“Putinin cəmi 6 ay ömrü qalıb” - Dmitri Bıkov
Dunya
Oxunub: 304
21 apr 2022 | 16:00
“Putinin cəmi 6 ay ömrü qalıb” - Dmitri Bıkov


Rusiyanın Ukrayna müharibəsindən məğlub ayrılması ehtimalı böyükdür. Müxtəlif proqnozlar səsləndirilir. Bunlardan biri odur ki, Rusiya məğlubiyyətdən sonra dağılacaq, hissələrə ayrılacaq.

Rusiyalı yazıçı, Vladimir Putin hakimiyyətinin əleyhdarı kimi tanınan Dmitri Bıkov belə düşünmür.

Bizimyol.info xəbər verir ki, Bıkov son müsahibəsində bir çox maraqlı məsələlərə toxunub. Yazıçı müharibənin Putin hakimiyyətinin yalnız zərərinə işlədiyinə əmindir.

“Ukraynaya hücum bu rejimin ömrünü çox qısaltdı. Dəyişiklik prosesini xeyli sürətləndirdi. Hələ yanvarda düşünürdüm ki, Putinin hakimiyyəti altında çox yaşamalı olacağam. İndi əminəm ki, Putin dövründə mənim cəmi 6 ayım qalıb. Ola bilər ki, daha az...”

“Putinin cəmi 6 ay ömrü qalıb” - Dmitri Bıkov


Bıkov deyir ki, Rusiyada insanlar yalandan və qadağalardan çox yorulub. Kremlin insanları miflər ətrafında birləşdirmək cəhdi uğursuzdur.

“Miflərlə tarix yaradılmır. Tarixi yazmaq lazım gələcək. Mən uzağı payıza qədər hər şeyin dəyişəcəyinə inanıram. Düzdür, məni belə nikbinliyə görə qınayanlar az deyil. İstənilən halda Rusiyanın gözəl gələcəyinə inanıram. Rusiya yaşayacaq. Sərhədləri də olduğu kimi qalacaq. Sadəcə, daha heç nə əvvəlki kimi olmayacaq”.

Rusiyalı yazıçı vətənində insanların böyük əksəriyyətinin Kremlin işğal planını dəstəkləməsini təbii qarşılayır. Onun fikrincə, mütərəqqi düşüncə həmişə çoxluğu əhatə etmir.

“Cəmiyyətlər həmişə müasirlərə və mühafizəkarlara bölünür. Müasirlər uzağı 10 faizi əhatə edir. Onlar irəli getməyin tərəfdarıdır. Mühafizəkarlar isə geri getməkdən də çəkinmirlər. Həmişə belə olub. Böyük sənaye inqilabı zamanında da, İntibah dövründə də. İrəli getmək istəyənlərin sayı həmişə az olacaq”.

Bıkov əminliklə bildirir ki, Rusiyanın imperiya tarixi bununla da başa çatıb. Yazıçı ölkəsinin Üçüncü Dünya Müharibəsinə səbəb olmasına görə çox məyusdur.

“Təəssüf ki, dünyada barışıq dövrü deyil. İndi dünyanın parçalanma mərhələsi başlayıb. Məncə, bütün əsr belə keçəcək. Qloballaşma 22-ci əsrə qaldı”.
Dünən, 16:00
Almatı görüşü nəticə verəcəkmi? - İNCƏLƏMƏ
Dünən, 15:30
İrəvandan yekun “Putin NATO”su qərarı - Kremlin cavabı necə olacaq...
Dünən, 14:22
Bakı və İrəvan özlərini Moskvadan qorumalıdırlar - HƏQİQƏTƏN DƏ...
Dünən, 14:00
Kəlbəcər şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı təsdiqlənib
Dünən, 13:39
Yeni qərar qiymət artımına təsir edəcək? - AÇIQLAMA
Dünən, 13:11
İlham Əliyev Leonid Kalaşnikovu qəbul edib
Dünən, 12:06
İlin sonuna kimi bütün işğaldan azad edilmiş rayonlara qayıdış başlayacaq
Dünən, 11:59
Sanksiya siyahısında Azərbaycanın da adı yer aldı - ABŞ elan etdi
Dünən, 11:26
Şuşada sərnişindaşımaya icazə qaydası müəyyənləşdi
Dünən, 11:17
Prezident BMT Baş katibinin xüsusi müşavirini qəbul edib
Dünən, 10:59
Azərbaycan Ordusunda döyüş hazırlığı - VİDEO
Dünən, 10:48
Azərbaycanla prosesi mümkün qədər tez aparmalıyıq, çünki... - Paşinyan
Dünən, 10:44
Bakıda sənədsiz evlər kütləvi satışa ÇIXARILIR? – AÇIQLAMA
Dünən, 10:39
31 nəfər saxlanıldı, erməni qüvvələr "türk" adlandırıldı - Sərhəddə son vəziyyət - VİDEO
Dünən, 10:20
Yeni peyvənd qərarı: nazirlik bəyan etdi
Dünən, 09:20
Paşinyan: Azərbaycanla vəzifəmiz budur, çünki risk var
Dünən, 09:14
"Fransa Ermənistandan öz marginal maraqları üçün istifadə edir"
Dünən, 09:11
Paşinyan: Azərbaycanla delimitasiya olunmuş ərazilərə sərhəd qoşunları yerləşdiriləcək
Dünən, 09:08
Hansı ölkələr Latviyadan Rusiyaya zərbələr endirə bilər? - Zaxarova siyahını tələb etdi
Dünən, 09:00
Əliyev Qafqazı qarışdıranlara sərt mesaj verdi: Bakı məkrli planlara şans tanımayacaq
1-05-2024, 16:00
Ermənipərəst Solovyova Ermənistandan qadağa
1-05-2024, 15:30
Qiymət artımı ilə bağlı NİKBİN PROQNOZ
1-05-2024, 13:51
Azərbaycanda kredit faizləri artacaq - AÇIQLAMA
1-05-2024, 13:46
Gürcüstanda müxalifət lideri döyülüb - FOTO
1-05-2024, 13:36
İlham Əliyev dini rəhbərlərdən ibarət nümayəndə heyətini qəbul edib
1-05-2024, 13:20
Bakı maksimum yararlanacaq: Yeni dünya layihəsi və böyük oyun
1-05-2024, 13:14
Paşinyan Kremli qəzəbləndirib: "Rüsvayçılıqdır, iyrəncdir"