“DSK-3”-ün rəhbəri məcburi köçkün ailəsinə qənim kəsilib
Gundem / Bolge
Oxunub: 1 176
16 sen 2016 | 14:38
“DSK-3”-ün rəhbəri məcburi köçkün ailəsinə qənim kəsilib







Dağlıq Qarabağ müharibəsinin əmələ gətirdiyi fəsadlar təkcə torpaq itkisi ilə deyil, həm də ötən illər ərzində çoxsaylı sosial problemlərin də əmələ gəlməsinə səbəb oldu. Belə ki, 1992-1993-cü illərdə istər DQ-a aid ərazilərin, istərsə də ətraf ərazilərin qəsbkar ermənilər tərəfindən ələ keçirilməsi, həmin ərazilərdə yaşayan sakinlərin müxtəlif ünvanlarda məskunlaşmaları ilə nəticələndi. Bu sırada Ağdam rayon sakinləri də, oxşar müsibətləri yaşayanlardan biri oldu.

Bir-iki gün bundan öncə əslən Ağdam rayonundan olan məcburi köçkün Hacıyev Natiq Siyavuş oğlu redaksiyamıza ünvanladığı şikayət ərizəsində yazır ki, “biz 2001-ci ildən ailəlikcə Binəqədi rayonu Cəfər Xəndan küçəsi-5056 ünvanında məskunlaşmışıq. Atam Qarabağ müharibəsi əlili olub və bir müddət bundan əvvəl də dünyasını dəyişib. Qardaşım isə, baş verən faciə nəticəsində iki azyaşlı övladı ilə yanıb yaşadığı evdə dünyasını dəyişdi.

Hal-hazırda məskunlaşdığımız ərazidə bir neçə Evtikmə kombinatı yerləşir ki, onlardan biri də “DSK-3”-dür. Ailəmiz bu günədək müxtəlif faciələrlə üz-üzə qalsa da, yeni bir faciə isə, hal-hazırda adı çəkilən kombinata rəhbərlik edən Arif müəllim tərəfindən gətirilməkdədir. Məhz, bunu ona görə belə bir formada vurğulayıram ki, ölkə rəhbəri cənab İlham Əliyev məcburi köçkün həyatı yaşayanların sosial durumlarının yaxşılaşdırılması üçün, daim hər bir vəzifə sahibinə lazımi tapşırıqlarını verir. Bir sözlə, möhtərəm Prezidentimiz məcburi köçkünlərdən diqqət və qayğısını əsirgəmir. Ölkə rəhbəri tərəfindən belə bir yanaşmanın ortaya qoyulmasına baxmayaraq, hal-hazırda həmin Arif müəllim bizim ailəyə qənim kəsilməkdədir. Belə ki, o, bir-iki gün bundan əvvəl mən evdə olmadığım zaman, yaşadığımız evin qarşısında toyuqlar üçün tikdirdiyim hini darmadağın etdirmiş və həyata keçirilən dağıntı zamanı bir neçə toyuğum da dağıntılar altında qalaraq məhv edilmişdir. Onun addımları təkcə bunula yekunlaşmır, o, həm də bizim ailəyə qarşı aqressiv yanaşmasını da ortaya qoyur. Amma, atam sağ ikən Arif müəllim nə bizə bir söz deyərdi, nə də ki, hansısa formada problemimiz əmələ gələrdi. Görünür o, mənim cavan və imkansız olmağımı, eyni zamanda atasız qalmağımı görüb bu cür iyrənc addımlarnı atmaqda davam edir”.

Bəli, bu bir məcburi köçkün ailəsi üzvünün yaşadığı faciənin görünən tərəfidir. İnanırıq ki, aidiyyəti qurumlar yaşanan problemə müdaxilə edib Arif müəllimin fitnəkar addımlarının qarşını almaq üçün təcili addımlarını atacaqlar. Yoxsa, Arif müəllimin “arif addımları” məcburi köçkün ailəsini olmazın müsibətlərə düçar edəcək.

Mövzu diqqətimizdədir.
Dünən, 16:00
10 mayla bağlı Bakının tələbləri: Masaya yeni şərt qoyuldu - NƏ BAŞ VERİR?
Dünən, 15:30
Kilsə Paşinyanı devirə biləcəkmi? – Şərh
Dünən, 14:27
Azərbaycan-Slovakiya sənədləri imzalanıb - YENİLƏNİB
Dünən, 14:23
İlham Əliyev və Robert Fitso mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB
Dünən, 14:22
Bir tərəfdə demarkasiya, bir tərəfdə etiraz: Paşinyan isə lağ etməyə başladı - GƏLİŞMƏ
Dünən, 13:39
Şəhid ailələrinə ŞAD XƏBƏR - Layihə təsdiqləndi
Dünən, 13:35
Milli Məclis Mehriban Əliyevaya təbrik məktubu ünvanladı
Dünən, 13:32
İlham Əliyevin Slovakiyanın Baş naziri ilə geniş tərkibdə görüşü başa çatıb - YENİLƏNİB
Dünən, 13:28
Paşinyanı Bakıya dəvət etmək olar - Milli Məclisdə TƏKLİF
Dünən, 11:31
İlham Əliyevin Slovakiyanın Baş naziri ilə təkbətək görüşü başlayıb
Dünən, 10:44
Bu deputatlar yola salınır – SİYAHI
Dünən, 10:34
“AzParking”də avtomobilə dəyən ziyana görə kim məsuliyyət daşıyır? - AÇIQLAMA - FOTO
Dünən, 10:29
Azərbaycan xüsusi təyinatlıları Konyada - VİDEO
Dünən, 10:20
Avropa İttifaqı 6 istiqamətdə Rusiyaya qarşı sanksiyalar hazırlayır: Detallar açıqlandı
Dünən, 10:12
Moskvadakı hərbi paradı bu ölkə liderləri də izləyəcək
Dünən, 10:05
Azərbaycanın neokolonializmə qarşı təşəbbüsü: Narahat olan Yelisey sarayı - ŞƏRH
Dünən, 09:25
Laçında müntəzəm marşrut xətləri açılıb - FOTO
Dünən, 09:16
ABŞ Ukraynaya gizli silah göndərib: Rusiyaın nüvə zərbəsi dünya savaşına keçid olacaq
Dünən, 09:00
HƏMAS İsraillə atəşkəsə razılaşdı
6-05-2024, 16:00
Bakının mümkün çağırışı: Zelenki razılaşacaq. Bəs Putin? - AKTUAL
6-05-2024, 15:30
"Fransadan və onunla eyni siyasi xətti bölüşənlərdən fərqli olaraq..." - ŞƏRH
6-05-2024, 14:22
Yeganə alternativ “Ermənistan layihəsinin” bağlanması ola bilər” - AKTUAL
6-05-2024, 14:17
Maliyyə məsələsi COP29-un əsas mövzusu olacaq
6-05-2024, 14:00
Almatı görüşündən sonra sülh müqaviləsi hazırlanacaq? - GƏLİŞMƏ
6-05-2024, 13:29
Ağdərədə sümük fraqmentləri aşkarlanıb
6-05-2024, 13:26
Azərbaycanda Məhərrəmlik ayı bu tarixdə BAŞLAYACAQ
6-05-2024, 13:23
Azərbaycanla Albaniya arasında saziş təsdiqləndi