Hətərən-pətərən danışan Paşinyanla NECƏ DANIŞMALI... - ÇƏTİN SUAL...
Dunya
Oxunub: 65
16 fev 2024 | 15:30
Hətərən-pətərən danışan Paşinyanla NECƏ DANIŞMALI... - ÇƏTİN SUAL...


Ermənistan Baş naziri Nikol Paşinyan hökumətin iclasında növbəti dəfə Azərbaycanı suçlayıb. Baş nazir iddia edib ki, guya, Azərbaycan Ermənistana qarşı genişmiqyaslı müharibəyə başlamaq məqsədilə sərhədin müəyyən hissələrində hərbi əməliyyatlara çalışır: “Bu niyyəti rəsmi Bakının bütün bəyanatlarında və hərəkətlərində oxumaq olar. Buna baxmayaraq, Ermənistanın siyasəti bu ssenarinin qarşısını almaqdan ibarətdir və buna nail olmaq üçün bütün lazımi səylər göstəriləcək. Eyni zamanda Ermənistan ölkənin bütün qanuni maraqlarının müdafiəsində qətiyyətlə dayanacaq”. Paşinyanın sərsəm düşüncəsinə görə, Azərbaycan dialoq yolu ilə əldə edə bilmədiyi şeylərə nail olmaq üçün hərbi müdaxilə təhlükəsindən istifadə edir. Baş nazir zənn edir ki, Nerkin-Hand kəndi yaxınlığında baş vermiş son hadisə Azərbaycanın “destruktiv siyasəti”nin növbəti təzahürü idi: “Bu, Azərbaycanın Ermənistana qarşı hərbi zorakılıq məqsədlərinin dəyişməz qaldığını göstərir. Bizdə belə bir təəssürat yaranır ki, Azərbaycan sərhədlərin sabitliyi və təhlükəsizliyi məsələsinə biganədir. Belə düşünmək üçün kifayət qədər əsaslar var. Xüsusilə, 2022-ci ildə razılıq əldə olunub ki, sərhədlərin delimitasiyası komissiyalarının vəzifələrinə sərhəd təhlükəsizliyi məsələləri də daxil edilsin. Ermənistan sərhədlərin delimitasiyası və təhlükəsizlik məsələləri üzrə komissiya yaratdığı halda, Azərbaycan təhlükəsizlik komponentini daxil etmədən sərhədlərin delimitasiyası üzrə komissiya ilə məhdudlaşıb".
Azərbaycan Xarici İşlər Nazirliyi erməni baş nazirin absurd bəyanatlarını cavabsız qoymayıb. XİN-dən bildirilib ki, Ermənistanın Baş naziri Nikol Paşinyanın 15 fevral tarixli hökumət iclasında növbəti dəfə səsləndirdiyi əsassız iddialar bölgədə qəsdən gərginlik yaratmaq məqsədi daşıyır: "12 fevral tarixində Ermənistan tərəfinin təxribatlarının 5 aya yaxın müddətdə hökm sürən sabitliyi pozduğu və bunun məsuliyyətinin Ermənistan tərəfində olduğu hər kəsə yaxşı məlumdur. Ermənistanın bütün qonşularının ərazi bütövlüyünü dəstəklədiyini iddia edən baş nazirə Ermənistan Konstitusiyasında, qüvvədə olan qanunvericilik aktlarında, rəsmi məktublarında, rəsmi bəyanatlarında, beynəlxalq təşkilatlar və məhkəmələrdə yaydığı sənədlərdə Azərbaycanın ərazi bütövlüyünə qarşı davam edən iddialarını xatırlatmaq istərdik. Ermənistan tərəfi, həqiqətən də, sülh prosesində maraqlıdırsa, Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı iddialarından əl çəkməlidir".
Göründüyü kimi, Ermənistan Baş naziri Nikol Paşinyan yenə qeyri-konstruktiv mövqe sərgiləməklə, Azərbaycanı aqressor kimi göstərib, beynəlxalq təzyiqə nail olmaq istəyini davam etdirir. Nerkin-Hand kəndi yaxınlığındakı mövqelərindən Azərbaycan əsgərini snayper atəşi ilə yaralayan və aylar sonra sərhəddəki atəşkəsi pozan Ermənistan olub, DSX yalnız cavab verib. Digər tərəfdən, Ermənistan Azərbaycana aid kəndləri qaytarmamaq üçün artıq 3 ildən çoxdur müxtəlif bəhanələr gətirir. Halbuki Qazaxın 7, Naxçıvanın 1 kəndinin Ermənistan işğalı altında qaldığını Paşinyan özü belə təsdiqləyib və bu kəndlərin Ermənistanın “29,8 min kv.km ərazisinə daxil olmadığını” elan edib. Bu açıqlamalar müxtəlif bəhanələr gətirmək, riyakarlıq və işğalı davam etdirmək cəhdidir. Fevralın 14-də Ermənistan silahlı qüvvələrinin Kəlbəcər rayonu istiqamətindəki mövqelərimiz üzərində kvadrokopterlə kəşfiyyat uçuşları həyata keçirməsi də təxribat planlarının davamı idi.

