214 saylı məktəbin direktoru nə üçün valideynləri izahat yazmağa məcbur edib?
Gundem
Oxunub: 1 008
28 in 2016 | 13:33
214 saylı məktəbin direktoru nə üçün valideynləri izahat yazmağa məcbur edib?











Fəridə Rəcəbova tez-tez Vidadi Bəbirovun sinifində görünür və bununla da dərs prosesinin bölünməsinə səbəb olur Ötən sayımızda Bakının Nizami rayonunda yerləşən Vüqar Sadıqov adına 214 saylı orta məktəbdə yaşanan neqativ hallarla bağlı əldə etdiyimiz bilgiləri diqqətinizə çatdırmışdıq. Qeyd edək ki, Fəridə Rəcəbovanın direktoru olduğu təhsil müəssisəsində ciddi problemlərin hökm sürdüyünü iddia edən məlumatlı şəxsin Gundelik-Baku.com-a verdiyi ən son informasiyada bildirilir ki, məhz həmin yazıdan sonra direktor məktəbin müəllim heyətini, eyni zamanda valideynləri toplayaraq onlarla görüş keçirib. Həmin görüşdə valideynlərdən izahat alındığını vurğulayan mənbənin sözlərinə görə, Fəridə Rəcəbova bu yolla özünü sığortalamağa çalışıb: «Belə ki, deyilənlərə görə, valideynləri toplayan məktəb direktoru onlardan pul almadığına, həmçinin təhsil müəssisəsində hər şeyin qaydasında olduğuna, ibtidai və yuxarı siniflərdən pul yığılmadığına dair izahat alıb. Bildirilir ki, valideynlər ilk öncə belə bir izahat yazmaqdan imtina ediblər. Lakin Fəridə Rəcəbovanın israrlı təkidindən sonra valideynlər övladlarının əlavə problemlərlə üzləşməməsi üçün könülsüz də olsa, tələb olunan izahatı yazmağa məcbur olublar. Aydın şəkildə görünür ki, 214 saylı orta məktəbin direktoru məhz bu yolla özünü sığortalamağa, özü və rəhbərlik etdiyi təhsil müəssisəsilə bağlı yayılan məlumatları yalanlamağa çalışır. Lakin bunun baş tutma ehtimalı olduqca zəifdir. Çünki artıq Nizami Rayon İcra Hakimiyyyəti, Bakı Şəhər Baş Təhsil İdarəsi, Təhsil Nazirliyi, o cümlədən digər müvafiq qurumlar 214 saylı orta məktəbdə yaşanan neqativ hallardan yetərincə məlumatlıdırlar. Odur ki, Fəridə Rəcəbovanın özünü müdafiə məqsədilə atdığı addımın o qədər də ciddi effekti, təsiri olmayacaq». Bu arada, adıçəkilən təhsil müəssisəsinin direktorunun mütəmadi olaraq 214 saylı orta məktəbin gənclərin çağırışaqədərki hazırlığı fənn müəllimi, Bakı Ali Ümumqoşun Komandirləri Məktəbinin məzunu Vidadi Xanəhməd oğlu Bəbirovun sinifində göründüyünü deyən məlumatlı şəxs qeyd edir ki, bu, çoxları tərəfindən birmənalı qarşılanmır: «Deyilənlərə görə, Fəridə Rəcəbova tez-tez Vidadi Bəbirovun sinifində görünür və bununla da dərs prosesinin bölünməsinə səbəb olur. Bildirilir ki, artıq məktəbin pedaqoq heyəti öz aralarındakı söhbət zamanı bu məsələdən narahatlıq keçirdiklərini, bu cür hadisələrin doğru qarşılanmadığını qeyd edirlər. Çünki bu cür olaylar pedaqoq və şagird heyətini narazı salmaqla yanaşı, tədrisin keyfiyyətinə də mənfi təsirini göstərməkdədir. Bundan başqa, o da qeyd olunmalıdır ki, ara-sıra məktəbdə çalışan müəllimlərin əməkhaqlarından heç bir tutarlı səbəb göstərilmədən müəyyən qədər tutulur və