"Müharibənin ilk həftəsi bu ölkəni unitaza axıtdılar, Putin Rusiyanı beşcə günə məhv edib"
Dunya
Oxunub: 279
2 in 2022 | 23:39
"Müharibənin ilk həftəsi bu ölkəni unitaza axıtdılar, Putin Rusiyanı beşcə günə məhv edib"


"Vətənim Azərbaycan iki il əvvəl bunları yaşayıb və hamı Ukraynanın yanındadır..."

"Mən bilməzdim ki, hamıya məlum olan faktları aşkar etməklə təqib oluna bilərsən"

"Ləyaqətli insanlar Rusiyadan getməlidir"

"Krımın ilhaqı zamanı Putinin dərsini vermədilər, bunu həzm etdilər, nəticədə o, reallıq hissini büsbütün itirib"

Mayın 24 - də Moskva məhkəməsi "Nə? Harada? Nə vaxt?" telemarafonunun məşhur oyunçusu Rövşən Əsgərovu qiyabi olaraq həbs edib. O, "nasizmin reabilitasiyası" maddəsi ilə ittiham edilib və 5 ilədək həbsxana cəzası nəzərdə tutulub.

Bəhanə olaraq "Facebook" səhifəsində Əsgərovun marşal Georgi Jukovu "stajlı talançı", "poqonlu qatil" və "oğru" adlandırması olub. Biliciyə qarşı Rusiya Federasiyası Dövlət Tarixi Muzeyi donos verib.

Aprelin sonunda İstintaq komitəsi cinayət işi qaldırıb. Hesab edilib ki, postda "qabaqcadan böyük rus sərkərdəsini təhqir edən və onun xatirəsini nüfuzdan salan saxta məlumatlar" var.
Mayın 11- də Əsgərov ümumrusiya axtarışına verilib, mayın 24- də isə o, qiyabi həbs edilib.

Moderator.az xəbər verir ki, "Detaly" nəşrinin jurnalisti, keçmişdə Belarusun "Nə? Harada? Nə zaman?" teleklubunun oyunçusu Darya Qerşberq qəzəbə tuş gələn azərbaycanlı- rusiyalı bilicidən müsahibə alıb.

İstifadəçilərin marağını nəzərə alaraq, müsahibəni ixtisarla təqdim edirik.

- Məni nə cinayət işi, nə də axtarış barədə heç kim xəbərdar etməyib. Hər şeyi sosial şəbəkədən öyrənmişəm. Mən təsəvvür etməzdim ki, hamıya məlum olan tarixi faktlara görə, üstəlik də "nasizmin reabilitasiyası" maddəsi ilə cinayət işi qaldırıla bilər.

Əsgərovun sözlərinə görə, həmin post onun rusiyalı hərbçilərin Buçada törətdikləri kütləvi cinayət faktlarının- qətllərin, zorlamaların və talanların üzə çıxmasına münasibəti olub.

- Buçada hadisələr baş verib, mən anlayırdım ki, yeni Rusiya qanunlarına görə bu barədə açıq yazmaq olmaz, bu, müharibə haqqında "feyk" hesab ediləcək, buna görə isə iş kəsilir və ya cərimə edilir.

Mən tarixi bir post yazmışam, keşmişdə Sovet Ordusunda mövcud olan talançılara baxışımı ifadə etmişəm.
Bu postda hamıya məlum olan faktları göstərmişəm. "Vikipediya"da bu barədə hər şey yazılıb.

Jukovun adı "qənimətlər işi"ndə hallanıb. Bu, 1946- 1947- ci illərdə sovet sərkərdələri arasında talançılıq və sui- istifadə halları barədə cinayət işi olub.
Jukov Almaniyadan çoxlu sayda mebel, incəsənət əsərləri və başqa qənimət əmlakını şəxsi istiadə üçün çıxarıb.
Qənimət işi onunla bitib ki, Jukov günahını etiraf edib, onun vəzifəsi aşağı salınıb və Odessa hərbi dairəsinə komandan təyin edilib. Bu, hamının bildiyi faktdır, bu barədə hətta "Ləğvetmə" teleserialında da xatırlanıb.
Üstəlik, mən bu postu yazanda bu cinayət işindən uqtibaslar gətirmişəm. Amma mən bilmirdim ki, kitablarda, arxivlərdə hamıya məlum olan faktlar barədə danışanda təqib oluna bilərsən. Bu, mənim üçün şok olub.

Məni "sevindirən" haqqımda donosun Dövlət Tarixi Muzeyi tərəfindən verilməsi olub. Mənə elə gəlirdi ki, muzeylər başqa işlə məşğuldur.

- Yazmısan ki, Rusiyadan getmisən?

- Mən bu cinayət işi söhbətindən əvvəl, martın 5- dən Moskvadan uçmuşam. Ona görə getmişəm ki, müharibə başlayıb. Mən hesab etdim ki, qəsbkar müharibə aparan ölkədə qala bilmərəm və susa bilmərəm. Susmayacaqsansa, həbs ediləcəksən. Getmişəm ki, özümü azad hiss edim.

