Prezidentdən Miqrasiya Xidməti ilə bağlı FƏRMAN

Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətində qulluq keçən xüsusi rütbəsi olan işçilərin xüsusi geyim forması və fərqlənmə nişanları haqqında Əsasnamə”də dəyişikliklər edilməsi və “Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətində qulluq keçən kiçik xüsusi rütbəsi olan işçilərin xüsusi geyim formasının və fərqlənmə nişanlarının təsvirləri”nin təsdiq edilməsi barədə” fərmanda dəyişiklik edilməsi haqqında fərman imzalayıb.
“Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətində qulluq keçən xüsusi rütbəsi olan işçilərin xüsusi geyim forması və fərqlənmə nişanları haqqında Əsasnamə”nin və “Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətində qulluq keçən xüsusi rütbəsi olan işçilərin xüsusi geyim formasının və fərqlənmə nişanlarının təsvirləri”nin təsdiq edilməsi barədə” fərmanda aşağıdakı dəyişikliklər edilib:
Geyim formasının tərkibinə aşağıdakı geyim əşyaları daxildir:
furajka (qadınlarda – şlyapa) – tünd boz rəngli;
qış papağı – tünd boz rəngli;
palto – tünd boz rəngli;
dəri gödəkcə – tünd boz rəngli;
kitel – tünd boz rəngli;
şalvar (qadınlarda – yubka və şalvar) – tünd boz rəngli;
şalvar qayışı – qara rəngli;
yun köynək – tünd boz rəngli;
uzunqol köynək – ağ rəngli;
qısaqol köynək – ağ rəngli;
qalstuk – tünd boz, gümüşü rəngli sıxacla;
şərf – qara rəngli;
əlcək – qara rəngli;
corablar – qara rəngli (qadınlarda – dəri rəngli neylon, yaxud qara rəngli yarımyun corablar);
tufli, yarımçəkmə – qara rəngli.
Qış papağı:
xüsusi rütbəsi olan kişi işçilər üçün tünd boz rəngdədir, silindr formalıdır, hündürlüyü 12 sm olmaqla dövrədən və günlükdən ibarətdir. Xarici üst hissəsi tünd boz rəngli drap parça ilə örtülür. Günlük tünd boz rəngli olmaqla dövrənin ön hissəsinə bərkidilir və onun ortada eni 6 sm-dir. Günlüyün üstünə ali xüsusi rütbəsi olan işçilər üçün iki, böyük xüsusi rütbəsi olan işçilər üçün bir cərgə gümüşü rəngdə palıd yarpağının naxışı tikilir. Eni 1.5 sm olan gümüşü rəngli çənəaltı qayışcıq iki kiçik forma düyməsi ilə günlük boyu dövrəyə bərkidilir;
xüsusi rütbəsi olan qadın işçilər üçün tünd boz rəngdədir, günlüksüzdür, oval formalıdır və üst hissəsinin kənar dövrəsinə paralel xüsusi qövsvari forma verilmişdir;
ali xüsusi rütbəsi olan kişi və qadın işçilər üçün dövrə tünd boz rəngli təbii qaragül dərisindən tikilir və içində ipək astar vardır;
baş miqrasiya xidməti müşaviri xüsusi rütbəsi olan kişi işçilər üçün dövrənin ön hissəsi tünd boz rəngli drap parçadan, arxa və yan hissələri, o cümlədən baş miqrasiya xidməti müşaviri xüsusi rütbəsi olan qadın işçilər üçün dövrə tünd boz rəngli süni qaragül dərisindən tikilir. Baş miqrasiya xidməti müşaviri xüsusi rütbəsi olan kişi və qadın işçilər üçün qış papağının içində ipək astar vardır;
xüsusi rütbəsi olan digər kişi və qadın işçilər üçün tünd boz rəngli süni xəzdən tikilir və öz konstruksiyasına görə baş miqrasiya xidməti müşaviri xüsusi rütbəsi olan kişi və qadın işçilər üçün nəzərdə tutulan papaqla eynidir. Xüsusi rütbəsi olan digər kişi və qadın işçilər üçün qış papağının içində sarja astar vardır;
dövrənin ön hissəsinin mərkəzinə kokarda bərkidilir (şəkil 5.3, 5.4, 5.7, 5.8, 5.9, 5.12, 5.13).
