Pezeşkianın əsas həll etməli məsələsi - Tehran təşvişdə
Dunya
Oxunub: 153
9 iy 2024 | 12:23
Pezeşkianın əsas həll etməli məsələsi - Tehran təşvişdə


İranda prezident seçkilərində islahatçıların təmsilçisi Məsud Pezeşkianın qələbəsinin təmin edilməsinin əsas mahiyyəti getdikcə ortaya çıxmaqdadır. İslahatçıların seçkiöncəsi verdiyi vədə əsasən prezident Məsud Pezeçkianın rəhbərlik edəcəyi 14-cü İran hökumətinin yürüdəcəyi xarici siyasətin əsas prioritetini Qərblə danışıqlar yolu ilə Tehrana qarşı sərt sanksiyaları aradan qaldırmaq olacaq.

Lakin son günlərdə noyabrda ABŞ-də keçiriləcək prezident seçkilərində respublikaçıların namizədi Donald Trampın yenidən önə çıxması, Tehranı əməlli-başlı narahat etməyə başlayıb. Tehran hesab edir ki, seçkidə demokratlar deyil, respublikaçıların təmsilçisi Tramp qələbə çalarsa, o zaman son seçkilərin nəticəsi ilə bağlı gözləntilər puça çıxacaq. Çünki ötən dövrdə olduğu kimi Tramp hakimiyyəti hər zaman İrana qarşı sərt mövqeyi ilə seçilən prezident olub. Bura Trampın İsraillə daha isti münasibətlərini əlavə etsək, o zaman mənzərə tam aydın olar.

Pezeşkianın qələbə çalmasına baxmayaraq proseslərin Tehranın heç də istəmədiyi məcrada inkişaf etməsi, İran hakimiyyətini narahat etməkdədir. Bir sözlə, Tehran hazırda çox ciddi təşviş içindədir və onları bu sualın cavabı maraqlandırır. İranın 14-cü hakimiyyəti Qərblə danışıqlar yolu ilə sanksiyaları ən azı yumşalda biləcəkmi? Nüvə proqramı ilə razılığa gələ biləcəkmi? Bütün bu və digər sualların cavabı isə noyabrda ABŞ-də keçiriləcək seçkilərdə kimin prezident seçilməsindən asılı olacaq.

Məsələ ilə bağlı iranlı beynəlxalq əlaqələr üzrə ekspert Cavad Haqqou də İRNA-ya açıqlamasında deyib ki, ABŞ-nin dünyanın digər ölkələri ilə yanaşı, İranın da xarici siyasətinə əhəmiyyətli təsiri var. "ABŞ-də seçki rəqabəti kritik mərhələyə qədəm qoyub. Ümumi baxışda demokratlarla respublikaçılar üz-üzədir və bu iki partiyanın hər birinin xarici siyasətlə bağlı öz baxışları var.

Ümumiyyətlə, ABŞ-nin xarici siyasətini bir neçə Vilsonizm, Ceksonizm, Reyqanizm və Hamiltonizm məktəbi şəklində izləmək olar və bu məktəblərin hər birinin xarici siyasət sahəsində öz reseptləri var", - o qeyd edib.

Ekspert əlavə edib ki, Tramp prezident seçilsə belə, əvvəlki prezidentlik dövründən fərqli olaraq İranla münaqişəyə getmək ehtimalı az olacaq. Əksinə, inanıram ki, Tramp Ağ Evə qayıtsa, İranla təzyiq dilinə deyil, danışıqlara can atacaq", - o vurğulayıb.

Ekspert demokratların qalib gələcəyi təqdirdə İranı gözləyən ssenari ilə bağlı mövqeyini açıqlayaraq deyib ki, bu reallaşarsa, istər Baydenlə, istər Harrislə, istərsə də xanım Obama ilə İran və ABŞ arasında nüvə mübahisələri ilə bağlı razılaşmanın yekunlaşdırılması ehtimalı artacaq.
O eyni zamanda əlavə edib ki, hadisələrin ziddiyətli inkişafına baxmayaraq 14-cü hökumət İranın Qərblə nüvə mübahisələrinin həlli istiqamətində səylər göstərəcək.