həmin vəsaitlərin hara xərclənməsi, kimlərin cibinə getməsilə bağlı heç kəsə məlumat verilmir. Ümumiyyətlə, Fəridə Rəcəbovanın direktoru olduğu 214 saylı orta məktəbdə imtahanlar zamanı şagirdlər gözümçıxdıya salınır, müxtəlif yollarla onlardan pul toplanılır. Bildiyiniz kimi, bu gün bir çox məktəblərdə «fondpulu» ləğv olunsa da, 214 saylı orta məktəbdə bu «ənənə» hələ də qalmaqdadır. Səbəbini soruşanda heç bir cavab almaq olumur. Deyirlər, verməlisiz, vəssalam. Şagirdlərdən də müxtəlif adla pul yığırlar. Etiraz edənləri isə sinifdə saxlayacaqları ilə hədələyirlər. Məhz bu cür yollarla Fəridə Rəcəbova özünün həyat şəraitini yaxşılaşdırmaqla yanaşı, eyni zamanda ətrafındakı bir sıra insanlara da gün ağlayır». Mövzu ilə əlaqədar qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq. P.S. Birinci sinfə qəbulla, attestatla bağlı növbəti sayımızda oxuya bilərsiniz. Gundelik-Baku.com
Dünən, 10:44
Daha bir “Prius” qəzası - Ölən və yaralananlar var - Foto
Dünən, 10:39
Könülün qətlindən sonra nənəsi də öldü
Dünən, 10:24
Ana oğlunun şəhid olduğu yeri ilk dəfə gördü - VİDEO
Dünən, 10:19
DİN xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ etdi - FOTO
Dünən, 10:13
Müdafiə Nazirliyinin rəhbər heyəti hərbi vəzifəlilərlə görüşüb
Dünən, 09:18
Blinkenin “gecə konserti” qorxunc sirri ifşa etdi: Ukrayna ABŞ-a daha lazım deyil
Dünən, 09:00
Paşinyan istefaya hazırlaşır? - Xandanyan açıqladı
17-05-2024, 16:00
Ermənilər Xocalı aeroportunu niyə bu formada tikiblər? – Sirr açıldı
17-05-2024, 15:30
Ermənilərin sərhəd TƏLAŞI... - Daha çox ərazi...
17-05-2024, 14:22
Sülhməramlıları xatırlayarkən: separatçılığa dəstək, terrora yardım... - "Həmişə Azərbaycana qarşı qərəzli mövqedə dayandılar"
17-05-2024, 14:04
Lukaşenkodan Şuşada traktor hədiyyəsi - FOTOLAR
17-05-2024, 13:58
İlham Əliyev və Aleksandr Lukaşenko Şuşa şəhərinə səfər ediblər
17-05-2024, 12:51
Azərbaycan XİN: Fransa tərəfi üzr istəməlidir
17-05-2024, 12:00
Prezidentlər Füzulinin Baş planı ilə tanış oldu
17-05-2024, 11:53
Əliyev Lukaşenkonu Füzulidə qarşıladı - FOTOLAR
17-05-2024, 11:46
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - AÇIQLAMA
17-05-2024, 11:41
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri yenidən görüşüblər
17-05-2024, 11:05
Rövşən Nəcəf UEFA prezidenti ilə görüşüb
17-05-2024, 11:01
Misir İsrailin təklifini rədd edib - "Reuters"
17-05-2024, 10:56
Pedofillərlə bağlı qanunda dəyişiklik edildi - RƏSMİ
17-05-2024, 10:51
Türkiyə Xarici İşlər Nazirliyində ciddi dəyişiklik
17-05-2024, 10:33
Füsunkar təbiəti ilə seçilən Kəlbəcərdən yeni görüntülər - VİDEO
17-05-2024, 10:28
Azərbaycanın İrandakı səfirliyinin yeri dəyişdirilib
17-05-2024, 10:21
Azərbaycanla proses uğurlu keçdi - Qriqoryan
17-05-2024, 09:26
"Kurtlar vadisi"nin aktyoru Azərbaycan vətəndaşı olmaq istəyir
17-05-2024, 09:21
ABŞ ruslara qarşı sanksiyalar tətbiq etdi
17-05-2024, 09:17
Polşa “Bayraktar”lara qovuşdu