İcra başçısının qardaşı uşaqlarının daha bir şok cinayəti: Hədə-qorxu ilə 500 mini aldılar
Gundem / Bolge
Oxunub: 1 477
4 noy 2016 | 17:43
İcra başçısının qardaşı uşaqlarının daha bir şok cinayəti: Hədə-qorxu ilə 500 mini aldılar









Beyləqan rayon rəhbəri Vaqif Abdullayevin qardaşı uşaqları daha bir vətəndaşın 500 minini talayıblar.

Bu barədə tanınmış hüquqşunast, zərərçəkənlərin hüquqlarını müdafiə edən Adəm Məmmədov söyləyib. Vəkilin sözlərinə görə iki gün bundan əvvəl Yalçın Abdullayev və əmisi oğlu Yunis Abdullayevin fırıldaqçılıqlarından və bununla əlaqədar istintaq orqanlarında araşdırma getməsindən sonra yüksək vəzifəli şəxslər işə müdaxilə etməyə başlayıblar. Xüsusən də işin içində Beyləqan rayon icra başçısı Vaqif Abdullayevin adının çəkilməsi şikayətçilərə qarşı təzyiqlərin başlanmasına səbəb olub.

A.Məmmədov icra başçısının qardaşı oğlunun dələduzluq yolu ilə bir və bir neçə şəxsin milyonluq mülkünü ələ keçirməsi ilə bağlı qaldırdıqları iddiadan sonra bəzi zərərçəkənlər də ona müraciət etməyə başladığını söyləyib.


İcra başçısının qardaşı uşaqlarının daha bir şok cinayəti: Hədə-qorxu ilə 500 mini aldılar





















Yalçın Abdullayev

Vəkil Yalçın Abdullayevin qurbanlarına təmənnasız yardım etməyə hazır olduğunu da əlavə edib:

"Nəzərinizə çatdırım ki, artıq belə müraciət edənlər var. Düzdür bu müraciət edənlərin bəziləri Yalçın Abdullayevin nüfuzlu qohumlarından və onu himayə edən yüksək vəzifəli prokurorluq işçilərindən ehtiyat edirlər. Lakin biri cəsarətli davranaraq 500 min ABŞ dolları dəyərində olan 2 hektar torpaq sahəsini anoloji vəziyyətdə ələ keçirilməsi ilə bağlı müraciət edib. Belə ki, Seyfəliyev Nicat adlı şəxsin mülkiyyətində olan 2 hektar torpaq sahəsini Xəyyam Balayev adlı şəxs Yalçın Abdullayevə guya borcu olduğu üçün (hərgah bunların hər ikisi eyni məqsədlərlə hərəkət edən və bir-birini tanıyan adamlardı) dolayısı ilə Yalçının qohumlarının adına keçirtmişdir. Bu qədər təsadüf sizləri təəcübləndirmir, şəxsən məni qıcıqlandırır. Həmin mülk və əmlak sahiblərinin pisxoloji sarsıntılara uğradır. Bir daha təkrar edirəm, Yalçın Abdullayevi himayə edən yüksək vəzifəli şəxslər həmin şikayətçilərə digər formada müxtəlif orqanlara çağrıb hədə-qorxu vasitəsi ilə onlara verilən şikayətlərin geri çəkilməsinə nail olunmasına çalışırlar. Mən bu işin sonunacan arxasındayam, qohumlardan ibarət fırıldaqçı dəstənin ifşa olunması üçün qanun çərçiəsində bütün demokratik resuslardan istifadə etməyə çalışacam.

Nədənsə demək olar ki, aparılmış notariat əməliyyatları 12 saylı notariat kontorunun xüsusi notariusu Hacıyev Hünər Zabil oğlu tərəfindən həyata keçrilmişdir. Sonda məlumat üçün iki məsələyə diqqətinizi çəkmək istəyirəm.