Millət vəkili Asim Mollazadə "Sherg.az"a deyib ki, Ermənistan daxilində çox ciddi problemlər, siyasi-iqtisadi təlatümlər yaşanır. Parlament üzvünün sözlərinə görə, Ermənistan baş nazirinin tutarsız və məntiqsiz açıqlamaları bir daha göstərir ki, Paşinyanın sülhlə bağlı heç bir açıqlamasına inanmaq olmaz. Çünki İrəvan hökuməti sülhlə imitasiya edir və Azərbaycanla münasibətlərin normallaşmasına çalışmır:

"Nikol Paşinyan hamı ilə oynayır, qarşı tərəfi yalanları ilə aldatmaq niyyəti güdür. Paşinyan qonşu ölkələrlə əməkdaşlıq, münasibətlərin normallaşmasını istəmir. Çünki Ermənistanda radikal, revanşist qüvvələrin mövqeyi getdikcə güclənir. Erməni diasporası da hökumətə təzyiqlərini artırır. Həmçinin bir sıra Qərb və region ölkələrinin Cənubi Qafqazda vəziyyəti gərginləşdirmək niyyəti ortadadır. Onlar da aktiv fəaliyyətə keçiblər. Dalana dirənmiş Paşinyan dünən dediyini bu gün təkzib edir, əvvəlki ritorikasını dəyişərək müharibədən, hərbi əməliyyatlardan danışır, heç bir əsas olmadan Azərbaycanı suçlayır. Əlbəttə, qeyri-müəyyən mövqe sərgiləyən bir hökumətlə nəyisə normal müzakirə etmək mümkünsüzdür".
Bu gün, 09:47
Azərbaycanlılarla taciklər arasında KÜTLƏVİ DAVA: 1 həmyerlimiz öldü
Bu gün, 09:43
Bakı “soyuq müharibə”dən çəkinmir: Azərbaycanı hədəf alan dövlətlərə sərt xəbərdarlıq edilib
Bu gün, 09:38
F-16-ları məhv edəcəyik - Juravlyov
Bu gün, 09:32
Arda Gülər "Real"da növbəti qolunu vurdu - VİDEO
Bu gün, 09:24
Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb - FOTO
Dünən, 16:00
Sabah 32 dərəcə isti olacaq
Dünən, 15:30
Taksi avtomobillərinin kütləvi satışı bazarda ucuzlaşmaya səbəb oldu
Dünən, 14:47
İlham Əliyev və Olaf Şolts mətbuat konfransı keçirirlər
Dünən, 14:43
Azərbaycan və Almaniya liderlərinin təkbətək görüşü başa çatıb - YENİLƏNİB
Dünən, 14:22
Əvvəl Qarabağ, sonra Qazaxın kəndləri... - Növbəti hədəf haradır?
Dünən, 14:00
İrəvan kulisləri çalxalanır: Qərbi Azərbaycana qayıdış başlayır - Ermənistan KİV
Dünən, 13:23
Növbəti köç karvanı Füzuliyə çatdı
Dünən, 12:55
Rus qoşunları hücumu gücləndirdi, yeni ərazilər götürülür
Dünən, 12:51
Ukrayna tanklarını cəbhədən geri çəkir: Nə baş verir...
Dünən, 12:28
Azərbaycan XİN Avropa Parlamentinə cavab verib
Dünən, 12:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edib - YENİLƏNİB
Dünən, 11:55
İlon Maskdan şok: Vətəndaş müharibəsi olacaq
Dünən, 11:22
COP29-un əhəmiyyəti
Dünən, 11:15
Qarşılıqlı fəaliyyətimizin gündəliyi kifayət qədər genişdir
Dünən, 11:04
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edəcək
Dünən, 10:57
Yeni Klinikada yoxlama: Saxlanılan var - FOTO
Dünən, 10:24
Xocavənddə ƏMƏLİYYAT: polisə demədi, saxlanıldı - FOTO
Dünən, 10:07
Putin döyüş meydanında uğurun sirrini açıqladı
Dünən, 10:02
Conson Ağ Evin planını DE-ŞİFRƏ ETDİ: ABŞ bu ölkəyə də hücum edəcəkdi, amma...
Dünən, 09:59
Anar Ələkbərov o videonu Prezidentlərə göstərdi - VİDEO
Dünən, 09:41
Paşinyan sərhəddəki delimitasiya barədə hesabat verib
Dünən, 09:38
Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR