Paşinyan Parisdən İrəvana “qaranlıq tunel”lə qayıdıb: “Rus NATO-su”na niyə savaş elan olundu
Dunya
Oxunub: 74
24 fev 2024 | 09:41
Paşinyan Parisdən İrəvana “qaranlıq tunel”lə qayıdıb: “Rus NATO-su”na niyə savaş elan olundu


Baş nazir Nikol Paşinyanın Fransa mətbuatına Rusiyanı hədəf alan açıqlamalarının qalmaqallı məzmunu Ermənistan ətrafında “fəlakət çəmbəri”ni daha da daraldır... Rəsmi İrəvanın Kremllə münasibətləri pozulacaq həddə qədər korlaması Rusiya strateqlərini Ermənistanla bağlı konkret addımları dərhal müəyyən etmək məcburiyyətində buraxıb...

Cənubi Qafqazda nəhəng dövlətlərin geopolitik savaşı taleyüklü mərhələyə keçmək üzrədir. Bu mərhələnin əsas “geopolitik aləti” olaraq, məhz Ermənistan seçilib. Belə ki, Qərb siyasi dairələri Ermənistanı həm Azərbaycanla yeni müharibəyə, həm də Rusiya ilə siyasi qarşıdurmaya sürükləyir. Halbuki, Ermənistanın hətta bu iki istiqamətin birində belə, qarşı tərəfin verəcəyi reaksiyaya duruş gətirmək resursları və şansı yoxdur. Və həm hərbi-siyasi, həm də maliyyə-iqtisadi imkanları olmayan rəsmi İrəvanın Ermənistanı belə bir “geopolitik tunel”in içərisinə salmağa razılaşması yumşaq desək, ciddi təəccüb doğurur.

Ermənistan baş naziri Nikol Paşinyanın Fransa səfəri və bu ölkənin mətbuatına verdiyi açıqlamalar Rusiya ilə qarşılıqlı münasibətlərdə çatları daha da dərinləşdirib. Belə ki, erməni baş nazirin bəyanatları məzmun etibarilə Rusiyanı hədəf almaqla yanaşı, həm də qalmaqallı xarakter daşıyır. Böyük ehtimalla indi baş nazir Nikol Paşinyanın açıqlamaları Kreml strateqlərini Rusiyanın Ermənistana münasibətdə atacağı addımları müəyyən etmək məcburiyyəti ilə üzləşdirib. Və Kremlin erməni baş nazirə qəzəbinin daha da gücləndiyi qətiyyən şübhə doğurmur.

Məsələ ondadır ki, baş nazir Nikol Paşinyan Rusiyanın Ermənistan əhalisini bu ölkədə hakimiyyəti devirməyə çağırdığını vurğulayıb. Erməni baş nazirin iddiasına görə, hazırda Kremlin Ermənistanda dövlət çevrilişi ilə bağlı cəhdləri və təbliğatı artan xətt üzrə inkişaf edir. Onun bu açıqlamaları siyasi-diplomatik baxımdan, yolverilməz olsa da, erməni baş nazir Kremlə qarşı ən ağır ittihamların irəli sürülməsində xüsusi canfəşanlıq göstərir. Və bu, Qərbin xoşuna gəlmək niyyəti ilə yanaşı, rəsmi İrəvanın Kremllə münasibətləri pozulacaq həddə qədər korlanmasına cəhd göstərdiyini təsdiqləyir.

Maraqlıdır ki, baş nazir Nikol Paşinyan əsas diqqəti məhz Rusiyanın Ermənistandakı hərbi bazalarının üzərinə də çəkməyə çalışıb. O, bildirib ki, Rusiya hərbçiləri Ermənistan ərazisində qeyri-qanuni davranışlara yol verirlər. Rəsmi İrəvan buna səbr göstərmək niyyətində deyil. Əgər, Kremlə bu barədə ünvanlanmış tələblər cavabsız buraxılarsa, Ermənistan adekvat addımlar atmalı olacaq. Və erməni baş nazirin bu dedikləri açıq-aşkar Kremlə meydan oxuma, hətta Rusiya hərbi bazalarının Ermənistandan çıxarılmasın yönəlik səbəblərin olmasına eyham da hesab edilə bilər.

