Göyçayda üsyan: pensiya və maaşlar verilmir, işıqlar kəsilir - ÖZƏL
Gundem / Bolge
Oxunub: 1 423
30 sen 2016 | 21:10
Göyçayda üsyan: pensiya və maaşlar verilmir, işıqlar kəsilir - ÖZƏL






















İqtisadi böhran və məmurların talançılığı əyalətləri ayağa qaldırır; Bölgələrdə əhali ciddi sosial problemlər məngənəsində çabalayır...

Politika.Az-a verilən məlumata görə, Göyçay camaatı çətinliklər içərisində boğulur.

Gələn son xəbərə görə, avqustun sonlarında işə başlayan müəllimlər üç günlük və sentyabr ayının ilk yarısı üçün maaşlarını ala bilməyib.

Hər ayın 20-dək təqaüdlərini almalı olan təqaüdçülər isə təqaüdlərini ala bilmirlər. Ancaq maraqlıdır ki, qonşu İsmayıllı rayonunda təqaüdlər bir neçə gün əvvəl verilir.

Borc içində yaşayan, dükanlarda nisyə dəftəri, apteklərdə dərman pulu borcu olan Göyçay sakinləri, müəllim və təqaüdçüləri məmur özbaşınalığından cana doyublar.

Sakinlərin sözlərinə görə, məmurlar və yerli icra hakimiyyəti başçısı göyçaylıların dərdi ilə maraqlanmır. Əhalinin kommunal borcları da yığılıb.

İmkansızlıqdan ödəniş edə bilməyən əhali işsizlikdən, məmurların büdcə pullarını talan etməsindən narazıdır. İndisə pensiya və maaşlar gecikir deyə vəziyyət daha da ağırlaşıb.

Sakinlər qeyd ediblər ki, rayon bir neçə gün işıqsız qalıb: “Azerenerji” ASC-nin Göyçay Elektrik Şəbəkəsinin rəisi Göyçayda abonentlərin elektrik enerjisinin kəsilməsini 150 000 manat borca görə olduğunu əsaslandırır.

Həmin idarənin işçiləri də deyirlər ki, “referenduma görə indi kəsirik, əslində borca görə elektrik enerjisi çoxdan kəsilməli idi. Bütün bunlar da bizim o "1 qəpik" günahlarımızdır.

Gördüyünüz kimi, cəmiyyət öz qəpiyinin qədrini bilib vətəndaşlara vaxt belə vermək istəmir. Biz isə sağa-sola pul səpirik. Adını da qoyuruq qəpik-quruş. Hal-hazırda Göyçayda 100-lərlə ailənin işıqsız qalması heç kimi maraqlandırmır”.
Bu gün, 09:58
Bu gün görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın doğum günüdür
Dünən, 12:38
Azərbaycan hərbçiləri İtaliyada - FOTO
Dünən, 12:33
Bazar günü 31 dərəcə isti olacaq
Dünən, 10:28
Azərbaycan Ordusunda komanda-qərargah təlimləri başa çatıb
Dünən, 09:47
Azərbaycanlılarla taciklər arasında KÜTLƏVİ DAVA: 1 həmyerlimiz öldü
Dünən, 09:43
Bakı “soyuq müharibə”dən çəkinmir: Azərbaycanı hədəf alan dövlətlərə sərt xəbərdarlıq edilib
Dünən, 09:38
F-16-ları məhv edəcəyik - Juravlyov
Dünən, 09:32
Arda Gülər "Real"da növbəti qolunu vurdu - VİDEO
Dünən, 09:24
Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb - FOTO
26-04-2024, 16:00
Sabah 32 dərəcə isti olacaq
26-04-2024, 15:30
Taksi avtomobillərinin kütləvi satışı bazarda ucuzlaşmaya səbəb oldu
26-04-2024, 14:47
İlham Əliyev və Olaf Şolts mətbuat konfransı keçirirlər
26-04-2024, 14:43
Azərbaycan və Almaniya liderlərinin təkbətək görüşü başa çatıb - YENİLƏNİB
26-04-2024, 14:22
Əvvəl Qarabağ, sonra Qazaxın kəndləri... - Növbəti hədəf haradır?
26-04-2024, 14:00
İrəvan kulisləri çalxalanır: Qərbi Azərbaycana qayıdış başlayır - Ermənistan KİV
26-04-2024, 13:23
Növbəti köç karvanı Füzuliyə çatdı
26-04-2024, 12:55
Rus qoşunları hücumu gücləndirdi, yeni ərazilər götürülür
26-04-2024, 12:51
Ukrayna tanklarını cəbhədən geri çəkir: Nə baş verir...
26-04-2024, 12:28
Azərbaycan XİN Avropa Parlamentinə cavab verib
26-04-2024, 12:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edib - YENİLƏNİB
26-04-2024, 11:55
İlon Maskdan şok: Vətəndaş müharibəsi olacaq
26-04-2024, 11:22
COP29-un əhəmiyyəti
26-04-2024, 11:15
Qarşılıqlı fəaliyyətimizin gündəliyi kifayət qədər genişdir
26-04-2024, 11:04
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edəcək
26-04-2024, 10:57
Yeni Klinikada yoxlama: Saxlanılan var - FOTO
26-04-2024, 10:24
Xocavənddə ƏMƏLİYYAT: polisə demədi, saxlanıldı - FOTO
26-04-2024, 10:07
Putin döyüş meydanında uğurun sirrini açıqladı