Ermənistanın Qarabağı qaytarmamaq üçün yeni planı
Dunya
Oxunub: 880
30 yan 2016 | 16:30
Ermənistanın Qarabağı qaytarmamaq üçün yeni planı










“İran və Ermənistan öz nəqliyyat dəhlizini yaratmaq barədə razılığa gəlib"

ANS PRESS-in məlumatına görə, bu sözləri “Azadlıq” radiosunun Ermənistan bürosuna müsahibəsində ölkənin nəqliyyat naziri Qaqik Beqlaryan deyib.

O, bir neçə həftə öncə Tehran səfərinin detallarından danışarkən qeyd edib ki, bu dəhliz İran ərazilərindən keçməklə Avropa və Hindistanı bir-birinə bağlayacaq. “İran ərazisindən keçən dəhliz Ermənistan, Gürcüstan və Qara dəniz vasitəsilə Avropaya çıxacaq. Bizim hesablamalarımıza görə bu yol Azərbaycan və Türkiyədən keçən tranzit xətlərindən daha ucuz olacaq”, - deyə nazir bildirib.

Beqlaryan qeyd edib ki, İran vasitəsilə keçən bütün yüklər Avropaya və Rusiyaya yönələcək. "Biz Ermənistandakı Erasxa ərazisinə qədər avtomobil yollarından istifadə edəcəyik. Yüklər Erasxdan Potiyə qədər isə qatarla daşınacaq”, - deyən nazir əlavə edib.

O bildirib ki, tranzit xətti vasitəsilə Potidən Avropaya çıxış imkanı əldə olunacaq.

Nazir əlavə edib ki, bu il Ermənistanın ərazisi vasitəsilə keçməsi nəzərdə tutulan tranzit xəttinin tikintisinə başlanılacaq.

İran və Erəminstan arasında nəqliyyat dəhlizinin inkişaf etdirilməsi rəsmi Tehran üzərindən beynəlxalq sankisyaların ləğv edilməsi məsələsi gündəmə gəldikdən sonra müzakirə mövzusuna çevrildi. Hətta qaz kəmərinin çəkiləcəyi də planlaşdırılırdı. Amma hələ ki, maliyyə vəsaiti və Ermənistanın dağlıq reylefi bu kəmərin çəkilməsinə mane olur.

Çin və İran arasında ticarət əlaqələrinin 600 milyard dollara çatırılması isə Ermənistanın iqtisadi şanslarını artırır. Çindən gələn yüklərin İran və Ermənistan vasitəsi ilə Avropaya daşınması üçün Serj Sarkisyan Pekinə səfəri zamanı müzakirələr aparmışdı. Ermənistan isə “İpək yolu”na yalnız İran vasitəsi ilə qoşula bilər. Əgər 300 kilometrlik və 3,2 milyard dollarlıq İran-Ermənistan dəmir yolu inşa edilərsə, o zaman İrəvanın “İpək yolu”na qoşulma şanşı daha da artır.

Amma burada Azərbaycanın regiondakı iqtisadi və siyası təsirlərini unutmaq olmaz. Yüklərin Çindən və ya Hindistandan gəlməsindən aslı olmayaraq, şərqlə-qərbi, şimalla-cənubu birləşdirən əksər dəmir və avtomobil yolları Azərbaycanla yanaşı Gürcüstandan da keçir. Azərbaycanla Gürcüstan arasında geniş iqtisadi əlaqələr də mövcuddur. Azərbaycan Gürcüstana həm kredit verir, həm də neft və qazla təmin edir. Bu isə Azərbaycanın Gürcüstana təsir gücünü artırır.
Dünən, 21:50
Rəisinin qəzaya düşən helikopterdən son görüntüləri - VİDEO
Dünən, 21:43
Rəisinin Ermənistan səfəri təxirə salındı
Dünən, 20:29
Bagiri əmr verdi: Bütün ordu axtarışlara cəlb olundu
Dünən, 19:54
İlham Əliyev: İran Prezidentinin olduğu helikopterin qəza enişi barədə xəbər bizi ciddi narahat etdi
Dünən, 16:56
Rəisinin helikopteri qəza etdi - Yenilənib
Dünən, 12:32
Prezidentlərin iştirakı ilə açılış mərasimi keçirilir - FOTOLAR - YENİLƏNİB
18-05-2024, 10:44
Daha bir “Prius” qəzası - Ölən və yaralananlar var - Foto
18-05-2024, 10:39
Könülün qətlindən sonra nənəsi də öldü
18-05-2024, 10:24
Ana oğlunun şəhid olduğu yeri ilk dəfə gördü - VİDEO
18-05-2024, 10:19
DİN xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ etdi - FOTO
18-05-2024, 10:13
Müdafiə Nazirliyinin rəhbər heyəti hərbi vəzifəlilərlə görüşüb
18-05-2024, 09:18
Blinkenin “gecə konserti” qorxunc sirri ifşa etdi: Ukrayna ABŞ-a daha lazım deyil
18-05-2024, 09:00
Paşinyan istefaya hazırlaşır? - Xandanyan açıqladı
17-05-2024, 16:00
Ermənilər Xocalı aeroportunu niyə bu formada tikiblər? – Sirr açıldı
17-05-2024, 15:30
Ermənilərin sərhəd TƏLAŞI... - Daha çox ərazi...
17-05-2024, 14:22
Sülhməramlıları xatırlayarkən: separatçılığa dəstək, terrora yardım... - "Həmişə Azərbaycana qarşı qərəzli mövqedə dayandılar"
17-05-2024, 14:04
Lukaşenkodan Şuşada traktor hədiyyəsi - FOTOLAR
17-05-2024, 13:58
İlham Əliyev və Aleksandr Lukaşenko Şuşa şəhərinə səfər ediblər
17-05-2024, 12:51
Azərbaycan XİN: Fransa tərəfi üzr istəməlidir
17-05-2024, 12:00
Prezidentlər Füzulinin Baş planı ilə tanış oldu
17-05-2024, 11:53
Əliyev Lukaşenkonu Füzulidə qarşıladı - FOTOLAR
17-05-2024, 11:46
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - AÇIQLAMA
17-05-2024, 11:41
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri yenidən görüşüblər
17-05-2024, 11:05
Rövşən Nəcəf UEFA prezidenti ilə görüşüb
17-05-2024, 11:01
Misir İsrailin təklifini rədd edib - "Reuters"
17-05-2024, 10:56
Pedofillərlə bağlı qanunda dəyişiklik edildi - RƏSMİ
17-05-2024, 10:51
Türkiyə Xarici İşlər Nazirliyində ciddi dəyişiklik