Baş nazir Nikol Paşinyan Rusiyaya əsas siyasi zərbəni isə məhz KTMT üzərindən vurmağa çalışıb. Belə ki, erməni baş nazir Ermənistanın Rusiyanın patronajlığı aıtında olan KTMT-da təmsilçiliyinin dondurduğunu bildirib. Böyük ehtimalla o, bunu Qərb siyasi dairələrinin son vaxtlar Ermənistanın KTMT, Avrasiya İqtisadi İttifaqı və MDB-dən çıxması barədə tələblərinin güclənməsinə qarşılıq olaraq, dilə gətirib. Və bununla da, Kremldə ciddi şəkildə çaşqınlıq yaratmağa nail olub.

KTMT-nın katibliyi dərhal erməni baş nazirin dediklərini təkzib etməyə çalışıb. Belə ki, bu hərbi-siyasi alyansdan Ermənistanın KTMT-də üzvlüyünü dayandırması barədə hər hansı müraciət alınmadığı bildirilib. Eyni zamanda, Kreml təmsilçisi Dmitri Peskov da rəsmi İrəvandan heç bir xəbərdarlıq edilmədiyini vurğulayıb. Həm KTMT, həm də Kreml erməni baş nazirin bəyanatını sadəcə, Ermənistanın son vaxtlar bu qurumun fəaliyyətində iştirak etməməsi ilə əlaqələndirməklə, kifayətlənmək məcburiyyətində qalıb.

Onu da qeyd edək ki, baş nazir Nikol Paşinyanın Rusiyaya qarşı açıqlamaları Ermənistanda da müəyyən narahatlığa səbəb olub. Bəzi erməni politoloqlar hesab edirlər ki, rəsmi İrəvan Fransanın vədlərinə və yetərsiz hərbi dəstəyinə aldanaraq, Ermənistanı böyük təhlükəyə atır. Erməni hərbi ekspert Ayk Haqapetyan hesab edir ki, Fransa ilə hərbi əməkdaşlıq Ermənistanın təhlükəsizliyinə qətiyyən təminat vermir. Əksinə, Ermənistan ətrafında “fəlakət çəmbəri”ni daha da daraldır.

Erməni hərbi ekspert əmindir ki, Fransanın “Bastion” zirehli döyüş maşınları Ermənistanın effektiv müdafiəsini təmin edə biləcək hərbi texnika deyil. Çünki bu hərbi texnika döyüş meydanında heç bir önəm daşımırlar: “Gecə görmə cihazlarını isə istənilən ölkədən almaq olardı. Fransanın Ermənistana verdiyi hava hücumundan müdafiə vasitələri də silah sayılmır. Çünki onlar yalnız PUA-ları aşkar edə bilirlər. PUA-ların vurulmasındasa, heç bir iştirakı yoxdur”.

Ayk Haqapetyan hesab edir ki, Fransa Ermənistan üzərindən hiyləgər oyun oynayır. Belə ki, Ermənistan və Rusiya arasında ortaq hava hücumundan müdafiə barədə müqavilə mövcuddur. Fransa Ermənistana göndərdiyi radarlar sayəsində Rusiya ilə ortaq sistemə daxil olmaq niyyəti güdür. Bu niyyətin reallaşacağı təqdirdəsə, Qərb Rusiya-Ukrayna savaş meydanında baş verənlər barədə daha dəqiq məlumatlar əldə edə biləcək. Bu baxımdan, Fransanın əsas hədəfi Ermənistanı gücləndirmək deyil, Rusiyaya qarşı ikinci cəbhənin açılması ilə bağlıdır. Çünki Ukrayna savaşının NATO-nin məğlubiyyəti ilə sona çatacağını Qərbdə artıq anlamağa başlayıblar.