Mənim ətrafımda "Z" svastikasını gəzdirən və ya müharibəni dəstəkləyən kimsə olmayıb. Müharibəni dəstəkləmək üçün yaramaz olmalısan. İnsanlara atəş açıb öldürənlərə sevinmək elə yaramazlıqdır.
Amma mənim ətrafımda Rusiya rejimini dəstəkləyənlər də olub. Lakin əksəriyyət sağlam düşüncəli insanlar anlayır ki, bu münaqişə Rusiya tərəfindən törədilib və Uktaynada, təbii ki, hansısa "faşizm" mövcud deyil.

Mən anlayırdım ki, belə vəziyyətdə yaşaya bilmərəm, susa bilmərəm. Mən müxalifət fəaliyyəti ilə də məşğul olmaq niyyətində deyiləm, amma bu ölkədə qala bilməzdim.
Mənim böyük oğlumun 19 yaşı var, o, Rusiya vətəndaşıdır. Elə o da Rusiyada qalmasa yaxşıdır.
Ümumiyyətlə, ləyaqətli insanlar Rusiyada qalmamalıdır. İstənilən normal adam oradan getməlidir. Qoy öz qanunları ilə, necə istəyirlər yaşasınlar.
Mənim üçün Rusiya yaşayış yeri kimi bitib və oraya geri dönməyi planlaşdırmıram.
Yenidən SSRİ- yə dönmək istəmirəm. Putin ölkəni geriyə, SSRİ- yə dartıb aparır. Mən orada yaşamışam, oralar çox pisdir.

Mənim həyat yoldaşım yəhudidir və biz İsrailə repatriasiya etmək barədə düşünmüşük. Dünya böyükdür və biz Rusiyadan başqa hər yerdə qanuni şəkildə yaşaya bilərik. 21- ci əsrdə insan rahat olan, qazanc əldə edə bilən və özünü ifadə etməyə imkan verən yerdə yaşamalıdır.
Əgər ona çətindirsə, o, nəfəs ala bilmirsə, o, çıxıb getməlidir. Mən orada yaşaya bilmərəm.

- Şəxsi sual vermək istəyirəm. Ailəniz Sizin qəfil gedişinizə necə münasibət göstərib?

- Hər şey kifayət qədər mürəkkəb olub. Mənim həyat yoldaşım Moskvada doğulub və bütün həyatı orada keçib, onun yaşlı valideynləri orada yaşayır, işləri var. Bununla razılaşmaq çətin idi. O, elə hey düşünürdü ki, müharibə tezliklə bitəcək və mən geriyə dönəcəyəm. Amma mən ona izah edirdim ki, yox, tez bitməyəcək.
Hazırda qəzəb və inkar dövrü arxada qalıb, qərar vermək zamanıdır. Amma yenə də onun üçün çox ağırdır.

- Sən əslən Azərbaycandansan və Vətənidə çox məşhur və populyarsan. Cinayət işinin açılmasına və bütün baş verənlərə orada necə münasibət göstərilib?

- Bizim ölkəmiz iki il əvvəl bunu yaşayıb. Azərbaycan işğal edilmiş ərazilərini geri qaytarıb. 44 günlük Vətən savaşında Türkiyənin və İsrailin köməyi ilə müharibəni udmuşuq. 30 il ərzində işğal altında qalan ərazilərimizi geri qaytarmışıq. Ona görə də Azərbaycanda hamı Ukraynanı müdafiə edir və onun da ərazi bütövlüyünü bərpa etmək və müstəqil ölkə olmaq istəyinə dəstək göstərir. Mənim azərbaycanlı tanışlarım deyir ki, hazırda Rusiyada cinayətkar statusu almaq "Büllur bayquş" mükafatını qazanmaqdan daha çox qətiyyət tələb edir.

Mən Bakıda məni tanıyan ruslara da rast gəlmişəm, onlar mənə yaxınlaşıb deyirdilər: "Biz Sizin yazdıqlarınızı oxymuşuq və Sizi dəstəkləyirik".

- Moskvada yaşayan adamlar məndən soruşurlar: "Yaxşı da, nədən çıxıb getmisən? Sənin ki, həyatına heç bir təhlükə yox idi?"

Bəli, əgər susacaqdımsa, ola bilsin ki, heç bir təhlükə olmazdı. Lakin mən fizioloji olaraq bu rejimi qəbul edə bilmirəm. "Mimino" filmində deyildiyi kimi: "Elə şəxsi ikrah hissim var ki, yemək də yeyə bilmirəm".

2014- cü ildən mən deyirdim ki, Krımın ələ keçirilməsi yad ərazinin zəbt edilməsidir. Lakin həmin ildə Putinin dərsini vermədilər, hər şeyi həzm etdilər. Bu, 1938- ci ildə Çexoslovakiyanın zəbt edilməsi və Hitlerin yola verilməsinə bənzəyib. Amma indi Çexoslovakiyanın yerinə 2008- ci ildə Gürcüstan və 2014- cü ildə Krım olub, bu qazanı Rusiya Donetsk və Luqanskda da qaynadıb...

