Yol Polisi ləğv olunarsa.. – Yollarımızın təhlükəsizliyi ləğv olunar
Gundem
Oxunub: 1 708
16 iy 2016 | 17:28
Yol Polisi ləğv olunarsa.. – Yollarımızın təhlükəsizliyi ləğv olunar












Yol Polisi ləğv olunarsa.. – Yollarımızın təhlükəsizliyi ləğv olunar… Bəli, bu faktdır. Həqiqətən də Azərbaycanda yollar üzərindəki hüquqi nəzarətin buraxılıb, ictimai nəzarətə təhvil verilməsi BÖYÜK FACİƏLƏRƏ gətirib çıxara bilər. Çünki…

Bunun nə o yanı var, nə də bu yanı. Biz bir millət olaraq öz üstünlüklərimizdən də xəbərdarıq, ətrafımıza olan xarakterik yanaşma tərzimizdən də. Kimsə bu milləti aşağılaya bilməz. Amma hər kəs bu millətin xarakterindəki bəzi keyfiyyətlərin hansı səviyyədə qanunsuzluğa təmayüllü olmasından yaxşı xəbərdardır.

Yəni bizlər hətta bu gün AXCP sədri Razi Nurullayevin ləğvini arzuladığı Dövlət Yol Polisinin varlığı şəraitində belə YOL HƏRƏKƏTİ QAYDALARINA ÇƏRÇİVƏ, BUXOV kimi baxırıqsa, deməli, istədiyimiz AZADLIQ heç də yaxşı nəsə deyil. Və ən azından Razi Nurullayevin təqdim etməyə çalışdığı gözəllik deyil…

Bu gün bizlər cəbhə xəttindəki itkilərimizi böyük ürək ağrısı ilə qarşılayırıq. Halbuki onlar bir ŞƏRƏFLİ YOLDA canlarını fəda etməyə hazır olanların təbii aqibətini yaşayırlar – ŞƏHİD OLURLAR! Yəni bu gün müharibə şəraitində yaşayan, torpaqlarının 20 faizi işğal altında olan bir Azərbaycan üçün CƏBHƏDƏN ŞƏHİD XƏBƏRİNİN gəlməsi ürəkağrıdan olsa da, həm də gözləniləndir.

Amma kimsə nədənsə YOLLARIMIZDA YAŞANILAN MÜHARİBƏDƏ – bəli, əsl mürahibədə verdiyimiz itkilərin faciəviliyinə xüsusi həssaslıq nümayiş etdirmək istəmir. Söhbət İCTİMAİ QAYĞIKEŞLİKDƏN gedir.

Yəni bizlər toplu olaraq yollarda, özü də boşlu-boşuna itirdiklərimizə ağlamaqdansa, bu gerçək müharibənin durdurulması yollarını aramaqdansa, hələ qalxıb da bizi bu itkilərdən AZ DA OLSA sığortalayan Dövlət Yol Polisindən və sərt cəzalardan, bahalı cərimələrdən giley edirik.

Və belə bir şəraitdə daha çox özünün siyasi maraqları aspektindən çıxış edən AXCP sədri Razi Nurullayevin «DYP ləğv olunsun» deməsi, əslindəsə bir siyasət və ən əsası MİLLƏT ADAMI olaraq «Yollarda itkilərimiz azalsın» şüarı ilə ortaya çıxmaması ən azından ürəkağrıdandır. Çünki bizlər məhz millətimizin və dövlətimizin gəlir-çıxarları üzərində hər bir istiqamət üzərə yaşamımızı qurmaq əvəzinə, burada tamam fərqli ampluada görünmüş oluruq.

Keçən yazımızda söz verdik ki, biz DYP-nin nədən ləğv olunmamasını vacib şərtə çevirən real məqamları diqqətə çatdıracağıq. Sözümüzü tuturuq.

1988-ci ildən 2013-ci ilədək (25 il ərzində) Azərbaycanın avtomobil yollarında 66 min 981 yol qəza hadisəsi qeydə alınıb. Nəticədə 23 min 409 nəfər ölüb, 74 min 878 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

2016-ci ilin 6 ayı ərzində respublika ərazisində 905 yol-nəqliyyat hadisəsi qeydə alınmış, nəticədə 304 nəfər həlak olmuş, 970 nəfər yaralanıb. Doğrudur, 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə qəzaların sayı 140 fakt (13,4%), həlak olanların sayı 103 nəfər (25,3%), yaralananların sayı 147 nəfər (13,2%) azalıb.

Müqayisə göstərir ki, I Qarabağ müharibəsində Azərbaycan Ordusu 14 min, ümumilikdə isə ölkəmiz 30 minə yaxın itki verib.

Və bu da o deməkdir ki, Azərbaycan artıq Qarabağda verdiyi itkilərdən qat-qat artığını yollarda verir və kimsə də bu itkilərimizin fərqində deyil…

TƏKCƏ DÖVLƏTDƏN BAŞQA!!!

