“Təhdidlərin artdığı şəraitdə ölkə təhlükəsizliyinə daha etibarlı təminat yaratmalıyıq” – Mədət Quliyev
Gundem / Siyaset
Oxunub: 1 045
9 iy 2016 | 15:36
“Təhdidlərin artdığı şəraitdə ölkə təhlükəsizliyinə daha etibarlı təminat yaratmalıyıq” – Mədət Quliyev









Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Heydər Əliyev adına Akademiyasında məzun buraxılışı ilə əlaqədar təntənəli mərasim keçirilib.

DTX-nin ictimai əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, qurumun rəisi general-leytenant Mədət Quliyev mərasimdə çıxış edərək buraxılış münasibətilə məzunları, onların valideynlərini, akademiyanın professor-müəllim heyətini təbrik edib, gənc zabitlərə tapşırıq və tövsiyələrini verib, qarşıda duran vəzifələrdən danışıb. Bildirib ki, müstəqilliyi, dövlətçiliyi qorumaq və təhlükəsizliyi etibarlı təmin etmək ən ümdə vəzifələrdir: “Ölkənin təhlükəsizliyinə cavabdeh şəxslərin yüksək keyfiyyətlərə malik olması, onların dərin bilik və məsuliyyət, vətənpərvərlik və dövlətçiliyə sədaqət ruhunda tərbiyəsi Ulu Öndərin əsas tövsiyəsi idi. Məhz dahi şəxsiyyət Heydər Əliyevin 1998-ci il dekabrın 1-də imzaladığı tarixi sərəncama əsasən ölkəmizin xüsusi xidmət orqanları üçün peşəkar zabit kadrlarının yetişdirilməsi məqsədi ilə bu təhsil müəssisəsi yaradılıb. Ümummilli liderin adını şərəflə daşıyan Akademiyada gələcək əməkdaşların spesifik ali təhsilin incəliklərini mənimsəmələri, zəruri vərdişlərə və mənəvi keyfiyyətlərə yiyələnmələri üçün hər cür şərait yaradılıb. Bu baxımdan, məzunların xidmətə başlayacaqları sahələrdə əzmlə çalışmaları, cəsur, qətiyyətli və prinsipial zabit kimi xidməti vəzifələrini vicdanla yerinə yetirmələri Ümummilli Lider Heydər Əliyevin peşəkarlıq və vətənpərvərlik məktəbinə, milli maraqların qorunması amallarına sədaqət göstəricisidir”.

M. Quliyev qeyd edib ki, dinamik inkişaf edən Azərbaycan bölgənin lideridir, bütün bunlar qlobal və regional xarakterli təhdidlərin artdığı şəraitdə bizi ölkəmizin təhlükəsizliyinə daha etibarlı təminat yaratmağa səfərbər edir. “Eyni zamanda, təhlükəsizliyə cavabdeh orqanların əməkdaşlarından daha yüksək peşəkarlıq, bilik səviyyəsi, əməliyyat-döyüş hazırlığı, tapşırıqların icrasında çeviklik və səriştə tələb olunur. Ümid edirəm ki, Ulu Öndərin adını daşıyan Akademiyanı uğurla bitirən gənc zabitlərimiz bu müqəddəs ocaqda təhsil aldıqlarına görə həmişə fəxr edəcək və burada qazanılan mükəmməl bilik sayəsində Dövlət Təhlükəsizliyi Xidmətinin müxtəlif struktur bölmələrində, ərazi orqanlarında vəzifə borclarını sədaqət və əzmlə davam etdirəcəklər”.

DTX rəisi təntənəli mərasim iştirakçıları adından Azərbaycan prezidenti İlham Əliyevi əmin edib ki, bu gün sıralara qoşulan gənc zabitlər də bütün şəxsi heyət kimi xalqa ləyaqətlə xidmət edəcək, Silahlı Qüvvələrin Ali Baş Komandanının bütün əmr və göstərişlərini bundan sonra da dərhal və vicdanla yerinə yetirəcək.

M. Quliyev xatirələrində əbədi qalacaq bu gün münasibəti ilə gənc zabitləri bir daha təbrik edərək, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb və akademiyanı fərqlənmə ilə bitirən məzunlara diplomları təqdim edib.

Digər məzunlara da diplomlar təqdim olunduqdan sonra akademiyanın zabit və kursantları orkestrin müşayiəti ilə hərbi marşla tribunanın önündən keçiblər. Sonra Heydər Əliyevin abidəsi önündə xatirə şəkli çəkdirilib.

Təntənəli mərasimin sonunda M. Quliyev məzunların valideynləri ilə görüşüb.
Bu gün, 12:32
Prezidentlərin iştirakı ilə açılış mərasimi keçirilir - FOTOLAR - YENİLƏNİB
Dünən, 10:44
Daha bir “Prius” qəzası - Ölən və yaralananlar var - Foto
Dünən, 10:39
Könülün qətlindən sonra nənəsi də öldü
Dünən, 10:24
Ana oğlunun şəhid olduğu yeri ilk dəfə gördü - VİDEO
Dünən, 10:19
DİN xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ etdi - FOTO
Dünən, 10:13
Müdafiə Nazirliyinin rəhbər heyəti hərbi vəzifəlilərlə görüşüb
Dünən, 09:18
Blinkenin “gecə konserti” qorxunc sirri ifşa etdi: Ukrayna ABŞ-a daha lazım deyil
Dünən, 09:00
Paşinyan istefaya hazırlaşır? - Xandanyan açıqladı
17-05-2024, 16:00
Ermənilər Xocalı aeroportunu niyə bu formada tikiblər? – Sirr açıldı
17-05-2024, 15:30
Ermənilərin sərhəd TƏLAŞI... - Daha çox ərazi...
17-05-2024, 14:22
Sülhməramlıları xatırlayarkən: separatçılığa dəstək, terrora yardım... - "Həmişə Azərbaycana qarşı qərəzli mövqedə dayandılar"
17-05-2024, 14:04
Lukaşenkodan Şuşada traktor hədiyyəsi - FOTOLAR
17-05-2024, 13:58
İlham Əliyev və Aleksandr Lukaşenko Şuşa şəhərinə səfər ediblər
17-05-2024, 12:51
Azərbaycan XİN: Fransa tərəfi üzr istəməlidir
17-05-2024, 12:00
Prezidentlər Füzulinin Baş planı ilə tanış oldu
17-05-2024, 11:53
Əliyev Lukaşenkonu Füzulidə qarşıladı - FOTOLAR
17-05-2024, 11:46
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - AÇIQLAMA
17-05-2024, 11:41
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri yenidən görüşüblər
17-05-2024, 11:05
Rövşən Nəcəf UEFA prezidenti ilə görüşüb
17-05-2024, 11:01
Misir İsrailin təklifini rədd edib - "Reuters"
17-05-2024, 10:56
Pedofillərlə bağlı qanunda dəyişiklik edildi - RƏSMİ
17-05-2024, 10:51
Türkiyə Xarici İşlər Nazirliyində ciddi dəyişiklik
17-05-2024, 10:33
Füsunkar təbiəti ilə seçilən Kəlbəcərdən yeni görüntülər - VİDEO
17-05-2024, 10:28
Azərbaycanın İrandakı səfirliyinin yeri dəyişdirilib
17-05-2024, 10:21
Azərbaycanla proses uğurlu keçdi - Qriqoryan
17-05-2024, 09:26
"Kurtlar vadisi"nin aktyoru Azərbaycan vətəndaşı olmaq istəyir
17-05-2024, 09:21
ABŞ ruslara qarşı sanksiyalar tətbiq etdi