Ağdam səhiyyəsində qalmaqal yetişir - Bəxtiyar Haqverdiyev ümidləri doğrultmadı
Gundem
Oxunub: 4 318
1 iy 2016 | 09:33
Ağdam səhiyyəsində qalmaqal yetişir - Bəxtiyar Haqverdiyev ümidləri doğrultmadı

























Ağdam səhiyyəsində qalmaqal yetişir - Bəxtiyar Haqverdiyev ümidləri doğrultmadı

Ağdam Mərkəzi Xəstəxanasının baş həkimi Bəxtiyar Haqverdiyev ağdamlıları narazı salıb. Buna səbəb isə onun atdığı bir sıra addımlar və etdiyi hərəkətlərdir. Azerinfo.az-a verilən məlumatda deyilir ki, baş həkim Bəxtiyar Haqverdiyev təyinat aldığı ilk gündən “ixtisar” adı altında narazılıq yaratmağa başlayıb. Belə ki, iki aydır baş həkim təyin olunan sözügedən şəxs artıq Ağdam səhiyyəsində çalışan 100-dən artıq şəxsi işdən çıxarıb.

Qalmaqallı təyinat

Baş həkimin təyinatı ilə bağlı Azerinfo.az-a məlumat verən mənbəmiz “O harada işləyibsə, orada qalmaqallı şəxs kimi tanınıb. Məsələn, onun Qəbələ Diaqnostika Mərkəzində işlədiyi zaman baş həkimlə yola getmədiyi vurğulanır. Lakin sonradan baş həkim Sabir doxtur onun işdən çıxarılmasına nail olub” deyir.
Və bir vaxtlar Qəbələ Diaqnostika Mərkəzində baş həkim işləyərkən vətəndaşları süründürməçiliyə saldığına, rüşvət almaqda ittiham olunmaqla, çox rüsvayçı şəkildə həmin işindən uzaqlaşdırılmış Bəxtiyar Haqverdiyev bu vəzifəyə təyin olunduğu qısa müddət ərzində çox ciddi narazılıqların, ciddi şəkildə ixtisarların, dərman çatışmamazlığına etirazların meydana gəlməsini bildirən mənbə,həmin ixtisar etmələrin də yenidən bərpa olunmaq adı ilə həmin şəxslərdən rüşvət alınması məqsədilə edildiyini bildirir. Artıq yenidən bərpa olunmaq üçün bir neçə keçmiş işçidən pul alınması qeyd olunur. Həmin bərpa olunmuş və olunacaq şəxslərin də siyahısını növbəti yazılarımızda dərc edəcəyik. Məsələnin başqa tərəfi isə baş həkimin özünün də bu vəzifəyə təyinat aldığı üçün ciddi şəkildə peşimançılıq çəkdiyi, kollektivlə baş edə bilmədiyi deyilir.

Pulsuz dərmanlar verilmir

Mənbələr bildirirlər ki, xəstələrin xüsusi narazılığını doğuran amillərdən birinin xəstəxanaya dərmanların alınmasında şişirdilmiş qiymətlərlə bağlıdır. Başqa sözlə desək, apteklərdə bir qiymətə satılan dərman preparatları xəstəxana üçün alınan zaman müvafiq sənədlərdə onların qiymətləri üç-dörd dəfə artıq göstərilir. Bildirilir ki, Ağdam rayon mərkəzi xəstəxanasında Səhiyyə Nazirliyinin xəstələrin ərzaq və dərman preparatları ilə təminatlarına dair verdiyi təlimatlar kobud şəkildə pozulur. Hətta vərəm və şəkərli diabet xəstələri belə pulsuz dərmanla təmin olunmurlar. Yalnız bir neçə adda ucuz və az effektli həb preparatları xəstələrə pulsuz verilir. Əhaliyə göstərilməli olan pulsuz xidmətlər demək olar ki, formal xarakter daşıyır. Əhaliyə vaxtı-vaxtında şəkərli diabet xəstələri üçün nəzərdə tutulan dərmanlar və lazım olan şəkər analizi üçün çubuqlar ya pulla satılır, ya da ümumiyyətlə verilmir.

