Azərbaycanlı alim İranda edam EDİLƏCƏK
Dunya
Oxunub: 386
5 may 2022 | 09:00
Azərbaycanlı alim İranda edam EDİLƏCƏK


İran Ali Məhkəməsinin qərarı ilə İsrailin xarici kəşfiyyatına (“Mossad”) casusluqda ittiham olunan İran və İsveç vətəndaşı, əslən Azərbaycan türkü Əhmədrza Cəlali mayın 21-dək edam ediləcək. Qeyd olunub ki, Ali Məhkəmə Əhmədrza Cəlalinin İsrailin xeyirinə casusluq etdiyi üçün barəsində çıxarılan edam hökmünü təsdiqləyib. Bildirilib ki, hökm mayın 21-dək icra olunacaq.
Oxu.az məlumatına görə, onun İranın nüvə proqramı ilə bağlı İsrailə ötürdüyü məxfi informasiyalar nəticəsində iranlı iki nüvə alimi öldürülüb.

Onlardan biri İranın aparıcı nüvə fiziki Möhsün Fəxrizadədir. Alim 2020-ci ilin noyabrın 27-də öldürülüb. İran tərəfi iddia edib ki, onun ölümündə İsrailin xüsusi xidmət orqanları iştirak edib.

Qeyd edək ki, Güney Azərbaycandan olan alim Əhmədrza Cəlali 2016-cı ilin may ayında Tehran Universitetinin dəvəti ilə İrana səfəri zamanı saxlanılıb. O, İsrailin xeyrinə casusluq ittihamı ilə həbs edilib. Daha sonra 2017-ci ildə məhkəmə alimi edama məhkum edib. Qərar daha sonra İran Ali Məhkəməsi tərəfindən də təsdiq edilib.

Əhmədrza Calali tibb məktəbini bitirdikdən sonra İranda Təbii Fəlakətlər Mərkəzində çalışıb. O, təhsilini davam etdirmək üçün 2009-cu ildə İsveçə köçüb və doktorluq dərəcəsi alıb. Ə.Cəlali professorluğunu İtaliyada Pierre Mento Universitetində bitirdikdən sonra həyat yoldaşı və iki uşağı ilə İsveçə məskunlaşıb. Onun Pierre Mento Universitetindəki layihəsi az inkişaf etmiş ölkələrdə zəlzələ, sel və s. kimi təbii fəlakətlərdə tibbi mərkəzlərin fəaliyyətini yaxşılaşdırmaq olub.
11-05-2024, 16:19
Müğənni Ziba Osmanlı ağır qəza törətdi: 2 azyaşlı uşağı ağır vəziyyətdə qoyub hadisə yerindən qaçıb - FAKT
11-05-2024, 12:53
Şuşada “Xarıbülbül” festivalı başlayıb, Prezident və birinci xanım açılışda iştirak edirlər
11-05-2024, 12:07
Xankəndi və Ağdərədə xeyli silah-sursat aşkarlandı
11-05-2024, 11:59
İlham Əliyev Şuşada ICESCO-nun Baş direktorunu qəbul edib
11-05-2024, 10:38
Bu gün Şuşada “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalı başlayır - VİDEO
11-05-2024, 10:34
Güllələnən icra başçısının qızına da Şuşada ev verildi - FOTO
11-05-2024, 09:41
Yaponiyada 9 milyondan çox tərk edilmiş ev var
11-05-2024, 09:32
Xurşidbanu Natəvanın heykəli Parisdə yenidən ucaldılıb
11-05-2024, 09:26
Saatlıda narkotikin təsiri altında olan taksi sürücüsü saxlanılıb
11-05-2024, 09:20
Zelenski: Ukrayna Xarkov istiqamətində ordu qüvvələrini gücləndirir
11-05-2024, 09:15
Qazaxda təbii fəlakət fəsadlar törədib
11-05-2024, 09:11
Ölkəmizdə quş ətinin qiyməti arta bilər? - VİDEO
10-05-2024, 22:32
Prezident İlham Əliyev Qarabağda möhtəşəm tunelin açılışını etdi: qürurverici GÖRÜNTÜLƏR
10-05-2024, 22:23
Prezidentdən Şuşada TARİXİ ÇIXIŞ: dövlət başçısı mühüm MESAJLAR VERDİ
10-05-2024, 16:00
Bakıda 24, rayonlarda 25 dərəcə isti olacaq
10-05-2024, 15:45
Prezident və xanımı Şuşada Üzeyir Hacıbəylinin ev-muzeyində aparılan bərpa işləri ilə tanış olublar
10-05-2024, 15:33
Azərbaycan və Ermənistanın XİN başçıları arasında görüş iki gün davam edəcək - YENİLƏNİB
10-05-2024, 15:30
"Azərbaycan daha uzunömürlülər diyarı deyil" - Ekspert
10-05-2024, 15:29
Prezident İlham Əliyev Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda görülən işlərlə tanış olub
10-05-2024, 14:24
Putin 102-ci bazanı çıxarmaq təklif edib, Nikol isə… - "Ola bilsin ki, Putin özü..."
10-05-2024, 13:55
Kərki və Başkəndlə bağlı qərar belə olacaq... - Torpaq dəyişdirilməsi...
10-05-2024, 13:49
Putinin andiçmə mərasiminə getməyən Paşinyan Rusiyadan şikayətlənir - “Nezavisimaya qazeta”
10-05-2024, 13:36
Ceyhun Bayramov qazaxıstanlı həmkarı ilə görüşüb
10-05-2024, 13:29
İlham Əliyev Füzulidə
10-05-2024, 13:02
Putin komandasını yenidən formalaşdırır
10-05-2024, 12:58
Şuşada "ASAN xidmət" mərkəzi açılacaq
10-05-2024, 12:53
ABŞ-dən Türkiyəyə qarşı gözlənilməz jest