General niyə hədəfə alınır
Gundem
Oxunub: 1 240
24 iy 2016 | 21:33
General niyə hədəfə alınır







Son vaxtlar kütləvi informasiya vasitələrinin sərbəst fəaliyyəti üçün yaradılmış şəraitdən sui-istifadə hallarının artması cəmiyyəti ciddi narahat etməkdədir. Müxtəlif səviyyələrdə gedən diskussiyalarda da məlumatlar yayan KİV və jurnalist fəaliyyətindən sui-istifadə edənlərin haqqında müvafiq ölçü götürülməsi ilə bağlı təkliflər səslənir. Bütün bunlar məsələnin hüquqi cəhətdən nizamlanması zərurətini aktuallaşdırır. Ötən ilin yayında cəbhə bölgəsində atəşkəsin pozulması zamanı da bəzi KİV-lərin, xüsusən də sosial şəbəkələrin fikir və söz azadlığının, demokratik dəyərlərin verdiyi imkanlardan səriştəsiz, məsuliyyətsiz istifadəsi dövlətin informasiya təhlükəsizliyi baxımından da medianın fəaliyyətini müzakirə predmetinə çevirmişdi. Göründüyü kimi, bəzi media orqanlarının qeyri-peşəkarlığı, söz azadlığından sui-istifadə etməsi bu sahənin hüquqi tənzimlənməsinə yenidən baxılmasını labüd edir. Məlum olur ki, liberallığı ilə digər qanunvericilik aktlarından fərqlənən “Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan Respublikasının Qanunu zamanın və bugünkü reallıqların tələbindən geri qalmaqla, media– dövlət – cəmiyyət arasında münasibətləri dolğun və digər normativ hüquqi aktlarla əlaqəli şəkildə tənzimləmir. Bu baxımdan milli təhlükəsizlik, ərazi bütövlüyü və ya ictimai asayiş maraqları naminə, iğtişaşın və ya cinayətin qarşısının alınması, sağlamlığın, yaxud mənəviyyatın mühafizəsi, şəxsiyyətin nüfuzunun qorunması, gizli əldə edilmiş məlumatların açıqlanmasının qarşısının alınması, ədalət mühakiməsinin nüfuz və qərəzsizliyini təmin etmək üçün söz azadlığı hüququna məhdudiyyətlərin dairəsinin, şərtlərinin, məsuliyyətinin və s. müəyyənləşdirilməsi ilə yanaşı, fövqəladə hallar zamanı qoyula biləcək məhdudiyyətləri də dəqiq və dürüst müəyyənləşdirən, çevik praktiki tətbiq mexanizmləri olan “İfadə etmək (ekspresion) və söz azadlığı hüququ haqqında” Azərbaycan Respublikasının Qanununun qəbul edilməsi məqsədəmüvafiq olar. Sözsüz ki, demokratik cəmiyyətlərin hərtərəfli inkişafı üçün zəruri olan əsas prinsiplərdən biri də fikir və söz azadlığının təmin olunmasıdır."İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında" Avropa Konvensiyasının 10-cu maddəsində qeyd olunur ki, hər kəs öz fikirlərini ifadə etmək azadlığı hüququna malikdir. Eyni ilə 1966-cı il Mülki və Siyasi Hüquqlar Haqqında Beynəlxalq Paktın 19-cu maddəsində də təsbit edilir ki, hər bir insan şəxsi fikri olmaq hüququna malikdir. Hər bir insanın öz fikrini sərbəst ifadə etmək hüququ var. Demokratik hüquqi dövlət olan Azərbaycan Respublikası da cəmiyyətin hərtərəfli inkişafı üçün əsas prinsiplərdən biri olan fikir və söz azadlığını təmin edib. Belə ki, bu hüquq Azərbaycan Respublikası Konstitusiyasının 47-ci

