Putinin müəmma dolu uşaqlığı - Onu araşdıran jurnalistlər niyə öldürülür? (Foto)
Dunya
Oxunub: 1 756
4 dek 2015 | 15:36
Putinin müəmma dolu uşaqlığı - Onu araşdıran jurnalistlər niyə öldürülür? (Foto)










Rusiya prezidenti Vladimir Putinin uşaqlıq illəri hələ də demək olar ki, heç kimə tam məlum deyil və öz sirrini qoruyub saxlayır

Avropa.info xəbər verir ki, bu sirri açmaq niyyəti ilə Putinin həqiqi anasının yaşadığı Metehi kəndinə gedən jurnalistlər isə müəmmalı bir şəkildə öldürülür.

Vladimir Putinin həyatını və uşaqlıq illərini araşdırmaq böyük cəsarət tələb edən işlərdən biri sayılır.

Putinin tərcümeyi-halında heç yer vermədiyi həqiqi anası Vera Putina 87 yaşındadır və Gürcüstanın paytaxtı Tiflisin Metehi kəndində yaşayır. Vera Putinanın açıqlamalarını araşdıran 2 jurnalist müəmmalı şəkildə öldürülüb.

Kənddə heç kim bu mövzunu dilinə belə gətirmir, danışanlar ya itkin düşür, ya da öldürülür. Taksi sürücüləri də qorxudan həmin kəndə sərnişin aparmırlar.

Rus jurnalist Artyom Borovik Vera Putinanın həyatını yazmaq üçün araşdırmaya başladıqdan sonra 2000-ci ildə Ukraynanın paytaxtı Kiyevdə bir təyyarə qəzasında öldü.

Vera Putinanın şəkillərini çəkən və hadisəni araşdıran italyan jurnalist Antonio Rossi də Tiflis yaxınlığında odlu silahla vurularaq öldürüldü.

1999-ci ildə Rusiyanın kəşfiyyatının rəhbəri olan Vladimir Putinin doğulduğu 1950-ci il ilə uşaqlığının keçdiyi 1960-cı illər arasındakı həyatı haqqında heç bir məlumat yoxdur.

Putinin öz yazdığı tərcümeyi-halında həqiqi anası haqqında bir kəlmə belə olsa yoxdur. İddiaya görə, anasının ailə həyatı qurmasını qəbul edə bilməyən və bu səbəblə öldüyünü söyləyən Putin həqiqi həyatı haqda məlumatların açılmasını istəmir.

Putinin “anam 1998-ci ildə öldü” deməsinə baxmayaraq, gürcüstanlı Vera Putina rus liderin həqiqi anası olduğunu açıqlamışdı. Putin 4 yaşında ikən birlikdə çəkdirdikləri fotoşəkili göstərən Vera Putina Putinin 4-cü sinfə qədər kəndin ibtidai məktəbində təhsil aldığını deyir.

"Putinin atası mexanik işləyirdi. Başqasıyla evli idi. Amma mənimlə də yaşayırdı. Putin, 1950-ci ildə anadan olub. Daha sonra Giorgi Osepaşvili adlı bir hərbçi ilə evləndim və Gürcüstana köçdüm. Putin mənim yanımda idi.

Lakin ərimin təzyiqi ilə 1960-ci ildə onu Rusiyadakı babası və nənəsinin yanına aparmaq məcburiyyətində qaldım. Mən uşaqlıqda onu Vova deyə çağırırdım."

Putinin anası olduğunu rədd etdiyi Vera Putina "Gəlin, məndən analiz götürün, DNT-mi oğlumunku ilə tutuşdurun" deyə açıqlama vermişdi.

Gürcü jurnalistlər isə ABŞ-ın DNT testi keçirdiklərini və onun həqiqətən Putinin anası olduğunu söylədilklərini bildirir.

Putinin müəmma dolu uşaqlığı - Onu araşdıran jurnalistlər niyə öldürülür? (Foto)
Bu gün, 12:00
Prezidentlər Füzulinin Baş planı ilə tanış oldu
Bu gün, 11:53
Əliyev Lukaşenkonu Füzulidə qarşıladı - FOTOLAR
Bu gün, 11:46
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - AÇIQLAMA
Bu gün, 11:41
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri yenidən görüşüblər
Bu gün, 11:05
Rövşən Nəcəf UEFA prezidenti ilə görüşüb
Bu gün, 11:01
Misir İsrailin təklifini rədd edib - "Reuters"
Bu gün, 10:56
Pedofillərlə bağlı qanunda dəyişiklik edildi - RƏSMİ
Bu gün, 10:51
Türkiyə Xarici İşlər Nazirliyində ciddi dəyişiklik
Bu gün, 10:33
Füsunkar təbiəti ilə seçilən Kəlbəcərdən yeni görüntülər - VİDEO
Bu gün, 10:28
Azərbaycanın İrandakı səfirliyinin yeri dəyişdirilib
Bu gün, 10:21
Azərbaycanla proses uğurlu keçdi - Qriqoryan
Bu gün, 09:26
"Kurtlar vadisi"nin aktyoru Azərbaycan vətəndaşı olmaq istəyir
Bu gün, 09:21
ABŞ ruslara qarşı sanksiyalar tətbiq etdi
Bu gün, 09:17
Polşa “Bayraktar”lara qovuşdu
Bu gün, 09:17
Sülhməramlılarsız Qarabağ: Müstəqil Azərbaycanın yeni reallıqları - VİDEO
Bu gün, 09:13
Avropada BAŞ NAZİR "OVU" - Daha bir hökumət başçısı ÖLÜMLƏ HƏDƏLƏNİR
Bu gün, 09:00
“Ona birbaşa dedim ki, siz cənnətdə yaşayırsınız”
Dünən, 16:00
Kalininqrad modeli yaxşı ideyadır - AKTUAL
Dünən, 15:30
"Paşinyanın yerinə kim gəlsə, onun üzərinə ən ağır yük düşəcək" - "Fakt"
Dünən, 15:26
Azərbaycan və Belarusun üç şəhəri qardaşlaşıb
Dünən, 14:22
Rusların belə gedişi... BÖYÜK UĞURDUR! - HƏQİQƏTƏN DƏ...
Dünən, 13:39
Tezliklə çərçivə sazişi imzalana bilər - GƏLİŞMƏ
Dünən, 13:00
Prezidentdən tələb: Masada artıq bu sənəd var, ATƏT isə... - NƏ BAŞ VERİR?
Dünən, 12:28
Sülhməramlıları yolasalma mərasimindən görüntülər - VİDEO
Dünən, 12:24
Bu fransızlarla NƏ EDƏK?.. - İNCƏLƏMƏ
Dünən, 12:22
İlham Əliyevlə Lukaşenko arasında təkbətək görüş başlayıb
Dünən, 10:49
May ayında Azərbaycana qar yağdı - VİDEO