Milyoner olmaq istəyən 24 saylı «JEK»in müdiri icra başçısına «torba tikir» - FOTOFAKT
Gundem
Oxunub: 1 189
10 okt 2016 | 21:27
Milyoner olmaq istəyən 24 saylı «JEK»in müdiri icra başçısına «torba tikir» - FOTOFAKT










Yığdığı «şapka»ların Yasamal rayon İcra Hakimiyyəti başçısına çatdırılacağını deyən Zaur Nəsirov başçının adını ləkələməklə məşğuldur

Ötən yazılarımızda Yasamal rayonunda anunsuz tikililərin inşasının sürətlənməsi və bu cür qanun pozuntularının kütləviləşməsində Yasamal rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin nəzdindəki yerli Mənzil İstismarı Sahələrinin (MİS) və Mənzil Kommunal İstismarı Sahələrinin rolun da artmaqdadır. Ötən yazılarımızda 24 saylı MKİS-in rəisi Nəsirov Zaur Arif oğlunun şəxsi büdcəsini zənginləşdirmək üçün dövlət bdücəsindən ayrılan, yaxud həmin büdcəyə ödəniləcək külli miqdarda dövlət vəsaitini mənimsəməsi, «Birinci Alatava» deyilən ərazidə qeyri-qanuni tikililərdən bəzilərinin inşasının başa çatması, digərlərinin inşasının davam etdirilməsi və yenilərinin inşasına başlanılması üçün danışıqların getməsi barədə ətraflı məlumat vermişik.

Apardığımız araşdırmalara görə, bir müddət əvvəl 24 saylı MKİS-ə rəis seçilmək üçün kimlərəsə 30 min manat rüşvət verən Zaur Nəsirov həmin pulun əvəzini çıxmaq və əlavə qazanc əldə etmək üçün bütün qanunsuz əməlləri həyata keçirir. Həmin qanun pozuntularından biri də məhz qeyri-qanuni tikintilərin inşasıdır. Ötən yazılarımızdan birində bildirmişdik ki, qanunsuz tikilinin inşası üçün bir vətəndaşdan 5 min manat alan Zaur Nəsirov digər vətəndaşlardan 3-5 min manat rüşvət alaraq qanunsuz tikililərin inşasına icazə verib.

Artıq «Birinci Alatava»da bir neçə qanunsuz tikilinin inşası yekunlaşıb. Hazırda 3-4 qanunsuz tikilinin inşası davam etdirilir. Ən maraqlısı da budur ki, Zaur Nəsirov vətəndaşlara deyib ki, qanunsuz tikililərin inşası üçün alınacaq «şapka» Yasamal rayon İcra Hakimiyyətinin başçısına çatacaq. Ona görə də hər kəs arxayın öz işini görə biləcək və bütün qanunsuz tikililər sənədləşdiriləcək. 24 saylı MKİS-in Mikayıl adlı mühəndisi Zaur Nəsirovun «sağ əli» və «pulyığanı» kimi tanınır.

Bəzi qanunsuz tikililərin inşasının səbəbkarı da məhz Mikayıldır. Çünki o, «JEK» müdirinin adından vətəndaşlarla danışıqlar aparır və «şapka»ların yığılmasında yaxından iştirak edir. Araşdırma nətitcəsində öyrənmişik ki, Mikayıl Elnurə adlı bir xanımdan 7 min manat alıb və bu pulun icra başçısına çatacağını bildirib. Amma əslində Yasamal Rayon İcra Hakimiyyətinin həmin pullardan və qanunsuz tikililərin inşasından xəbəri yoxdur. Mikayıl isə redaksiyamızın əməkdaşı ilə görüşündə bildirib ki, yuxarıdan tapşırıq gəlib bizdə həmin tikintiyə göz yumuşuq. Bunun heçdə inandırıcı olmaması sir deyildir ki, deyilən sözləri isə yuxarı dediyi dairələr inkar etməkdədir.

