Kral, kosmonavt, robot... - Türkiyə seçkilərdən maraqlı görüntülər
Dunya
Oxunub: 39
1 apr 2024 | 09:31
Kral, kosmonavt, robot... - Türkiyə seçkilərdən maraqlı görüntülər


Dünən Türkiyədə baş tutan özünüidarə orqanlarına seçkilərdə seçkiyə gələn bəzi vətəndaşlar geyimləri ilə diqqət çəkiblər.

Türkiyənin Adana vilayətində vətəndaşlardan biri məntəqəyə kral geyimində, eyni şəhərdə səs verən başqa biri isə milli geyimdə gəlib.

Düzcədə səs verən Türkiyənin milli idmançısı Muhammet Bişgin isə səsini özünün hazırladığı kosmonavt forması ilə verib. Bilgin geyimini Türkiyənin bu il kosmosa göndərdiyi ilk astronavt ilə əlaqələndirərək, ölkəsinin inkişaf etməsindən qürur hissi keçirdiyini və bunu geyimi ilə ifadə etmək istədiyini bildirib.

Şırnak vilayətinin Çizrə rayonunda səsverməyə gələn 77 yaşlı Azim Serim də geyimi ilə diqqət çəkib. Sarı pencək-şalvar geyinən Serim on ildir özünəməxsus rəngarəng paltarlardan istifadə edir.

Uzun illər ölkə daxilində və xaricində Türkiyənin milli kölgə tamaşası “Karagöz ve Hacivat”dan Hacivatı canlandıran sənətçi Bülent Akay seçkiyə personajının geyimi ilə gəlib. Bursalı sənətçi Bahtiyar Keskin isə Karagözün paltarını geyinərək səsini verib.

Tokatın Zile rayonunda isə yerli qadınlar məntəqəyə gələrkən bölgənin milli geyimlərini geyiniblər.

Vətəndaşlar arasında milli geyimlərlə at üzərində səsverməyə gələnlər də olub. Seçkiyə tutuquşu, toyuq kimi canlılarla gələnlər də böyük maraq doğurublar.

Kral, kosmonavt, robot... - Türkiyə seçkilərdən maraqlı görüntülərKral, kosmonavt, robot... - Türkiyə seçkilərdən maraqlı görüntülərKral, kosmonavt, robot... - Türkiyə seçkilərdən maraqlı görüntülərKral, kosmonavt, robot... - Türkiyə seçkilərdən maraqlı görüntülərKral, kosmonavt, robot... - Türkiyə seçkilərdən maraqlı görüntülərKral, kosmonavt, robot... - Türkiyə seçkilərdən maraqlı görüntülərKral, kosmonavt, robot... - Türkiyə seçkilərdən maraqlı görüntülərKral, kosmonavt, robot... - Türkiyə seçkilərdən maraqlı görüntülərKral, kosmonavt, robot... - Türkiyə seçkilərdən maraqlı görüntülər
Dünən, 16:00
Almatı görüşü nəticə verəcəkmi? - İNCƏLƏMƏ
Dünən, 15:30
İrəvandan yekun “Putin NATO”su qərarı - Kremlin cavabı necə olacaq...
Dünən, 14:22
Bakı və İrəvan özlərini Moskvadan qorumalıdırlar - HƏQİQƏTƏN DƏ...
Dünən, 14:00
Kəlbəcər şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı təsdiqlənib
Dünən, 13:39
Yeni qərar qiymət artımına təsir edəcək? - AÇIQLAMA
Dünən, 13:11
İlham Əliyev Leonid Kalaşnikovu qəbul edib
Dünən, 12:06
İlin sonuna kimi bütün işğaldan azad edilmiş rayonlara qayıdış başlayacaq
Dünən, 11:59
Sanksiya siyahısında Azərbaycanın da adı yer aldı - ABŞ elan etdi
Dünən, 11:26
Şuşada sərnişindaşımaya icazə qaydası müəyyənləşdi
Dünən, 11:17
Prezident BMT Baş katibinin xüsusi müşavirini qəbul edib
Dünən, 10:59
Azərbaycan Ordusunda döyüş hazırlığı - VİDEO
Dünən, 10:48
Azərbaycanla prosesi mümkün qədər tez aparmalıyıq, çünki... - Paşinyan
Dünən, 10:44
Bakıda sənədsiz evlər kütləvi satışa ÇIXARILIR? – AÇIQLAMA
Dünən, 10:39
31 nəfər saxlanıldı, erməni qüvvələr "türk" adlandırıldı - Sərhəddə son vəziyyət - VİDEO
Dünən, 10:20
Yeni peyvənd qərarı: nazirlik bəyan etdi
Dünən, 09:20
Paşinyan: Azərbaycanla vəzifəmiz budur, çünki risk var
Dünən, 09:14
"Fransa Ermənistandan öz marginal maraqları üçün istifadə edir"
Dünən, 09:11
Paşinyan: Azərbaycanla delimitasiya olunmuş ərazilərə sərhəd qoşunları yerləşdiriləcək
Dünən, 09:08
Hansı ölkələr Latviyadan Rusiyaya zərbələr endirə bilər? - Zaxarova siyahını tələb etdi
Dünən, 09:00
Əliyev Qafqazı qarışdıranlara sərt mesaj verdi: Bakı məkrli planlara şans tanımayacaq
1-05-2024, 16:00
Ermənipərəst Solovyova Ermənistandan qadağa
1-05-2024, 15:30
Qiymət artımı ilə bağlı NİKBİN PROQNOZ
1-05-2024, 13:51
Azərbaycanda kredit faizləri artacaq - AÇIQLAMA
1-05-2024, 13:46
Gürcüstanda müxalifət lideri döyülüb - FOTO
1-05-2024, 13:36
İlham Əliyev dini rəhbərlərdən ibarət nümayəndə heyətini qəbul edib
1-05-2024, 13:20
Bakı maksimum yararlanacaq: Yeni dünya layihəsi və böyük oyun
1-05-2024, 13:14
Paşinyan Kremli qəzəbləndirib: "Rüsvayçılıqdır, iyrəncdir"