Qeyd edək ki, Tehran islahatçıların hakimiyyəti gəlişi ilə Qərblə nüvə proqramı və sanksiyaların yumşaldılması məsələsində nə qədər optimist ruha köklənsə də, onları narahat edən çox ciddi amillər mövcuddur. Çünki bundan öncə islahatçı prezident Həsən Ruhani dövründə də nüvə proqramı və sanksiyaların yumşaldılması məsələsində İranın Qərblə əldə etdiyi uğurlu danışıqlar ABŞ-də Trampın hakimiyyətə gəlişi ilə iflasa uğramış oldu. Buna oxşar situasiya yenə də formalaşmaqdadır. ABŞ-də seçkilərdə Tramp seçkiöncəsi rəqabətdə demokratları üstələməkdədir. İranı narahat edən də budur. Tehranın gözləntiləri özünü doğrultmaya bilər.

Ümumiyyətlə, Tramp seçkidə qalib gələrsə, beynəlxalq aləmdə yeni geosiyasi situasiyaların yaranmasına təkan verəcək. Trampın seçilməsindən ən çox əndişələnən birincisi İrandırsa, ikincisi Çindir.
Dünən, 10:57
İsrailə casusluq etdi - Edam edildi
Dünən, 10:39
Sarsılmaz müttəfiqlik münasibətləri
Dünən, 10:29
İran danışıqları rədd edir, açıq şəkildə bildirdi ki... - Reuters
Dünən, 09:36
İran hava məkanını bağladı
Dünən, 09:31
Sona qədər mübarizə aparmaq lazımdır - Tramp
Dünən, 09:19
Ukrayna üçün ayrılan hərbi texnika Yaxın Şərqə göndərilir
Dünən, 09:17
Qərbdə Azərbaycana qarşı yeni təxribatlar hazırlanır: Avropalı siyasətçi "dostcasına təhdid" etdi
Dünən, 09:14
1990-cı illərdən bəri görünməmiş hal: Rusiyadan on minlərlə alim qaçır - Kəşfiyyat
Dünən, 09:00
“Zəngəzur dəhlizi əldən gedir” - İrəvanda panika
15-06-2025, 08:01
İlham Əliyev Milli Qurtuluş Günü ilə bağlı paylaşım edib
15-06-2025, 07:53
Azərbaycanda Milli Qurtuluş Günüdür
14-06-2025, 10:34
İranın daha bir generalı öldürülüb
14-06-2025, 10:29
Yol polisi məzunlara və valideynlərə xəbərdarlıq etdi
14-06-2025, 10:26
İsrailə raket zərbələri davam edir - Ölənlər var - Yenilənir
14-06-2025, 10:10
“Yeni hədəf onlar olacaq” - İrandan xəbərdarlıq
14-06-2025, 10:04
Onlar quru yolla Azərbaycana gəldilər - FOTO
14-06-2025, 09:59
Bu gün "Son zəng"dir
14-06-2025, 09:00
Kreml Cənubi Qafqazla bağlı "NATO mesajı" verdi: Rusiya region dövlətlərini işğal ilə hədələyir
13-06-2025, 16:00
İsrail İranla tammiqyaslı müharibəyə hazır olduğunu bəyan etdi
13-06-2025, 15:30
Kəlbəcər, Laçın, Ağdərə və Xocalıda yeni milli parklar yaradılacaq
13-06-2025, 13:29
TƏCİLİ! İran QAN DAVASI bayrağını qaldırdı - ŞOK
13-06-2025, 13:24
“Mossad” Tehran yaxınlığında kamikadze dron bazası qurub - ŞOK
13-06-2025, 13:21
XİN-dən vətəndaşlarımıza müraciət: İrana getməyin!
13-06-2025, 12:01
İsrail İranın hərbi obyektlərinə hücumu başa çatdırdı
13-06-2025, 11:54
İsrail İran dronlarını vurmağa başlayıb - Video - Yenilənib
13-06-2025, 11:44
Milli Məclis Prezident və xanımına təbrik məktubu ünvanladı
13-06-2025, 11:41
3 milyon vətəndaşı əhatə edən artımlar - Siyahı