Şəki postunda yol polisi əməkdaşının addımı rəğbətlə qarşılanır
Gundem / Bolge
Oxunub: 1 454
11 okt 2016 | 11:57
Şəki postunda yol polisi əməkdaşının addımı rəğbətlə qarşılanır









Bir neçə gün bundan əvvəl Azerinfo.az xəbər portalının elektron poçtuna II qrup əlil Məhərrəmov Məhərrəm İsmayıl oğlu tərəfindən xoşməramlı məktub daxil olmuşdu. Məktubun məzmunu ilə tanış olduqda bəlli oldu ki, bu şəxs BDYPİ-nin Şəki postunun əməkdaşı İbrahimov Lətif Cavidan oğluna təşəkkür etməyi, sanki özü üçün borc bilib. Belə ki, o, yazmış olduğu məktubda qeyd edir ki, “mən 16 sentyabrdan 17-nə keçən gecə Qax rayonuna gedirdim. Bu məqsədlə Xaldanın “kruq”u adlanan ərazidə yol kənarında dayanıb, gəlib-keçən minik avtomobillərini gözlədim. Hava şəraiti olduqca yağmurlu olduğundan, avtomobillərdən heç biri dayanmırdı. Amma çox keçmədi ki, bir avtomobilin sürücüsü yanımda saxlayıb “ağsaqqal hara gedirsən?” deyə sual etdi. Mən Qaxa gedirəm dedikdə o, “ağsaqqal səni Şəki postuna qədər apara bilərəm” deyə cavab verdi. Beləliklə, mən onunla adı çəkilən posta qədər getdim və o, məni bir polis əməkdaşına təhvil verib “ağsaqqala yardım et” deyə xahişini də bildirdi. Çox keçmədi ki, həmin polis əməkdaşı mənə stul verdi, çay təklif etdi və Qax tərəfə gedən avtobusu saxlayaraq “ağsaqqalı mənzilinə apar” dedi. Hətta o, mənim əl çantamı da götürdü və avtobusa mindirənə qədər yanımda oldu.

Mən polis əməkdaşının belə bir addımını bir ağsaqqal olaraq ehtiramla qarşıladım və ən azından ona təşəkkür etməyi özüm üçün borc da bildim. Az sonra zəng edib adını, soyadını öyrəndim və onu da dəqiqləşdirdim ki, İbrahimov Lətif Cavidan oğlu Şəkinin Dəhnə kəndindəndir.

Bəli, belə bir addım ilk növbədə Lətif İbrahimovun yüksək insani keyfiyyətini, xarakterik xüsusiyyətini, rəhbərliyin ona vermiş olduğu tapşırıqların mahiyyətini müəyyən etməyə tam əsas verir. Belə bir səbəblər üzündən də, BDYPİ-nin rəisi, polis general-mayoru cənab Ramiz Zeynalova da dərin təşəkkürümü bildirirəm ki, məhz onun rəhbərlik etdiyi qurumda bu cür əqidə sahibi olan polis əməkdaşlarımız var. Odur ki, mən cənab generaldan xahiş edirəm ki, İbrahimov Lətif Cavidan oğlunun fəaliyyəti müəyyən mənada qiymətləndirsin. O halda mən də bir ağsaqqal olaraq özümdə rahatlıq taparam”.


Teymur
Bu gün, 12:32
Prezidentlərin iştirakı ilə açılış mərasimi keçirilir - FOTOLAR - YENİLƏNİB
Dünən, 10:44
Daha bir “Prius” qəzası - Ölən və yaralananlar var - Foto
Dünən, 10:39
Könülün qətlindən sonra nənəsi də öldü
Dünən, 10:24
Ana oğlunun şəhid olduğu yeri ilk dəfə gördü - VİDEO
Dünən, 10:19
DİN xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ etdi - FOTO
Dünən, 10:13
Müdafiə Nazirliyinin rəhbər heyəti hərbi vəzifəlilərlə görüşüb
Dünən, 09:18
Blinkenin “gecə konserti” qorxunc sirri ifşa etdi: Ukrayna ABŞ-a daha lazım deyil
Dünən, 09:00
Paşinyan istefaya hazırlaşır? - Xandanyan açıqladı
17-05-2024, 16:00
Ermənilər Xocalı aeroportunu niyə bu formada tikiblər? – Sirr açıldı
17-05-2024, 15:30
Ermənilərin sərhəd TƏLAŞI... - Daha çox ərazi...
17-05-2024, 14:22
Sülhməramlıları xatırlayarkən: separatçılığa dəstək, terrora yardım... - "Həmişə Azərbaycana qarşı qərəzli mövqedə dayandılar"
17-05-2024, 14:04
Lukaşenkodan Şuşada traktor hədiyyəsi - FOTOLAR
17-05-2024, 13:58
İlham Əliyev və Aleksandr Lukaşenko Şuşa şəhərinə səfər ediblər
17-05-2024, 12:51
Azərbaycan XİN: Fransa tərəfi üzr istəməlidir
17-05-2024, 12:00
Prezidentlər Füzulinin Baş planı ilə tanış oldu
17-05-2024, 11:53
Əliyev Lukaşenkonu Füzulidə qarşıladı - FOTOLAR
17-05-2024, 11:46
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - AÇIQLAMA
17-05-2024, 11:41
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri yenidən görüşüblər
17-05-2024, 11:05
Rövşən Nəcəf UEFA prezidenti ilə görüşüb
17-05-2024, 11:01
Misir İsrailin təklifini rədd edib - "Reuters"
17-05-2024, 10:56
Pedofillərlə bağlı qanunda dəyişiklik edildi - RƏSMİ
17-05-2024, 10:51
Türkiyə Xarici İşlər Nazirliyində ciddi dəyişiklik
17-05-2024, 10:33
Füsunkar təbiəti ilə seçilən Kəlbəcərdən yeni görüntülər - VİDEO
17-05-2024, 10:28
Azərbaycanın İrandakı səfirliyinin yeri dəyişdirilib
17-05-2024, 10:21
Azərbaycanla proses uğurlu keçdi - Qriqoryan
17-05-2024, 09:26
"Kurtlar vadisi"nin aktyoru Azərbaycan vətəndaşı olmaq istəyir
17-05-2024, 09:21
ABŞ ruslara qarşı sanksiyalar tətbiq etdi