maddəsində təsbit olunub. Eyni zamanda, konstitusiyanın 46-cı maddəsində hər kəsin şərəf və ləyaqətinin müdafiəsinə dövlət təminatı verilmişdir. Lakin nəzərə alınmalıdır ki, fikir və söz azadlığı hüququ həyata keçirilərkən bu hüquqdan qərəzli sui-istifadə hallarına yol verilməməli, şərəf və ləyaqətin müdafiəsi hüququna riayət olunmaqla, hər iki hüquq arasında mütənasiblik təmin olunmalıdır. Hazırda isə bu mütanasiblik əksər hallarda pozulur. İş adamları, vəzifə sahiblərinə qarşı qərəzli yazılar günü-gündən artır. Belə qərəzli tənqidçilərin əsas tənqid hədəflərindən biri də Bakı Baş Gömrük İdarəsinin rəsi Vüsal Növruzovdur. Son bir ildə onun haqda nələri yazmadılar- milyonlarla qiyməti olan bağları, villaları var, manapoliya yaradıb, 100 minlik maşınlar sürür, qumarda küllü miqdarda pular uduzur və sair. Ancaq bircə yazıda belə bu “milyonluq villa” yaxud “100 minlik” avtomobilin video çəkilişi, adi fotoşəklinə rast gəlmədik. Münki yoxdur. Qumar məsələsi isə tamamilə mif və əfsanədir, məişət səviyyəsinə yaraşmayacaq dərəcədə dedi-qodudur. Məqsəd ölkəyə ş.ərəflə xidmət edən generalı gözdən salmaqdır. Qeyd edək ki, Vüsal Novruzovun Bakı Baş Gömrük İdarəsinə rəhbərlik etdiyi dövrün sttaistik məlumatlarını araşdıran olsa, bu idarənin bu günə kimi büdcə qarşıısnda vəzifələrinə daim əməl etdiyi məlum olacaq. Bakı baş Gömrük İdarəsinin bu vəzifəsinin öhdəsindən həmişə uğurla gəldiyi, əksər hallarda isə büdcəyə ödəmələrlə bağlı plan-proqnoza artıqlaması nail olmasına baxmayaraq Vüsal Novruzovun tənqidçiləri tapılmaqdadır. Əlbətdə, söz azadlığının mövcud olduğu bir ölkədə və zamanda yaşayırıq. Bundan sui-istifadə edənlər tapılır. Söz azadlığının verdiyi imkanlardan sui-istifadə edənlər Bakı Baş Gömrük İdarəsinin öz vəzifəsinin öhdəsindən uğurla gəlməsi faktını görmürlər və ya da görmək istəmir. Əgər, Bakı Baş Gömrük İdarəsi büdcə qarşısında vəzifələrini yerinə yetirməsə və buna görə dövlət vətəndaşlar qarşısında öz öhdəliklərini yerinə yetirməsə, o zaman Vüsal Novruzov haqlı olaraq tənqid obyekti ola bilərdi. Ancaq dövlət büdcəsinin formalaşmasında çox böyük paya sahib Bakı Baş Gömrük İdarəsi öz vəzifəsinin öhdəsindən uğurla gəlir. Ancaq qərəzli tənqidçilər bu faktları heçə sayaraq Bakı Baş Gömrük İdarəsinin fəaliyətini tənqid edirlər. Bu tənqidlərin əsasında heç bir ciddi fakt, əsas yoxdur. Bu tənqidlər əsasız sözlərdən, heç bir fakta söykənməyən boş iftiralardan başqa bir şey deyil. Onu da qeyd etmək istərdik ki, Bakı Baş Gömrük İdarəsi büdcə qarşısında vəzifələrini uğurla yerinə yetirdiyi kimi, biznes mühitinin zərər görməməsinə çalışır. Bunu biznes mühitindən xəbərsiz olanlar bilməyə bilər. Ancaq ixrac-idxal əməliyyatları

həyata keçirən iş adamları Bakı Baş Gömrük İdarəsində bunun şahididirlər. Bu gün gömrük orqanlarının işi asan deyil. Əlbətdə, kənardan çox asan görünə bilər. Ancaq gömrük orqanları bir yandan büdcə qarşısında öhdəliklərini yerinə yetirməli, digər yandan isə biznes mühitinin zəifləməməsinə yardım etməlidirlər. Bəzən bu vəzifələr bir-birinə ziddiyət təşkil edir. Əgər belə hallarda gömrük orqanlarının vəziyyətdən doğru çııxş yolu tapmasalar, idxal-ixrac əməliyyatlarının dövrülüyinə mənfi təsir göstərəcəklər. İş adamları rəsmiyyətdən kənar söhbətlərdə etiraf edirlər ki, çətin anlarda onlar həmişə Bakı Baş Gömrük İdarəsinin rəisi Vüsal Novruzov tərəfindən diqqət və qayğı görürlər. Doğrudur, Vüsal Novruzovdan fərqli olaraq iş adamlarının üzləşdiyi problemlərdən yaxasını kənara çəkən, “bu mənim problem deyil”-deyənlər tapılır. Ancaq