Göründüyü kimi, Fransa Qərb hərbi-siyasi dairələri üçün Rusiyaya qarşı növbəti qarşıdurma məkanının açılmasına cəhd göstərir. Bu məkan üçün isə məhz Ermənistan seçilib. Yəni rəsmi Paris Ermənistanı Rusiya ilə açıq qarşıdırmaya sövq etməklə, Cənubi Qafqazda yeni savaş meydanı yaratmağa çalışır. Və bu savaş meydanında Qərbin növbəti “qurban veriləcək materialı” isə Ermənistan ola bilər.(Yeni Müsavat)
Dünən, 16:00
Ermənipərəst Solovyova Ermənistandan qadağa
Dünən, 15:30
Qiymət artımı ilə bağlı NİKBİN PROQNOZ
Dünən, 13:51
Azərbaycanda kredit faizləri artacaq - AÇIQLAMA
Dünən, 13:46
Gürcüstanda müxalifət lideri döyülüb - FOTO
Dünən, 13:36
İlham Əliyev dini rəhbərlərdən ibarət nümayəndə heyətini qəbul edib
Dünən, 13:20
Bakı maksimum yararlanacaq: Yeni dünya layihəsi və böyük oyun
Dünən, 13:14
Paşinyan Kremli qəzəbləndirib: "Rüsvayçılıqdır, iyrəncdir"
Dünən, 13:09
Bu kəndlər də qaytarılır: Ermənilər dəhlizdə işlərə başladı
Dünən, 13:05
İlham Əliyev Rusiyanın Şimali Qafqaz regionunun müftilərini qəbul edib
Dünən, 11:53
Ankara Azərbaycan-Ermənistan sərhədində olanlar diqqətlə izləyir - Çelik
Dünən, 11:36
Çində yol çökdü: onlarla ölü və yaralı
Dünən, 11:30
İrəvanla Bakı arasında sülhə inanırıq - Ağ Ev
Dünən, 11:10
İlham Əliyev: “Azərbaycan əsrlər boyu mədəniyyətlərin qovuşduğu məkan olub”
Dünən, 11:05
Hadisələr Paşinyanın xeyrinə dəyişir: müxalifət özünü ələ verdi - Cinayət işi başlandı
Dünən, 10:45
Bakı Fransanı çarəsiz duruma salıb: Qafqazda "fransız xoruzu" banlamaz
Dünən, 10:38
Prezident onları təltif etdi - FOTO
Dünən, 10:33
İlham Əliyev VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu iştirak edir
Dünən, 10:03
İran Rusiyaya silah tədarükünü azaldır, yeni toqquşma olacaq - KİV
Dünən, 09:59
Bu gündən Azərbaycanda bu qadağa qüvvəyə minir
Dünən, 09:00
Bakı Fransanı çarəsiz duruma salıb: Qafqazda "fransız xoruzu" banlamaz
30-04-2024, 16:00
“Azərbaycan 10 noyabr Bəyanatını ardıcıllıqla həyata keçirir” - Erməni general
30-04-2024, 15:46
Azərbaycanda media azadlığı təmin edilir
30-04-2024, 15:30
Ermənistan: Təlatüm uzun çəkəcək... - NƏ ETMƏLİ?
30-04-2024, 14:22
ABŞ Azərbaycanla bağlı son qərarını verdi – Noyabra qədər...
30-04-2024, 14:00
Çərçivə sülh sazişinin imzalanacağı tarix açıqlandı: Geri sayım başladı - "...ilk addım atılıb"
30-04-2024, 13:35
Erməni kilsəsi müharibə və qan istəyir... - Paşinyan indi nə edəcək?
30-04-2024, 12:13
Ermənistan parlamenti Azərbaycan əleyhinə sənəddən imtina etdi - DETALLAR