“Ölü can”lar

Rayondan aldığımız digər bir məlumatda isə qeyd olunur ki, RMX-nın doğum şöbəsində də konkret qiymətlər müəyyənləşdirib və ana olmaq istəyənlərdən həmin pul alınmadan pasient şöbəyə ümumiyyətlə buraxılmır. Bu gün Ağdam Rayon Mərkəzi Xəstəxanasında primitiv səviyyədə göstərilən tibbi xidmətlərə görə yüksək məbləğlərin alınması, dərman preparatları ilə spekulyasiyalar, xəstəxanalarda cərrahiyə və digər tibbi əməliyyatların antisanitariya şəraitində həyata keçirilməsi kimi faktlar müşahidə olunmaqdadır. Digər tərəfdən isə, redaksiyamıza daxil olmuş məlumatlarda Bəxtiyar Haqverdiyevin rayonun səhiyyə sahəsində çalışan tibbi və texniki personalın əmək haqları ilə bağlı bəzi maxinasiyalara əl atdığı bildirilir.
Bəzi ucqar kəndlərdə guya fəaliyyət göstərən amblatoriyalarda çalışan tibbi personalı heç kim görmür. Lakin bu ambulatoriyaya və orda guya mövcud olan personala dövlətdən pul ayrılır ki, bunları da baş həkim mənimsəyir. “Ölü can” əməliyyatı Ağdam Səhiyyəsində bundan əvvəlki baş həkim Gülnar Abbasovanın vaxtında necə idisə indi də qalıb. Hətta Bəxtiyar Haqverdiyevin zamanında artan xətt üzrə gedir.

Ardı var.

Bu gün, 10:44
Daha bir “Prius” qəzası - Ölən və yaralananlar var - Foto
Bu gün, 10:39
Könülün qətlindən sonra nənəsi də öldü
Bu gün, 10:24
Ana oğlunun şəhid olduğu yeri ilk dəfə gördü - VİDEO
Bu gün, 10:19
DİN xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ etdi - FOTO
Bu gün, 10:13
Müdafiə Nazirliyinin rəhbər heyəti hərbi vəzifəlilərlə görüşüb
Bu gün, 09:18
Blinkenin “gecə konserti” qorxunc sirri ifşa etdi: Ukrayna ABŞ-a daha lazım deyil
Bu gün, 09:00
Paşinyan istefaya hazırlaşır? - Xandanyan açıqladı
Dünən, 16:00
Ermənilər Xocalı aeroportunu niyə bu formada tikiblər? – Sirr açıldı
Dünən, 15:30
Ermənilərin sərhəd TƏLAŞI... - Daha çox ərazi...
Dünən, 14:22
Sülhməramlıları xatırlayarkən: separatçılığa dəstək, terrora yardım... - "Həmişə Azərbaycana qarşı qərəzli mövqedə dayandılar"
Dünən, 14:04
Lukaşenkodan Şuşada traktor hədiyyəsi - FOTOLAR
Dünən, 13:58
İlham Əliyev və Aleksandr Lukaşenko Şuşa şəhərinə səfər ediblər
Dünən, 12:51
Azərbaycan XİN: Fransa tərəfi üzr istəməlidir
Dünən, 12:00
Prezidentlər Füzulinin Baş planı ilə tanış oldu
Dünən, 11:53
Əliyev Lukaşenkonu Füzulidə qarşıladı - FOTOLAR
Dünən, 11:46
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - AÇIQLAMA
Dünən, 11:41
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri yenidən görüşüblər
Dünən, 11:05
Rövşən Nəcəf UEFA prezidenti ilə görüşüb
Dünən, 11:01
Misir İsrailin təklifini rədd edib - "Reuters"
Dünən, 10:56
Pedofillərlə bağlı qanunda dəyişiklik edildi - RƏSMİ
Dünən, 10:51
Türkiyə Xarici İşlər Nazirliyində ciddi dəyişiklik
Dünən, 10:33
Füsunkar təbiəti ilə seçilən Kəlbəcərdən yeni görüntülər - VİDEO
Dünən, 10:28
Azərbaycanın İrandakı səfirliyinin yeri dəyişdirilib
Dünən, 10:21
Azərbaycanla proses uğurlu keçdi - Qriqoryan
Dünən, 09:26
"Kurtlar vadisi"nin aktyoru Azərbaycan vətəndaşı olmaq istəyir
Dünən, 09:21
ABŞ ruslara qarşı sanksiyalar tətbiq etdi
Dünən, 09:17
Polşa “Bayraktar”lara qovuşdu