Əslində nə baş verir?
Gundem
Oxunub: 1 811
28 okt 2014 | 13:54
Bu ay ölkədə baş verən dəhşətli qətllərin əsl səbəblərini araşdırırıq

Ramiz Mehdiyev öz çıxışında həm də savadsızlıq ucbatından cəmiyyətdə cahlliyə meyilliyin artıdığından da narahatlıq keçirmişdi. ANS olaraq cəmiyyətin sosial problemi olan bir məsələnin araşdırmasını davam etdiririk. Əməkdaşımızın reportajlarını izləyənlər bilir ki, oktyabrın 1-dən ölkəni silkələyən Goranboydakı ailə faciəsini izləyirdi. Sonra yolumuza onun qədər olmasa da, insanı dəhşətə gətirən başqa hadisələr çıxdı. Bacı-bacını, qardaş-qaradaşın ömrünə son qoydu. Nə baş verir?!

ANS TV-nin məlumatına görə, bacısını öldürən Pərvanənin görüntülərini lentə alan gün hadisənin baş verdiyi ünvanda Xətai Rayon Polis İdarəsinin əməkdaşı ilə aramızda olan bir söhbəti xatırlayıram. Ondan soruşanda ki, niyə qətllərin sayı bu qədər artır? Dedi ki, nə danışırsız, oktyabr ayı ərzində cəmi 4 qətl olub və bu 9 milyonluq Azərbaycan üçün elə də böyük rəqəm deyil. Amma görünür, polis əməkdaşı təkcə Bakı şəhərində oktyabr ayı ərzində baş verən qətllərin sayını deyirdi. Çünki, başa çatmamış bu ay ərzində Azərbaycanda aralarında ciddi ictimai rezonans doğuran 12 qətl hadisəsi baş verib. Oktyabrın 1-də Goranboyda 7 nəfərin ölümü, 2 nəfərin yaralanması ilə nəticələnən hadisənin ictimai yükü nə qədər ağır idisə, ayın 18-də Bərdədə qardaşın qardaşı öldürməsi, ayın 22-si Xətaidə bacının öz bacısının başını kəsməsi, ondan az səs-küyə səbəb olmadı. Ertəsi gün Xırdalanda oğul anasını boğub öldürdü

Goranboy - 1 oktyabr 7 nəfər
Şəmkir - 3 oktyabr
Balakən - 4 oktyabr
Nəsimi (Bakı) - 8 oktyabr
Zirə (Bakı) - 13 oktyabr
Xızı - 14 oktyabr
Bərdə - 18 oktyabr
Hacıqabul - 21 oktyabr
Ağdaş - 22 oktyabr
Xətai - 22 oktyabr
Xırdalan - 24 oktyabr
Sabunçu - 25 oktyabr

Nəzərə alsaq ki, oktyabr hələ başa çatmayıb, deməli, daha bir neçə mümkün qətldən də sığortalanmamışıq. Bəs əslində nə baş verir? Niyə insan canına qıymaq bu qədər adiləşib? Adamlarımızı belə aqressiv davranışlara vadar edən nədir? Bəlkə qanunlarımızdakı boşluqlar? Və yaxud, insanların köhnə adət-ənənələrin əsiri olması? Hadisələr göstərir ki, hər ikisi də ola bilər. Və biz növbəti süjetlərimizdə bunları əsaslandırmağa çalışacağıq.

Parlament qanunların sərtləşdirilməsi istiqamətində hansı addımlar atıb, qanunlardakı boşluqlar nədən ibarətdir və yaxud ölüm hökmünü gündəmə gətirmək mümkündürmü və s. və ilaxır. Amma əvvəlcə, ölümü bu qədər adiləşdirən səbəblərdən danışaq. Hansı ki, bu səbəblərə baxanda Azərbaycan vətəndaşının sivilizasiyadan nə qədər uzaqlaşdığını, əksinə geriyə - cəhalətə qayıdışını, qanunla adət-ənənlər arasında çabalayarkən məhz ikincini seçdiyini müşahidə etməmək olmur. Məsələn, götürək bu ayın əvvəli - oktyabrın 1-də Goranboyda 7 nəfərin ölümünə səbəb olan tükürpədici hadisəni. Arvadını ailəsi ilə birlikdə yer üzündən silən qəhrəmanın arqumenti nə oldu? Niyə həyat yoldaşı əmisioğlu ilə görüşüb öpüşüb? Razılaşın ki, bu, nonsensdir, camaat. Bütün bir ailəni körpə qarışıq öldür ki, nə var, nə var, qadın öz doğması ilə öpüşüb. Və yaxud, bir ananın boğazına dolanan və onu boğub öldürən oğulun əlləri.