Palto tünd boz rəngli yun parçadan tikilir, birbortludur, laskanlıdır, qatlanan boyunluqlu və açıq yaxalıdır. Üst yaxalıq ali xüsusi rütbəsi olan işçilər üçün tünd boz rəngli təbii qaragül dərisindən, baş miqrasiya xidməti müşaviri xüsusi rütbəsi olan işçilər üçün tünd boz rəngli süni qaragül dərisindən, digər xüsusi rütbəsi olan işçilər üçün isə tünd boz rəngli süni xəzdəndir və taxılıb-çıxarılandır. Ali xüsusi rütbəsi olan işçilər üçün yaxalığının kənarı boyunca və qol köbəsinin üstündən qırmızı rəngli mahuddan kant tikilir. Palto dörd böyük forma düyməsi ilə sağ tərəfə (qadınlarda – sol tərəfə) düymələnir. Palto astarlıdır və astarında iki kəsmə qoltuq cibi vardır. Paltonun laylarında yanlardan köklənmiş və yan kəsmə, qapaqlı ciblər vardır. Paltonun poqonları çiyinə tikilir. Kürək, orta və aşağı hissələrdə şlitsa ilə tamamlanan tikiş vardır. Bel səviyyəsində paltonun yan tikiş yerlərinə bərkidilmiş iki böyük forma düyməsi ilə düymələnən tənzimləyici kəmərcik vardır. Qolları ikitikişli, qol köbəli, içəridən tikiləndir. Paltonun sol qolunun xarici səthində çiyinlə qolu birləşdirən tikiş xəttindən 14 sm aşağıda fərqlənmə qol nişanı yerləşdirilir. Döşəmədən paltonun ətəyinədək olan məsafə 43–45 sm-dir (şəkil 1.1, 2.1, 2.2, 3.1).
Dəri gödəkcə tünd boz rəngli süni dəridən tikilir. Mərkəzdən gizli zəncirbəndlə bağlanan, qatlanan boyunluqlu, laskanlıdır. Dəri gödəkcə basmadüymə ilə kişilərdə sağ tərəfə, qadınlarda isə sol tərəfə düymələnir. Yaxalıq ali xüsusi rütbəsi olan işçilər üçün tünd boz rəngli təbii qaragül dərisindən, baş miqrasiya xidməti müşaviri xüsusi rütbəsi olan işçilər üçün tünd boz rəngli süni qaragül dərisindən, xüsusi rütbəsi olan digər işçilər üçün isə tünd boz rəngli süni xəzdəndir və taxılıb-çıxarılandır. Laylarında yan kəsmə köndələn ciblər vardır. Kürək hissəsinin ortasında aşağıda şlitsa ilə tamamlanan tikiş vardır. Qolları ikitikişli, köbəli, içəridən tikiləndir. Təbii xəzdən istiləşdirilmiş və taxılıb-çıxarılan astarlıdır. Astarında iki kəsmə qoltuq cibi vardır. Taxılıb-çıxarılan poqonların çiyinə bərkidilməsi üçün gödəkcənin öz rəngində kəmərcikləri vardır. Kəmərciklər adi düymə ilə və ilgəklə düymələnir. Gödəkcənin sol qolunun xarici səthində çiyinlə qolu birləşdirən tikiş xəttindən 14 sm aşağıda fərqlənmə qol nişanı yerləşdirilir. Döşəmədən dəri gödəkcənin ətəyinədək olan məsafə 65 sm-dir (şəkil 1.2, 2.3, 2.4, 3.2).
Ətəyin uzunluğu diz xəttindən 5 sm aşağı olmalıdır.
Yun köynək tünd boz rəngli yundan toxunur. Dik yaxalıqlıdır, mərkəzdən açıq zəncirbəndlə bağlanır və aşağı kənarlarına manjet tikilir. Yun köynəyin çiyin və dirsək hissələrinə köynəyin öz rəngində möhkəm parçadan əlavə qatlar tikilir. Taxılıb-çıxarılan poqonlar üçün yun köynəyin öz rəngində kəmərcikləri vardır. Kəmərciklər kiçik adi düymə ilə və ilgəklə düymələnir. Üzərində heç bir fərqlənmə nişanı yoxdur (şəkil 1.4, 2.7, 2.8, 3.4).
Uzunqol köynək ağ rənglidir, pambıq parçadan tikilir. Köynək 7 kiçik adi düymə ilə sağ tərəfə (qadınlarda – sol tərəfə) düymələnir. Kürəyi koketkalıdır. Ətəyi qurşaqlı, yanlardan rezinlidir. Köynəyin sağ və sol bortlarında üstdən tikmə qapaqlı ciblər vardır. Qatlanan boyunluqludur. Köynək qalstukla geyilir. Köynəyin sol qolunun xarici səthində çiyinlə qolu birləşdirən tikiş xəttindən 14 sm aşağıda fərqlənmə qol nişanı yerləşdirilir. Köynəyin taxılıb-çıxarılan poqonları çiyinə bərkidilir. Poqonlar üçün kəmərciklər orta forma düymələri ilə düymələnir (şəkil 1.5, 2.9, 2.10, 3.5).
Şərf qara rəngli yun parçadan hazırlanır və ölçüsü 40x100 sm-dir.
20-2. Əlcək qara rəngli süni dəridən hazırlanır (şəkil 6.1, 6.2).