Eyni zamanda Nəsimi rayon Polis İdarəsinin istintaq şöbəsinin müstəntiqi Müşviq Qubadov Yunis Abdullayevi himayə edir. Yəni, onun barəsində 3 aylıq həbs qətimkan tədbirinin seçdirməsinə baxmayaraq, 3 ay tamam olandan sonra Yunisin həbsinin uzadılması haqqında tədbir görməmişdir.
Dediklərim faktlar haqqında məlumatlar əldə etmək istəyirsinizsə Nərimanov və Nəsimi rayon Polis İdarələrinin istintaq şöbələrinə müraciət edib öyrənə bilərsiniz”.

Qeyd edək ki, dələduzluqda ittiham olunan icra başçısı Vaqif Abdullayevin qardaşı oğlu Yalçın Abdullayevin dəstəsinə daxil olan qardaşı Zaur Abdullayev, Xəyyam Balayev və Sahib Əliyev Eyyub Hüseynovun 3 mənzilini, polis əməkdaşı olan Əziz Əliyevi bir obyektini pul ödəmədən ələ keçiriblər. Onlar barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq) maddəsi ilə cinayət işi açılıb.
Bu gün, 12:32
Prezidentlərin iştirakı ilə açılış mərasimi keçirilir - FOTOLAR - YENİLƏNİB
Dünən, 10:44
Daha bir “Prius” qəzası - Ölən və yaralananlar var - Foto
Dünən, 10:39
Könülün qətlindən sonra nənəsi də öldü
Dünən, 10:24
Ana oğlunun şəhid olduğu yeri ilk dəfə gördü - VİDEO
Dünən, 10:19
DİN xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ etdi - FOTO
Dünən, 10:13
Müdafiə Nazirliyinin rəhbər heyəti hərbi vəzifəlilərlə görüşüb
Dünən, 09:18
Blinkenin “gecə konserti” qorxunc sirri ifşa etdi: Ukrayna ABŞ-a daha lazım deyil
Dünən, 09:00
Paşinyan istefaya hazırlaşır? - Xandanyan açıqladı
17-05-2024, 16:00
Ermənilər Xocalı aeroportunu niyə bu formada tikiblər? – Sirr açıldı
17-05-2024, 15:30
Ermənilərin sərhəd TƏLAŞI... - Daha çox ərazi...
17-05-2024, 14:22
Sülhməramlıları xatırlayarkən: separatçılığa dəstək, terrora yardım... - "Həmişə Azərbaycana qarşı qərəzli mövqedə dayandılar"
17-05-2024, 14:04
Lukaşenkodan Şuşada traktor hədiyyəsi - FOTOLAR
17-05-2024, 13:58
İlham Əliyev və Aleksandr Lukaşenko Şuşa şəhərinə səfər ediblər
17-05-2024, 12:51
Azərbaycan XİN: Fransa tərəfi üzr istəməlidir
17-05-2024, 12:00
Prezidentlər Füzulinin Baş planı ilə tanış oldu
17-05-2024, 11:53
Əliyev Lukaşenkonu Füzulidə qarşıladı - FOTOLAR
17-05-2024, 11:46
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - AÇIQLAMA
17-05-2024, 11:41
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri yenidən görüşüblər
17-05-2024, 11:05
Rövşən Nəcəf UEFA prezidenti ilə görüşüb
17-05-2024, 11:01
Misir İsrailin təklifini rədd edib - "Reuters"
17-05-2024, 10:56
Pedofillərlə bağlı qanunda dəyişiklik edildi - RƏSMİ
17-05-2024, 10:51
Türkiyə Xarici İşlər Nazirliyində ciddi dəyişiklik
17-05-2024, 10:33
Füsunkar təbiəti ilə seçilən Kəlbəcərdən yeni görüntülər - VİDEO
17-05-2024, 10:28
Azərbaycanın İrandakı səfirliyinin yeri dəyişdirilib
17-05-2024, 10:21
Azərbaycanla proses uğurlu keçdi - Qriqoryan
17-05-2024, 09:26
"Kurtlar vadisi"nin aktyoru Azərbaycan vətəndaşı olmaq istəyir
17-05-2024, 09:21
ABŞ ruslara qarşı sanksiyalar tətbiq etdi