan Partiyasının siyahısı ilə deputat olmaq istəyən M.Xəlilov seçkidə məğlub olub. 2006-cı ildə təkrar seçkidə 44 saylı Sumqayıt Seçki Dairəsindən namizəd olsa da, bu dəfə də deputat mandatı qazana bilməyib. Hakimiyyətin yuxarı qatlarında nədənsə bu şəxsə qarşı bir inamsızlıq hiss edilib. Onun 2010-cu il parlament seçkilərində də 65 saylı Sabirabad dairəsindən də mandat almaq ümidləri doğrulmayıb. YAP-ın namizədlər siyahısına adı daxil edilməyib.

2015-ci il parlament seçkilərində də M.Xəlilovun adı hakim partiyanın namizədləri siyahısına daxil edilməyib. M.Xəlilov YAP-ın üzvü olsa da fərdi qaydada namizədliyini 41 saylı Sumqayıt Seçki Dairəsindən irəli sürüb. Baxmayaraq ki, YAP-ın siyahıdan kənarda fərdi qaydada namizədliyini irəli sürən YAP üzvlərinə qadağası elan edilmişdi. Nədənsə bu qadağanı pozan Xəlilov partiyadan çıxarılmadı. Əksinə, 41 saylı Sumqayıt seçki dairəsindən YAP-ın vahid namizədi, həmin dairənin deputatı Leyla Abdullayeva seçkilərdən qəfil geri çəkildi. M.Xəlilov deputat mandatına məhz bundan sonra sahib ola bilib.

M.Xəlilovun dəyəri milyonlarla ölçülən mülklərə sahiblənməsi isə deputatlıqdan xeyli əvvəllərə gedib çıxır. “Azərsu” ASC-nin ən böyük layihələrində bir qayda olaraq nə sirdirsə məhz M.Xəlilovun rəhbərlik etdiyi “Azərsutəchizattikinti” ASC tenderlərin qalibi elan olunur. Son 6 ildə bu ASC milyonlarla manatlıq tenderlərin “qalibi” olub.

İlkin araşdırma nəticəsində o da məlum olub ki, M.Xəlilov təkcə villasının fasadında işləyənlərin deyil, villanın içində işləmiş ustanın da pulunu kəsibmiş. Araşdırmamız zamanı bir il öncə - 2015-ci il oktyabrın 8-də bir neçə internet portalında bu barədə vətəndaş şikayətlərinin yazıldığı ortaya çıxdı. Məsələn, bəlli olub ki, vətəndaş Mikayılov Zaur Əjdər oğlu 2015-ci ilin iyul-avqust aylarında M.Xəlilovun Novxanıdakı nəhəng şəxsi imarətinin sauna hissəsinə jalüzlərin qurulması işini görüb, dizayner xidməti göstərib. Prosesin gedişində işlərin həcmi artıb Z.Mikayılov 3950 manata kəsdikləri əvvəlki qiymətin müvafiq olaraq 4900 manata çıxacağını M.Xəlilovun adamlarına bildirdiyində ona işinə davam etməyini tövsiyə ediblər və pulun qalanının da ödəniləcəyinə əmin ediblər. Lakin iş başa çatandan sonra M.Xəlilov ilkin razılaşma çərçivəsindən kənara çıxan 1000 manata yaxın pulu ödəməkdən imtina edib. O, hətta zəhmətinin haqqını tələb edən ustanı kobud sözlərlə təhqir edərək, villasından qovub.

Zülfüqar Əliyevin dedikləri ilə bağlı Mirzəcan Xəlilovun fikirlərini dərc etməyimiz üçün köməkçisinin bizdə olan telefon nömrəsinə dəfələrlə zəng etsək də cavab verən olmadı. Deputatın mövqeyini dərc etməyə hazırıq.
Bu gün, 09:46
Çin niyə Türkiyənin hərəkətlərindən narahatdır? - Artan təsir
Bu gün, 09:41
Azərbaycan Ukraynada daha 4 obyekti bərpa edəcək
Bu gün, 09:36
Füzuli şəhərinə növbəti köç karvanı yola salınıb - FOTOLAR
Bu gün, 09:28
Sədərəkdə partlayışda həlak olan şəxslərlə bağlı YENİ DETALLAR - VİDEO
Bu gün, 09:25
Ramzan Kadırovun 16 yaşlı oğluna növbəti vəzifə verildi
Bu gün, 09:21
Prezident: "Azərbaycan-Ermənistan sərhədində demarkasiyanın başlanması müsbət addımdır"
Bu gün, 09:18
Əliyev - Putin görüşməsinə dair yeni və heyrətamiz görüntülər - Rusiya mediası İNDİ YAYDI - VİDEO
Bu gün, 09:00
Entoni Blinken Prezident İlham Əliyevə zəng edib
Dünən, 09:58
Bu gün görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın doğum günüdür
27-04-2024, 18:03
"Nar"dan sərfəli smartfon təklifi
27-04-2024, 12:38
Azərbaycan hərbçiləri İtaliyada - FOTO
27-04-2024, 12:33
Bazar günü 31 dərəcə isti olacaq
27-04-2024, 10:28
Azərbaycan Ordusunda komanda-qərargah təlimləri başa çatıb
27-04-2024, 09:47
Azərbaycanlılarla taciklər arasında KÜTLƏVİ DAVA: 1 həmyerlimiz öldü
27-04-2024, 09:43
Bakı “soyuq müharibə”dən çəkinmir: Azərbaycanı hədəf alan dövlətlərə sərt xəbərdarlıq edilib
27-04-2024, 09:38
F-16-ları məhv edəcəyik - Juravlyov
27-04-2024, 09:32
Arda Gülər "Real"da növbəti qolunu vurdu - VİDEO
27-04-2024, 09:24
Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb - FOTO
26-04-2024, 16:00
Sabah 32 dərəcə isti olacaq
26-04-2024, 15:30
Taksi avtomobillərinin kütləvi satışı bazarda ucuzlaşmaya səbəb oldu
26-04-2024, 14:47
İlham Əliyev və Olaf Şolts mətbuat konfransı keçirirlər
26-04-2024, 14:43
Azərbaycan və Almaniya liderlərinin təkbətək görüşü başa çatıb - YENİLƏNİB
26-04-2024, 14:22
Əvvəl Qarabağ, sonra Qazaxın kəndləri... - Növbəti hədəf haradır?
26-04-2024, 14:00
İrəvan kulisləri çalxalanır: Qərbi Azərbaycana qayıdış başlayır - Ermənistan KİV
26-04-2024, 13:23
Növbəti köç karvanı Füzuliyə çatdı
26-04-2024, 12:55
Rus qoşunları hücumu gücləndirdi, yeni ərazilər götürülür
26-04-2024, 12:51
Ukrayna tanklarını cəbhədən geri çəkir: Nə baş verir...