Gödəkcə – tünd boz rəngli poliestr parçadan tikilir. Qısa qatlama boyunluqludur, dik yaxalıqlıdır, bortları mərkəzdən gizli zəncirbəndlə və dörd yapışqanlı lentlə bağlanır (kişilərdə − sağ tərəfə, qadınlarda − sol tərəfə). Gödəkcənin hər iki bortunun sinə hissəsində üstdən tikilmiş basmadüymə ilə düymələnən fiqurlu qapaqlı gizli döş cibləri, ətək hissəsində isə basmadüymə və açıq zəncirbənd ilə bağlanan iki ədəd cib vardır. Boyunluğunun arxa tərəfində gizli zəncirbəndlə gödəkcəyə bağlanan yağışdan qorunmaq üçün xüsusi örtük papaq vardır. Qolları tək tikişlidir, manjetlidir, tənzimlənən basma düymələrlə bağlanır. Gödəkcənin belində tənzimləyici gizli rezin ip vardır. Gödəkcə astarlıdır, astarın hər iki tərəfdən döş hissələrində əsas parçadan köbəsi olan və zəncirbəndlə bağlanan daxili cibləri vardır. Gödəkcənin açılıb-çıxarılan sinteponla istiləşdirilmiş canlığı olur və basmadüymə ilə gödəkcəyə düymələnir. Taxılıb-çıxarılan poqonlar üçün gödəkcənin öz rəngində kəmərcikləri vardır. Kəmərciklər kiçik adi düymə ilə və ilgəklə düymələnir. Gödəkcənin sol qolunun xarici səthində çiyinlə qolu birləşdirən tikiş xəttindən 14 sm aşağıda fərqlənmə qol nişanı yerləşdirilir (şəkil 4.1, 4.2).
Dövrənin alın hissəsinin aşağısına papağın rəngində bərk materialdan günlük tikilir. Böyük xüsusi rütbəsi olan işçilər üçün günlüyün üstünə bir cərgə gümüşü rəngdə palıd yarpağının naxışı tikilir (şəkil 5.14, 5.15).
Köynəklər qalstuksuz geyilir və şalvarın içinə salınır.
“Dövlət Miqrasiya Xidməti rəisinin poqonlarının kənarları gümüşü rəngli palıd yarpaqları ilə əhatələnmişdir (şəkil 7.1, 7.2).
Bu gün, 13:24
Qurban bayramı namazları ölkənin bütün mərkəzi məscidlərində qılınacaq
Bu gün, 13:12
Trampdan müsəlman ölkələrinə gözlənilməz tələb: Bu Sazişə qoşulmalısınız
Bu gün, 13:03
Marko Rubio Ermənistana səfər edəcək
Bu gün, 12:58
Leyla Əliyeva Masallıda Cümə məscidini ziyarət edib
Bu gün, 12:54
Ceyhun Bayramov Nyu-York şəhərinə işgüzar səfərə yola düşüb
Bu gün, 12:49
Prezident müşavirə keçirib - FOTOLAR
Bu gün, 12:10
Bakıda 3 nəfərin ölümü, 25 nəfərin xəsarət alması ilə nəticələnən yanğınla bağlı istintaq tamamlanıb
Bu gün, 12:06
Qurbanqulu Berdiməhəmmədov: Azərbaycanla münasibətlərimiz bundan sonra da inkişaf edəcək
Bu gün, 12:02
Şuşanın Böyük Qaladərəsi kəndinə ilk köç karvanı yola salınıb
Bu gün, 11:46
İlham Əliyev İordaniya Kralını təbrik edib
Bu gün, 11:04
Hörmüz boğazı 30 günə açılır?
Bu gün, 11:00
Azərbaycanın axtardığı şəxs - Ukraynada tutuldu
Bu gün, 10:57
Qurban bayramı ilə bağlı fətva verildi
Bu gün, 09:21
Netanyahu: Tramp İsrailin bütün cəbhələrdə hərəkət etmək hüququnu təsdiqləyib
Bu gün, 09:17
Filtr suyu sağlamlıq üçün kifayətdirmi? Keyfiyyətli və minerallı suların fərqi
Bu gün, 09:14
Bu ölkə ordusunu “Azərbaycan modeli” əsasında QURUR
Bu gün, 09:00
Türkiyədən Paşinyanın Qars-Axalkalaki paylaşımına dəstək – bölgə üçün mühüm mərhələ
23-05-2026, 12:37
İlham Əliyevin sosial media hesabında WUF13-lə bağlı paylaşım edilib
23-05-2026, 11:25
Azərbaycan Çinə başsağlığı verib
23-05-2026, 11:20
Kömür mədənində güclü partlayış olub, 82 nəfər ölüb
23-05-2026, 10:48
Azərbaycanda külək enerjisinin istehsalı 58 dəfədən çox artıb
23-05-2026, 10:44
May ayının müavinət, təqaüd və ünvanlı sosial yardımları ödənilib
23-05-2026, 10:32
Ağ Ev İrana qarşı hücumların bərpasını müzakirə edib
23-05-2026, 10:18
412 min dollarlıq dələduzluqda təqsirləndirilən Sənan Əsədzadə saxlanıldı
23-05-2026, 10:12
Bakı-Tbilisi qatarında bu sərnişinlər pulsuz gedəcək
22-05-2026, 16:00
Əhaliyə ŞAD XƏBƏR - Bu məhsul ucuzlaşır
22-05-2026, 15:30
Ankara yeni dövrə hazırlaşır: Ərdoğanın erkən seçki strategiyasının pərdəarxası