maliyyə siyasətini mükəmməl bilən Vüsal Novruzov belə məmurlardan fərqli olaraq bilir ki, problemlə üzləşən iş adamına dəstək olmasan sabah gömrük vergilərini yığmaq çətin olacaq. Ona görə də, iş adamları Vüsal Novruzova öz problemlərini çox ərklə söyləyirlər. Bilirlər ki, onların probleminin çöcülməsi üçün əlindən gələni edəcək. Ən azından “bu mənim problem deyil”-deməyəcək. Ancaq qərəzli şəxslər bütün bunları görməzdən gələrək, Bakı Baş Gömrük İdarəsinin rəisini tənqid etməkdən çəkinmirlər. Reportaj.tv qeyd edir ki, Dövlət Gömrük Komitəsində rəhbər şəxslərə qarşı tələbkarlıq çox sərtdir və azacıq nöqsanı olan rəhbər şəxslər haqqında tədbirlər görülür. Əgər Dövlət Gömrük Komitəsinin strukturuna daxil olan idarələrin rəisiləri ilə bağlı kiçik bir araşdırılma aparılsa, o zaman bu günə kimi Bakı Baş Gömrük İdarəsi istisna olmaqla yerli idarələrin rəislərinin tez-tez dəyişdiyini görmək olar. Əgər Vüsal Novruzova bu günə kimi etimad edir və fəaliyyəti dövlət başçısı səviyyəsində yüksək qiymətləndirilirsə, deməli həqiqətən də yazılanlar əsassız, heç bir fakta söykənməyən boş iftiralardan başqa bir şey deyil. Belə əsassız iftiralar isə dövlətinə xidmət etmək istəyənləri yolundan çəkindirə, onların əlini işdən soyuda bilməz.


Azerinfo.az
Bu gün, 10:44
Daha bir “Prius” qəzası - Ölən və yaralananlar var - Foto
Bu gün, 10:39
Könülün qətlindən sonra nənəsi də öldü
Bu gün, 10:24
Ana oğlunun şəhid olduğu yeri ilk dəfə gördü - VİDEO
Bu gün, 10:19
DİN xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ etdi - FOTO
Bu gün, 10:13
Müdafiə Nazirliyinin rəhbər heyəti hərbi vəzifəlilərlə görüşüb
Bu gün, 09:18
Blinkenin “gecə konserti” qorxunc sirri ifşa etdi: Ukrayna ABŞ-a daha lazım deyil
Bu gün, 09:00
Paşinyan istefaya hazırlaşır? - Xandanyan açıqladı
Dünən, 16:00
Ermənilər Xocalı aeroportunu niyə bu formada tikiblər? – Sirr açıldı
Dünən, 15:30
Ermənilərin sərhəd TƏLAŞI... - Daha çox ərazi...
Dünən, 14:22
Sülhməramlıları xatırlayarkən: separatçılığa dəstək, terrora yardım... - "Həmişə Azərbaycana qarşı qərəzli mövqedə dayandılar"
Dünən, 14:04
Lukaşenkodan Şuşada traktor hədiyyəsi - FOTOLAR
Dünən, 13:58
İlham Əliyev və Aleksandr Lukaşenko Şuşa şəhərinə səfər ediblər
Dünən, 12:51
Azərbaycan XİN: Fransa tərəfi üzr istəməlidir
Dünən, 12:00
Prezidentlər Füzulinin Baş planı ilə tanış oldu
Dünən, 11:53
Əliyev Lukaşenkonu Füzulidə qarşıladı - FOTOLAR
Dünən, 11:46
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - AÇIQLAMA
Dünən, 11:41
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri yenidən görüşüblər
Dünən, 11:05
Rövşən Nəcəf UEFA prezidenti ilə görüşüb
Dünən, 11:01
Misir İsrailin təklifini rədd edib - "Reuters"
Dünən, 10:56
Pedofillərlə bağlı qanunda dəyişiklik edildi - RƏSMİ
Dünən, 10:51
Türkiyə Xarici İşlər Nazirliyində ciddi dəyişiklik
Dünən, 10:33
Füsunkar təbiəti ilə seçilən Kəlbəcərdən yeni görüntülər - VİDEO
Dünən, 10:28
Azərbaycanın İrandakı səfirliyinin yeri dəyişdirilib
Dünən, 10:21
Azərbaycanla proses uğurlu keçdi - Qriqoryan
Dünən, 09:26
"Kurtlar vadisi"nin aktyoru Azərbaycan vətəndaşı olmaq istəyir
Dünən, 09:21
ABŞ ruslara qarşı sanksiyalar tətbiq etdi
Dünən, 09:17
Polşa “Bayraktar”lara qovuşdu