Azərbaycan xalqı çoxdan yüksəliş yolunda İNADLA, İLHAMLA YÜRÜMƏ qərarını verib - Bu günə BAXIŞ
Gundem
Oxunub: 2 581
23 iy 2016 | 16:09
Azərbaycan xalqı çoxdan yüksəliş yolunda İNADLA, İLHAMLA YÜRÜMƏ qərarını verib - Bu günə BAXIŞ










Son zamanlar Türkiyədə yaşanılan olayları bütün Azərbaycan olaraq ürəkağrısı ilə izləyirik. Və həm də təkcə izləməklə yetinmirik. Görünəni o oldu ki, Qərb-Amerika siyasəti öz maraqlarına uyğun gəlmədiyi təqdirdə hətta ciddi dövlətçilik ənənələri olan Türkiyə kimi dövləti belə bir anın içində qarışdırmağa təşəbbüs edirlər, bundan çəkinmirlər.

Təbii ki, hazırda Türkiyədə iqtidarda olan qüvvələrin, konkret olaraq Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın siyasi çevikliyi qeyd olunan şər timsalı dairələrin bütün planlarını alt-üst etdi.

Təkcə Ərdoğan hakimiyyəti, Ərdoğanın şəxsi deyil, bütünlükdə olaraq qardaş Türkiyə böyük faciələrin astanasından dönmüş oldu. Doğrudur, hələ də problem tamamən çözülməmiş kimi görünsə də, əsas ağırlığın geridə qaldığını və bundan sonra Türkiyəni BÖYÜK YÜKSƏLİŞLƏRİN gözlədiyi faktdır.

Türkiyənin isə hər bir uğurunun Azərbaycan üçün nə qədər faydalı olduğunu da izahlama zərurəti mövcud deyil. Necə ki, Türkiyə Azərbaycana tam ürəklə ən çətin şəraitində belə ayağa durması üçün bir istinad nöqtəsi kimi baxırsa, eləcə də Azərbaycan üçün Türkiyə eyni əhəmiyyətdədir.

Məhz bu faktorlar, habelə tarixi kök ortaqlığı bu gün Türkiyə və Azərbaycanı ortaq strateji maraqlardan çıxış etməyə vadar etməkdədir. Bu siyasi iradə ifadəsinin isə ən uğurlu nümunəsi təbii ki, bu gün Azərbaycan prezidenti İlham Əliyevin yürütdüyü sistemli siyasətdə özünü net şəkildə göstrməkdədir.

İlham Əliyevin bu gün təkcə Türkiyə-Azərbaycan münasibətlərində yox, həm də Türkiyə-Rusiya münasibətlərində, habelə hər iki ölkənin Suriya, Cənubi Qafqaz və digər bölgələrdəki maraqlarında da müstəsna əhəmiyyətli mövqeyə malik olduğu ortadadır. Bu gün İlham Əliyevin timsalında Azərbaycan özünün coğrafi ölçülərinə baxmayaraq, çox böyük regional planlarda həlleidici mövqedə dayanır.

Bunun isə istisnasız olaraq İlham Əliyevin BÖYÜK NAİLİYYƏTİ kimi dəyərləndirilməsi vacibdir. Məhz İlham Əliyevin ardıcıl siyasi gedişləri dünən bir-birinə silah çəkməyə hazır olan Türkiyə ilə Rusiyanı ortaq mövqeyə gətirib çıxardı ki, əslində bütün bu proseslərdə Azərbaycanın ciddi qazanclarının olduğu ortadadır.

Azərbaycanın bu gün təkcə bir istiqamət üzrə siyasi kurs nümayiş etdirməsi böyük problemlərə gətirib çıxara biləcəyindən bu gün təkcə regionda deyil, ümumiyyətlə, dünyada əsas söz sahiblərindən olan Rusiya ilə uzlaşdırılmış siyasət, habelə Azərbaycanın dostlarının belə bu siyasətdə aktivliyi çox vacib məqam idi ki, məhz bu baxımdan İlham Əliyevi təbrik etmək olar.

Azərbaycan prezidenti yaxşı anlayırdı ki, Qarabağ münaqişəsinin həllində Rusiya amili nə qədər vacibdirsə, regiondakı sabitliyin möhkəmliyində də bu faktor mühüm əhəmiyyətə malikdir.

Kimsə iddia edə bilməz ki, bu gün Azərbaycanın xarici siyasət kursunda hansısa neqativlik var. Əksinə səbirlə, az qala xalça toxuyurmuş kimi… ilmə-ilmə atılan addımlar, yürüdülən xarici siyasət kursu, formalaşdırılan AZƏRBAYCANIN XARİCİ SİYASƏT ÜZÜ bu gün ən uğurlusudur və bundan yaxşısının olmadığı da faktdır.