Yuxarıda qeyd etdiyimiz məqamda da vurğulanır ki, artıq 2016-cı ilin son 6 ayı ərzində yollarda verdiyimiz itkilərin sayı 2015-ci ildə verdiyimiz itkilərlə müqayisədə ciddi şəkildə AZDIR!

Bu isə həmin SƏRT QAYDALARIN, Razi Nurullayevin sevmədiyi YOL POLİSİİNİN İNAMLI ZƏHMƏTİNİN nəticəsidir. Kimsə bunun əksini iddia və sübut edə bilməz.

Hər kəs gözəl bilir ki, kimsə qanunu, yol hərəkəti qaydasını pozmazsa, ona cərimə yazıla bilməz. Doğrudur, bəzən yanlışlıqdan yazılan cərimələr də olur. Amma bu BƏZƏNLƏR barmaqsayı qədərindədir və bu faktlar da sırf olaraq texniki problem və yaxud da naşılıq təzahürü kimi ortaya çıxır ki, son nəticədə də YANLIŞLIQ ARADAN QALDIRILIR.

Yəni bu faktın özü də təsdiqləyir ki, yollarda cəzaların sərtləşdirilməsi konkret olaraq bizi ÖLÜMDƏN UZAQLAŞDIRIR.

Ola bilsin ki, daha gec dərs çıxaran hansısa sürücü cibi boşalana qədər bu sərt cəzalarla üz-üzə qalır, amma bir fakt da var: HƏMİN SÜRÜCÜ HƏM DƏ HƏYATDA QALIR…

Onu və eləcə də içi Razi Nurullayev qarışıq hər bir sürücünü həyatda saxlayan məhz həmin sərt cəzalar, bahalı cərimələr, «kabusa çevrilmiş» DYP əməkdaşlarıdır…

Maləsəf ki, bu, belədir…

Amma biz də istəyərdik ki, yollarda itki verməyək və qanunlarımız da bizi SƏRT FORMADA cəzalandırma zərurətindən yaranmasın…

Davamı yenə olacaq…

DİA.AZ Analitik Qrupu
Bu gün, 12:32
Prezidentlərin iştirakı ilə açılış mərasimi keçirilir - FOTOLAR - YENİLƏNİB
Dünən, 10:44
Daha bir “Prius” qəzası - Ölən və yaralananlar var - Foto
Dünən, 10:39
Könülün qətlindən sonra nənəsi də öldü
Dünən, 10:24
Ana oğlunun şəhid olduğu yeri ilk dəfə gördü - VİDEO
Dünən, 10:19
DİN xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ etdi - FOTO
Dünən, 10:13
Müdafiə Nazirliyinin rəhbər heyəti hərbi vəzifəlilərlə görüşüb
Dünən, 09:18
Blinkenin “gecə konserti” qorxunc sirri ifşa etdi: Ukrayna ABŞ-a daha lazım deyil
Dünən, 09:00
Paşinyan istefaya hazırlaşır? - Xandanyan açıqladı
17-05-2024, 16:00
Ermənilər Xocalı aeroportunu niyə bu formada tikiblər? – Sirr açıldı
17-05-2024, 15:30
Ermənilərin sərhəd TƏLAŞI... - Daha çox ərazi...
17-05-2024, 14:22
Sülhməramlıları xatırlayarkən: separatçılığa dəstək, terrora yardım... - "Həmişə Azərbaycana qarşı qərəzli mövqedə dayandılar"
17-05-2024, 14:04
Lukaşenkodan Şuşada traktor hədiyyəsi - FOTOLAR
17-05-2024, 13:58
İlham Əliyev və Aleksandr Lukaşenko Şuşa şəhərinə səfər ediblər
17-05-2024, 12:51
Azərbaycan XİN: Fransa tərəfi üzr istəməlidir
17-05-2024, 12:00
Prezidentlər Füzulinin Baş planı ilə tanış oldu
17-05-2024, 11:53
Əliyev Lukaşenkonu Füzulidə qarşıladı - FOTOLAR
17-05-2024, 11:46
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - AÇIQLAMA
17-05-2024, 11:41
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri yenidən görüşüblər
17-05-2024, 11:05
Rövşən Nəcəf UEFA prezidenti ilə görüşüb
17-05-2024, 11:01
Misir İsrailin təklifini rədd edib - "Reuters"
17-05-2024, 10:56
Pedofillərlə bağlı qanunda dəyişiklik edildi - RƏSMİ
17-05-2024, 10:51
Türkiyə Xarici İşlər Nazirliyində ciddi dəyişiklik
17-05-2024, 10:33
Füsunkar təbiəti ilə seçilən Kəlbəcərdən yeni görüntülər - VİDEO
17-05-2024, 10:28
Azərbaycanın İrandakı səfirliyinin yeri dəyişdirilib
17-05-2024, 10:21
Azərbaycanla proses uğurlu keçdi - Qriqoryan
17-05-2024, 09:26
"Kurtlar vadisi"nin aktyoru Azərbaycan vətəndaşı olmaq istəyir
17-05-2024, 09:21
ABŞ ruslara qarşı sanksiyalar tətbiq etdi