2014- cü ildə düşünürdüm ki, bunlar hər halda dayanacaqlar, bunun üçün ağılları yetərli olacaq. Amma aydın oldu ki, bunların ağlı yoxmuş. Bunu dayandırmasan, insan reallıq hissini itirəcək.

Kim üçünsə 2014- cü il son hədd olub və onlar hələ o zaman ölkəni tərk edib. Kimsə 24 fevral 2022- ci ildə yerindən tərpənməli olub. Mən isə 5 mart 2022- ci ildə bu qərarı vermişəm. Məni dəfələrlə Birinci kanalın aksiyası ilə Krıma dəvət ediblər, korporartiv aparmağa çağırıblar. Mən həmişə bundan imtina etmişəm. Mən də o zaman ölkədən getməyi düşünmüşəm. Amma insan mühafizəkar varlıqdır...Mənim həyat yoldaşım özünü Moskvadan kənarda təsəvvür edə bilmirdi. Mən də Moskvanı böyük imkanlar şəhəri kimi xoşlamışam. Bu həqiqətən belə olub.

Amma müharibənin ilk həftəsi bu ölkəni unutaza axıtdılar.

Mən gördüm ki, Putin gerçəkdən Rusiyanı beş günə məhv edib. Sanki ölkəni dəyişirdilər. "Delete"- yə basaraq Rusiyanı hər yerdən- iqtisadi, mədəni, idman həyatından, hər yerdən kənarlaşdırırdılar: vəssalam, siz daha mövcud deyilsiniz.

Və sən düşünürsən: 21- ci əsrdə, axı, necə ola bilər ki, götürüb bir göz qırpımında öz ölkəni məhv edəsən?..
Dünən, 16:19
Müğənni Ziba Osmanlı ağır qəza törətdi: 2 azyaşlı uşağı ağır vəziyyətdə qoyub hadisə yerindən qaçıb - FAKT
Dünən, 12:53
Şuşada “Xarıbülbül” festivalı başlayıb, Prezident və birinci xanım açılışda iştirak edirlər
Dünən, 12:07
Xankəndi və Ağdərədə xeyli silah-sursat aşkarlandı
Dünən, 11:59
İlham Əliyev Şuşada ICESCO-nun Baş direktorunu qəbul edib
Dünən, 10:38
Bu gün Şuşada “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalı başlayır - VİDEO
Dünən, 10:34
Güllələnən icra başçısının qızına da Şuşada ev verildi - FOTO
Dünən, 09:41
Yaponiyada 9 milyondan çox tərk edilmiş ev var
Dünən, 09:32
Xurşidbanu Natəvanın heykəli Parisdə yenidən ucaldılıb
Dünən, 09:26
Saatlıda narkotikin təsiri altında olan taksi sürücüsü saxlanılıb
Dünən, 09:20
Zelenski: Ukrayna Xarkov istiqamətində ordu qüvvələrini gücləndirir
Dünən, 09:15
Qazaxda təbii fəlakət fəsadlar törədib
Dünən, 09:11
Ölkəmizdə quş ətinin qiyməti arta bilər? - VİDEO
10-05-2024, 22:32
Prezident İlham Əliyev Qarabağda möhtəşəm tunelin açılışını etdi: qürurverici GÖRÜNTÜLƏR
10-05-2024, 22:23
Prezidentdən Şuşada TARİXİ ÇIXIŞ: dövlət başçısı mühüm MESAJLAR VERDİ
10-05-2024, 16:00
Bakıda 24, rayonlarda 25 dərəcə isti olacaq
10-05-2024, 15:45
Prezident və xanımı Şuşada Üzeyir Hacıbəylinin ev-muzeyində aparılan bərpa işləri ilə tanış olublar
10-05-2024, 15:33
Azərbaycan və Ermənistanın XİN başçıları arasında görüş iki gün davam edəcək - YENİLƏNİB
10-05-2024, 15:30
"Azərbaycan daha uzunömürlülər diyarı deyil" - Ekspert
10-05-2024, 15:29
Prezident İlham Əliyev Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda görülən işlərlə tanış olub
10-05-2024, 14:24
Putin 102-ci bazanı çıxarmaq təklif edib, Nikol isə… - "Ola bilsin ki, Putin özü..."
10-05-2024, 13:55
Kərki və Başkəndlə bağlı qərar belə olacaq... - Torpaq dəyişdirilməsi...
10-05-2024, 13:49
Putinin andiçmə mərasiminə getməyən Paşinyan Rusiyadan şikayətlənir - “Nezavisimaya qazeta”
10-05-2024, 13:36
Ceyhun Bayramov qazaxıstanlı həmkarı ilə görüşüb
10-05-2024, 13:29
İlham Əliyev Füzulidə
10-05-2024, 13:02
Putin komandasını yenidən formalaşdırır
10-05-2024, 12:58
Şuşada "ASAN xidmət" mərkəzi açılacaq
10-05-2024, 12:53
ABŞ-dən Türkiyəyə qarşı gözlənilməz jest