Bunu saytımıza açıqlamasında Yasamal rayon İcra Hakimiyyəti başçısının müavini Səməd müəllim də etiraf edib. Ancaq «Burda mənəm, Bağdadda kor xəlifə» məsələni əlində şüar tutan Zaur Nəsirov «MKİS mənimdir, özüm bilərəm” siyasəti yürüdür. Bununla da dövlət siyasətinə zidd fəaliyyətlə məşğul olan «JEK» müdiri həmçinin 10 minlərlə, 100 minlərlə manat məbləğində dövlət büdcəsinə ziyan vurmaqla şəxsi büdcəsini zənginləşdirməyə çalışır. Artıq buna nail olan Zaur Nəsirov Azərbaycanın milyonerləri siyahısına daxil olmaq arzusunu gerçəkləşdirmək üçün bütün qanunsuz əməllərini davam etdirməkdədir.

Araşdırmalarımız davam edir.

BakuNews.Az
M.K.Seyidoğlu

Milyoner olmaq istəyən 24 saylı «JEK»in müdiri icra başçısına «torba tikir» - FOTOFAKT
Milyoner olmaq istəyən 24 saylı «JEK»in müdiri icra başçısına «torba tikir» - FOTOFAKT
Bu gün, 12:32
Prezidentlərin iştirakı ilə açılış mərasimi keçirilir - FOTOLAR - YENİLƏNİB
Dünən, 10:44
Daha bir “Prius” qəzası - Ölən və yaralananlar var - Foto
Dünən, 10:39
Könülün qətlindən sonra nənəsi də öldü
Dünən, 10:24
Ana oğlunun şəhid olduğu yeri ilk dəfə gördü - VİDEO
Dünən, 10:19
DİN xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ etdi - FOTO
Dünən, 10:13
Müdafiə Nazirliyinin rəhbər heyəti hərbi vəzifəlilərlə görüşüb
Dünən, 09:18
Blinkenin “gecə konserti” qorxunc sirri ifşa etdi: Ukrayna ABŞ-a daha lazım deyil
Dünən, 09:00
Paşinyan istefaya hazırlaşır? - Xandanyan açıqladı
17-05-2024, 16:00
Ermənilər Xocalı aeroportunu niyə bu formada tikiblər? – Sirr açıldı
17-05-2024, 15:30
Ermənilərin sərhəd TƏLAŞI... - Daha çox ərazi...
17-05-2024, 14:22
Sülhməramlıları xatırlayarkən: separatçılığa dəstək, terrora yardım... - "Həmişə Azərbaycana qarşı qərəzli mövqedə dayandılar"
17-05-2024, 14:04
Lukaşenkodan Şuşada traktor hədiyyəsi - FOTOLAR
17-05-2024, 13:58
İlham Əliyev və Aleksandr Lukaşenko Şuşa şəhərinə səfər ediblər
17-05-2024, 12:51
Azərbaycan XİN: Fransa tərəfi üzr istəməlidir
17-05-2024, 12:00
Prezidentlər Füzulinin Baş planı ilə tanış oldu
17-05-2024, 11:53
Əliyev Lukaşenkonu Füzulidə qarşıladı - FOTOLAR
17-05-2024, 11:46
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - AÇIQLAMA
17-05-2024, 11:41
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri yenidən görüşüblər
17-05-2024, 11:05
Rövşən Nəcəf UEFA prezidenti ilə görüşüb
17-05-2024, 11:01
Misir İsrailin təklifini rədd edib - "Reuters"
17-05-2024, 10:56
Pedofillərlə bağlı qanunda dəyişiklik edildi - RƏSMİ
17-05-2024, 10:51
Türkiyə Xarici İşlər Nazirliyində ciddi dəyişiklik
17-05-2024, 10:33
Füsunkar təbiəti ilə seçilən Kəlbəcərdən yeni görüntülər - VİDEO
17-05-2024, 10:28
Azərbaycanın İrandakı səfirliyinin yeri dəyişdirilib
17-05-2024, 10:21
Azərbaycanla proses uğurlu keçdi - Qriqoryan
17-05-2024, 09:26
"Kurtlar vadisi"nin aktyoru Azərbaycan vətəndaşı olmaq istəyir
17-05-2024, 09:21
ABŞ ruslara qarşı sanksiyalar tətbiq etdi