Azərbaycan xalqı çoxdan yüksəliş yolunda İNADLA, İLHAMLA YÜRÜMƏ qərarını verib - Bu günə BAXIŞ











Normalda Azərbaycan kimi dövlətlərin nəinki regionda gücə, söz sahibinə çevrilməsi mümkün olmur, hətta öz daxilində belə əmin-amanlığı qoruması ciddi problem hesab olunur. Amma bu gün məhz İlham Əliyevin ağıllı diplomatik gedişləri Azərbaycanı içdən rahatlatdığı kimi, həm də Azərbaycanın üzünü ölkə xaricində də güldürməkdədir.

Bunun nəticəsidir ki, Azərbaycan bütün qonşularının çaxnaşdığı bir ərəfədə STABİLLİK ADASI təəssüratını yaradır. Azərbaycan yeganə neft və müsəlman ölkəsidir ki, təkcə stabilliyini qorumur, həm də çoxspektrli ciddi inkişaf yolundadır.

Buna nail olmaq… Kim üçünsə asan görünə bilər. Amma bu böyük və çətin, məsuliyyət tələb edən işin öhdəsindən layiqincə gələn Azərbaycan prezidenti və onun siyasi komandası bundan da ciddi uğurlara layiqdir, desək də, yanılmarıq.

Bunu isə zaman göstərəkəc. İnşallah… Çünki Azərbaycan xalqı çoxdan məhz qeyd etdiyimiz yolda İNADLA, İLHAMLA YÜRÜMƏ qərarını verib.

Allah yolumuzu hər zaman açıq eləsin…

Məhəmməd ƏRSOY
DİA.AZ-ın baş redaktoru…
Dünən, 16:00
Ermənilər Xocalı aeroportunu niyə bu formada tikiblər? – Sirr açıldı
Dünən, 15:30
Ermənilərin sərhəd TƏLAŞI... - Daha çox ərazi...
Dünən, 14:22
Sülhməramlıları xatırlayarkən: separatçılığa dəstək, terrora yardım... - "Həmişə Azərbaycana qarşı qərəzli mövqedə dayandılar"
Dünən, 14:04
Lukaşenkodan Şuşada traktor hədiyyəsi - FOTOLAR
Dünən, 13:58
İlham Əliyev və Aleksandr Lukaşenko Şuşa şəhərinə səfər ediblər
Dünən, 12:51
Azərbaycan XİN: Fransa tərəfi üzr istəməlidir
Dünən, 12:00
Prezidentlər Füzulinin Baş planı ilə tanış oldu
Dünən, 11:53
Əliyev Lukaşenkonu Füzulidə qarşıladı - FOTOLAR
Dünən, 11:46
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - AÇIQLAMA
Dünən, 11:41
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri yenidən görüşüblər
Dünən, 11:05
Rövşən Nəcəf UEFA prezidenti ilə görüşüb
Dünən, 11:01
Misir İsrailin təklifini rədd edib - "Reuters"
Dünən, 10:56
Pedofillərlə bağlı qanunda dəyişiklik edildi - RƏSMİ
Dünən, 10:51
Türkiyə Xarici İşlər Nazirliyində ciddi dəyişiklik
Dünən, 10:33
Füsunkar təbiəti ilə seçilən Kəlbəcərdən yeni görüntülər - VİDEO
Dünən, 10:28
Azərbaycanın İrandakı səfirliyinin yeri dəyişdirilib
Dünən, 10:21
Azərbaycanla proses uğurlu keçdi - Qriqoryan
Dünən, 09:26
"Kurtlar vadisi"nin aktyoru Azərbaycan vətəndaşı olmaq istəyir
Dünən, 09:21
ABŞ ruslara qarşı sanksiyalar tətbiq etdi
Dünən, 09:17
Polşa “Bayraktar”lara qovuşdu
Dünən, 09:17
Sülhməramlılarsız Qarabağ: Müstəqil Azərbaycanın yeni reallıqları - VİDEO
Dünən, 09:13
Avropada BAŞ NAZİR "OVU" - Daha bir hökumət başçısı ÖLÜMLƏ HƏDƏLƏNİR
Dünən, 09:00
“Ona birbaşa dedim ki, siz cənnətdə yaşayırsınız”
16-05-2024, 16:00
Kalininqrad modeli yaxşı ideyadır - AKTUAL
16-05-2024, 15:30
"Paşinyanın yerinə kim gəlsə, onun üzərinə ən ağır yük düşəcək" - "Fakt"
16-05-2024, 15:26
Azərbaycan və Belarusun üç şəhəri qardaşlaşıb
16-05-2024, 14:22
Rusların belə gedişi... BÖYÜK UĞURDUR! - HƏQİQƏTƏN DƏ...