Anasını öldürən Hümbət Nağızadə dul anasını başqa bir kişi ilə görüşdüyü üçün öldürdüyünü deyib.

Bəlkə də indi böyük çoxluq onun bu hərəkətini təqdir edir və əminəm ki, məhz belədir. Bəs onda insanın hüquq və azadlıqları nə üçündür? Hansı qanun əri ölmüş bir qadının başqa bir kişiylə görüşünü qadağan edir və yaxud hansı qanuna görə, oğul dul qalan anasını başqasıyla görüşdüyü ehtimalına görə öldürə bilər? Bəli, ona görə ehtimal deyirəm ki, oğul anasını məhz qardaşının ehtimalı əsasında öldürüb. Boşanmaq istəyən həyat yoldaşını iş yerində öldürən ərin, özündən 40 yaş böyük birisini söyüşə görə öldürən, 8-ci sinif şagirdinin hərəkəti də dar düşüncənin, mental təfəkkürün fəsadıdır. Hansı ki, 21 əsr insanına və 21-ci əsr məktəblisinə qətiyyən yaraşdırmırsan. Deməli, problemlər təkcə cəmiyyətdən yox, həm də təhsildən qaynaqlanır. Deməli, ikisindən birini seçməliyik. Ya cəhaləti, ya müasirliyi, ya adətləri, ya qanunları.
Dünən, 16:00
Kiçik torpaq sahələri ilə bağlı YENİLİK! Ekspert detalları açıqladı
Dünən, 15:33
Türkmənistan Prezidentinə Qarabağ atı hədiyyə edilib
Dünən, 15:30
Moskvadan qızışdırıcı MÖVQE – Paşinyan Rusiyaya buraxılmayacaq?
Dünən, 13:25
Prezidentin Şuşa səfərində uşaqlarla səmimi görüşü
Dünən, 13:16
Həmin ordeni Polşaya qaytardı
Dünən, 12:43
Onlayn qumarla bağlı cəzalar - Sərtləşdirilir
Dünən, 12:39
Daşaltı kəndinin fonunda - Fotolar
Dünən, 12:33
Füzulinin dağıdılmış yerlərinə baxdılar - Fotolar
Dünən, 11:46
Sürətli yolda uşağın həyatını təhlükəyə atdı - Araşdırma başladı
Dünən, 11:40
Bu qaydanı pozanlar cərimələnəcək - 2 min manatadək
Dünən, 11:15
Prezident həmkarını Füzulidə qarşıladı - Fotolar
Dünən, 11:09
Danışıqların yekununda dörd işçi qrupu yaratdılar
Dünən, 11:05
Ramil Quliyevin xanımı Olimpiya medalından məhrum edildi
Dünən, 10:59
Ərini öldürəndən sonra silahla arvadını da hədələyibmiş - Yevlaxdakı qətlin təfərrüatı
Dünən, 10:55
“Dörd ay keçib, küçələr hələ də su altındadır”
Dünən, 10:51
Daha bir gəncin meyiti kanaldan tapıldı
Dünən, 09:53
İtaliya mətbuatında Tramp haqqında gedən təhqiramiz ifadələr toplanır
Dünən, 09:47
ABŞ-İran texniki danışıqları da başa çatdı: Nəticə?
Dünən, 09:40
Xameneinin dəfninə görə uçuşları məhdudlaşdıracaqlar
Dünən, 09:36
Ölümcül istilər gözlənilir - Xəbərdarlıq edildi
Dünən, 09:31
Mərdəkanda dənizdə batan 4 gəncin - Fotosu
Dünən, 09:23
XİN: Ölkəmizin inkişafında dövlət qulluqçularının rolu əvəzsizdir
Dünən, 09:09
Metroda limitsiz abunə kartları nə vaxt tətbiq olunacaq? - RƏSMİ AÇIQLAMA
Dünən, 09:00
İran-ABŞ barışığı Azərbaycana da təsir göstərəcək
22-06-2026, 16:00
Bu yerlərdə qiymətlər 15% qalxacaq — VİDEO
22-06-2026, 15:30
Göyçə uğrunda əməliyyat: yüzlərlə tikili söküldü
22-06-2026, 13:58
Türkmənistan Prezidenti Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib